Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4844/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator Ərizəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsindən Ərizəçi kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.A.Hacıyev, iş № 2(008)-423/2019) Ərizəçi doğum faktının müəyyən edilməs inə dair ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-5010/19, hakimlər X.Ə.Sarıyev, E.Y.Şamayev, Ş.Ə.Məhərrəmova) Ərizəçi apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən ərizəçi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 31 may 2018-ci il tarixdə Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında 10 aprel 1996-cı il tarixdə bir oğlan uşağı doğması faktının müəyyən edilməsi və uşağın adına doğum akt qeydlərinin aparılması, doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə edilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Rəşad Həsənovun yetkinlik yaşına çatmış bir gənc kimi doğum haqqında şəhadətnaməsinin olmaması və Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyətini təsdiq edən sənədi ala bilməməsi onun müvafiq peşə və ali təhsil almasına, işləməsinə maneçilik törədir. Məhkəmə kollegiyasının iclasında kassator vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hes ab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 15 dekabr 1979-cu il tarixdə nikahı Gürcüstan Respublikasının Marnueli rayonunun Daştəpə kəndində rəsmiləşdirilməklə Xudayat Həsənovla ailə qurmuşdur. Birgə nikahdan 10 aprel 1996-cı il tarixdə X1 doğulmuşdur. Uşaq evdə doğulduğundan ona doğum haq qında şəhadətnamə ala bilməmişlər. Xudayat Həsənov 16 aprel 2001-ci il tarixdə Gürcüstan Respublikasının Marnueli rayonunun Daştəpə kəndində vəfat etmişdir. Maraqlı şəxs 25 aprel 2018-ci il tarixdə tərəfindən onun müraciətinə cavab olaraq məhkəməyə müraciət etməli olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin istinad etdiyi hallar Mülki Prosessual Məcəllənin 308-ci maddəsinin tətbiq edilərək 23 yaşlı fiziki şəxsin ərizəçidən doğulması faktının müəyyən edilməsi və həmin şəxsə doğum haqqında şəhadətnamənin verilməsinin müvafiq orqana həvalə edilməsi üçün əsas hesab edilə bilməz. Apellyasiya məhkəməsi tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, birinci istamnsiya məhkəmsi Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsini əsassız hesab edərək rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Beləliklə, ərizəni təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi tərəfin dən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4844/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4844/2019
04.07.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver