Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4846/2021 23.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Əhmədov Qüdrət Səməd oğlunun cavabdeh "xxxx" Şirkətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı Əhmədov Qüdrət Səməd oğlunun, iddiaçının vəkili Əbdürəhmanov Kənan Səfər oğlunun, cavabdehin vəkili Namazova Günay Rüstəm qızının iştirakı ilə, Bakı Apelyasiya Məhkə məsi Mülki Kollegiyasının 2(103)-814/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Kayman adalarının "xxxx" şirkəti təşkilati-hüquqi forması “filial” olmaqla 10.11.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. "xxxx" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Əhmədov Qüdrət Səməd oğlu arasında bağlanmış 01 aprel 2019-cu il tarixli 1688/3№-li əmək müqaviləsinə əsasən Əhmədov Qüdrət Səməd oğlu Filialda neftin hazırlanması və nəqli sexi/nasos stansiyaları üzrə böyük usta vəzifəsinə işə qəbul olunmuşdur. 03 mart 2020-ci il tarixli 02X-OK nömrəli əmrin surətin dən görünür ki, Filialda işləyən Əhmədov Qüdrət Səməd oğlu ilə bağlanmış 01 aprel 2019-cu il tarixli 16883 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 04 mart 2020-ci il tarixdə xitam verilmişdir. Həmin əmrin əsası kimi aşağıdakılar qeyd olunmuşdur: 10 fevral 2020-ci il tarixdə saat 15:40 radələrində Filialın cari təmir sexində elektrik qaz qaynaqçısı vəzifəsində işləyən Cəfərov Ayaz Fazil oğlunun xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Qeyd olunan hadisə istehsalat xarakterli olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq Azərbaycan Res publikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə 04-2/086 nömrəli 10 fevral 2020-ci il tarixli məktubla dərhal məlumat verilmişdir. Əmək Müfəttişliyinin 12 fevral 2020-ci il tarixli **********9 nömrəli əmri ilə hadisənin araşdırılması üçün təhqiqat komissiyası yaradılmışdır. Təhqiqat komissiyası tərəfindən hadisə hərtərəfli araşdırılmış və nəticədə müvafiq təhqiqat aktı tərtib edilərək təsdiq edilmişdir. Təhqiqat aktı filiala 03 mart 2020-ci il tarixdə **********2 nömrəli məktubla rəsmi qaydada təqdim edilmişdir. Təsdiq edilmiş təhqiqat aktına əsasən hadisənin baş verməsinə səbəb olaraq təhqiqat aktının 4.1-ci bəndinə əsasən, Filialın baş mexaniki Rasim Yaşar oğlu Bağırovun, 4.2-ci və 4.6-cı bəndlərinə əsasən mühəndis Vüqar Famil oğlu Abıyevi n 4.3 və 4.6-cı bəndlərinə əsasən, neftin hazırlanması və nəqli sexinin rəisi Şaiq Rasim oğlu Vəliyevin, 4.4-cü və 4.6-cı bəndlərinə əsasən neftin hazırlanması və nəqli sexinin nasos stansiyaları üzrə böyük ustası Qüdrət Səməd oğlu Əhmədovun cavabdehliyini, 4.5-ci bəndinə əsasən kirayə təmir sexinin rəisi Tural Əlikram oğlu Allahverdiyevin nəzarətsizliyi göstərilmiş və beləliklə adıçəkilən işçilər özlərinin əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və bundan əlavə təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi ilə əmək vəzifələrinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşlar. Bundan əlavə baş vermiş hadisənin araşdırılması, səbəbin in təhqiq edilməsi və gələcəkdə bu kimi halların qarşısının alınması məqsədi ilə şirkət rəhbərinin 02/L nömrəli 11 fevral 2020-ci il tarixli əmri ilə Filial rəhbərinin sədrliyi ilə Filial üzrə daxili komissiya yaradılmışdır. Daxili komissiyanın 15 fevral 2020-ci il tarixli aktına əsasən hadisənin baş verməsinə əsas verən yuxarıda adları çəkilən işçilərdən əlavə Filialın hasilat üzrə vitse-prezidenti Vladimir Navozovun, neftin hazırlanması, təhvili və satış şöbəsinin meneceri Fərmanov Azad Kərim oğlunun və İstehsalatın operativ idarə edilməsi üzrə menecer İbrahimov Cavid Adıgözəl oğlunun öz əmək funksiyalarına laqeyid yanaşmaları ilə vəzifə təlimatlarının tələblərini, əmək və icra intizamını pozduqları müəyyən edilmişdir. Şirvan şəhər Prokurorluğunun 29 aprel 2020-ci il tarixli Cinayət iş i üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, “Qarasu əməliyyat şirkətində” elektrik qaz qaynaqçısı işləyən 1974-cü il təvəllüdlü Cəfərov Ayaz Fazil oğlunun şirkətin Aşağı Mişovdağ Neftin Kompleks hazırlanması sexində Aşağı Mişovdağ Çənlər Parkında yerləşən Yol qızdırıcısının təmiri zamanı xəsarət alması hadisəsi cinayət əlamətlərini əks edilmədiyindən, baş vermiş hadisədə cinayət hadisəsi olmadığından 10 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Əhmədov Qüdrət Səməd oğlu cavabdeh “Karasu əməliyyat şirkətinə” qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət etmişdir. Şirvan şəhər Məhkəməsi 2(032)-585/2020 saylı, 14 may 2020-ci il tarixli qərardadla mülki işi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 01 aprel 2019-cu il tarixli 16.88-3 saylı əmr və əmək müqaviləsinə əsasən “Shirvan Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialında neftin hazırlanması və nəqli sexi, nasos stansiyaları üzrə böyük usta vəzifəsinə təyin edilmişdir. Filialın 03 mart 2020-ci il tarixli, 02X-OK əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, yəni mülkiyyətçiyə maddi ziyan vurmaqla əmək vəzifələri kobud şəkildə pozulduğuna görə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, işdən azad edilməsi ilə bağlı cavabdehin vermiş olduğu əmr əsassız və qanunsuzdur. Belə ki, peşə təlimatı üzrə iddiaçının işi nasos və mühərriklərin işləmə prinsiplərinə nəzarət etməkdir. Sobanın yuyulması isə həmin təlimata daxil deyildir. 10 fevral 2020-ci il tarixdə səhər saat 08:00-da işə başlayarkən sex rəisi Şaiq Vəliyev iddiaçını otağına çağıraraq bildirmişdir ki, sobanın içərisində olan ilanvari borudan axan mayedən sızma müşahidə olunmuşdur. Ona görə də sobanın içərisində olan ilanvari borunun daxilini yumağı iddiaçıya tapşırmışdır. İddiaçı həmin tapşırığı yerinə yetirərkən operatoru da özü ilə aparmışdır. Əraziyə gedərkən iddiaçıya bəlli olmuşdur ki, sobada əlli faiz işlər görülüb başa çatmışdır. O, operator Nurəddin adlı şəxslə birlikdə həmin borunu iki maşın su ilə yumuş və ofisə qayıtmışdır. Sobanın içərisində olan ilanvari borunu yumaq səlahiyyətində olmasa da sex rəisinin tapşırığını icra etmək məcburiyyətində qalmışdır. Həmin iş başqa bir işçinin səlahiyyətinə aiddir. Əslində isə həmin partlayışın sobanın içərisində olan borunun yuyulması ilə heç bir əlaqəsi yoxdur. Sobada partlayış olmamışdan öncə orada qazın olmaması ilə bağlı iki sex rəisi rəy vermişdir. Onların razılığı əsasında qaynaq işləri başlanılmış və bu zaman partlayış baş vermişdir. Qeyd olunmalıdır ki, sobanın təmiri tədbirlər planına əsasən aparılmalı idi. Lakin həmin tədbirlər planı 11 fevral 2020-ci il tarixdə qanunsuz olaraq tərtib edilmiş və tədbirlər planına onun adı dax il edilmişdir. Göründüyü kimi baş vermiş hadisə ilə bağlı iddiaçının heç bir təqsiri olmamasına baxmayaraq şirkət tərəfindən onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Onun barəsində görülmüş intizam tənbehi qanunvericiliyə uyğun olmamışdır. Belə ki, iddiaçı barəsində iltizam tənbehi tətbiq olunan zaman onun şəxsiyyəti, sosial statusu peşə bilikləri əvvəllər intizam tənbehinə məruz qalmaması kimi hallar nəzərə alınmadan barəsində ən ağır intizam tənbehi görülmüşdür. Bu əsasdan cavabdehlə imzalanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 03 mart 2020-ci il tarixli, 02X-OK saylı əmrinin iddiaçıya aid hissədə ləğv edilərək “Karasu əməliyyat şirkətində” tutmuş olduğu vəzifəyə bərpa edi lməsinə və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov, iş № 2(006)-3636/2020) iddiaçı Əhmədov Qüdrət Səməd oğlunun cavabdeh Karasu əməliyyat şirkətinə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, filialda istehsalatda bədbəxt hadisə baş vermiş və bu qəza iddiaçı tərəfindən ona həvalə edilmiş işin lazımınca yerinə yetirilməməsi səbəbindən olmuşdur. İddiaçı tərəfindən təmirə bağlanmış sobanın ilanvari borusunun yuyulması işin mübahisə edilməyən halıdır. İddiaçı b u barədə ona verilmiş tapşırığın qanunsuz olduğunu bildirmiş, lakin həmin qanunsuz əmri icra etməmək barədə əmri verən şəxsə hər hansı bir irad bildirməmişdir. İddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Qeyd olunan faktı təsdiq edən təhqiqat aktı mövcuddur. İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. İddiaçı öz əmək funksiyalarını yerinə yetirərkən istehsalatda qəza törətmişdir ki, qeyd olunan hallar müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirən hüquqazidd hərəkətlər hesab edilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Talışinski (sədrlik edən və məruzəçi), hakimlər R.Eyvazov və Z.Şirinov, iş № 2(103)-814/2021) iddiaçı Əhmədov Qüdrət Səməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)3636/2020 saylı işi üzrə 26.08.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia ərizəsinin təmin edilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsi barədə cavabdeh "Karasu Operating Company” Şirkətinin 03.03.2020-ci il tarixli 02X-OK saylı əmrinin Əhmədov Qüdrət Səməd oğ luna aid hissədə ləğv edilməsi, Əhmədov Qüdrət Səməd oğlu tutmuş olduğu vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsinin təmin edilməsi, ekspertiza xərci olan 120 (yüz iyirmi) manat məbləğdə pul vəsaitinin cavabdeh "Karasu Operating Company” Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə aparılan araşdırma qətnamənin qəbul edilməsinin əsaslarının sübuta yetirilmədiyi qənaətini formalaşdırır. Sübutetmə cavabdehin üzərində olduğu halda əmrin əsaslarını sübuta yetirməmiş, əmrdə qeyd edilən əsaslandırma üzrə xidməti araşdırma aparılmadan əsaslandırılmayan elektri k-qaz qaynaqçısı Ayaz Fazil oğlu Cəfərovun 10.02.2020-ci il tarixdə saat 15.40 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktı əsasında qərar qəbul edilmişdir. Qeyd edilməlidir ki, əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilən iddiaçının vəzifə təlimatında qeyd edilən vəzifə funksiyalarına istinad etməklə əsas kimi qanunvericiliklə müəyyən edilən əmrin əsaslandırma tələbinə formal yanaşılmışdır. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2, 7, 11, 68, 70-ci maddəsinin “ç” bəndi, 71, 72 maddəsinin “a” bəndi, 83, 84, 186-190, 294-300; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21, 324; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80-82, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 3 88, 390-cı maddələrinə istinadən hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına (həqiqətə) tam uyğun gəlməmiş, qanun və müqavilə üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara lazımi qiymət verilməmiş və bununla da yanlış nəticə hasil olunmuşdur. Diqqətə çatdırılmalıdır ki, şəxsin təqsirli olmaması cinayət hadisəsinin olmaması və ekspert rəyləri ilə istisna edilir, təhqiqat aktında əks edilənlərdən isə bilavasitə iddiaçının məsuliyyət daşıması sübuta yetirilmir və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Ka ssasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" Şirkəti (vəkil Namazova Günay Rüstəm qızı) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli 2(103)-814/2021 nömrəli qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv olunmasını və iddiaçı Əhmədov Qüdrət Səməd oğlunun cavabdeh Kayman Adalarının "xxxx" Şirkətinin filialına qarşı iddia ərizəsinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, bədbəxt hadisə filialın Aşağı Mişovdağ sahəsində neftin hazırlanması və nəqli sexinin ərazisində yerləşən yolqızdırıcısının ilanvari borusunda yaranmış nasazlığın aradan qaldırmaq məqsədi ilə qızdırıcının qabaq köynək hissəsində yerinə yetirilən qazla kəsmə zamanı əmələ gəlmiş partlayış nəticəsində baş vermişdir. Baş vermiş hadisədə qaz qaynaqçısı vəzifəsində işləyən A.Cəfərov aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilmişdir. A.Cəfərova bədbəxt hadisə nəticəsində dəymiş bütün bədən xəsarətlərinin müalicəsi xərclərini şirkət ödəmiş və şirkətin buna 70.000-80.000 manat məbləğində xərci çıxmışdır. Dövlət Əmək Müfəttişliyi Xidmətinin 27.02.2020-ci il tarixli tədqiqat aktına əsasən bədbəxt hadisənin baş verməsində tədqiqat aktının 4.4-cü bəndinə əsasən iddiaçı filialın rəhbərliyi tərəfindən təsdiq edilmiş «nasos stansiyaları üzrə böyük ustanın vəzifə təlimatı»-nın 3.2-ci (istehsalat təhlükəsizliyi və əməyin mühafizəsi üzrə peşə öhdəlikləri) bəndinin 1-ci abzasının (öhdəliklərini əmək qanunvericiliyinə, qaydalara, normalara, təlimatlara və əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası üzrə digər rəhbər sənədlərə uyğun olaraq icra etmək tələblərinə əməl etməmişdir. Tədqiqat aktının 4.6-cı bəndinə əsasən Əhmədov Qüdrət Səməd oğlu filialın istehsalat üzrə vitse-prezidenti tərəfindən təsdiq edilmiş «Mexaniki avadanlıqların təmiri üzrə reqlamenti»nin 4-cü (qızdırıcının demontajına hazırlıq işləri) bölməsinin 4.2-ci (demontajın hazırlıq işlərində vacibdir) bəndinin 3-cü abzasının (ilanvari boru yığımını 2 saat ərzində buxarla yumaq) tələblərinə əməl etməmişdir. İddiaçı öz vəzifə öhdəliklərini yerinə yetirməyərək əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşının səhhətinə xəsarət yetirməsi ilə Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşdur. İddiaçının hadisənin baş verməsində təqsiri aşağıdakılardan ibarətdir. 09.02.2 020-ci il tarixdə şirkətin vitse-prezidenti Vladimir Novozov neftin hazırlanması və nəqli sexinin ərazisində yerləşən YO-2M markalı yol qızdırıcısının üst səthinin mərkəzində yerləşən deşikdən xam neft qarışıqlı mayenin çölə axmasının qarşısını almaq məqsədilə təmir işlərinin aparılmasına dair müvafiq tapşırıqlar vermişdir. Həmin sexin rəisi Ş.Vəliyev 10.02.2020-ci il tarixdə nasos stansiyaları üzrə böyük usta Qüdrət Əhmədova qızdırıcının ilanvari borusunda yaranmış nasazlığın aradan qaldırılması üçün nəzərdə tutulmuş təmir işlərinin başlanması məqsədilə hazırlıq işlərinin görülməsi tapşırığını vermiş və sahədə yerləşən digər texnoloji avadanlıqların işinə nəzarət etmək üçün getmişdir. İddiaçı ilanvari boru yığımının içərisinin təmiz su ilə yuyulmasını təşkil etsə də, «Mexaniki avadanlıqla rın təmiri üzrə reqlamenti»ndə nəzərdə tutulmasına baxmayaraq ilanvari boru yığımını buxarla yumadan Ş.Vəliyevə mobil telefonla zəng edərək hazırlıq işlərinin başa çatdığını bildirmişdir. Bundan sonra Şirkətin digər əməkdaşları da təmir işlərinin aparılması istiqamətində digər tədbirləri görmüşlər və nəticədə partlayış baş verərək şirkətin əməkdaşının sağlamlığına olduqca ağır zərər vurulmuşdur. Şirkət tərəfindən yaradılmış daxili komissiyanın təhqiqatı nəticəsində də bədbəxt hadisənin baş verməsinin səbəbi işçilərin, o cümlədən Əhmədov Qüdrət Səməd oğlunun öz vəzifə təlimatının, mexaniki avadanlıqların təmiri üzrə reqlamentinin və bununla də Əmək Qanunvericiliyinin pozulması müəyyən edilmişdir. İşəgötürən əsaslı və qanuni olaraq 03.03.2020-ci il tarixli əmri ilə 5 işçi, o cümlədən Əhmədov Qüdrət Səməd oğlu ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsində «sübutetmə cavabdehin üzərində olduğu halda əmrin əsaslarını sübuta yetirməmiş, əmrdə qeyd edilən əsaslandırma üzrə xidməti araşdırma aparılmadan əsaslandırılmayan elektrik qaynaqçısı Ayaz Fazil oğlu Cəfərovun 10.02.2020-ci il tarixdə saat 15-40 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktı əsasında qərar qəbul etmişdir.» qeyd etmişdir. Lakin şirkətin 03.03.2020-ci il tarixli əmrinə nəzər yetirilsə görürlər ki, əmək müfəttişliyinin əmri ilə hadisənin araşdırılması üçün təhqiqat komissiyası və bundan əlavə şirkət rəhbərinin sədrliyi ilə şirkət üzrə daxili komissiya yaradılmışdır və qeyd olunan olduqca ağ ır nəticələrə səbəb olan bədbəxt hadisənin səbəbləri araşdırılmışdır. Apellyasiya Məhkəməsi qətnamədə bu cür əsaslandırma edərək dolayısı ilə Dövlət Əmək Müfəttişliyinin Xidmətinin təhqiqat aktının heç bir əhəmiyyətinin olmadığını qeyd etmiş olur. Əmək Müfəttişliyi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirilməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edir və öz səlahiyyətləri daxilində həmin siyasətin həyata keçirilməsini təmin edir. Hazırkı iş üzrə Xidmətin tərtib etdiyi təhqiqat aktı onun aid olduğu işçilərdən biri (Vəliyev Şaiq) tərəfindən inzibati məhkəmədə mübahisələndirilmişdir, lakin həmin akt qanuni və əsaslı olduğu üçün iddia təmin edilməmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır. Bakı Apellyasiya Məhkəməsi qətnaməsində qeyd edir ki, «əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilən iddiaçının vəzifə təlimatında qeyd edilən vəzifə funksiyalarına istinad etməklə əsas kimi qanunvericiliklə müəyyən edilən əmrin əsaslandırma tələbinə formal yanaşılmışdır. Əgər şirkət işçinin öz əmək funksiyalarına laqeyid yanaşması ilə vəzifə təlimatlarının tələblərini, əmək və icra intizamının pozulduğunu müəyyən edərək işçini işdən azad edirsə, onda məntiqi olaraq işçinin vəzifə təlimatına əsasən məhz hansı vəzifə funksiyalarının pozulduğunu əmrində əks etdirməlidir ki, bunu da şirkət öz əmrində etmişdir, yəni bu hissədə heç bir pozuntuya yol verilməmişdir. Məhkəmə qətnamədə Şirvan şəhər prokurorluğunun 29.04.2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarına və bədbəxt hadisə nin nəticələri aradan qaldırıldıqdan sonra yalnız prokurorluqda olan sənədlər əsasında təyin edilmiş kompleks ekspertizasının nəticələrinə istinad edərək iddiaçının məsuliyyətini istisna etmişdir. Prosessual hüquq norması baxımından bu cür ekspertizanın aparılması heç bir sübut əhəmiyyəti olmayan bir prosessual hərəkət idi, çünki əgər məhkəmə üçün bu ekspertizanın təyin edilməsi obyektiv və ədalətli olaraq işin faktiki hallarını müəyyən etmək və iddiaçının təqsirinin olubolmamasını müəyyən etmək idisə, o zaman ekspertizanın keçirilməsi prokurorluqda olan sənədlər əsasında deyil, fiziki olaraq hadisə yerində aparılmalı, bu prosesdə şirkətin iştirakı təmin edilməli, aidiyyatı şəxslər dindirilməli, iddiaçının vəzifə səlahiyyətlərinin pozulmasını ortaya çıxararaq şirkətin daxili reqlamenti və qaydaları araşdırılmalı və nəticədə möhtəbər rəy formalaşmalı idi. Onsuzda prokurorluq materiallarında məhkəmənin təyin etdiyi və keçirilən ekspertiza aparılmış və analoji rəy verilmişdir. Yeni ekspertiza əlavə heç bir yeni fakt müəyyən etməmişdir. Bu da onu deməyə əsas verir ki, bu cür ekspertizanın təyin edilməsi yalnız məhkəmə qətnaməsində əlavə və təkrar sözlərin yazılmasına və prossesual cəhətdən işin obyektiv araşdırılması üçün deyil, sırf iddianın təmin edilməsi üçün formal sübutların formalaşmasına xidmət etmişdir. Lakin işçinin əməlində cinayət tərkibinin olmaması, onun əmək qanunvericiliyini pozmaması anlamına gəlmir. Şirkət öz əmrində iddianın və onunla bərabər təqsirli olan bir neçə şəxsin cinayət törətməsinə görə deyil, əmək və icra intizamını pozduqlarına görə əmək müqavilələ rinə xitam vermişdir. Məhkəmənin gəldiyi nəticə iş üzrə ziddiyyətli məqamın ortaya çıxmasına əsas verir: yəni əgər hadisə baş veribsə, hadisə nəticəsində ağır xəsarət alan varsa, lakin məhkəmə qətnaməsinə əsasən iddiaçının təqsiri yoxdursa, o zaman hadisə üzrə xəsarət alan şəxsin kimin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində xəsarət almasına məhkəmə hüquqi qiymət verməmişdir. İş tam araşdırılsa idi, sübutlara hərtərəfli qiymət verilsə idi, hadisənin baş vermə səbəbləri və təqsirli şəxslər məhkəmə qətnaməsində öz əksini tapmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Namazova Günay Rüstəm qızı məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmu nuna uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İddiaçı Əhmədov Qüdrət Səməd oğlu və onun vəkili Əbdürəhmanov Kənan Səfər oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul e dilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması tə şkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 42-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. 70-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları: Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: müəssisə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71-ci maddəsini nəzərə almaqla qeyd ki, işçi ilə bağlanmış əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilə bilməsi üçün onun yol verdiyi pozuntunun konkret mənfi nəticələrə (əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya zərərin vurulmuş olması) səbəb olması tələb edilir. Maddədəki “zərər” ifadəsi “maddi zərər” olaraq qəbul edilməməlidir və maddədə mənfi nəticə dedikdə, yalnız zərər vurulması deyil, həm də əmək və icra intizamının normal ahənginin pozulmuş olmasının başa düşüldüyü öz əksini tapmışdır. 191-ci maddəsinə əsasən
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 217-ci maddəsinə əsasən
1. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.
2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır
3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş q aydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.
4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamı n, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər no rmativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulması na yol verilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı qətnaməsini ləğv edərək iddianın təmin olunması nəticəsinə gələrkən aşağıdakılara əsaslanmışdır:
1. Sübutetmə cavabdehin üzərində olduğu halda əmrin əsaslarını sübuta yetirməmiş,
2. Əmrdə qeyd edilən əsaslandırma üzrə xidməti araşdırma aparılmadan əsaslandırılmayan elektrik-qaz qaynaqçısı Ayaz Fazil oğlu Cəfərovun 10.02.2020ci il tarixdə saat 15.40 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktı əsasında qərar qəbul edilmiş,
3. Əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilən iddiaçının vəzifə təlimatında qeyd edilən vəzifə funksiyalarına istinad etməklə əsas kimi qanunvericiliklə müəyyən edilən əmrin əsasla ndırma tələbinə formal yanaşılmışdır.
4. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış,
5. Qətnamədə göstərilmiş nəticələr işin hallarına (həqiqətə) tam uyğun gəlməmiş, qanun və müqavilə üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara lazımi qiymət verilməmiş, bununla da yanlış nəticə hasil olunmuşdur.
6. Şəxsin təqsirli olmaması, cinayət hadisəsinin olmaması və ekspert rəyləri ilə istisna edilir, təhqiqat aktında əks edilənlərdən isə bilavasitə iddiaçının məsuliyyət daşıması sübuta yetirilmir və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi zamanı verilmiş əmrin əsaslandırılmama sı və bununla bağlı digər dəlillərlə bağlı qeyd edir ki, apellyasiya məhkəməsinin bu hissədə gəldiyi nəticə əsaslı hesab oluna bilməz. Cavabdeh iddia tələbinə etirazında və kassasiya şikayətində göstərir ki, «Dövlət Əmək Müfəttişliyi Xidmətinin 27.02.2020-ci il tarixli tədqiqat aktına əsasən bədbəxt hadisənin baş verməsində tədqiqat aktının 4.4-cü bəndinə əsasən iddiaçı filialın rəhbərliyi tərəfindən təsdiq edilmiş «nasos stansiyaları üzrə böyük ustanın vəzifə təlimatı»-nın 3.2-ci (istehsalat təhlükəsizliyi və əməyin mühafizəsi üzrə peşə öhdəlikləri) bəndinin 1-ci abzasının (öhdəliklərini əmək qanunvericiliyinə, qaydalara, normalara, təlimatlara və əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası üzrə digər rəhbər sənədlərə uyğun olaraq icra etmə k tələblərinə əməl etməmişdir. Tədqiqat aktının 4.6-cı bəndinə əsasən Əhmədov Qüdrət Səməd oğlu filialın istehsalat üzrə vitse-prezidenti tərəfindən təsdiq edilmiş «Mexaniki avadanlıqların təmiri üzrə reqlamenti»nin 4-cü (qızdırıcının demontajına hazırlıq işləri) bölməsinin 4.2-ci (demontajın hazırlıq işlərində vacibdir) bəndinin 3-cü abzasının (ilanvari boru yığımını 2 saat ərzində buxarla yumaq) tələblərinə əməl etməmişdir. İddiaçı öz vəzifə öhdəliklərini yerinə yetirməyərək əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşının səhhətinə xəsarət yetirilməsi ilə Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşdur. İddiaçının hadisənin baş verməsində təqsiri aşağıdakılardan ibarətdir. 09.02.2020-ci il tarixdə şirkətin vitse-prezidenti Vladimir Novozov neftin hazırlanması və nəqli sexinin ə razisində yerləşən YO-2M markalı yol qızdırıcısının üst səthinin mərkəzində yerləşən deşikdən xam neft qarışıqlı mayenin çölə axmasının qarşısını almaq məqsədilə təmir işlərinin aparılmasına dair müvafiq tapşırıqlar vermişdir. Həmin sexin rəisi Ş.Vəliyev 10.02.2020-ci il tarixdə nasos stansiyaları üzrə böyük usta Qüdrət Əhmədova qızdırıcının ilanvari borusunda yaranmış nasazlığın aradan qaldırılması üçün nəzərdə tutulmuş təmir işlərinin başlanması məqsədilə hazırlıq işlərinin görülməsi tapşırığını vermiş və sahədə yerləşən digər texnoloji avadanlıqların işinə nəzarət etmək üçün getmişdir. İddiaçı ilanvari boru yığımının içərisinin təmiz su ilə yuyulmasını təşkil etsə də, «Mexaniki avadanlıqların təmiri üzrə reqlamentin»də nəzərdə tutulmasına baxmayaraq ilanvari boru yığımını buxarla yumada n Ş.Vəliyevə mobil telefonla zəng edərək hazırlıq işlərinin başa çatdığını bildirmişdir. Bundan sonra Şirkətin digər əməkdaşları da təmir işlərinin aparılması istiqamətində digər tədbirləri görmüşlər və nəticədə partlayış baş verərək şirkətin əməkdaşının sağlamlığına olduqca ağır zərər vurulmuşdur. Şirkət tərəfindən yaradılmış daxili komissiyanın təhqiqatı nəticəsində də bədbəxt hadisənin baş verməsinin səbəbi işçilərin, o cümlədən Əhmədov Qüdrət Səməd oğlunun öz vəzifə təlimatının, mexaniki avadanlıqların təmiri üzrə reqlamentinin və bununla də Əmək Qanunvericiliyinin pozulması müəyyən edilmişdir.» İddiaçının işdən azad olunmasına dair əmrdə isə onun verilməsinə əsas kimi Əmək Müfəttişliyinin hadisənin araşdırılması ilə bağlı 12 fevral 2020-ci il tarixli əmri ilə yaradılmış təhqiqat kom issiyasının 27 fevral 2020-ci il tarixli aktına və eyni zamanda bundan əlavə şirkət rəhbərliyinin 11 fevral 2020-ci i tarixli əmri əsasında yaradılmış daxili araşdırma komissiyasının 15 fevral 2020-ci il tarixli aktına istinad olunmuşdur. Hər iki aktın nəticələrinə görə isə iddiaçı əmək funksiyasına laqeyd yanaşmış, vəzifə təlimatlarının tələblərini, əmək və icra intizamını pozmuşdur. Belə olan halda isə işəgötürənin iddiaçının işdən azad olunmasına dair əmrini əsaslandırmaması və əmrinin əsaslılığını sübut edə bilməməsi ilə bağlı nəticə anlaşılmaz olmaqla işin halları ilə təsdiq olunmur. Apellyasiya instansiya məhkəməsinin əsaslandırması o nəticəyə gəlməyə əsas verir ki, cavabdehin etirazının əsası kimi istinad etdiyi bu dəlillər üzrə ümumiyyətlə hər hansı araşdırma aparılmamışdır. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilsin. Qeyd edilən faktlar üzrə etirazın dəlillərinə qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etsə də, apellyasiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq etirazın dəlillərini araşdırmamışdır. Həmçinin əmrdə göstərilən əsasların və əmrin əsaslılığının cavabdeh tərəfindən məhkəmə baxışı zamanı sübuta yetirilməməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə də sübutların MPM-in 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirliməsi qaydasına cavab vermir. Apellyasiya məhkəməsi isə qeyd edilən aktları sübut kimi qiymətləndirmədən kəna rda qoymuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi baş vermiş hadisə ilə bağlı aparılan cinayət təqibinin yekununa görə qəbul olunmuş 29 aprel 2020-ci il tarixli qərarına və həmin icraatda keçirilmiş və apellyasiya icraatı zamanı təyin olunaraq alınmış ekspert rəylərinə istinad edərək belə qənaətə gəlmişdir ki, şəxs təqsirli deyil, cinayət hadisəsi yoxdur. Nəzərə alınmalıdır ki, cinayət təqibini həyata keçirən orqanın qəbul etmiş olduğu qərar mülki işə baxan məhkəmə üçün preyudisial əhəmiyyətə malik olan qərar olaraq qəbul oluna bilməz. Həmin qərar, o cümlədən ekspert rəyləri digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Lakin apellyasi ya instansiyası məhkəməsinin əsaslandırmasından aydın olur ki, cinayət təqibini həyata keçirən orqanın iş üzrə icraata xitam verilməsinə dair qərarda ifadə etdiyi mövqeyini və ekspertiza rəyində müəyyən olunmuş nəticəni möhtəbər sübutlar olaraq qəbul etmişdir, iş üçün əhəmiyyətli olan digər sübutları göstərildiyi kimi kənarda qoymuş və qiymətləndirilməmiş saxlamışdır. Halbuki əmrin verilməsinə əsas məhz həmin aktlar olmuşdur. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, qərarda hadisənin cinayət hadisəsi olmamasına dair gəldiyi nəticə ümumiyyətlə hadisənin baş verməməsi demək deyildir. Həmin qərarda ifadə edilmiş mövqe cinayət işinin mövcudluğunu, həmin icraatda təqibin davam etdirilməsini istisna etsə də, mülki və ya əmək münasibətləri daxilində icraatın başla nmasını və davam etdirilməsini istisna etmir. Hər bir halda nəzərə alınmalıdır ki, hadisə baş vermiş, həmin hadisə nəticəsində bir nəfər xəsarət almış və işəgötürən hadisə ilə bağlı zərərə məruz qalmışdır. Bütün bunlar keçirilmiş tədqiqatların nəticəsinə görə verilmiş aktlara əsasən işçinin əmək funksiyası ilə bağlı vəzifələrini düzgün yerinə yetirməməsi və icra etməməsi ilə bağlı olmuşdur. Beləliklə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübu tlarla təsdiq olunmalıdır. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldı rılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarı ) İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olun muş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Odur ki, qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, Azərbaycan Respublikası MPM-nin 88, 217.4-cü -ci maddələrinin tələbləri baxımından düzgün qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-814/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi ləğv olunsun, iş baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.