Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4849/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh YYY oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zəbt edilmiş torpaq sahəsinin qanunsuz sahiblikdən alınaraq qaytarılması, əldən çıxmış faydanın tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh YYY oğluna qarşı “zəbt edilmiş torpaq sahəsinin qanunsuz sahiblikdən alınaraq qaytarılması, əldən çıxmış faydanın tutulması” tələbinə dair iddia üzrə Şirvan Apellyasiya Məhkəmə sinin Mülki kollegiyasının 2(106)942/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində Neftçala rayonu Kürqarabucaq kəndində yerləşən 1,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi onların mülkiyyətinə Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı əsasında verilmiş, bu barədə torpağa mülkiyyət hüququna dair JN-0065 saylı dövlət aktı tərtib olunmuşdur. (Həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriya lı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir).
2. Cavabdeh, Dadaşova Hicran Mirhəsən qızı və X1 mülkiyyətində də Neftçala rayonu Kürqarabucaq kəndində yerləşən 2,4 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır (Həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir).
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 01 dekabr 2020-ci il tarixli **********87 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı1 ərizəsi ilə bağlı Ərazi İdarəsinin Neftçala rayon şöbəsinin mütəxəssisi İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X3 və maraqlı tərəflərin iştirakı i lə mülkiyyətində olan 1,92 ha və 1,5111 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin naturada döngə nöqtələrinin koordinatları müasir ölçü cihazları ilə müəyyənləşdirilmiş, mərz nişanları qoyulmuş və aidiyyətı üzrə təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavavbdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-65 saylı dövlət aktı ilə dövlət tərəfindən əkin üçün onlara verilmiş 1,92 ha pay torpaq sahəsinin Cavabdeh YYY oğlu tərəfindən zəbt edilmiş hissəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçılara qaytarılması və torpaq sahəsindən 15 il ərzində qanunsuz istifadəyə görə əldən çıxmış fayda qismində cavabdehdən 11475 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ödənilməsini xahiş etmişlər.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılara Neftçala rayonu Kürqarabucaq kəndində verilmiş 1,92 hektar pay torpaq sahəsi əskik olduğu üçün qonşu torpaq sahəsini ölçdükdə çatışmayan torpaq sahəsinin qonşuları - JN-66 nömrəli torpaq sahəsinin mülkiyyətçisi, Neftçala rayonu Kürqarabucaq kənd sakini İmamməddin Dadaşov tərəfindən qanunsuz istifadə edildiyi məlum olmuşdur. İddiaçılar dəfələrlə torpağın qaytarılmasını tələb etsələr də, cavabdeh çatışmayan torpaq sahəsinin onda olmadığını bildirmişdir. Məsələni daha dəqiq həll etmək üçün 21 oktyabr 2020-ci il tarixə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin Neftçala rayon şöbəsinin mütəxəssisi əraziyə gəlmiş, hər iki tərəfin iştirakı ilə torpaq sahəsini ölçərək mərz nişanları vurmuş və bir daha təsdiq olunmuşdur ki, iddiaçıların pay torpaqlarının bir hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Buna baxmayaraq cavabdeh mərz nişanlarını çıxarıb torpağı qaytarmayacağını bildirmişdir. Vurulmuş mərzlərə əsasən əskik torpaq sahəsi tərəfləri 4,8, 242, 23 və 252 metr olan dördbucaqlı və 0,34 hektar təşkil edir. Cavabdeh 15 ildir ki, iddaçıların mülkiyyətlərində olan torpaq sahəsinin bir hissəsinə qanunsuz sahiblik edir. Cavabdeh onun olmadığını bildiyi halda hər il həmin torpaq sahəsini əkir. Eyni ölçülü torpaq sahəsi üçün orta hesabla müvafiq olaraq yonca hasilatı (0,34 hektar x 800 ədəd yonca) 272 ədəd preslənmiş yonca, buğda hasilatı (0,34 hektar x 50 sentner buğda) 1700 kq, pambıq hasilatı isə ( 0,34 hektar x 40 sentner) 1360 kq pambıqdır. Beləliklə orta hesabla yoncaya görə illik mənfəət 0,34 hektar üçün (272 ədəd x 3 manat), 816 manat, buğdaya görə (1700 kq x 45 qəpik) 765 manat, pambığa görə isə (1360 kq x 75 qəpik) 1020 manat təşkil edir. Beləliklə Cavabdeh mübahisəli torpaq sahəsindən hər il ən azı 765 manat gəlir götürmüşdür və ya götürə bilərdi.
6. Cavabdehin nümayəndəsi X6 iddia tələbi ilə razı olmadığını, cavabdehin 2006-cı ilin payızında DTXK Heftçala rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin nümayəndələri tərəfindən torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən ölçülüb təhvil verilmiş torpaq sahəsinin hüdudlarından kənara çıxmadığını bildirmişdir.
7. Birinci instansiya məhkəməsinin qərardadı ilə ekspertiza təyin olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
8. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin "xxxx" MMC-nin Şirvan Layihə-Tədqiqat İdarəsi qeyd olunan qərardad əsasında mütəxəssis rəyi verilməsinin mümkün olmadığı barədə xx.xx.2021-ci il tarixli arayş vermişdir. Arayışda qeyd olunur ki, mütəxəssis tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, GPS aləti ilə mübahisəli torpaq sahəsinin koordinatları təsbit edilmiş, kameral şəraitdə aparılan araşdırma zamanı iddiaçıların iddia etdikləri torpaq sahəsi ilə sənəd üzrə mülkiyyətlərində olan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri arasında uyğunsuzluq müəyyən edilmişdir. Bu səbəbdən müvafiq mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2021-ci il tarixli 10/2479 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 iyun 2016-cı il tarixli çıxarışa əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş və baxış zamanı iddiaçının istifadə etdiyi torpaq sahəsi kimi təqdim olunmuş Neftçala rayonu Kürqarabucaq kəndində yerləşən 1,92 hektar torpaq sahəsinin faktiki vəziyyətdə 0,20 hektar hissəsi Cavabdeh YYY oğlu tərəfindən istifadə edilir.
10. Rəyin tədqiqat hissəsində qeyd olunmuşdur ki, cavabdehə məxsus torpaq sahəsinə dair plan və ölçü sənədi mülki iş materiall arına əlavə edilmədiyindən həmin torpaq sahəsinin sənəd üzrə enini və uzunluğunu müəyyən etmək mümkün olmamışdır.
11. Neftçala Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(053)-210/2021 saylı qətnaməsi ilə (sədrlik edən Ə.Tağıyev) iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 iyun 2016-cı il tarixli çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş Neftçala rayonu, Kürqarabucaq kəndində yerləşən 1,92 hektar torpaq sahəsinin zəbt etdiyi 0,20 hektar hissəsindən çıxarılması, cavabdehdən 10 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı2 xeyrinə ödənilməsi, e kspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 25 (iyirmi beş) manatı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 25 (iyirmi beş) manatı isə cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmiş, iddia tələbi qalan hissələrdə təmin edilməmişdir.
12. Məhkəmə müəyyən etmişdir ki, Neftçala rayonu Kürqarabucaq kəndində yerləşən 1,92 hektar torpaq sahəsi İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, sonradan isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən onun adına çıxarış verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 02 iyun 2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı1, İd diaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş Neftçala rayonu Kürqarabucaq kəndinin ərazisində yerləşən 1,92 hektar torpaq sahəsinin 0,20 hektar hissəsi cavabdeh tərəfindən qanunsuz zəbt edilərək istifadə edilir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 178.1, 386, 1096-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehdən əldən çıxmış fayda kimi 6748.7 manat pul tələbinin təmin olunmayan hissəsində ləğv olunmasını, h əmin hissədə iddianın təmin olunması və 15 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edildiyi müəyyən olunmuşdur. Lakin müvafiq 0.2 hektar torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsi nəticəsində əldən çıxmış faydanın (real zərərin) iddiaçılara qaytarılması tələbi məhkəmə tə rəfindən təmin edilməmişdir. Qətnamə əldən çıxmış faydanın (real zərərin) iddiaçılara qaytarılması tələbinin təmin edilməməsi hissəsində qanunsuz (maddi hüquq normalarına ziddir) və əsassızdır.
16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Onun ekspertiza rəyi ilə vaxtında tanış olmaq hüquqları məhkəmə tərəfindən pozulub. xx.xx.2021-ci il tarixdə saat 15:00-da məhkəmə iclasının gedişi vaxtı hakimin göstərişindən sonra katib ekspert rəyinin surətini tanış olmaq üçün ona vermişdir. Məhkəmə təkrar və əlavə ekspertiza barədə vəsatətin olub olmamasını aydınlaşdırmadan qətnamə qəbul etmişdir. Ekspert tərəfindən rəydə guya istifadə etdikləri torpağın en ölçülərini 97.0 metr və 100.0 metr göstərərək sahəni qəsdən çoxaldaraq 2.65 hektar olaraq hesablamış və bu riyazi hesablamaya və Əmlak Komitəsinin çıxarışında qeyd olunan ölçülərə görə yanlış rəqəmdir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir, lakin məhkəmə ekspertin əsassız və kifayət qədər yanlış və tam cavablandırılmayan rəyini əsas götürərək qətnamə çıxarmışdır. 2.40 hektar torpaq sahəsinin cavabdehə aid olmasına dair Əmlak Komitəsi tərəfindən verilmiş ******* nömrəli DƏDR X-dən çıxarışın olmasına baxmayaraq Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbləri pozularaq özünə aid torpağa sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqları tam məhdudlaşdırılmışdır.
18. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-942/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Zeynalov (sədrlik edən və məruzəçi), T.Heydərov, T.Kərimov) iddiaçılar və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçü n mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1, 354.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 may 2022-ci il tarixli qətnaməsi qətnaməsinin ləğv edilməsi və iddia tələbinin əsassız olduğu üçün rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 21.1. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2.40 hektar torpaq sahəsinin cavabdehə aid olmasına dair Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş ******* nöm rəli DƏDRX-dan çıxarışın olmasına baxmayaraq, cavabdehin torpaqdan istifadə etmək və ona dair sərəncam vermək hüquqları məhkəmə qətnaməsi ilə məhdudlaşdırılmışdır. 21.2. Məhkəmə ekspertin əsassız rəyini əsas götürərək qətnamə çıxarmışdır. Halbuki ekspert rəyində riyazı hesablamaların düzgün aparılmadığı və cavabdehə məxsus sənədlərin mülki iş materiallarında olmasına baxmayaraq, cavabdeh tərəfindən plan və cizgi ölçüləri işə əlavə edilmədiyindən, həmin torpaq sahəsinin sənəd üzrə eninin və uzunluğunun müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. 21.3. Həmçinin, kassasiya şikayətinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 120 nömrəli AR “X4” tərəfindən verilmiş rəyə əsasən həmin torpaq sahəsinin koordinatları ilə X2 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları və hüdudl arının tam həcmdə üst-üstə düşməsi müəyyən olunmuşdur. 21.4. Kassator şikayətini Mülki Məcəllənin 152.1, MPM-nin 102.2, 103.1, 376.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun mə hkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 41 6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki halla rını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində cavabdeh qətnamənin ləğv olunmasını xahiş etməsinə baxmayaraq, işdən görünür ki, iddia maddi ziyanın ödənilməsinə aid hissədə təmin olunmamışdır və cavabdehin kassasiya şikayətinin dəlilləri də iddianın təmin olunmuş hissəsində qətnamənin ləğvinə yönəlmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsini n qətnaməsi mübahisələndirilən hissədə - «Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 iyun 2016-cı il tarixli çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş Neftçala rayonu, Kürqarabucaq kəndində yerləşən 1,92 hektar torpaq sahəsinin zəbt etdiyi 0,20 hektar hissəsindən çıxarılması, cavabdehdən 10 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı2 xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 25 (iyirmi beş) manatı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 25 (iyirmi beş) manatı isə cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi» hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Ali Məhkəmənin Mülki Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.
40. Belə ki, iddiaçılar onların mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini bildirir və onun zəbt olunan hissədən çıxarılmaqla mülkiyyət hüquqlarının bərpa olunmasını tələb edir.
41. Məhkəmə bu işə baxarkən əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını və daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız subyekti v hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
42. İddiaçıların mübahisəli torpaq sahəsinə subyektiv hüququnun olmasına dair sübut kimi torpaq sahəsi üzərində hüquqların xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışı təqdim etmişdir.
43. İddiaçıların subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçıların torpaq sahəsindən və ya onun bir hissəsindən cavabdeh tərəfindən istifadə olunub-olunmamasının müəyyən edilməsindən ibarətdir.
44. Bu halın müəyyən edilməsi xüsusi bilik tələb etdiyinə görə birinci instansiya məhkəməsi haqlı olaraq ekspertiza təyin etmişdir. Həmin rəylə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmadığı müəyyən olunmuşdur.
45. Mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən tutulub-tutulmaması ilə bağlı iş materiallarında bir-biri ilə ziddiyyət təşkil edən mütəxəssis və ekspert rəyi vardır. Belə ki, işə əlavə olunmuş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin "xxxx" MMC-nin Şirvan Layihə-Tədqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, mütəxəssis tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, GPS aləti ilə mübahisəli torpaq sahəsinin koordinatları təsbit edilmiş, kameral şəraitdə aparılan araşdırma zamanı iddiaçıların iddia etdikləri torpaq sahəsi ilə sənəd üzrə mülkiyyətlərində olan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri arasında uyğunsuzluq müəyyən edilmişdir.
46. Lakin apelyasiya instansiyası məhkəməsinin sübut kimi qəbul etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2021-ci il tarixli 10/2479 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıların mülkiyyətinə verilmiş və baxış zamanı iddiaçının istifadə etdiyi torpaq sahəsi kimi təqdim olunmuş Neftçala rayonu Kürqarabucaq kəndində yerləşən 1,92 hektar torpaq sahəsinin faktiki vəziyyətdə 0,20 hektar hissəsi Cavabdeh YYY oğlu tərəfindən istifadə edilir.
47. Apellyasiya instansiyası məhkəməsi həmin rəyi sübut kimi qəbul etməklə, iddianı təmin etmişdir.
48. Ancaq apelyasiya instansiyası məhkəməsi bu rəyin qiymətləndirilməsi zamanı MPM-nin tələblərinə sonadək əməl etməmişdir. Belə ki, cavabdeh apelyasiya şikayətində ekspertin rəyini mübahisələndirmiş, apelyasiya şikayətinə mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçü sənədini əlavə etmişdir.
49. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
50. Həmçinin Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
51. Beləliklə, məhkəmə hər bir halda ekspert rəyini məhkəmə prosesi zamanı tədqiq etməli və digər sübutlarla yanaşı obyektiv qiymətləndirməlidir.
52. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin a radan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizaların keçirilməsidir.
53. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı), şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
54. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
55. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmə tərəfindən istinad edilən sübutlar və dəlillər, rəhbər tutulan normalar qətnamədə göstərilməklə, onların hüquqi cəhətdən əsaslandırılmasının vacibliyi xüsusilə vurğulanmalıdır. Məhkəmə sübutlara istinad etməklə kifayətlənməməli, hər bir sübutun, o cümlədən mülkiyyət hüququnu təsdiq edən sən ədin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırılmış olması məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən hüquqi sənədlərin araşdırılmasını və qətnamədə göstərilən nəticələrin həmin sübutlarla təsdiq olunmasını ehtiva edir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə "xxxx" MMC-nin mütəxəssisi tərəfindən verilmiş arayışın ziddiyyətini araşdırmamışdır. Halbuki, MMC-nin arayışında torpaq sahəsinin koordinatlarını müəyyən etmək üçün xüsusi cihazlardan istifadə olunduğu göstərilməsi, ekspert rəyinin mütəxəssis arayışı ilə ziddiyyət təşkil etməsi, bu cür əsaslandırmanı tələb edir di.
57. Ekspert rəyində qeyd olunmuşdur ki, cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi iddiaçının istifadəsində olan torpaq sahəsinin cənub-şərq istiqamətində yerləşməklə eni cənub-qərb istiqamətində 100 metr, şimal-şərq istiqamətində isə 97 metr təşkil edir. Faktiki olaraq cavabdehin istifadəsində olan sahə 2,65 ha təşkil edir.
58. Cavabdeh ekspertin bu hesablamasını mübahisələndirərək apellyasiya şikayətində bildirmişdir ki, onun torpaq sahəsinin sənəd üzrə eni 1-ci tərəfdə 101,8 m. 2-ci tərəfdə 96,9 m, uzunluğu 1-ci tərəfdə 266,1 m, 2-ci tərəfdə isə 229,3 metr təşkil edir.
59. Apellyasiya instansiyası məhkəməsi bu dəlilləri əsassız hesab etmişdir və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, «Məhkəmə kollegiyası apelyasiya şikayətinin həmin dəlillərini iş materialları üzrə araşd ırıb hüquqi qiymət verərək qeyd edir ki, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2021-ci il tarixli, 10/2479 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 iyun 2016-cı il tarixli çıxarışa əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş və baxış zamanı iddiaçının istifadə etdiyi torpaq sahəsi kimi təqdim olunmuş Neftçala rayonu Kürqarabucaq kəndində yerləşən 1,92 hektar torpaq sahəsinin faktiki vəziyyətdə 0,20 hektar hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Ona görə də, ekspert tərəfindən rəydə guya istifadə etdikləri torpağın en ölçülərini 97.0 metr və 100.0 metr göstərərək sahəni qəsdən çoxaldaraq 2.65 hektar olaraq hesablaması və bu riyazi hesablamaya və Əmlak Komitəsinin çıxarışında qeyd olunan ölçülərə görə yanlış rəqəm olması barədə apelyasiya şikayətinin dəlilləri əsassız hesab edilmişdir».
60. Məhkəmənin bu əsaslandırması özlüyündə əsassızdır. Çünki cavabdeh ekspert rəyini mübahisələndirdiyi halda, onun dəlilini elə rəyin özünə görə rədd etmək (başqa sözlə «rəyin əsassızlığı barədə dəlil əsassızdır, çünki rəy əsaslıdır» düsturu), dəlilin araşdırılmaması deməkdir. Çünki məhkəmə MPM-nin 88-ci maddəsinə əsasən cavabdehin dəlillərini ekspert rəyi əsasında gəlinən nəticəni başqa sübutlarla müqayisə edib təhlil etmək yolu ilə araşdırmalı idi.
61. Məhkəmə kollegiyası izah edi r ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
62. Bu baxımdan məhkəmənin əsaslandığı ekspert rəyi, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyət kəsb edən mövcud faktiki vəziyyət barədə düzgün, əsaslandır ılmış, aydın və tam təsəvvür yaratmalıdır.
63. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar).
64. Bundan başqa, işin hallarından göründüyü kimi ekspert cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinə dair plan ölçü sənədin in təqdim olunmadığını qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza keçirilməsi üzrə məhkəmənin vəzifəsi sadəcə bu barədə qərardad qəbul edib ekspertiza idarəsinə göndərilməsi ilə başa çatmır. MPM-nin 14 və 97-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertiza təyin edərkən, tərəflərlə ekspertiza təyin edilməsinin zəruriliyini, ekspertin qarşısında qoyulan suallara dair məsələni tərəflərlə müzakirə etməli, tədqiqatın keçirilməsi üçün zəruri olan sübutların təqdim edilməsini təklif etməli, tərəflərə MPM-nin 97.5-ci maddəsinin hüquqi nəticələrini izah etməli, ekspertizanın səmərəliliyini təmin etmək üçün işin konkret hallarından irəli gələn digər prosessual hərəkətləri etməlidir.
65. Ekspertizaya bütün sübutların təqdim olunmadığı halda, ekspertizanın tamlığ ını təmin etmək üçün qanunvericilikdə əlavə təminatlar verilir. Belə ki, MPM-nin 101.3-101.5ci maddələrinə əsasən, ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir. Məhkəmə tərəfindən ekspertin həmin vəsatətinə 3 gün müddətində baxılır və əlavə tədqiqat materiallarının əldə edilməsi müəyyən vaxt tələb etdikdə məhkəmə ekspertizası idarəsinin rəhbərinə məlumat verilməklə bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzadılır. Ekspertin həmin vəsatəti bu Məcəllənin 101.4 -cü maddəsində nəzərdə tutulan müddətdə təmin edilmədikdə məhkəmə ekspertizası idarəsinin rəhbəri ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadını icra olunmadan geri qaytarmaq hüququna malikdir.
66. Lakin baxılan işdən görünür ki, bu tələblərə məhkəmə və ekspert tərəfindən əməl olunmamışdır.
67. Ekspert xx.xx.2021-ci ildə birinci instansiya məhkəməsinə yazdığı vəsatətdə tədqiq olunan torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssislərinin rəyinin və tədqiq olunan sahənin koordinatları və baza məlumatlarının verilməsini xahiş etmişdir. Ancaq məhkəmə tərəfindən bu vəsatətlə bağlı hər hansı hərəkət etməsi, tərəflərə və ya ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinə müvafiq sənədlərin təqdim olunmasını təklif etməsi iş materialları ilə müəyyən olunmur. 68. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.
69. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilməsən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan m əhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
70. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-942/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edil sin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.