Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4851/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçı1, vəkili Vəkil1, cavabdehlər Cavabdeh1 vəkili Vəkil2, Cavabdeh2 vəkili Vəkil3 və 3-cü şəxs “xxxx” KB ASC-nin vəkili Vəkil4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-*****/2020 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim R.Səmədov) xx.xx.2019-cu il tarixli, 2(006)*****/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, İ.Xəlilov, İ.Kərimli) xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı2 ilə Cavabdeh1 arasında Bakı şəhəri, *************** dair xx.xx.2017-ci il tarixli, AN-İ № *** **** saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına həmin mənzilə dair verilmiş dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, Bakı şəhəri, 46 saylı Notariat Kontorunda xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş “xxxx” KB ASC, alıcı-ipoteka qoyan Cavabdeh2 və satıcı Cavabdeh1 arasında bağlanmış alqı-satqı və ipioteka müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə dair Cavabdeh2 adına verilmiş xx.xx.2018-ci il tarixli dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, iddiaçılar İddiaçı2, İddiaçı1, “xxxx” KB ASC-yə və Cavabdeh2 bir-birinə qarşı pul tələbi ilə bağlı mülki məhkəmə icraatı qaydasında iddia vermək hüquqlarının izah edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, İ.Xəlilov, İ.Kərimli) xx.xx.2019-cu il tarixli, 2(103) -*****/2019 nömrəli xüsusi qərardadı ilə mülki iş üzrə Cavabdeh1 mənzilin ona məxsus olmadığını bilə-bilə onu ipoteka ilə yüklü edərək digər şəxsə sataraq pulu özünə götürməsi, mənzili alan şəxs Cavabdeh2 mənzilə baxış keçirmədən, mənzilin şəraiti ilə maraqlanmadan mənzili almağa razılıq verməsi, eləcə də “xxxx” KB ASC-nin vəzifəli şəxslərinin müvafiq araşdırmalar aparmadan ipoteka kreditinə aid olan vəsaitin asanlıqla ələ keçirilməsinə şərait yaradılması ilə bağlı hərəkətlərində cinayətin əlamətlərinin olması məsələsinə cinayət hüquqi ilə qiymət verilməsi barədə Azərbaycan Respublikasının Prokurorluğuna məlumat verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xələfov, Q.Allahverdiyev, Ə.Şadiyev) xx.xx.2019-cu il tarixli, 2(102)-******/2019 s aylı qərarı ilə müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” KB ASC tərəfindən verilmiş kasasiya şikayətinin təmin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə olan xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, İ.Xəlilov, İ.Kərimli) xx.xx.2020-ci il tarixli, 2(103)-*****/2020 nömrəli qətnaməsi ilə İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(006)-*****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İ ddiaçı1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 ilə Cavabdeh1 arasında Bakı şəhəri, ***************** mənzil alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xətai rayonu, ***************** alqı-satqısına dair müqavilənin və bu mənzilə dair Cavabdeh2 adına verilmiş xx.xx.2018-ci il tarixli Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaç ılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı2 ilə Cavabdeh1 arasında Bakı şəhəri, *************** dair xx.xx.2017-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında Cavabdeh1 adına verilmiş dövlət reyestrinin çıxarışının ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, ************** alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və bu mənzilə dair Cavabdeh2 adına verilmiş xx.xx.2018-ci il tarixli dövlət resestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı1 və vəkili Vəkil1 kasasiya şikayətini onunla əsaslandır mışlar ki, apelyasiya məhkəməsi tərəfindən hərtərəfli, tam, obyektiv araşdırma aparılmadan qətnamə çıxarılmışdır. Belə ki, məhkəmə qətnaməsində göstərmişdir ki, əvvəlcə İddiaçı2 mənzilin alqı-satqı müqaviləsinə dair Cavabdeh1 ilə müqavilə bağlamış, sonuncu həmin müqaviləyə dair İddiaçı2 51.000 manat pul vermiş, daha sonra tərəflər arasında kredit müqaviləsi bağlanmış və İddiaçı2 80.000 manat borca pul verilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, apelyasiya məhkəməsinin icraatında araşdırılan mülki iş üzrə predmet İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin, eləcə də daha sonra sonuncu ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair olmuşdur. Hazırki iş üzrə Cavabdeh1 ilə kredit müqaviləsi isə İddiaçı1la bağlanmışdır. Yəni məhkəmə tərəfindən araşdırma aparılan zaman bu hal hərtərəfli araşdırılmamışdır. Belə ki, məhkəmə qətnaməsində qeyd edtmişdir ki, alqı-satqı müqaviləsinə dair əvvəlcə Cavabdeh1 İddiaçı2 51.000 manat pul vermiş, daha sonra 80000 manat pul ödəmiş, yəni ümumilikdə iddiaçılara məxsus olan mənzili 130.000 manata əldə etmiş, iddiaçıların isə həmin mənzilə dair ilkin alqı-satqı müqaviləsindən başqa Cavabdeh1 tərəfindən verilmiş 80.000 manat pulun verilməməsi və ya həmin məbləğdə pulun daha sonra qaytarılması ilə bağlı hər hansı sübutu təqdim edə bilməmişdirlər. Daha sonra isə məhkəmə həmin qətnamədə göstərir ki, mənzilin dəyərinin 120.000 manata yaxın olduğu halda, 51.000 manata satılmasını inandırıcı və ağlabatan saymaması müqavilədə tərəflərinin iradəsinin ifadəsi olmaqla, alqı-satqı müqaviləsi nin etibarsızlığı üçün əsas ola bilməz. Qeyd etmək lazımdır ki, məhkəmə baxışı zamanı məhkəməyə sübutlar təqdim edilərək xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə dair Cavabdeh1 icra qeydi əsasında Xətai rayon icra və Probasiya şöbəsinə müraciət etməsi, daha sonra “kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair” Nəsimi Rayon Məhkəməsinə müraciət edilməsi bildirilmişdir. Belə ki, xx.xx.2019-cu il Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, Cavabdeh1 sərbəst ifadə verərək göstərmişdir ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə dair İddiaçı1 80.000 manat “Şamaxinka” deyilən ərazidə borca pul vermiş, sonuncu həmin pulu alan zaman guya ona ticarətlə məşğul olduğunu və qısa müddət ərzində borclu olduğu pulu qaytaracağını, lakin sonradan həmin məbləğdə pulu qaytarmadığını, ümumiyyətlə 80.000 manatı ona notariusda vermədiyini, mübahisəli mənzili isə 51.000 manat pul ödəməklə əldə etməsini bildirmişdir. Bundan başqa Cavabdeh1 9-cu polis bölməsində aparılan araşdırma zamanı qeyd edilən mübahisəli mənzili 51.000 manata əldə etdiyini, daha sonra İddiaçı1 80.000 manat borca pul verməsini, həmin mənzili digər Cavabdeh2 satmasını, 130.000 manatı iddiaçıın qaytaracağı təqdirdə mənzili onun mülkiyyətinə verə biləcəyini izahatında göstərmişdir. xx xxxx 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən mülki işə baxılan zaman Cavabdeh1 İddiaçı1 borca pul verməsini, həmin mənzilə dair onlar arasında real alqı-satqı müqaviləsinin bağlanmamasını, sonuncunun ona borclu olduğu 130.000 manatı qaytaracağı təqdirdə mənzili yenidən İddiaçı1 mülkiyyətinə verə biləcəyini bildirmişdir. Daha sonra Cavabdeh1 apelyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətanməsindən verdiyi apelyasiya şikayətində Azərbaycan dilində danışa bilmədiyi üçün məhkəmədə verdiyi izahatın ona məxsus olmasını göstərmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, Cavabdeh1 məhkəmə baxışı zamanı Azərbaycan dilində tam başa düşdüyünü və danışa bildiyini bildirmişdir. Cavabdeh digər şəxslərlə əlbir olaraq iddiaçı güzəştli xətlə ipotekanın mövcud olmasına, bunun nəticəsində Cavabdeh2 adına rəsmiləşdirilmiş müqavilə hesabına 105.000 manat pulun götürülərək Cavabdeh1 borcunun ödənilməsinə, daha sonra aralarında bağlanmış hər iki müqavilənin ləğv ediləcəyinə inandırmışdırlar. Qeyd dilən hallar cavabdehin həm apelyasiya instansiyasında məhkəmə baxışı, həm də Nəsimi Rayon Məhkəməsində olan zam an verdiyi ziddiyyətli izahatlarla təsdiq olunur. Habelə Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılan zaman cavabdeh tərəfindən tam fərqli izahat verilmişdir. Habelə cavabdehin birbaşa əqdin etibarsızlığı üçün əsas olan “mən iddiaçıya 3 dəfə borca pul vermişəm. Onların heç birini notarial qaydada bağlanmış əqd əsasında verməmişəm. Ümumiyyətlə müqavilənin bağlandığı vaxt iddiaçı pul verməmişəm. 80.000 manat tərəfimdən ona ******** çayxanada verilib, mənzili 51.000 manata almışam” sözləri nəzərə alınmadan qətnamə çıxarılmışdır. Göstərilənlərə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-******/2020 nömrəli qətnaməsinin ləğv edilərək işin təkrar araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi ni xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 vəkili X6, Cavabdeh2 vəkili X3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” KB ASC-nin vəkili Vəkil4 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-******/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kasasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, ape lyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyi nin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin mübahisəsiz halı kimi müəyyən olunur ki, İddiaçı2 Cavabdeh1 ilə “Alğı-satqı müqavilə”sinin, həmçinin Cavabdeh1, Cavabdeh2 və “xxxx” KB ASC ilə “alğı-satqı və ipoteka müqavilə”sinin bağlanmasında iştirak etmiş, tərəflər müqavilə azaldığı şəraitində (AR MM-nin 390- cı maddəsi) müqavilələri bağlamış, müqavilələrin forma (daşınmaz əmlakla bağlı əqdlər üçün nəzərdə tutulmuş yazılı və notariat) və məzmununa qanunvericiliyin tələblərinə uyğun əməl olunmuş, müqavilələrin hüquqi nəticələri onlara izah edilmişdir. İddiaçıların alğı-satqı müqavilələrinin uydurma, yalan əqd olması ilə bağlı dəlilləri əsaslı hesab edilə bilməz. Belə ki, hazırkı işdə MM-nin 340, 341-ci maddələrinin dispozitiv şərtlərinin mövcudluğu təsdiq olunmur. Yuxarıda istinad olunan normativ hüquqi aktların, eləcə də iş materiallarında olan sübutların təhlili nəticəsində kollegiya bu qənaətə gəlmişdir ki, mübahisə predmeti olan mənzilin alqı-satqısı ilə bağlı notarial əməliyyatları qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirilmişdir. Apelyasiya kollegiyası hesab etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığından etibarlıdır və onun etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas mövcud deyil. Apelyasiya kollegiyası mənzilin dəyərinin 120000 manata yaxın olduğu halda, 51000 manata satılmasını inandırıcı və ağlabatan saymaması ilə bağlı iddiaçı tərəfin dəlilinə qiymət verərək hesab edir ki, mənzilin hansı qiymətə satılıb-alınması al qı-satqı müqaviləsi tərəflərinin iradəsinin ifadəsi olmaqla, qeyd olunan hal alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas ola bilməz. Apelyasiya kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi üçüncü şəxsin müddətin tətbiqi ilə bağlı ərizəsini təmin etməməklə gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, mübahisələndirilən alqı-satqı müqavilələri xx.xx.2017 və xx.xx.2018-ci ildə bağlanmış, məhkəməyə isə xx.xx.2018-ci ildə müraciət olunmuşdur. Kollegiya həmçinin yuxarı instansiya məhkəməsinin mövqeyi olmaqla yanaşı hesab etmişdir ki, Cavabdeh2 mübahisəli mənzilin alqı-satqısına dair müqavilə bağlayıb bankdan götürdüyü kredit hesabına mənzilin dəyərini ödəyərkən mənzil satıcı Cavabdeh1 mülkiyyətində olmuş və o, mənzili onun qanuni sahibi və mülkiyyətindən almışdır. Onun tərəfindən m ənzilə baxış keçirilməməsi alqısatqı müqaviləsinin məcburi şərti olmadığından, qeyd olunan hal alqı-satqı müqaviləsinin etibarsızlığı və Cavabdeh2 vicdanlı alıcı hesab edilməməsi üçün əsas ola bilməz. Göründüyü kimi, iddiaçılar mənzilə dair alğı-satqı və ipoteka müqaviləsinin bağlanmasını bilmiş, buna etiraz etməmiş (əgər özlərini mənzilin həqiqi mülkiyyətçisi hesab edirlərsə), əsas məqsədləri mənzilə görə ödənilmiş pul məbləğini əldə etmək olmuşdur. Cavabdeh1 mənzilin mülkiyyətçisi və satıcısı olduğundan pul ona ödənilmiş və bu zaman həmin pul məbləğinin Cavabdeh1 veriləcəyi və yaxud onunla iddiaçılar arasında bölünəcəyi alıcı Cavabdeh2 üçün heç bir əhəmiyyət kəsb etməmişdir. Kasasiya kollegiyası apellyasiya kollegiyasının İddiaçı2 ilə Cavabdeh1h arasında bağlanmış müqavilə ilə bağlı mövq eyi ilə razılaşmayaraq bildirir ki, işə ilkin olaraq apelyasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılarkən Cavabdeh1h apelyasiya şikayəti ilə razılaşmayaraq vermiş olduğu izahatdan (səh 156) görünür ki, o, təqaüdçüdür, iddiaçı ondan işdəki qəbzlərə və kredit müqaviləsinə əsasən 2 ildən artıqdır ki, borc götürsə də, borcunu qaytarmamış, həmin borcun təminatı olaraq iddiaçı formal alqı-satqı müqaviləsi bağlanmış, sonradan iddiaçıın razılığı ilə həmin mənzil onun (Allanın) tanışı hərbçi Cavabdeh2 adına 25 il müddətinə ipotekaya qoyulmuş, hazırda iddiaçıın ona 105000 manat borcu qalmışdır. 2 ildir ki, iddiaçı ona olan borcunu qaytarmaqdan boyun qaçırır və cavabdeh məxsus mənzildən çıxmır. Cavabdeh2 tərəfindən iddiaçıa qarşı mənzildən çıxarılma ilə bağlı məhkəməyə müraciət edilmişdir. İd diaçı1la razılıq belə olmuşdu ki, ona olan 105000 manat məbləğində borcu qaytara bilməyəcəyi təqdirdə, mənzil 130000 manata satılacaqdır. Hazırkı vaxta qədər iddiaçı tərəfindən borcun qaytarılması üçün hər hansı hərəkət edilmədiyi üçün mübahisəli mənzili satmaq (ipoteka hüququ ilə) qərarına gəlmişdir. Ona görə cavabdeh taparaq mənzili ona satmış və mənzilin satışından əldə olunan vəsaiti bankdan götürmüşdür. Lakin buna baxmayaraq iddiaçıın ona yenə borcu qalmışdır. Çünki iddiaçı vəd etmişdir ki, mənzil 130.000 manata satılacaq və bütün məbləğ ona veriləcəkdir. Onunla iddiaçı arasında alqı-satqı müqaviləsi borcun təminatı üçün bağlanmışdır. Lakin sonradan iddiaçı borcu qaytarmadığı üçün mənzili Cavabdeh2 kreditlə sataraq pulunu götürmüşdür. Mənzilin aylıq kreditini hazırda cavabdeh ödəməlid ir. Bundan əlavə, işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, mübahisəli ev İddiaçı2 məxsus olmuşdur. Onun həyat yoldaşı İddiaçı1 ilə Cavabdeh1 arasında borc münasibətləri mövcud olmuş, 51000 manat borcun təminatı olaraq tərəflər arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat kontorunda alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilədə qeyd edilmişdir ki, mənzil 51000 manat pul vəsaitinə alıcıya satılmışdır. Həmin vəsaitin 45927 manatının X2, qalan 3333.97 manatının isə notariusun bankda açılan depozit hesabı vasitəsilə Cavabdeh1 ödənilməsi göstərilmişdir. İddiaçı1 tərəfindən borc tam olaraq ödənilmədiyi üçün Cavabdeh1 mənzili başqa şəxsə-Cavabdeh2 satmışdır. Hər iki müqavilədən sonra ev alıcılara təhvil verilməmiş və satıcı İddiaçı2 ailəsi ilə birlikdə həmin evdə yaş amaqda davam etmişdir. Hazırkı mübahisə başlayanadək alıcının bu barədə başqa orqanlara rəsmi müraciəti yoxdur. Lakin işə mahiyyəti üzrə sonuncu dəfə baxmış apelyasiya kollegiyası İddiaçı2 ilə Allah Əliyeva arasında bağlanmış alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin birgə iştirak edib birgə iradə ifadələrini sərbəst bildirmələrinə istinad etmiş, Cavabdeh1 iş üzrə xx.xx.2019-cu il tarixdə yekun məhkəmə aktı qəbul etmiş apelyasiya məhkəməsinin vermiş olduğu izahatına, xüsusən Allanın Tahirə ilə aralarında alqı-satqı müqaviləsinin borcun təminatı üçün bağlanmasına dair izahatına əhəmiyyət verməmiş, bu barədə hər hansı əsaslandırma həyata keçirməmişdir. Qeyd edilməlidir ki, Cavabdeh1 qeyd edilən izahatından və işin mübahisəsiz halı kimi müəyyən edilmiş hallarından da aydın olur ki, İddiaçı 2 ilə Cavabdeh1 arasında bağlanmış alqısatqı müqaviləsi formal olaraq, yəni İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış borc müqaviləsinin təminatı kimi bağlanmış, əslində tərəflərin iradə ifadələri alqı-satıq müqaviləsi üzrə münasibətlərin həyata keçirilməsi olmamışdır. Əgər tərəflərin niyyəti alı-satqı münasibəti ilə bağlı olmuşdursa, o zaman hansı səbəbə ev alıcılara təhvil verilməmiş və satıcı İddiaçı2 ailəsi ilə birlikdə həmin evdə yaşamaqda davam etmişdir və ya hazırki iddiaçılar tərəfindən mənzilin boşaldılması ilə əlaqədar alıcı hər hansı orqana müraciət etməmişdir. İşə mahiyyəti üzrə baxan sonuncu apelyasiya kollegiyası isə işin bu kimi hallarını və iş materiallarını tam, hərtərəfli və tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsası nda həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Qeyd edilməlidir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzə rdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərdə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçü n ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-i n 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin kasasiya şikayətində göstərilmiş və iş materialları üzrə İddiaçı2 ilə Cavabdeh1 arasında alqı-satqı üzrə mövcud olmuş münasibətlərin hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üz rə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-*****/2020 nömrəli qətnaməsi qismən İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin bağlanması hissəsində ləğv edilməli və həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iddiaçının kasasiya şikayətinin digər Cavabdeh2 aid hissəsi üzrə həyata keçirilən kasasiya yoxlaması zamanı işə mahiyyəti üzrə baxan apelyasiya kollegiyası tərəfindən Cavabdeh2 münasibətdə düzgün hüquqi mövqedə olunması, onun vicdanlı alıcı olması öz təsdiqini tapmaqdadır. Odur ki, kasasiya şikayətinin Cavabdeh2 aid dəlilləri ona aid hissədə apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respubl ikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)*****/2020 nömrəli qətnaməsi qismən - İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin bağlanması hissəsində ləğv edilsin və mülki iş həmin hissədə yenidən apelyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il ta rixli, 2(103)- *****/2020 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4851/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4851/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver