Məhkəmə qərarları › İş №2(102)-4852/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4852/2020

11.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4852/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)2938/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova, iş 2(005)-3795/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh İddiaçı qarşı cehiz əşyaların götürülməsi tələbinə dair iddiası təmin edilərək İddiaçı məxsus mebel dəsti və məişət əşyalarının N saylı evdən çıxarılması qət edilmişdir. Həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli əlavə qətnaməsi ilə İddiaçı məxsus bütün cehiz əşyalarının, o cümlədən qızıl-zinət əşyalarının Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Ə.Sarıyev, V.T.Həsənov və Ş.A.Məmmədova) İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın onun iki azyaşlı uşağı ilə birlikdə Cavabdeh1 və Cavabdeh2 yaşadıqları N-də yerləşən evdən istifadə və yaşayış hüququn un tanınması və iki azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsi tələbinin təmin edilməyən hissəsində ləğv edilib iddianın həmin hissədə rədd olunması, X1 iddiasının təmin edilən hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçı xx xxxxxxx 2010-cu il tarixdə Cavabdeh2 Əmir oğlu ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki uşaqları olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş, uşaqlar anaları İddiaçı yanında saxlanılmaqla iki uşağa görə Cavabdeh2 onun xeyrinə 320 manat məbləğində aliment tutulmuşdur. 2019-cu ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nikaha daxil olduqdan sonra cavabdehlərin yaşadığı N-də yerləşən qaynatasına məxsus olmuş fərdi yaşay ış evinə köçüb orada yaşamasını, həmin dövrdə mənzilə dair mülkiyyət hüququ qaynatasının vəfatından sonra heç kimin adına rəsmiləşdirilmədiyi üçün evdən istifadə hüququ ilə əlaqədar müqavilə bağlaya bilməməsini, lakin həmin evin Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən onun və uşaqlarının yaşayış yeri olmasını və s. əsas göstərməklə uşaqları ilə birlikdə onun yuxarıda göstərilən evə istifadə və yaşayış hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılana qədər İddiaçı iddia tələbinin həcmini artıraraq cavabdehlərdən eyni zamanda 25.635 manat dəyərində cehiz və qızıl-zinət əşyalarının alınıb ona verilməsini xahiş etmişdir. Mübahisəli evə mərhum atasının vərəsəsi kimi 2019-cu ilin fevral ayında mülkiyyət hüququ əldə etmiş X2 3-cü şəxs qismində iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus mebel dəsti və digər cehiz əşyalarını ona məxsus evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin mənzildən istifadə hüququna dair hissədə işin həqiqi hallarına və sübutlara düzgün qiymət verilmədən, qanunun qüvvəsinin düzgün tətbiq edilmədən çıxarılmasını və s. əsas göstərməklə qətnamənin həmin hissədə ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barəd ə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər proses iştirakçıları məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı kassasiya şikayətində qətnamə yalnız evdən istifadə hüququnun tanınması və evə köçürülmə hissəsində mübahisələndirildiyindən, kollegiya qətnaməni həmin hissədə yoxlayır. Evdən istifadə ilə əlaqədar İddiaçı ilə əlaqədar mübahisəli hüquq münasibəti 2010cu ildə yarandığından, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx xxxxxxx 2009-cu il tarixdə qüvvəyə minmiş) müddəalarına əsaslanmaqla mübahisəni həll etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qanunun həmin normasına əsasən kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən Mənzil Məcəlləsinin müddəalarına əsaslanmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mənzil Məc əlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Cavabdeh2 atasından qalmış mirası faktiki qəbul etməklə miras şəriki olduğundan, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı ona münasibətdə evə istifadə hüququ əldə etmişdir. Lakin İddiaçı ilə Cavabdeh2 arasında nikah məhkəmə qaydasında pozulduğu üçün apelyasiya instansiyası məhkəməsi həmin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə əsaslanaraq onun ev dən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinin əsassız olması barədə nəticəyə gəlmişdir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarının 1-ci bəndinə əsasən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı və onun uşaqları evin mülkiyyətçisi Ndan özlərinin saxlanılmasını tələb etmək hüququ olan şəxslər deyildirlər. İşin yuxarıd a göstərilən halları və tətbiq olunan maddi hüquq normaları iddianın həmin hissədə təmin edilməsi üçün əsas vermədiyindən, kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisə göstərilən hissədə işdə olan sübutlara və qanunun tələblərinə uyğun həll edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar