Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4854/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, İddiaçı MMC-nin vəkili Qədirov İlqar Hümmət oğlunun iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(008)6997/2018 saylı qətnaməsi ilə (hakim Ə.Səmədov) iddia tələbi təmin edilərək, Cavabdeh 30.12.2017-ci il tarixli məhsulların nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 15492,60 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli, 2(103)-2408/2019 saylı qətnaməsi ilə (hakimlər: İ.Kərimli, V.Sadıqov və İ.Xəlilov) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(008)-6997/2018 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh aid edilməsi qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli, 2(103)-2408/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30.12.2017-ci il tarixli məhsulların nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 15492,60 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2019cu il tarixli, 2(103)-2408/2019 saylı qətnaməsinin ləğv ed ilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı MMC-nin vəkili Qədirov İlqar Hümmət oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan 30.12.2017-ci tarixli Məhsulların nisyə alqı-satqı mü qaviləsindən görünür ki, alıcı Cavabdeh satıcı İddiaçı MMC-dən ümumi dəyəri 15492.60 manat olan müxtəlif çeşidli məhsulları satın almış və o, həmin borcu 1 ay ərzində İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan 30.12.2017-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, alıcı Cavabdeh İddiaçı MMC-dən ümumi dəyəri 15492.60 manat olan çeşidli məhsulları təhvil almışdır. İşdə olan Cavabdeh MMC-nin direktoruna ünvanlanmış 30.12.2017-ci il tarixli ərizəsində 15492.60 manat borcu olduğunu etiraf etmişdir. İşdə olan 13.08.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh borcunu 23.08.2018-ci il tarixədək ödəməyi tələb olunmuşdur. Cavabdehin sübut hesab edərək təqdim etdiyi ərizə, əmr, əmək müqaviləsi bildirişi, əmək müqaviləsindən aydı n olur ki, Cavabdeh “xxxx” MMC-yə ticarət nümayəndəsi kimi 03.07.2017-ci il tarixdə işə qəbul edilmiş, 10.11.2017-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, Cavabdeh İddiaçı MMC-də deyil, “xxxx” MMC-də ticarət nümayəndəsi olaraq işə qəbul olunmuşdur. Nisyə alqı-satqı müqaviləsi bağlanarkən isə artıq həmin əmək müqaviləsinə xitam verilmişdir. Nisyə alqı-satqı müqaviləsi, təhvil-təslim aktı və Cavabdeh etiraf ərizəsi bir daha təsdiq edir ki, cavabdehin iddiaçıya 15492,60 manat borcu olmuşdur. Bu borc verilmiş müxtəlif çeşidli malların dəyəridir. Bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh borcunu ödədiyini bildirsə də, buna dair tutarlı sübut təqdim etməmişdir. Hətta borcunu ödədiyini sübut etmək üçün təqdim etdiyi qəbzdə ödənilən 730 manatın X1 adlı şəxsin hesa bına maddi yardım üçün ödənildiyi qeyd olunur. Məhkəmə kollegiyası cavabdehin təqdim etdiyi üzləşdirmə aktlarını və 11.01.2018ci il tarixli balansı da əsaslı sübut hesab etmir. Bu sənədlər onun 15492,60 manat borcunun ödənildiyini təsdiq etmir. Üzləşdirmə aktında cavabdeh ticarət nümayəndəsi kimi qeyd olunsa da, hazırkı mübahisəyə mülki qanunvericiliyin ticarət nümayəndəliyi (agenti) ilə bağlı müddəalarının tətbiqi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 789.1-ci maddəsinə əsasən ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alqı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşı ranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir. Həmin Məcəllənin 789.2.3-cü maddəsinə əsasən tapşıranla əmək müqaviləsi bağlamış şəxslər ticarət agentləri deyildir. Həmin Məcəllənin 789.3-cü maddəsinə əsasən ticarət nümayəndəsi haqqında müqavilə yazılı formada bağlanır. Göründüyü kimi, şəxsin ticarət agenti hesab edilməsi üçün onunla tapşırıqverən arasında veriləcək tapşırıq barədə yazılı müqavilə bağlanmalıdır. Həmçinin ticarət nümayəndəsi əmək müqaviləsi bağlanmış işçi ola bilməz. Cavabdeh isə həm iddiaçının işçisi, həm də ticarət nümayəndəsi olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərə kəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, tərəflər öz aralarında yaranmış münasibəti tənzimləmək üçün faktiki olaraq nisyə alqı-satqı müqaviləsi bağlamış, cavabdeh isə müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bununla bağlı cavabdeh iddiaçı tərəfindən xəbərdarlıq da edilmişdir. Cavabdeh qeyd edir ki, xəbərdarlıq məktublarından birində borc məbləği 3278 manat yazılmışdır. Cavabdeh özü də bildirir ki, onun iddiaçıya borcu qalmış, bunu ödəmək üçün Rusiya Federasiyasına işləməyə getmişdir. Məhkəmə kollegiyası cavabdehə borcun ödənilən hissəsini sübut etməyi təklif etdi. Cavabdehin dəvəti ilə məhkəmə iclasında dindirilmiş şahid X2 bildirdi ki, onun iştirakı ilə Cavabdeh xidmət etdiyi Biləsuvar və Cəlilabad rayonları ərazisində mal verdiyi ticarət məntəqələrində üzləşmələr keçirilmiş və obyektlərdə olan pulların böyük əksəriyyəti şəxsən onun tərəfindən yığılmışdır. Pullar onun tərəfindən yığılmış və MMC-yə təhvil verilmişdir. Bundan əlavə, tərəflər arasında bağlanmış 30 dekabr 2017-ci il tarixli məhsulların nisyə alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən, “alıcı” “satıcı”nın hesabına ödəməli olduğu vəsaiti nəğd və ya köçürülmə formasında, yalnız satıcının səlahiyyətli nümayəndəsindən qəbz (təhsilat) almaqla ödəyir. Bu qaydanın pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti “alıcı” daşıyır. Qeyd olunan 3278 manat məbləğində borcla bağlı İddiaçı MMC-nin nümayəndəsi İlqar Qədirov izahatında bildirmişdir ki, Cavabdeh həqiqətən MMC-yə 15492,6 manat məbləğində borcdan başqa, 3278 manat məbləğində də borcu vardır. Zərurət olarsa, MMC gələcəkdə həmin borc məbləği ilə bağlı məhkəmədə iddia qaldıracaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazların ın əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə cavabdeh borcunu ödədiyini bildirsə də, bunu sübut edə bilməmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4854/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4854/2019
11.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver