Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4855/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qərardadından Cavabdeh2kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qərardadı ilə (hakimlər A.N.İmanov, A.Q.Hüseynov, V.N.Sadıqov 2(103)-13565/2018) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh2 nümayəndəsi X2 tərəfindən verilmiş ərizə təmin edilməmiş və onun kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh verdiyi kassasiya şikayətində qərardadın ləğv edilib Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2018-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin üzürlü hesab edilməsi və həmin qərardaddan kassasiya şikayəti vermək üçün müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin iz ahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə qeyri-mümkünlük qərardadından verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə verdikləri apellyasiya şikayəti müəyyən edilmiş prosessual müddət 28 gün keçdikdən sonra verildiyindən və müddətin bərpası barədə vəsatət verilmədiyindən apellyasiya qeyri-mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında qaimədən görünür ki, Cavabdeh2 həmin qərardadın surətini 20 dekabr 20 18-ci il tarixdə rəsmi qaydada almışdır. Cavabdeh2 24 dekabr 2018-ci il tarixdə məhkəmədə təmsil edilməsi üçün vəkil Vamiq Şükürova etibarnamə vermiş, etibarnamə və həmin tarixli vəkil orderi iş materiallarına əlavə edilmişdir. (i.v. 108-109) Vəkil 25 dekabr 2018-ci il tarixdə işlə tanış olmuş, 26 dekabr 2018-ci il tarixdə kassasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 yanvar 2019-cu il tarixli qərardadı ilə vəkilin orderi kassasiya şikayətinə əlavə edilmədiyi əsası ilə kassasiya şikayəti geri qaytarılmışdır. (i.v. 112-118) İş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında qaimədən görünür ki, Cavabdeh2 həmin qərardadın surətini 23 fevral 2019-cu il tarixdə rəsmi qaydada almış, həmin qərardaddan 01 mart 2019-cu il tarixdə kassasiya şi kayəti vermişdir. (i.v. 121-123) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2019-cu il tarixli qərardadı ilə vəkilin orderinin əsli kassasiya şikayətinə əlavə edilmədiyi əsası ilə kassasiya şikayəti yenidən geri qaytarılmışdır. Bundan sonra vəkil və nümayəndə 13 mart 2019-cu il tarixli 2-ci vəkil orderini təqdim etməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 27 noyabr 2018-ci il tarixli qərardadından kassasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin üzürlü hesab edilməsini xahiş etmişdir. (i.v. 154) Ərizə onunla əsaslandırılmışdır ki, vəkilin orderinin əsli şikayətlə birlikdə apellyasiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq, apellyasiya məhkəməsi orderin əslinin kassasiya şikayətinə əlavə edilməməsi əsası ilə kassasiyanı qeyri-mümkün hesab etmişdir. Yaran mış çaşqınlığın obyektiv səbəb olaraq qiymətləndirilməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qərardadının rəsmi qaydada verildiyi gündən keçmiş müddətin üzürlü hesab edilməklə müddətin bərpa edilməsini xahiş etmişdir. Həmin ərizəyə vəkil Cavabdeh2 ilə Vamiq Şükürov arasında bağlanmış 13 mart 2019-cu il tarixli yeni müqavilənin surəti də əlavə edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qərardadı ilə Cavabdeh2 ərizəsi təmin edilməmiş və qərardad onunla əsaslandırılmışdır ki, qərardaddan kassasiya şikayəti müddət ötürülməklə vermiş və müddətin üzürlü səbəbdən buraxılması təsdiq edilməmiş, ərizədə göstərilən hallar isə müddətin buraxılmasının üzürlü hesab edilməsinə əsas vermir. Mülki məhkəmə icraatının vəz ifələrini müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələblərinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsi ilə müdafiə üçün məhkəməyə müraciət etmək hüququndan imtina edilməsinin yolverilməz olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi təsbit olunmuşdur. Şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması ədalətli məhkəmə araşdırmasının tərkib hissəsidir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə Cavabdeh2 prosessual hüquqlarını həyata keçirməkdən məhrum edilmiş, nəticədə onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə qeyri-mümkünlük qərardadından verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qərardadı ləğv edilsin, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qeyrimümkünlük qərardadından verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4855/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4855/2019
04.07.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver