Məhkəmə qərarları › İş №2(102)-4857/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4857/2019

12.07.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4857/2019 12.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2670/2019 nömrəli iş üzrə 15 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sabunçu Rаyоn Məhkəməsinin (M.C.Qarayeva) 13 fevral 2018-ci il tarixli, 2(008)-1299/2018 nömrəli qətnаməsi ilə Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 m iras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsinin təmin edilməsi, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 babası X2-dən miras qalmış ünvan1 massivində yerləşən 8190 kv.m torpaq sahəsinin miras əmlak qismində qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) 2(103)-2670/2019 nömrəli, 15 fevral 2019-cu il tarixli qətnaməsi ilə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli, 2(008)-1299/2018 nömrəli qətnaməsi və yanlışlığın aradan qaldırılması barədə 19 fevral 2018-ci il tarixli, 2(008)-1299/2018 nömrəli qərardadının ləğv edilməsi, ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: Ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan1 massivində yerləşən 8190 kv.m torpaq sahəsi şəxsi mülkiyyət hüququ ilə onların mərhum X4na məxsus olmuşdur. Ərizəyə əlavə olunmu ş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 27 noyabr 2015-ci il tarixli, xxxx qeydiyyat nömrəli arayışdan görünür ki, ünvan2 kənd sakini X2-nin ünvan1 kəndində sahəsi 1800 kv.sajına (1 kv.sajın=4.550 kv.m) bərabər torpaq sahəsi olmuşdur. İstifadəsində olan torpaq sahəsi ona miras qalmışdır. X4 öldükdən sonra həmin torpaq sahəsi onun oğlu, yəni onların ataları X5 tərəfindən qəbul edilmiş və ölənə qədər onun istifadəsində olmuşdur. Göstərilənlərə əsasən, X2-dən miras qalmış əmlakın, yəni ünvan1 massivində yerləşən 8190 kv.m torpaq sahəsinin miras əmlak kimi ərizəçilər tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Ərizəç ilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2670/2019 nömrəli iş üzrə 15 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və apellyasiya şikayətinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında Ərizəçi3 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının y eri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)2670/2019 nömrəli iş üzrə 15 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşdən görünür ki, Azərbaycan Respubl ikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 9/457 saylı, 27 noyabr 2015-ci il tarixli arayışından görünür ki, “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun sənədlərində Kürdəxanı kəndi üzrə istifadələrində şəxsi bağ torpaqları olan şəxslərin 15 may 1916-cı ilə dair siyahısından məlum olur ki, Digah kənd sakini İlyas Əli oğlunun Kürdəxanı kəndində sahəsi 1800 kv.sajına bərabər olan torpaq sahəsi olmuşdur. İstifadəsində olan torpaq sahəsi ona miras qalmışdır. 1 kv.sajın 4,550 kv.metrə bərabər olmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin M97-AX nömrəli, 14 noyabr 2017-ci il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə xxxx məsçidinin sənədlərində X2-ni n doğum tarixinə dair məlumat aşkar olunmuş, doğum tarixi 27 mart 1915-ci il, atası X7, anası X3 qızıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası (keçmiş Azərbaycan SSR) Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Göstərilən Məcəllənin 552-ci maddəsinə əsa sən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.3-cü maddəsinə əsasən keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ünvan1 massivində yerləşən 8190 kv.m torpaq sahəsi şəxsi mülkiyyət hüququ ilə ərizəçilərin mərhum X4na məxsus olmuşdur. Ərizəçilərin atası X5 həmin bag sahəsində yaşamış və 21 mart 1989-cu il tarixdə vəfat etmişdir. X1 varisləri hazırkı iş üzrə ərizəçilərdir. Atasının vəfatından sonra ərizəçilər bağa gedib-gəlib ona qulluq etmişlər, miras əmlaka faktiki sahiblik və idarə etməklə onu qəbul etmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, əvvəla, iddiaçılar mübahisəli torpaq sahəsinin əvvəllər babasına məxsus olmasına, sonradan atasının, daha sonra isə onların faktiki sahibliyində və istifadəsində olduğunu, orada abadlıq işlərini apardığını, lakin torpaq sahələrini öz adlarına rəsmiləşdirə bilmədiklərini bildirsələr də, buna dair, yəni məhz mübahisə predmeti olan 8190 kv.m torpaq sahəsinin ərazisinin həqiqətən də babasına məxsus olması, sonradan isə atasının və onların istifadəsində və sahibliyində olmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişlər. İkincisi, Torpaq Məcəlləsinin 49-cu maddəsinin 3-cü bəndinin imperativ tələblərinə görə keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələrinin üzərində hüquqlarının restitusiyasına yol verilmədiyi dəqiq və konkret göstərilmişdir. Belə ki, iddiaçıların istinad etdiyi hallar həqiqət olsa belə, mübahisə predmeti olan 8190 ha torpaq sahəsinin miras əmlak qismində qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün əsas ola bilməzdi. Çünki, qanunvericilikdə həmin əsaslarla torpaq sahəsinə hər hansı bir hüquq, o cümlədən miras əmlak qismində qəbul edilməsi faktının tanınması nəzərdə tutulmamışdır. Üçüncüsü, iddiaçıların miras əmlak qismində qəbul etmək istədikləri 8190 ha torpaq sahəsinin ərazisində, başqa şəxslərə də bağ(torpaq) sahələrinin qanuni əsaslarla ay rılması mümkündür. Ona görə də, mövcud qətnamə həm apellyasiya şikayəti vermiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxsin, həm də başqa şəxslərin hüquqlarını pozmuşdur. Göründüyü kimi, iddiaçılar məhz hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Çünki, iddiaçıların hazırki tələb üzrə subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüq uq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2 005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103 )-2670/2019 nömrəli iş üzrə 15 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2670/2019 nömrəli iş üzrə 15 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar