Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4857/2020 15.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)1728/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.M.Həsənov, iş № 2(007)-1799/2019) İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh N sa ylı evin 14 saylı mənzilindən istifadə hüququna ona İddiaçı tərəfindən 16.000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi və Cavabdeh həmin mənzildən çıxarılması, qətnamənin kompensasiyanın ödənilməsi və mənzildən çıxarma hissələrində eyni vaxtda icra olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Cəmilova, İ.K.Xəlilov və İ.Ə.Kərimli) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən-iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdir. İşin halları: Mübahisə predmeti olan mənzil 2 otaqdan ibarət olmaqla xx xxx 2008-ci il tarixli Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh İddiaçı oğlu X1 ilə xx xxxxxxxx 2002-ci il tarixdə nikaha girərək mübahisəli mənzilə köçmüş və birgə nikahdan bir uşaqları olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə X4 Süleymanova arasında olan nikah pozulmuş, uşaq ananın yanında saxlanılmaqla ona görə X3 Süleymanovanın xeyrinə aliment tutulmuşdur. 2019-cu ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10.000 manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmasını dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək mübahisəli mənz ilin ora köçəndən 6 il sonra özəlləşdirilməsini və orada iddiaçı ilə birgə təsərrüfat aparmaqla yaşamasını və onun ailə üzvü sırasına daxil olmasını, ona təklif olunan kompensasiyanın başqa yaşayış sahəsi əldə etmək üçün kifayət etməməsini, ona yalnız 35.000 manat ödəniləcəyi təqdirdə mənzildən istifadə hüququna xitam verilməsinə razı olacağını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, i ş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh mübahisəli mənzilə istifadə hüququ əldə etmiş şəxs olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə müvafiq olaraq onun yaşayış sahəsindən istifadə hüququna yalnız kompensasiya ödənilməklə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun ə mələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunun göstərilən normalarının tələbinə müvafiq olaraq mülkiyyətçi İddiaçı Cavabdeh 16.000 manat məbləğində kompensasiya təklif etmiş və məhkəmə həmin məbləği cavabdehin istifadə hüququna xitam verilməsi üçün yetərli hesab etmişdir. Lakin cavabdeh həmin məbləğlə razılaşmayaraq kassasiya şikayəti vermişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, cavabdehin qətnamədən narazılığı kompensasiyanın məbləğ i ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Nun şikayəti üzrə qəbul etdiyi xx xxxxxxxx 2007-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. İşdən görünür ki, xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən mübahisəli mənzilin həmin tarixə olan bazar dəyəri 57.000 manat təşkil et mişdir. Mənzilin ümumi sahəsi 42.2 kv.metr, yaşayış sahəsi isə 28,9 kv.metr təşkil edən iki otaqdan ibarət olmaqla orta təmirlidir. İddiaçı tərəfindən təqdim edilmiş evlərin alqı-satqısı üzrə ixtisaslaşmış internet səhifəsindən çıxarışlardan görünür ki, Neftçilər metro stansiyasının yaxınlığında yerləşən iki otaqlı mənzilin satış qiyməti 52.000 manat, mənzilin kirayə qiyməti 270 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıdan tutulması qət olunmuş kompensasiyanın məbləği (16.000 manat) cavabdehə davamlı surətdə müəyyən müddət daxilində oxşar yaşamaq imkanı verdiyindən iddianın təmin edilməsi əsaslı olmuşdur. Kollegiya göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əs aslı olmaqla kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4857/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4857/2020
15.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver