Məhkəmə qərarları › İş №2(102)-486/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-486/2020

22.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-486/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçı x1 və iddiaçının vəkili Tağıyev Kamran Həsən oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik e dən hakim P.Hüseynov, 2(006)-90/19 saylı mülki iş) ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən, məruzəçi), T.Səmədov və E.Kazımov, 2(103)-10132/2019 saylı mülki iş) hazırki iş üzrə iddiaçı x1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-90/19 saylı, 11 yanvar 2019cu il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh x2 (bundan sonra cavabdeh) hərəkətlərinin qanunsuz hesab edilməklə, ünvan 1, pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi ota ğın qanunsuz sökülmüş döşəməsinin cavabdeh x2 hesabına bərpa edilməsi, hüquqi yardımla bağlı ödənilmiş 1.000 manatın, ekspertiza xəclərinin, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və 20.000 manat mənəvi ziyanın cavabdeh x2 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı x2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı x1nun iddiasının rədd edilməsi, x1ndan ona dəymiş mənəvi ziyanın 20.000 manat, maddi ziyanın 15.000 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdeh x2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı x1 və iddiaçının vəkili Tağıyev Kamran Həsən oğl u kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Digər cavabdeh və maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İddiaçı x1 cavabdeh x2 qarşı hərəkətlərinin qanunsuz hesab edilməklə, ünvan 1, pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otağın qanunsuz sökülmüş dö şəməsinin x2 hesabına bərpa edilməsi, maddi və mənəvi zərərin tutulmasının təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlayan apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı ünvan 1, pilləkən qəfəsinin alt hissəsində köməkçi otağın döşəməsinin cavabdeh x2 tərəfindən söküldyünü bildirsə də, qeyd olunan köməkçi otağın döşəməsinin mövcud olması və x2 tərəfindən sökülməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ekspert rəyi ilə mübahisəli zirzəmidə giriş-çıxış üçün pilləkənin quraşdırılmasının texniki cəhətdən mümkün olması qeyd edildiyindən, həmçinin ərazidə yerində müayinə zamanı binanın digər girişlərinin mübahisə ləndirilən 5-ci girişlə eyni vəziyyətdə olması və həmin girişlərdə də zirzəmiyə giriş-çıxış üçün pilləkənin olması müəyyən edildiyindən hazırkı iddia tələbinin təmin edilməməsi barədə birinci instaniya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qətnamə maddi hüquq normaları pozulmaqla qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı MənzilKooperati Təsərrüfatı İdarəsinin 05.09.2005-ci il tarixli 23/14-34 nömrəli məktubunun surətindən görünür ki, x3-ya məxsus bina 1970-ci ildə inşa edilmiş, 6 girişli, 6 mərtəbəlidir və 72 üzvü vardır. x4-nin 28 oktyabr 2008-ci il tarixli 112/1456 nömrəli məktubunun surətindən görünür ki, x3 ünvanında yerləşən x5 hüquqi varisidir. x3 ümumi iclasının 05 noyabr 1996-cı il tarixli 6 nömrəli protokolunun surətindən görünür ki, x3nin ünvan 1 nömrəli binasının zirzəmisinin “Dərya” şirkətinə icarəyə verilməsi və orada təmirdən sonra mağaza və ya yeməkxana təşkil edilməsi qərara alınmışdır. “İcarədar” ünvan 1 kooperativ evin sədri x1 ilə “İcarəçi” x6 direktoru x2 arasında bağlanmış 10 noyabr 1996-cı il tarixli müqavilənin surətindən görünür ki, “İcarədar” ünvan 1 kooperativ evin zirzəmisinin 140 kv.metrlik hissəsini kirayə verməyi, “İcarəçi” isə həmin sahəni kirayə götürərək orada mağaza, yaxud istehsal müəssisəsi təşkil etməyi öhdəsinə götürmüşdür. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nəsimi Rayon İcra Hakimiyyətinə ünvanlanmış 24.12.1996-cı il t arixli 18/04-847 nömrəli məktubun surətindən görünür ki, Memarlıq vəşəhərsalma baş idarəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05.11.1996-cı il tarixli, 1419 №-li sərəncamının İ bəndinə əsaslanaraq təqdim edilmiş layihə sənədlərinə görə ünvan 1 binanın qeyri-yaşayış sahələrinə qapıların açılmasının eskiz layihəsi və konstruktiv cizgiləri ilə tanış olaraq onu razılaşdırmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti İdarələrarası Komissiyasının 09.01.1997-ci il tarixli rəyinin surətindən görünür ki, ünvan 1 binanın zirzəmisindən qapı açılmasının sanitargigiyena, yanğından mühafizə və texniki cəhətdən məqsədə uyğunluğu barədə rəy verilmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 30 oktyabr 2011-ci il tarixli S-53 nömrəli məktubun surətindən görünür k i, D.Əliyeva küçəsi 241 saylı binanın zirzəmisində yerləşən 175 kv.m olan qeyri-yaşayış sahəsinin x2 tərəfindən icarəyə götürülməsinə və özəlləşdirilməsinə etiraz edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanındakı 92,5 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə x2 adına daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 16316 nömrəli vərəqində 01.12.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. «AY ULDUZ-2010» Mənzil İstismar Kooperativi tərəfindən verilmiş 10 avqust 2017-ci il tarixli 252 nömrəli arayışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 5-ci blokun pilləkan altı qəfəsində 0,8 kv.m olan qeyri-yaşayış sahəsi uzun müddətdir ki, x2 istifadəsindədir. Həmin sahənin x2 tərəfindən istifadəsinə dair heç bir irad yoxdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 27.07.2018-ci il tarixli məktubun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, kommersiya hüquqi şəxslərin dövlət reyestrinə əsasən x5 sədri x7. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 05.11.2018-ci il tarixli məktubun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkə məsinin 26.12.2016-cı il tarixli 2(102)-5644/16 saylı qərarına əsasən x5 sədri 12.09.2011-ci il tarixdən x7. Bu fakt kommersiya hüquqi şəxslərin dövlət reyestrinə 27.02.2017-ci il tarixdə daxil edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2018-ci il tarixli 1488 nömrəli rəyindən görünür ki, ünvan 1 zirzəmi hissəsində yerləşən mübahisəli qeyri-yaşayış sahəsinə giriş-çıxış qapısının qonşu mənzillərə gedən sahədən kənarda, pilləkən marşının altında yerləşdiyini nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsinin qonşuların gediş-gəlişinə maneəçilik törətmədiyi müəyyən edilmişdir. Tədqiq olunan binanın digər girişlərinə (bloklarına) baxış zamanı, mübahisə qeyri-yaşayış sahəsinin planlı yerləşməsinin 1-ci, 6-cı və 7-ci girişlərdə (bloklarda) eynilik tə şkil etdiyi, yəni həmin sahələrdə də zirzəmiyə giriş üçün keçid qapısı və pilləkən marşı olduğu, 2-ci blokda isə analoji sahənin bağlı vəziyyətdə yerləşdiy müəyyən edilmişdir. Mübahisəli qeyriyaşayış sahəsinin faktiki parametrlərini, o cümlədən uzunluğu 3,9 metr, eni 2,2 metr, hündürlüyü 3,5 metr təşkil etdiyini nəzərə alaraq, həmin tikilidə giriş-çıxış üçün pilləkən quraşdırılması texniki cəhətdən mümkündür. Tədqiq olunan bina üzrə ilkin layihə sənədləri mülki iş materiallarında olmadığından, eləcə də sonradan ekspertizaya təqdim edilmədiyindən x5 kooperativinə məxsus yaşayış binasının 5-ci girişinin 1-ci mərtəbəsində pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otağın döşəməsinin sökülübsökülmədiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2018-ci il tarixli 24362 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mübahisəli zirzəminin (x5 kooperativinə məxsus yaşayış binasının 5-ci girişinin 1-ci mərtəbəsində pilləkən qəfəsəsinin alt hissəsində yerləşən köməkçi otaq) qonşuların gedişgəlişinə maneəçilik törətməsi müəyyən edilməmişdir. ünvan 1 ünvanında yerləşən yaşayış binasının digər girişlərinə (bloklarına) baxış keçirilən zaman, mübahisəli qeyri-yaşayış sahəsinin planlı yerləşməsinin birinci, alıtncı və yeddinci girişlərdə (bloklarda) eynilik təşkil etdiyi, yəni həmin sahələrdə də zirzəmiyə giriş üçün keçid qapısının və pilləkən marşının olduğu, ikinci blokda isə analoji sahənin bağlı vəziyyətdə yerləşdiyi müəyyən edilmişdir. Tədqiq olunan qeyri-yaşayış sahəsinin mövcud vəziyyətini, ölçülərini, hündürlüyünü və digər texniki göstəricilərini nəzər alaraq, mübahisəli zirzəmidə giriş-çıxış üçün pilləkənin quraşdırılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. «Ay Ulduz» kooperativinə məxsus yaşayış binasının ilkin texniki-layihə sənədləri mülki iş materiallarında olmadığından və əlavə olaraq ekspertiza tədqiqatına təqdim edilmədiyindən, x5 kooperativinə məxsus yaşayış binasının 5-ci girişinin 1-ci mərtəbəsində pilləkən qəfəsəsinin alt hissəsində yerləşən köməkçi otağın döşəməsinin sökülübsökülmədiyini müəyyən etmək mümkün olmamışdır. İş materiallarından göründüyü kimi iddiaçı x1 iddiasının əsasını cavabdeh tərəfindən mübahisəli zirzəmisinə qanunsuz giriş-çıxış pilləkəninin quraşdırılması təşkil edir. Ekspertizanın rəyindən də göründüyü kimi ekspertiza məhkə mə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verməmiş, həmin binanın digər girişlərində də zirzəmiyə giriş qapısı olmasını əsaslandırmaq üçün əsas göstərmişdir. Halbuki, digər görüşlərdə zirzəmiyə qanunsuz qapı açılması cavabdehin də qanunsuz qapı açması üçün əsas hesab edilə bilməz. Bundan əlavə ekspertiza mübahisəli yaşayış binansının ilkin lahiyə sənədlərinin iş materiallarında olmadığından, eləcə də ekspertizaya təqdim edilmədiyindən nəticəyə gəlmişdir ki, mübahisəli pilləkən qəfəsinin alt hissəsində yerləşən döşəmənin sökülübsökülmədiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş sual lara əsaslandırılmış cavablar verilməlidir. İşdən göründüyü kimi ekspertiza rəyində ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş suallara tam və əsaslandırılmış cavab verilməmiş, müvafiq sənədlərin təqdim edilməməsi əsası ilə köməkçi otağın döşəməsinin sökülüb-sökülmədiyini müəyyən etməyin mümkün olmaması barədə əsaslandırılmamış rəy verilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün iş üzrə təkrar ekspertiza keçirilməli və ekspertiza qarşısında iş üçün əhəmiyyət kəsb edən suallar qoyulmaqla, sənədlər təqdim edilməklə müvafiq rəy alınmalı, əldə edilmiş nəticədən asılı olaraq qanuni qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi madd i hüquq normaları pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşin yeni apellyasiya baxışı zamanı qərarda göstərilənlərə əməl edilməklə iş üzrə qanuni qərar qəbul edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı x1nun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 23 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərarqəbuledildiyiandanqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar