Məhkəmə qərarları › İş №2(102)-486/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-486/2021

09.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-486/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Cavabdeh1 və X4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-486/21 (Açar sözlər: mənzilə köçürülmə mənzildən istifadə hüququnun tanınması, şəxsi əmlaklar) Bakı şəhəri, 09 mart 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə köçürülmə, mənzildən istifadə hüququnun tanınma sı və əmlakların qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020 il tarixli 2(103)3666/2020 nömrəli qətnaməsindən cavabdeh Cavabdeh1 kassasiya şikayətinə 09 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İddiaçı Cavabdeh1 ilə 2012-ci ildə nikaha daxil olublar.

2. Birgə nikahdan tərəflərin 2 uşağı var. Uşaqlar yetkinlik yaşına çatmayıblar. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan iki uşağı ilə birlikdə ünvan 1 ünvanında yerləşən X2 və Cavabdeh2 sahibliyində olan 2 otaqlı mənzilə köçürülməsi, həmin mənzildən istifadə hüququnun tan ınması və iddia ərizəsində göstərdiyi 57 adda şəxsi əmlaklarının, o cümlədən 6 adda qızıl əşyasının və ya onların dəyəri olaraq 15440 (on beş min dörd yüz qırx) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı xx xxxxxx 2012-ci ildə Cavabdeh1 ilə rəsmi nikaha girib, bu nikahdan onların xx xxxxxx 2013-cü il təvəllüdlü Əsnad, xx xxxxxxx 2015-ci il təvəllüdlü Zəhra adlı iki uşaqları var.

5. İddiaçı nikahdan sonra Cavabdeh1 atası Elçin Rzayevə məxsus Bakı şəhəri, Səbail rayonu, 1-ci Maqomayev döngəsində yerləşən evə gəlin köçmüşdür.

6. Həmin evdə bir müddət yaşadıqdan sonra onlar evi satıb, özlərinə ünvan 2 ünvanında bir mərtəbəli, iki otaqlı, bir zalı, mətbəxi, həyətdə hamamı, tualeti olan və ondan əlavə ayrıca bir otağı olan 110 kv.m-lik bir ev alıblar.

7. İddiaçı ailəsi ilə birgə həmin evə köçüb, orada yaşamağa başlayıblar. Uşaqları da Bakı şəhəri Səbail rayonunda anadan olub.

8. İddiaçının və uşaqlarının adı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Nazim Şirinov küçəsi, 2\1 D saylı evin ev kitabında ailə üzvü kimi vardır. İddiaçı 2019-cu ilin fevral ayına kimi öz uşaqları ilə birlikdə həmin evdə yaşayıb birgə təsərrüfat aparmışdır. 9. 2019-cu ilin fevral ayında əri Cavabdeh1 iddiaçını incitdiyi, onu döyüb təhqir etdiyi üçün iddiaçı uşaqlarını da götürüb məcburiyyət qarşısında yaşadığı evdən çıxmış, atasının evinə qayıtmışdır.

10. İddiaçının yaşamağa yeri yoxdur, öz uşaqları ilə birlikdə atasıgildə yaşayır.

11. Atasının evi çox darısqaldır və iddiaçı iki uşaqla birlikdə həmin evdə yaşamaqda çət inlik çəkir, eyni zamanda bu hal həmin evdə yaşayanlar üçün də çətinliklər törədir. Çünki həmin evdə atasının ailəsindən başqa qardaşının da ailəsi yaşayır.

12. Həmçinin cehiz əmlakları da mübahisəli evdə qalıb.

13. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası MM-nin 228.2 və Mənzil Məcəlləsinin (xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş) 123-cü maddələrinə istinad etmişdir.

14. Cavabdeh1 nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində iddiaya etiraz edərək, göstərib ki, tərəflər arasında hüquq münasibəti 2012-ci ildə yaranıb, buna görə də mübahisəyə yeni Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir. Belə olan halda da iddiaçı mübahisə predmeti olan evə gəlin köçməklə cavabdehlərin ailə üzvü kimi həmin yaşayış sahəsindən onlarla bərabər istifadə etmiş, la kin hazırda tərəflər arasında ailə münasibətlərinə rəsmi xitam verildiyindən iddiaçı həmin əmlakdan istifadə hüququnu itirmişdir.

15. Sözügedən fərdi yaşayış evi özbaşına tikili olduğundan ona dair hüquq müəyyənedici sənəd mövcud deyildir.

16. Əgər mövcud mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinə əsasən hüquqi qiymət verilsə belə, sözügedən fərdi yaşayış evinin hüquq müəyyənedici sənədi olmadığından iddiaçının istifadə hüququ barədə iddia tələbi təmin edilə bilməz.

17. İddiaçı 2019-cu ilin fevral ayından həmin yaşayış sahəsini öz iradəsi ilə tərk etmiş (həmin andan etibarən orada yaşamamışdır) və bu halı iddia ərizəsində özü qeyd etmiş, həmçinin evi tərk etməyinin səbəbi kimi cavabdehin onu döyüb, təhqir etdiyini göstərmiş, halbuki bu deyilənlər, ümumiyyətlə, baş verməmiş, baş vermiş olsa belə, iddiaçı mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq bununla bağlı məhkəməyə sübut təqdim etməli idi.

18. İddiaçı iddia tələblərinin “şəxsi (cehiz) əmlakların qaytarılması” hissəsində məhkəməyə heç bir sübut təqdim etməmiş, yalnız formal olaraq iddia ərizəsində 57 (əlli yeddi) adda əşyaların cavabdehlərdə olduğunu qeyd etmişdir.

19. Cavabdeh etirazında iddianın rədd edilməsini xahiş etmişdir.

20. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)4978/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus 44 adda əşyanın (Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktda qeyd edilmiş) alınaraq iddiaçıya verilməsi, İddiaçı yetkinlik yaşına çatmayan i ki uşağı ilə birlikdə ünvan 3 ünvanında yerləşən X2 və Cavabdeh2 sahibliyində olan 2 otaqlı mənzilə köçürülməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. (hakim İlahə Abbasova)

21. Birinci instansiya məhkəməsi iddianın təmin tədbiri qaydasında xx xxxxxxx 2019-cu ildə tərtib olunmuş akta əsasən müəyyən etmişdir ki, ünvan 4 ünvanında 44 adda əmlaklar siyahıya alınıb.

22. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı iddia ərizəsində qeyd edilmiş əşyaların hamısının mövcudluğu və cavabdehlərin mənzilində qalması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı, Bakı şəhəri, Xətai rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktda iddiaçının iddia ərizəsində qeyd etdiyi əşyalardan 44 əşya aşkar edilmişdir.

23. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu halına əsasən hesab edib ki, qeyd edilmiş aktda göstərilmiş həmin əşyalar cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

24. Birinci instansiya məhkəməsi qızıl əşyalarına aid hissədə iddianı təmin etməmiş və bunun onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi qızıl əşyalarının cavabdehdə olması ilə bağlı heç bir mötəbər, şübhədən kənar sübut məhkəməyə təqdim olunmamışdır.

25. İddia tələbinin mənzilə köçürülmə və mənzildən istifadə hüquqlarının tanınması hissəsi ilə bağlı birinci instansiya məhkəməsi müəyyən edib ki, ünvan 5 ünvanında yerləşən X2 və Cavabdeh2 sahibliyində olan 2 otaqlı mənzil özbaşına tikilidir. Mübahisəli tikili iddiaçı ilə cavabdehlərin yaşayış yeridir.

26. Birinci instansiya məhkəməsi qeyd etmişd ir ki, cavabdehlər həmin tikili üzərində sərəncam vermək hüququna malik olmadıqlarına görə onların iddiaçını tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur

27. Birinci instansiya məhkəməsinin qənaətinə görə, iddiaçının uşaqları ilə köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hər hansı hüquqlarının mövcud olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuz olduğundan iddiaçının yetkinlik yaşına çatmayan iki uşağı ilə birlikdə ünvan 6 ünvanında yerləşən X2 və Cavabdeh2 sahibliyində olan 2 otaqlı mənzilə köçürülməsi ədalətli olmaqla yanaşı, yaşayış yerindən məhrum edilmiş iddiaçının və yetki nlik yaşına çatmayan uşaqların mənafeyinə uyğundur.

28. Bununla belə, birinci instansiya məhkəməsi hesab edib ki, mübahisəli tikili özbaşına tikili olduğu üçün həmin tikiliyə istifadə hüququnun tanınması tələbi əsaslı deyil.

29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43, Mülki Məcəllənin 157.2, 180.1, 180.2, Ailə Məcəlləsinin 34-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

30. İddiaçı da apellyasiya şikayəti verib, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv, iddianın həmin hissədə də təmin edilməsini xahiş etmişdir.

31. İddiaçının apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın təmin edilməyən hissəsində sübutlara düzgün qiymət verməyib, qızıl əşyalarının iddiaçıya toy zamanı hədiyyə edildiyin i və onların mövcud olduğu barədə məhkəməyə toy zamanı çəkilən fotoşəkilləri sübut kimi təqdim etmişlər. Həmin şəkillərdə qızıl əşyalarının mövcud olması və onların həqiqətən iddiaçıya hədiyyə edilməsi öz əksini tapır.

32. Qızılların iddia ərizəsində göstərilən dəyərdə olması barədə isə məhkəmə ya mütəxəssis rəyi və ya ekspert rəyi almalı idi. Lakin məhkəmə bu xüsusatı, ümumiyyətlə, araşdırmamış, iddiaçıdan hər-hansı bir sübut tələb etməmişdir.

33. Məhkəmə çəkişmə prinsipini təmin etməmiş, qarşı tərəfdə olan sübutları tələb etməmişdir.

34. Həmçinin məhkəmə iddiaçının mənzilə istifadə hüququnu tanımamaqla ədalətisliyə yol vermişdir.

35. Cavabdeh1 apelyasiya şikayəti verib, qətnamənin qismən – iddiaçının mənzilə köçürülməsi tələbinin təmin edilən hissəsinin ləğv, iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir.

36. Apellyasiya şikayəti onunla əsaslandırlıb ki, qətnamə qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir.

37. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-3666/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-4978/2019 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi) Rəşid Həsənov, Vahid Sadıqov)

38. Apelyasiya məhkəməsi iddiaçının apelyasiya şikayəti üzrə qeyd edib ki, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğunu, birgə nikah dövründə əldə edildiyi və ya hədiyyə edildiyini, həmçinin tələb olunan qızıl-zinət əşyalarının iddia ərizəsində göstərilən dəyər də olduğunu və hazırda cavabdehin qanunsuz sahibliyində olduğunu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya məhkəməsində sübuta yetirə bilməyib.

39. Apellyasiya məhkəməsi iddiaçının tikiliyə istifadə hüququnun tanınması ilə bağlı dəlilini də əsaslı hesab etməmiş və bunu onunla əsaslandırmışdır ki, mübahisəli ev özbaşına tikilmiş tikinti kateqoriyasına aiddir. Nə qədər ki, ev özbaşına tikinti statusuna malikdir, istifadə hüququnun tanınması əsaslı sayıla bilməz.

40. Cavabdehin apellyasiya şikayəti üzrə də apellyasiya məhkəməsinin mövqeyi belə olub ki, iddianın mənzilə köçürülməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib.

41. Apellyasiya məhkəməsi mülki işdə olan sübutlarla və tərəflərin izahatlarına əsasən müəyyən edib ki, ünvan 7 ünvanında yerləşən X2 və Cav abdeh2 sahibliyində olan 2 otaqlı mənzil özbaşına tikilidir. Qanunvericiliyin tələbinə görə cavabdehlərin həmin tikiliyə sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Cavabdehlər həmin tikili üzərində sərəncam vermək hüququna malik olmadıqlarına görə onların iddiaçını tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri də yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur.

42. Apellyasiya məhkəməsi tətbiq etdiyi maddi hüquq normaların təhlil edərək belə qənaətə gəlib ki, mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.

43. Apellyasiya məhkəməsi qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

44. Cavabdeh1 kassasiya şikayəti verib, qətnamənin ləğv edilərək, iddianın mənzilə köçürülmə hissəsində təmin edilməməsini xahiş etmişdir.

45. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilərinə uyğun əsaslandırılaraq, şikayətdə göstərilib ki, tərəflər arasında hüquq münasibətləri 2012-ci il tarixdən əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı MM-nin 30.4-cü maddəsinin müd əalları tətbiq olunmalıdır.

46. Qeyd olunan maddənin dispozisiyalarına əsasən əgər yaşayış sahəsinin mülkiyyətşisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa yaşayış sahəsinin mülkiyyətçisi ilə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Hazırda tərəflər arasında nikah xitam olunduğu üçün iddiaçı həmin əmlakdan istifadə hüququnu da itirmişdir.

47. Bundan başqa, cavabdehlərin mənzilə sərəncam hüquqlarının olmaması o demək deyil ki, istənilən şəxs məhkəmə qaydasında həmin mənzilə köçürülə bilər. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

48. Kassasiya şikayətinə iddiaçının yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

49. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və vək il İsmayıliv Sərdar Əbülfət oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

50. İddiaçı və Cavabdeh2 məhkəmə kollegiyasında vəkilsiz iştirak etdikləri üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onların izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlama q, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməs inin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən yalnız iddiaçının mənzilə köçürülməsi barədə iddianın təmin edilən hissəsində mübahisələndirilir. Bu baxımdan, kollegiya apelyasiya instansiyası məhkəməsinin qətnaməsini yalnız həmin hissədə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən mad di hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

55. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

56. İddia tələbi iddiaçının azyaşlı uşaqları ilə cavabdehlərlə birgə yaşadığı yaşayış sahəsinə köçürülməsi barədədir.

57. İşin məhkəmlər tərəfindən müəyyən edilən halı da ondan ibarətdir ki, iddiaçını köçmək istədiyi ünvan 7 ünvanında yerləşən X2 və Cavabdeh2 sahibliyində olan 2 otaqlı mənzil özbaşına tikilidir.

58. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, mübahisəli evin özbaşına tikili olduğunu iddia edən cavabdeh həmin evdə yaşayıb, həmin evdən istifadə etməklə ondan fayda götürdüyü halda, iddiaçının da bu hüquqdan istifadəsinə evin özbaşına tikili olması dəlili ilə etiraz etməsi əsassızdır.

59. Qanunvericiliyin tələbinə görə özbaşına tikiliyə mülkiyyət hüququ istisna edilsə də, ondan istifadə hüququ istisna edilmir.

60. Bu baxımdan, iddiaçının uşaqları ilə birgə mənzilə köçürülməsi barədə iddia tələbinin təmin edilməsi hissəsində (həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması hissəsində) apellyasiya məhkəməsinin gəldiyi nət icə və tətbiq etdiyi maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğundur.

61. Apelyasiya instansiyası mübahisələndirilən hissədə təqdim olunmuş sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmişdir.

62. Məhkəmə kollegiyası mübahisəyə xx xxxxxxx 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini əsassız sayır. Çünki həmin norma mülkiyyətdə olan mənzillərlə bağlı analoji iddialara tətbiq edilir. Hazırki işdə isə iddiaçının köçmək istədiyi mənzilin mülkiyyət hüququ ilə qeydiyyatdan keçməsi müəyyən edilməyib.

63. Cavabdehlərin mənzilə sərəncam hüquqlarının olmamasının istənilən şəxsin mənzilə köçürülə bilməsi anlamını verməməsi barədə dəlil də əsaslı sayıla bi lməz. Çünki iddiaçı hər hansı istənilən şəxs deyil, iddiaçının Cavabdeh1 arvadı olması, onun cavabdehlərlə birgə mübahisəli mənzildə yaşayıb ümumu təsərrüfat aparması işin mübahisəsiz halı kimi müəyyən edilib.

64. Məhkəmə kollegiyası qeyd olunanlara əasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

65. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020 il tarixli 2(103)3666/2020 nömrəli qətnaməsi mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi and

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar