Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-486/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alınmış əşyanın dəyərinin ödənilməsi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4862/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İddiaçı ilə Cavabdeh arasında 2013-cü ildən betonun alğı-satqısına dair münasibətlər olmuşdur.
3. Həmin münasibətlərdən yaranan mübahisə üzrə Qəmbərov X3 Rayon Polis İdarəsinə şikayət edərək Cavabdeh ona ol 41.560 manat qalıq borcunu ödənilmədiyini bildirmişdir. Cavabdeh isə verdiyi izahatında İddiaçı 36.800 manat məbləğində qum-çınqıl borcu qaldığını bildirmişdir.
4. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqinin xx.xx.2017-ci il tarixli qərarı ilə Cavabdeh əməlində dələduzluq cinayətinin tərkibi müəyyən olunmadığından İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilm işdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən satdığı 41.560 manat məbləğində betonun pulunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda yerləşən beton zavodunda baş mühəndis işləyir və cavabdehi 2013-cü ildən tanıyır. Aralarında ticarət əlaqələri olmuşdur. Cavabdeh iddiaçı üçün qum-çınqıl gətirmiş, iddiaçı isə cavabdehə beton vermişdir. Sonuncu dəfə cavabdehə 160.000 manat dəyərində beton satmışdır. Həmin betonun dəyərinin 118.440 manatını cavabdeh ona qum-çınqıl verərək ödəmiş, lakin yerdə qalan 41.560 manat pulu ödəməmişd ir. İddiaçı cavabdehin barəsində şikayət ərizəsi ilə Binəqədi Rayon Polis İdarəsinə müraciət etsə də, cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda izahatı qeyd edilmiş cavabdeh iddiaçıya borclu olduğunu etiraf etmişdir.
7. Sabunçu Rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli, 2(008)-3735/2022 saylı qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia qismən təmin edilmiş, cavabdehdən 36.800 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərardan göründüyü kimi Cavabdeh izahat verərək bildirmişdir ki, İddiaçıı 2013-cü il tarixdən tanımışdır. İlqar Bakı şəhəri Binəqədi rayonu, BaKsol yolunda yerləşən Beton zavodunun müdiri vəzifəsində işləmişdir. İlqarla barter yolu ilə alverləri olmuşdur. Belə ki, dəfələrlə İlqardan beton götürmüş, 50 faizinin pulunu vermiş, qalan 50 faizinin yerinə isə qum-çınqıl vermişdir. 2013-cü ildən 2014-cü ilədək o, “Qolden Rinq” şadlıq sarayının tikintisi ilə əlaqədar oranın müdriyyəti ilə danışmış və şadlıq sarayının tikintisi üçün ora beton vermişdir. İlqarla danışığa əsasən ondan 160000 manata yaxın beton götürmüş, həmin pulun 80000 manatını ona nəğd şəkildə vermişdir, qalan puluna isə ona qum-çınqıl verməli olmuşdur. İlqara 40000 manata yaxın qum-çınqıl vermiş, yerdə qalan hissəsini isə verə bilməmişdir. İlqara sonuncu dəfə 2016-cı ilin sonunda 7000 manat məbləğində qum-çınqıl vermişdir. Lakin sonradan Bakı-Quba yol u ilə hərəkət edən yük avtomobillərinin tonnajı azaldığı üçün və 22 tondan yuxarı yük aparamağa icazə verilmədiyindən müvəqqəti olaraq İlqara qum-çınqıl apara bilməmişdir. Bir neçə dəfə İlqara qum-çınqıl vermiş, lakin sonradan İlqar ondan qum yox, pulun ödənilməsini istəmişdir. Hazırda İlqara 36800 manat məbləğində qum-çınqıl borcu qalmışdır.
9. Beləliklə məlum olur ki, tərəflər arasında bağlanmış şifahi müqaviləyə əsasən iddiaçı cavabdehə 160000 manat məbləğində beton vermiş, cavabdeh isə betonun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi tam icra etməyərək almış olduğu betonun dəyərini tam ödəməmişdir. İddiaçı hazırda cavabdehin ona 41560 manat borcu olduğunu irəli sürsə də, cavabdehin xx.xx.2017-ci il tarixli cinayət işinin rədd ed ilməsi barədə qərarda vermiş olduğu izahatından onun İddiaçı 36800 manat borcu olduğunu etiraf etmişdir.
10. Belə olan halda iddia tələbi qismən, yalnız cavabdehin etiraf etdiyi hissədə təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehin ona 36800 manat deyil, 41560 manat məbləğində borcunun qalmasını irəli sürsə də, borcun məbləğini təsdiq edəcək mötəbər sübutlar təqdim etməmişdir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 567-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 88, 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edilmi şdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmış, bu səbəbdən cavabdeh məhkəmədə öz dəlillərini və etirazlarını deyə bilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Ümumiyyətlə, borcla bağlı iş materiallarında heç bir mötəbər sübut yoxdur. Əslində iddiaçı tərəfindən cavabdehə pul verilməli idi ki, o da öz növbəsində qum-çınqıl və şeben versin. İstintaq tərəfindən cavabdeh tərəfindən verilmiş ifadələr təhrif edilmiş və düzgün yazılmamışdır. Tərəflər arasında münasibətlər 2013-cü ildə olmuşdur. İddiaçı tərəfindən borcu təsdiq edən heç bir fakt və sənəd təqdim olunmayıb. Məhkəmə heç bir müqaviləyə və fakta əsaslanmadan qətnamə qəbul etmişdir.
14. Apellyasiya şikayəti ilə birlikdə cavabdeh iddia mü ddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı tərəfindən iddia edilən şifahi müqavilə tələbləri üzrə verilmiş üç illik iddia müddəti buraxılmışdır. Belə ki, tərəflər arasında münasibətlər 2013-cü ildə olmuşdur. Belə olan halda iddia müddəti keçdiyi üçün iddia təmin edilə bilməz.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin məhkəmə prosesləri ilə bağlı məlumatı olmamış, icra şöbəsindən məktub gəldikdən sonra qətnaməni qəbul etmiş, icradan təsadüfən məlumatı əldə etmişdir. Cavabdehin qeydiyyata alındığı evin kimə məxsus olduğunu bilmir, 2020-ci ildə həmin ünvandan qeydiyyatdan çıxmışdır.
16. Bakı Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 13 fevral 2023-cü il tarixli, 2(103)681/2023 nömrəli qətnaməsi ilə (hakimlər M.Ə.Rüstəmli - sədrlik edən və məruzəçi, A.Ə.İsgəndərov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayətində cavabdeh tərəfindən polis idarəsində verilmiş izahatının təhrif edildiyi və düzgün yazılmadığı bildirilsə də, cavabdeh tərəfindən həmin qərar mübahisələndirilməmişdir. Hazırkı vəziyyətdə də material məhv edildiyi üçün bunu müəyyən etmək mümkün deyil.
18. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqi ilə ba ğlı ərizəsinə münasibətdə qeyd edib ki, «L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında Plenumun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bil ər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.
19. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasları barədə bildirişlər sifarişli məktublarla cavabdehin xx.xx.2020-ci il tarixində qeydiyyata alındığı ünvan 2 ünvanına göndərilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin apellyasiya şikayətinə əlavə edilmiş “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə” xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh yenə də həmin ünvanda qeydiyyata alınmış, qəbul edən tərəf İldırım Kərimov olmuşdur.
20. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı 2017-ci ildə polis orqanlarına şikayət edərkən artıq hüququnun pozul duğunu bilmiş və məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.
21. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilə bilməz, çünki cavabdeh eyni ünvanda mütəmadi qeydiyyata alındığı üçün məhkəmə iclaslarından məlumatlı olmadığı inandırıcı deyil. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən də mülki-prosessual qanunvericiliklə onun üzərinə düşən vəzifə yerinə yetirilmiş, yəni cavabdeh lazımi qaydada məhkəmə iclasları barədə məlumatlandırılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.2, 385.1, 386.1, 442 və 567-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddia tələbinə qarşı iddia müddətinin tətbiq edilməsi barədə vəsatətinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə ʺcavabdeh eyni ünvanda mütəmadi qeydiyyata alındığı üçün məhkəmə iclaslarından məlumatlı olmadığı inandırıcı deyil.ʺ Məhkəmənin bu dəlilləri tamamilə əsassızdır. Çünki Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə iclasında araşdırılmış və işdə olan sənədlərdən göründüyü kimi, Cavabdeh məhkəmə iclasından xəbəri olması barədə heç bir tutarlı sübut işdə yoxdur. Apellyasiya Məhkəməsi nəzərə almamışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə onun iştirakı olmadan baxılmış, məhkəmə iclası barəsində məlumatı olmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki “birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasları barədə bildirişlər sifarişli məktublarla cavabdehin xx.xx.2020-ci il tarixində qeydiyyata alındığı ünvan 2 ünvanına göndərilmişdir”. Lakin məhkəmə həmin bildirişlərin cavabdeh tərəfindən alınması barədə heç bir sübutun olmamasına hüquqi qiymət verməmişdir. Halbuki, MPM-nin 9-cu maddəsinin tələbinə görə, ədalət mühakiməsi faktlar əsasında həyata keçirilir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2251/2023 saylı xx.xx.2023-cÜ il tarixli qərarı ilə (hakimlər İ.Ə.Şəfiyev - məruzəçi, Ə.A.Əhmədov və V.T.Həsənov) kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-681/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
26. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “...İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, tərəflər arasında bağlanmış şifahi müqaviləyə əsasən iddiaçı cavabdehə 160 000 manat məbləğində beton vermiş, cavabdeh isə betonun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini tam icra etməmiş və iddiaçıya 36 800 manat borcu qalmışdır. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisə alqı-satqı münasibətlərindən irəli gəlir. İşə bax mış apelyasiya instansiyası məhkəməsi də iddianın həllinə haqlı olaraq Mülki Məcəllənin alqı-satqı münasibətlərini tənzimləyən müddəalarını tətbiq etmişdir. Məhkəmə kollegiyası bu hissədə apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab etsə də, cavabdehin birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməməsi barədə dəlilləri üzrə araşdırması və bununla bağlı əsaslandırması ilə razılaşmır....Məhkəmə bildirişi rəsmi təqdim olunmalı olan sənəddir və MPM-nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda rəsmi qaydada verilmiş hesab edilir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki birinci instansiya məhkəməsi tərəfindən cavabdehin rəsmi qeydiyyat yeri kimi qəbul etdiyi ünvana xx.xx.2022- ci il tarixli, xx.xx.2022-ci il tarixli bildirişlər göndərilmişdir. Lakin həmin bildirişlərin cavabdehə təqdim olunması barədə nəticəyə gəlməyə əsas verən MPM-nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallar müəyyən edilmir. Həmçinin birinci instansiya məhkəməsi SMS vasitəsi ilə xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə cavabdehin adına 70 ******* nömrəli mobil telefona bildiriş göndərmişdir. Lakin həmin telefon nömrəsinin cavabdehə aidliyi barədə işdə sübut yoxdur. Cavabdehin apelyasiya şikayətində qeyd etdiyi telefon nömrəsi isə başqa nömrədir.
27. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, “cavabdehin apellyasiya şikayətinə əlavə edilmiş “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyat a alınması barədə” xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh yenə də həmin ünvanda qeydiyyata alınmış, qəbul edən tərəf İldırım Kərimov olmuşdur”. “Cavabdeh eyni ünvanda mütəmadi qeydiyyata alındığı üçün məhkəmə iclaslarından məlumatlı olmadığı inandırıcı deyil”. Qeyd olunmalıdır ki, cavabdeh əcnəbidir və əcnəbilərin Azərbaycan Respublikasında qeydiyyatı və ünvanı qanunvericiliklə dəqiq tənzimlənir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna görə yaşayış yeri Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - xüsusi nümunəli vəsiqə əsasında, Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar əsasında müəyyən edilir. Həmin qanunun 11-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci maddəsi ilə müəyyən edilmiş müddətdə və qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.5-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar: viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə; viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinə cavabdehin ünvanı barədə sübut kimi təqdim olunmuş Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli arayışında cavab dehin sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınması barədə xx.xx.2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etdiyi və ünvan 3 ünvanda qeydiyyata alındığı göstərilir. Lakin məhkəmə Miqrasiya Məcəlləsinin 21.5-ci maddəsində müəyyən edilmiş müddətlər baxımından işə birinci instansiya məhkəməsində baxılarkən həmin ünvanda olduğuna dair sübut tələb etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehə məhkəmə bildirişinin rəsmi təqdim edilməsini təsdiq edən sübutlar olmadığı halda, apelyasiya instansiya məhkəməsinin “birinci instansiya məhkəməsi tərəfindən mülki-prosessual qanunvericiliklə onun üzərinə düşən vəzifə yerinə yetirilmiş, yəni cavabdeh lazımi qaydada məhkəmə iclasları barədə məlumatlandırılmışdır” qənaəti əsassızdır və daha çox ehtimallara söykənir.
28. İddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən apelyasiya icraatında verilmiş ərizənin həlli bağlı məsələyə aydınlıq gətirərək məhkəmə kollegiyası bildirir ki, apelyasiya instansiyası haqlı olaraq “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmiş və bildirmişdir ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməs inin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində iştirakının təmin edilməməsi barədə dəlilinin araşdırılması cavabdehin adi etiraz dəlillərinin araşdırılması baxımından deyil, iddia müddətinin tətbiq edilməsi kimi mühüm hüququn reallaşdırılması baxımından da önəmlidir. Nəzərə alınmalıdır ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-nin 9.1ci, 14.1-ci, 88-ci maddələrində müəyyən edilmiş prinsip və göstərişlərə ümumilikdə, MPMin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilmədən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1., 372.1., 372.2., 373.2., 375.2., 385.1., 386.1., 442., 567., 598.1 və 598.3-cü maddələrinə, Azərbayca n Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.1, 217.3, 218.1, 407.2, 416.1, 416.2, 418.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
30. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin sorğuya verdiyi cavabda, Gürcüstan Respublikasının vətəndaşı, xx.xx.1975-ci il təvəllüdlü Makhır Karımovun (pasport № 10 AB57482) 2013-cü ildən 2023-cü ilə qədər olan dövrdə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı müraciət tarixləri və müraciətlərində göstərdiyi əlaqə nömrələri (telefon nömrələri) barədə məlumatlar əks olunmuşdur. Həmin məlumatlardan görünür ki, Makhır Karımov 2021-ci ilin dekabrından ünvan 4 ünvanına qeydiyyata alınmış, əlaqə (telefon) nömrəsi kimi 050 205 55 81 nömrəsini göstərmiş, sonuncu d əfə xx.xx.2023-cü il tarixdə müvafiq müraciətlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və eyni telefon nömrəsini qeyd etmiş, növbəti dəfə sözügedən ünvana qeydiyyata düşmüşdür.
31. Dövlət Sərhəd Xidmətinin sorğuya verdiyi cavabda əks olunan məlumatlara görə, Gürcüstan Respublikasının vətəndaşı, xx.xx.1975-ci il təvəllüdlü Karımov Makhır xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasını tərk edərək xx.xx.2022-ci il tarixdə Azərbaycana qayıtmış, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasını tərk edib xx.xx.2022-ci il tarixdə geri dönmüşdür. 32. "xxxx" MMC-nin sorğuya verdiyi cavabda göstərilmişdir ki, 070 707 03 00 mobil telefon nömrəsi xx.xx.2012-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olan X2 məxsusdur və nömrədə addan-ada qeydiyyat aparılmayıb. 33. "xxxx" MMC-nin sorğuya ve rdiyi cavabda göstərilmişdir ki, 050 205 55 81 mobil telefon nömrəsi xx.xx.2005-ci il tarixdə ünvan 6 ünvanında qeydiyyatda olan X1 adına qeydiyyata alınmışdır.
34. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4862/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Sabit Bəhrəmzadə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3735/2022 saylı iş üzrə 1 iyul 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbi təmin edilməmişdir.
35. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarında cavabdehin məhkəmə prosesi barədə məlumatlandırılmış olduğuna dair heç bir sübu t yoxdur. Belə ki, onun həmin dövrdə qeydiyyatda olduğu ünvana bildirişlər göndərilsə də, bildirişlərin ünvana çatdırılıb-çatdırılmadığı məlum deyildir. Xüsusilə qeyd olunmalıdır ki, cavabdehə 2 dəfə - xx.xx.2022-ci il və xx.xx.2022- ci il tarixlərində bildiriş ünvanlanmışdır - Dövlət Sərhəd Xidmətinin cavab məktubunda əks olunan məlumatlarla cavabdehə göndərilmiş bildirişlərin tarixləri müqayisəli təhlil edildikdə isə aydın olur ki, o, birinci bildirişin poçta verildiyi tarixdən 3 gün sonra ölkəni tərk etmiş, ikinci bildirişin göndərildiyi və bundan sonra qətnamənin çıxarıldığı tarixdə isə ümumiyyətlə Azərbaycanda olmamışdır. Cavabdehə aid olduğu bildirilən və SMS-bildirişin göndərildiyi 070 707 03 00 telefon nömrəsinin ona məxsus olması da sübuta yetirilməmişdir. Qanunverici cavabdehin i ştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur.
36. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair dəlil əsaslıdır və hazırkı işdə iddia müddətinin axımı tərəflər arasında öhdəlik münasibətlərinin icrası müddətinin başa çatdığı 2017-ci ildən hesablanmalıdır. Başqa sözlə, hazırkı iddia üzrə id dia müddəti 2017-ci ildən sonra keçən 3 ilin sonunda bitmişdir, iddiaçı isə ərizə ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsi bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırı lmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı (Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(103)-4862/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
38. Kassasiya şikayəti onunla əsaslandırlmışdır ki, məhkəmənin cavabdehə məhkəmə bildirişini şəxsən təqdim etmək və bu barədə müvaffiq qeydlərin aparılmasını təmin etmək deyə bir vəzifəsi yoxdur. “Məhkəmə xəbərd ar etməlidir.” ki, məhkəmə bu vəzifəsini qanunla müəyyən olunmuş qaydada yerinə yetirmişdir. Belə ki, Məhkəmə cavabdehə 2 dəfə -xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində bildiriş ünvanlanmışdır. – Cavabdehin birinci bildirişin poçta verildiyi tarixdən 3 gün sonra ölkəni tərk etməsi, ikinci bildirişin göndərildiyi və bundan sonra qətnamənin çıxarıldığı tarixdə isə ümumiyyətlə Azərbaycanda olmaması məhkəmənin təqsiri deyil, məhkəmənin bildiriş göndərərkən proses iştirakçılarının respublikada olub olmaması, Dövlət sərhəddini keçib keçməməsi və s. bu kimi halları araşdırmaq səlahiyyəti və vəzifəsi yoxdur.
39. Cavabdehə aid olduğu bildirilən və SMS-bildirişin göndərildiyi 070 *** ** ** telefon nömrəsinin ona məxsus olmasının sübuta yetirilməməsi ilə bağlı məhkəmənin mövqeyi ilə də razıl aşmaq olmaz. Belə ki, məlumdur ki, əcnəbilər o cümlədən də xüsusilə Gürcüstan respublikasının vətəndaşları, Azərbaycan Respublikasında öz adlarına mobil nöçmrə ala bilmirlər. Belə olan halda onlar öz ailə üzvlərinin (vətəndaş olduqları halda) və ya yaxın tanışlarının adlarına aldıqlarımobil nömrələrdən istifadə edirlər.
40. Bundan başqa Mülki Prossesual Məcəllənin tələblərinə əsasən Məhkəmələr mülki işlərə qanunla müəyyən olunmuş vaxtda və müddətdə baxırlar. Məhkəmənin cavabdehi aylarla gözləmək vəzifəsi yoxdur.
41. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəllənin 373.1., 373.2 və 373.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.3., 14.1., 14.2., 88., 138.1., 138.2., 217.1 və 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətin ə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsini Mülki kollegiyası haqlı olaraq hesab etmişdir ki, iş materiallarında cavabdehin məhkəmə prosesi barədə məlumatlandırılmış olduğuna dair heç bir sübut yoxdur. Belə ki, onun həmin dövrdə qeydiyyatda olduğu ünvana bildirişlər göndərilsə də, bildirişlərin ünvana çatdırılıb-çatdırılmadığı məlum deyildir. Xüsusilə qeyd olunmalıdır ki, cavabdehə 2 dəfə - xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində bildiriş ünvanlanmışdır - Dövlət Sərhəd Xidmətinin cavab məktubunda əks olunan məlumatlarla cavabdehə göndərilmiş bildirişlərin tarixləri müqayisəli təhlil edildikdə isə aydın olur ki, o, birinci bildirişin poçta verildiyi tarixdən 3 gün sonra ölkəni tərk etmiş, ikinci bildirişin göndərildiyi və bundan sonra qətnamənin çıxarıldığı tarixdə isə ümumiyyətlə Azərbaycanda olmamışdır. Cavabdehə aid olduğu bildirilən və SMS bildirişin göndərildiyi 070 *** ** ** telefon nömrəsinin ona məxsus olması da sübuta yetirilməmişdir. Bakı Apellyasiya Məhkəmə kollegiyası haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair dəlil əsaslıdır və hazırki işdə iddia müddətinin axımı tərəflər arasında öhdəlik münasibətlərinin icrası müddətinin başa çatdığı 2017-ci ildən hesablanmalıdır. Başqa sözlə, hazırkı iddia üzrə iddia müddəti 2017-ci ildən sonra keçən 3 ilin sonunda bitmişdir, iddiaçı isə ərizə ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir. Tətbiq edilən hüquq: Azərbay can Respublikası Mülki Məcəllə
43. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
44. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
45. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
46. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
47. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməy i, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
48. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
49. Maddə 598.3. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut e tməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həd dində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Mübahisəyə mahiyyəti üzrə baxan apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının cavabdehə qarşı tələb hüququ olsa da, müqavilədən irəli gələn tələb üzrə üç illik iddia müddəti keçmişdir. Birinci instansiya məhkəməsində iştirak etməmiş cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi nəzərə alınaraq iddia rədd edilmişdir.
63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırı lmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
64. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
66. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4862/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.