Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4861/2019 18.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib E.Şirinovun, Cavabdehin nümayəndəsi X2 və vəkili X1 iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi MK-nın 18 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyənetdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(009)3580/2018 saylı qətnaməsi ilə (hakim N.Bağırov) iddia tələbi təmin edilərək, Cavabdeh nin İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə 20 avqust 2018-ci il tarixli 135/K saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmşidir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 18 mart 2019-cu il tarixli, 2(103)-3555/2019 saylı qətnaməsi ilə (hakimlər: Ş.Məhərrəmova, E.Şamayev və X.Sarıyev) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(009)-3580/2018 saylı qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 18 mart 2019-cu il tarixli, 2(103)-3555/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 18 iyul 2019-cu il tarixdə işə kassasiya qa ydasında baxılarkən tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, sazişin şərtlərinin təsdiq olunmasını, apelyasiya məhkəməsi qətnaməsinin ləğv olunmaqla işin icraatına xitam verilməsini xahiş etmişdir. 15 iyul 2019-cu il tarixdə İddiaçı ilə Cavabdeh -nin nümayəndəsi X3 arasında aşağıdakı şərtlərlə barışıq sazişi bağlanmışdır:
1. Tərəflər Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nin icraatında olan 2(102)4861/2019 №-li mülki iş üzrə məhkəmə mübahisəsini aşağıdakı bəndlərdə göstərilən qaydada barışıq sazişi ilə tamamlamağı öhdələrinə götürürlər.
2. Cavabdeh İddiaçı ilə bağlanmış 19.07.2008-ci il tarixli əmək müqaviləsinə (bundan sonra “əmək müqaviləsi” adlandırılacaq) AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair 20.08.2018-ci il tarixli 135/K №-li əmrini ləğv edir və ə mək müqaviləsinə iddiaçının öz xahişinə (yazılı ərizəsinə) əsasən xitam verir.
3. İddiaçı öz xahişi ilə əmək müqaviləsinin ləğv olunmasına dair yazılı ərizəni cavabdehə təqdim edir, cavabdeh həmin ərizə əsasında iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verir və bu barədə əmrin surətini iddiaçıya təqdim edir.
4. Cavabdeh İddiaçının əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsinə dair 20.08.2018-ci il tarixli 135/K №-li əmrin ləğv olunduğu və əmək müqaviləsinə iddiaçının öz xahişinə xitam verildiyi barədə ayrı-ayrı qeydlər aparır.
5. İddiaçı cavabdehə qarşı əmək müqaviləsindən irəli gələn tələblər irəli sürməyəcəyini bəyan edir.
6. Tərəflərin bu Sazişin 2, 3 və 4-cü bəndlərində göstərilən öhdəlikləri Sazişin qüvvəyə mindiyi tarixdən 3 (üç) iş günündən gec olmayaraq icra edilməli dir.
7. Tərəflərdən hər birinin hazırkı mülki iş üzrə birinci istansiya, apellyasiya və kassasiya instansiyaları məhkəmələrində çəkdiyi məhkəmə xərcləri, o cümlədən hüquqi yardıma görə ödənilmiş və ya ödənilməli olan xərclər onun özünə aid edilir və bu xərclərin əvəzinin ödənilməsini digər tərəfdən tələb edə bilməz.
8. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə minir və tərəflərin öhdəlikləri tam icra olunana qədər qüvvədədir.
9. Tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (mülki işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır.
10. Saziş hər biri eyni hüquqi qüvvəyə mali k olan 3 (üç) əsl nüsxədən ibarət tərtib olunmuşdur. Nüsxələrdən biri AR Ali Məhkəməsinin MK-na təqdim olunur, digərləri isə hər birində bir nüsxə olmaqla tərəflərdə saxlanılır.
11. Tərəflər Sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. Azərbaycan Respublikası MPM-nin 52.3, 52.4, 52.5-ci maddələrinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan məna feyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Barışıq sazişinin şərtlərini müzakirə edən məhkəmə kollegiyası belə qərara gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığndan, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından sazişin şərtləri təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 261.0,261.0.5-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məcəllənin 417.1, 417.1.5-ci maddələrinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası qərara gəlir ki, barışıq sazişinin şərtləri təsdiq olunmalı, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261.0, 261.0.5, 417.1, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2019-cu il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:
12. Tərəflər Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nin icraatında olan 2(102)4861/2019 №-li mülki iş üzrə məhkəmə mübahisəsini aşağ ıdakı bəndlərdə göstərilən qaydada barışıq sazişi ilə tamamlamağı öhdələrinə götürürlər.
13. Cavabdeh İddiaçı ilə bağlanmış 19.07.2008-ci il tarixli əmək müqaviləsinə (bundan sonra “əmək müqaviləsi” adlandırılacaq) AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair 20.08.2018-ci il tarixli 135/K №-li əmrini ləğv edir və əmək müqaviləsinə iddiaçının öz xahişinə (yazılı ərizəsinə) əsasən xitam verir.
14. İddiaçı öz xahişi ilə əmək müqaviləsinin ləğv olunmasına dair yazılı ərizəni cavabdehə təqdim edir, cavabdeh həmin ərizə əsasında iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verir və bu barədə əmrin surətini iddiaçıya təqdim edir.
15. Cavabdeh İddiaçının əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsinə dair 20.08.2018-ci il tarixli 135/K №-li əmrin ləğv olunduğu və əmək müqaviləsinə iddiaçının öz xahişinə xitam verildiyi barədə ayrı-ayrı qeydlər aparır.
16. İddiaçı cavabdehə qarşı əmək müqaviləsindən irəli gələn tələblər irəli sürməyəcəyini bəyan edir.
17. Tərəflərin bu Sazişin 2, 3 və 4-cü bəndlərində göstərilən öhdəlikləri Sazişin qüvvəyə mindiyi tarixdən 3 (üç) iş günündən gec olmayaraq icra edilməlidir.
18. Tərəflərdən hər birinin hazırkı mülki iş üzrə birinci istansiya, apellyasiya və kassasiya instansiyaları məhkəmələrində çəkdiyi məhkəmə xərcləri, o cümlədən hüquqi yardıma görə ödənilmiş və ya ödənilməli olan xərclər onun özünə aid edilir və bu xərclərin əvəzinin ödənilməsini digər tərəfdən tələb edə bilməz.
19. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə minir və tərəflərin öhdəlikləri tam icra olunana qədər qüvvədədir.
20. Tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (mülki işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır.
21. Saziş hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədən ibarət tərtib olunmuşdur. Nüsxələrdən biri AR Ali Məhkəməsinin MK-na təqdim olunur, digərləri isə hər birində bir nüsxə olmaqla tərəflərdə saxlanılır.
22. Tərəflər Sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin