Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4863/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(046)44/2020, hakim Z.A.Quliyev) İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddiası təmin edilmiş, Göyçay rayonu Qızılağac kəndind ə yerləşən iddiaçılara və onların ailə üzvlərinə məxsus olan 4.85 ha torpaq sahəsinin 2.60 ha hissəsinin cavabdeh tərəfindən boşaldılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-768/2020, hakimlər G.Q.Abbasov, M.M.Hüseynov, E.Ş.Hüseynov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxx 2019-cu il tarixdəİddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi onların və ailə üzvlərinin mülkiyyətində olan 2.60 ha torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə a ktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçıların tələb etdiyi torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir və həmin torpaq sahəsinə xeyli vəsait sərf etmiş, aqrotexniki qulluq etmiş, torpaqyanı sahənin hər tərəfini kolla tutmuş, mineral gübrələrdən istifadə etmiş, peyin şirəsi vermiş, torpaq sahəsinin bir hissəsində dənli bitki olan taxıl, qalan hissəsində isə mal yemi olan yonca bitkisi əkmiş, bütün bunlara da külli miqdarda vəsait sərf etmişdir. Həmçinin, Qızılağac Bələdiyyəsinin arayışına əsasən həmin torpaq sahəsinin ona məxsus olm ası barədə sənəd təqdim edilmiş, həmin sənəd isə məhkəmələr tərəfindən qanunsuz olaraq nəzərə alınmamışdır. Məhkəmə iclasının vaxti və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçılar onlara məxsus tor paq sahəsinin cavabdeh tərəfindən özbaşına tutulduğuna istinad edərək, sonuncunun həmin torpaq sahəsindən çıxarılmasına dair hazırki iddia tələbini irəli sürmüşlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Qanunvericiliyin tələblərinə görə mülkiyyətçinin öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməməsi və özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi zamanı üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır: 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır: 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddia nın rədd olunmasına əsasdır. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Göyçay rayonu Qızılağac kəndində yerləşən 4.85 ha torpaq sahəsi X5, X4, İddiaçı1, İddiaçı2, X6, X1 məxsusdur. X5 xx.xx.2005-ci ildə vəfat etmişdir. xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsələri- arvadı X4, övladları İddiaçı1, İddiaçı2, X6, X2r və miras əmlak Göyçay rayonu Qızılağac kəndində yerləşən 4.85 ha torpaq sahəsində mərhum X3 məxsus olan paydan ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən iddiaçıların və onların ailə üzvlərinin xüsusi m ülkiyyətində olan Göyçay rayonu Qızılağac kəndində yerləşən iki hissəli 4,85 ha torpaq sahəsinin (264L çevrədə göstərilən) 2.60 ha hissəsi naturada cavabdeh tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli rəyinə əsasən mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıların və onların ailə üzvlərinin xüsusi mülkiyyətində olan Göyçay rayonu Qızılağac kəndində yerləşən iki hissəli 4,85 ha torpaq sahəsinin (264L çevrədə göstərilən) 2.60 ha hissəsi naturada cavabdeh tərəfindən istifadə edilir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin 2,60 ha hissəsində sahibliyi və həmin torpaq sahəsindən istifadəsi qanunsuz olmaqla, iddiaçıların mülkiyyət hüququnu poz ur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4863/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4863/2020
28.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver