Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4864/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh Mənzil Tikinti Kooperativinin vəkili Vəkil, İddiaçı vəkili İbrahimov Ramiz Hilal oğlunun iştirakı ilə, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8315/2018 nömrəli iş üzrə 18 aprel 2018-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı A pellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 18 aprel 2018-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8315/2018 saylı, 21 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəçi Cavabdeh-nın nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilməmiş, Cavabdeh MTK-nın Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. İşin halları: İddiaçı cavabdeh "Cavabdeh" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə aralarında bağlanılmış 25 fevral 2016-cı il t arixli müqaviləyə əsasən ünvanə inşa olunan 1-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 125 kvadrat metr olan, 3 otaqlı, 62 nömrəli mənzilin cavabdeh tərəfindən ona təhvil verilməsi və mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 27 mart 2018-ci il tarixli, 2(004)-595/2018 nömrəli qətnaməsi ilə Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanılmış 25 fevral 2016-cı il tarixli müqaviləyə əsasən ünvanə inşa olunan 1-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 125 kvadrat metr olan, 3 otaqlı, 62 nömrəli mənzilin İddiaçı qızna təhvil verilməsi və mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifəsi Cavabdeh MTK-ya həvalə edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8315/2018 saylı 21 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh MTK-nın apellyasiya şikayətinin təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 27 mart 2018-ci il tarixli, qətnaməsi Cavabdeh MTK-nın apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh MTK oğlu kassasiya şikayəti vermiş, həmçinin kassaiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət ilə müraciət etmişdir. Həmin vəsatət üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətlərinə qarşı etiraz: Cavabdeh Mənzil Tikinti Kooperativi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 aprel 2018-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Qətnamə rəsmi olaraq MTK trəfindən alınmamışdır. Qətnamənin kim tərəfindən alınması məlum deyildir. Qətnamənin alınması barədə xəbərnamədəki imza nə MTK-nın rəhbərliyində təmsil olunan şəxslərə, nə dəki MTK-nı təmsil edən nümayəndələr aid deyildir. Ona görə də, qərardad ləğv edilməlidir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh Mənzil Tikinti Kooperativinin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili İbrahimov Ramiz Hilal oğlu kassasi ya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 aprel 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni za manda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 405.0.1 və 405.0.2-ci maddələrinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilə bilər. İşdən görünür ki, Cavabdeh MTK-nın hüquqi ünvanına, o cümlədən apellyasiya və kassasiya şikayətlərində qeyd edilmiş ünvanına (ünvan 1a Məhkəməsinin Mülki kollegiyasının, 2(103)-8315/2018 saylı, 21 sentyabr 2018-ci il tarixli qətnaməsi 03 oktyabr 2018-ci il tarixdə göndərilmiş və 06 oktyabr 2018-ci il tarixdə qətnaməni həmin ünvanda səlahiyyətli şəxs qəbzə imza edərək almışdır. Cavabdeh MTK tərəfindən isə kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə 15 mart 2019-ci il tarixdə daxil olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ərizədə göstərilən və cavabdehin nümayəndəsinin və vəkilinin məhkəmə iclasında bildirdikləri müddətin bərpası üçün əsas ola bilməz. Cavabdeh tərəfindən beş aydan artıq müddəti üzrlü səbəbdən buraxılmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytararkən Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilm əsi üçün əsas ola bilməz. Cavabdehin məhkəmə iclaslarının keçirilməsindən məlumatları olmaması və qətnaməni almamaları barədə dəlillər əsaslı ola bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh olan hüquqi şəxsin rəsmi və faktiki ünvanına məhkəmə bildirişi və qətnamə göndərilmişdir. Bu sənədlərin cavabdehin ünvanında kim tərəfindən alınmasının müəyyən edilməsi isə MTK-nın daxili işidir. Qətnamənin verilməsi barədə poçt qəbzində olan imzanın MTK-nın rəhbərliyində təmsil olunan şəxslərə aid olmaması barədə fikir də başa düşülən deyildir. Çünki, qəbzdəki imza MTK-nın rəhbərliyində təmsil olunan şəxslərə aid olmasa belə, bu imza həmin şəxslərin səlahiyyət verdiyi hansısa şəxs(lər)ə məxsus olması mübahisəsizdir. Əks halda ünvanına məhkəmə sənədləri göndərilmiş istənilən şəxs xəbərnaməli poçt qəbzindəki imzanın ona aid olmadığını bildirməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulan prosessual müddətlərin əhəmiyyətini heçə endirmiş olar. Bu cür vəziyyət isə açıq-aşkar hüquqdan sui-istifadə hallarına şərait yaratmış olar. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 aprel 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8315/2018 nömrəli iş üzrə 18 aprel 2018-ci il tarixli qərardadı dəyişdirilmədən sax lanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4864/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4864/2019
04.07.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver