Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4864/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4864/22 Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı, Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2734/2022 nömrəli, 04 may 2022-ci il tarixli qətnaməsində n cavabdehlər Cavabdeh1 (vəkili Vəkil1) və Cavabdeh2 MTK (vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətlərinə 18 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2006-cı il tarixdə X8 ilə X2 rəsmi nikaha daxil olmuşlar. 2. xx.xx.2006-cı il tarixdə X8 ilə Cavabdeh2 MMC arasında ünvannin kəsişməsində yerləşən 14 mərtəbəli evin A blokunun 10-cu mərtəbəsində (yaşayışın 7-ci mərtəbəsi) yerləşən 3 otaqlı (115.19 kv.m) mənzilin tikintisi ilə bağlı müqavilə bağlanılmışdır. Mənzilin dəyəri 135.160 manat (və ya 155.000 ABŞ dolları) müəyyən edilmişdir (mənzil təmirsiz vəziyyətdə). 3. xx.xx.2006-cı il tarixli maliyyə arayışından görünür ki, qeyd edilən mənzilə görə X8 Cavabdeh2 MMC-yə xx.xx.2006-cı il tari xdə 135.160 manat (155000 ABŞ dolları) məbləğində vəsait ödəmişdir. 4. xx.xx.2006-cı il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında eyni mənzil - ünvannin kəsişməsində yerləşən 14 mərtəbəli evin A blokunun 10-cu mərtəbəsində (yaşayışın 7-ci mərtəbəsi) yerləşən 3 otaqlı (115.0 kv.m) mənzil ilə bağlı müqavilə bağlanılmışdır. Mənzilin dəyəri 135.160 manat müəyyən edilmişdir (mənzil təmirsiz vəziyyətdə). 5. xx.xx.2006-cı il tarixli, 12 nömrəli maliyyə arayışından isə görünür ki, ünvannin kəsişməsində yerləşən 14 mərtəbəli evin A blokunda yaşayışın 7-ci mərtəbəsində yerləşən 3 otaqlı (115.0 kv.m) mənzilə görə Cavabdeh1 Cavabdeh2 MMCyə xx.xx.2006-cı il tarixdə mənzilin dəyərini tam olaraq cəmiyyətin xəzinəsinə ödəmişdir. Heç bir borcu yoxdur.
6. Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 07/13 sa ylı xx.xx.2013-cü il tarixli protokolundan çıxarışdan görünür ki, Cavabdeh1 ərizəsi əsasında MTK-ya üzv qəbul edilmiş və ünvan 1 ünvanında Cavabdeh2 MTK-ya məxsus A blokun 9-cu mərtəbəsində ümumi sahəsi 115.19 kv.m olan 3 otaqlı 19 saylı mənzil tam mülkiyyətinə verilmişdir. 7. xx.xx.2015-ci il tarixli, 74 nömrəli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən A blokun 9-cu mərtəbəsində ümumi sahəsi 115.19 kv.m olan 3 otaqlı 19 saylı mənzilin pay dəyəri payçı Cavabdeh1 tərəfindən tam ödənilmiş, MTK-ya borcu yoxdur.
8. Cavabdeh2 MTK-nın 73 saylı, xx.xx.2015-ci il tarixli Forma 2 arayışından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında 19 saylı mənzildə yaşayır. Mənzil 3 otaqlıdır, ümumi sahəsi 115.19 kv.m, yaşayış sahəsi 59.91 kv.m mənzil 13 mərtəbəli evin 9-cu mərtəbəsində yerləşir. Tam təmirlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, X8 ilə rəsmi nikahdadır. Birgə nikah dövründə X4 adına Cavabdeh2 MMC arasında 15 noyabr 2006-cı il tarixdə ünvannin kəsişməsində yerləşən 14 mərtəbəli evin A blokunun 10-cu mərtəbəsində yerləşən 3 otaqlı mənziln tikintisi ilə bağlı müqavilə bağlanılmışdır. (X6 küçəsi 14 saylı evin 19 saylı mənzili) Həmin Mənzilin dəyəri ödənilmişdir və mənzil tikilib onlara təhvil verilmişdir. Həyat yoldaşı ilə uzun illərdir X3 köçüb yaşayırlar. Bu yaxınlarda ona məlum olmuşdur ki, həyat yoldaşı həmin ünvanı onun razılığı olmadan yaşamaq üçün bacısı Cavabdeh1 ver mişdir. Bu onun razılığı olmadan baş verdiyindən o həmin mənzildən çıxarılmalıdır.
10. Sonradan iddiaçı tələbinə əlavə erərək həmin mənzilə dair cavabdehlə Cavabdeh2 MMC arasında müqavilə bağlandığını, həmin müqavilənin onun xəbəri və məlumatı olmadan bağlandığını bildirərək əvvəlki tələbi ilə yanaşı cavabdehlə Cavabdeh2 MMC arasında mübahisəli mənzilə dair bağlanmış 15 noyabr 2006-cı il tarixli müqavilənin etibarsız hesab olunmasını xahiş etmişdir.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(009)-117/2022 nömrəli iş üzrə 10 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia tələbi təmin edilməmişdir.
12. Məhkəmə hesab etmişdir ki, etibarsız əqdlərə dair qanunla müəyyən edilmiş iddia müddəti buraxılmışdır. İddiaçının et ibarsız hesab edilməsini tələb etdiyi müqavilə xx.xx.2006-cı il tarixdə bağlanılmış, iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə verilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırki iddia tələbləri ilə MM-nin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 178.1, 178.8, 225.1, 331, 337.1, 354.1, 354.2, 375.2, 406.3 maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1, 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin və əlavə iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini, saxta müqavilə ilə bağlı xüsusi qərardad çıxarılması və Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda tərtib edilməklə, əlavə olaraq qeyd edilmişdir ki, müqavilə saxtadır, müqavilənin ümumiyyətlə bağlanma tarixi bəlli deyil, xx.xx.2006-cı il tarixli mü qavilədə Cavabdeh1 şəxsiyyət vəsiqəsi qeyd olunub, həmin şəxsiyyət vəsiqəsi isə xx.xx.2011-ci il tarixdə verilmişdir. Müqavilə saxta olduğundan və onun mövcudluğu ona məlum olan kimi iddia qaldırdığından məhkəmənin mövqeyi istər iddia müddəti, istərsə də kəsici müddət baxımından əsassızdır.
17. Məhkəmə kollegiyasının 06 aprel 2022-ci il tarixli iclas protokolunun nəticələri əsasında X8 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2734/2022 nömrəli iş üzrə 04 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-117/2022 saylı iş üzrə 10 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 3 saylı evin 19 saylı mənzilinə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 15 noyabr 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh1 həmin mənzildən çıxarılması qət edilmişdir.
19. Məhkəmə kollegiyasının mövqeyinə görə, Cavabdeh1 nə mənzilin satılması, nə də formal olaraq XXXin adına rəsmiləşdirməsi barədə hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə, XXXin ərizəsindən görünür ki, o, sadəcə mənzilin Cavabdeh1 adına sənədləşdirilməsini xahiş etmiş və sonuncu ilə yeni müqavilənin bağlanması da bu xahiş əsasında baş vermişdr. Lakin, XXX mə hkəmədə iştirak etmədiyindən, onun hansı məqsədlə bunu etməsini müəyyən etmək mümkün olmamış, iddiaçı isə bu barədə məlumatsız olduğunu bildirmişdir. Mənzilin məhz XXXə satılması MTK-nın verdiyi arayışdan da təsdiq olunur.
20. Göründüyü kimi, Cavabdeh1 tərəfindən XXXə mübahisəli mənzilin dəyərinin ödənilməsi müəyyən edilmir. Belə olan halda həmin mənzilin əvəzsiz olaraq Cavabdeh1 adına rəsmiləşdirildiyi aşkardır, yəni tərəflər arasında bağışlama müqaviləsi bağlanmışdır.
21. Kollegiya hesab etmişdir ki, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, dəyəri tam ödənilməklə əldə olunduğu vaxtdan onu əldə etmiş XXXlə İddiaçı ümumi birgə mülkiyyətində olmuşdur. Belə ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə isə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
22. Məhkəmə hesab etmişdir ki, X9 arasında mübahisəli mənzilin (mənzilə olan hüquqların) bağışlanması əqdi bağlanmış, lakin əqdin forma və məzmununa dair tələblərə əməl edilməmiş, eləcə də iddiaçının razılığı alınmamışdır.
23. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Kollegiya hesab edi r ki, tərəflər arasında bağlanmış əqd əhəmiyyətsizdir və heç bir hüquqi nəticə doğurmur. Əqd əhəmiyyətsiz olduqda isə onun nəticələrinin tətbiqi həyata keçirilir.
24. Əhəmiyyətsiz əqdlərdə tələb hüququ üçün əsas əhəmiyyətsiz əqdin özü yox, onunla bağlı tərəflərin və üçüncü şəxslərin hüquqi vəziyyətində yaranmış qeyri-müəyyənlik hesab olunur. Bu qeyri-müəyyənliyin həll edilməsi isə əhəmiyyətsiz əqdin nəticələrinin tətbiq edilməsi, yəni icra edilənlərin qaytarılması yolu ilə mümkündür. Məhkəməyə müraciət edən iddiaçı özünün öhdəliklə (vədlə) yox, hərəkət - icra ilə bağlı pozulmuş hüququnu müdafiə edir. Buradan da belə aydın olur ki, iddiaçının hüququnu tərəflərin bağladıqları əqd yox, əqdin icrası pozur.
25. Hazırki iş üzrə mübahisələndirilən müqavilə əvəzedilməz əşya olan mənzilin bağışlanm asına dair bağlanmışdır, ona görə də hazırki tələbə iddia müddəti tətbiq olunmur.
26. Beləliklə, MMC ilə Cavabdeh1 arasında bağlanmış əqd əhəmiyyətsizdir və bu müqavilə etibarsız hesab edildiyi üçün sonuncu həmin mənzildən çıxarılmalıdır.
27. İddiaçının apelyasiya şikayətində saxta müqavilə ilə bağlı xüsusi qərardad çıxarılması və Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsi barədə xahişinə münasibətdə Kollegiya qeyd etmişdir ki, bu iddia tələbi sayılmır və prosessual qanunvericiliklə məhkəmələrə verilmiş hüquqdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4-ci maddəsinə görə, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Hazır ki işdə isə belə hallar müəyyən edilməmişdir.
28. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 225.6, 324, 329.1, 337, 354.1, 666.1, 666.2, 667.1, 668.1.1, 668.1.4-cü, Ailə Məcəlləsinin 33.1, 33.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
29. Cavabdeh1 (vəkili Vəkil1) kassasiya şikayəti verərək, qətnamən in ləğv edilməsi və mülki işə apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Cavabdeh1 kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur: 31. - Mübahisəli mənzil İddiaçı ilə XXXin birgə nikah dövründə əldə edilsə də, həmin əmlakın ümumi birgə vəsait hesabına əldə edilməsinə dair hər hansı bir sübut təqdim edilməmişdir ki, bu da apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd edilən maddi hüquq normalarının tələblərinin iddia tələbi üzrə səhv təfsir edilməklə tətbiq edildiyi qənaətini qaçılmaz edir. Halbuki iddia tələbinin əsaslı olmaqla qanununvericiliyin tələblərinə cavab verən tələb olması qənaətinə gəlinməsindən ötrü mübahisəli mənzilin birgə nikah dövründə ümumi birgə vəsait hesabı na əldə edilməsi zəruridir. Lakin həmin mənzilin birgə nikah dövründə və ümumi birgə vəsaitin hesabına əldə edilməsinə dair hər hansı əsaslı şübhə yaratmayan sübut təqdim edilməmişdir. Bu isə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticədə sual doğuracaq halların olduğunu, ziddiyyətli məqamlar aradan qaldırılmadan nəticəyə gəlindiyini ehtiva edir. Şərti qəbul olunsa ki, həmin mənzil tərəflərin birgə nikah dövründə və ümumi birgə vəsait hesabına alınıbdır, bu zaman da iddiaçı həmin mənzilin cavabdehə verilməsindən ötrü müqavilə bağlanılmasından xəbərsiz olmasını bildirməsi məntiqsiz olmaqla əsassızdır. Belə ki, iddiaçı ilə üçüncü şəxs həmin mənzilin cavabdeh tərəfindən özgəninkiləşdirildiyi vaxtdan hal-hazırkı vaxta kimi normal ailə münasibətləri olmuş və hazırda da davam edir ki, bu d a onun xəbəri olmadan mənzilin Cavabdeh1 adına özgəninkiləşdirildiyi qənaətini əsassız hesab edilməsini və iddiaçının hüquqdan sui-istifadə etdiyi qənaətini qaçılmaz edir. 32. - Üçüncü şəxs XXXin Cavabdeh1 arasında miras əmlak ilə bağlı münasibətlərin pozulduğu bir dövrdə XXXin Cavabdeh1 qarşı miras əmlak ilə bağlı tələb ilə müraciət etdiyi bir dövrdə, iddiaçı da hazırkı tələb ilə məhkəməyə müraciət etmişdir. 33. - iddiaçının etibarsız hesab etdiyi müqavilə xx.xx.2006-cı il tarixdə bağlanılmış, məhkəməyə isə xx.xx.2021-ci il tarixdə müraciət edilmişdir. Deməli, iddiaçı hazırki iddia tələbləri ilə MM-nin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir.
34. Cavabdeh2 MTK (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və mülki işə apel lyasiya qaydasında baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur: 36. - X9 arasında baş vermiş hüquqi münasibətin xarakteri yanlış olaraq müqaviləni bağışlama müqaviləsi kimi dəyərləndirilmişdir. 37. - Cavabdeh2 Mənzil Tikinti Kooperativinə müraciət edərək mənzil əldə etmək istəyən şəxs Cavabdeh1 və həyat yoldaşı olmuşdur. Mənzilin dəyəri Cavabdeh1 tərəfindən tam şəkildə ödənilmişdir. Lakin müqavilənin müvəqqəti olaraq XXXin adına rəsmiləşdirilməsini istəmişdir. Ötən müddət ərzində mənzilin əsl sahibi kimi Cavabdeh1 tanımış, mənzildə Cavabdeh1 yaşamış, bütün sənədləşmədə çıxan bütün məsələləri onunla həll etmişlər. Daha sonra isə XXXin öz ərizəsi əsasında mənzi lə dair müqavilə Cavabdeh1 ilə bağlanmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə 39. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 40. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 41. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 42. 354.2. Bu Məcəllənin 347.1-c i maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 43. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 44. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 45. 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Ailə Məcəlləsi 46. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 47. 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 48. 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq ed ilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. 49. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Mülki Prosessual Məcəllə
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin süb utlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ol unub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətləriində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
62. İlk növbədə qeyd olunur ki, kassasiya şikayətlərində irəli sürülən dəlillər əsasən işin faktiki hallarının düzgün müəyy ən edilməməsi ilə bağlıdır. O cümlədən, hər iki kassasiya şikayətində mübahisəli mənzilin kimin tərəfindən alınması, dəyərinin kim tərəfindən ödənilməsi ilə bağlı hallar önə çəkilir. Həmin hallar isə işin faktiki halları ilə bağlı məsələdir və işə mahiyyəti üzrə baxan məhkəmədə sübut edilməli hallardır.
63. Qeyd olunur ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Kassasiya instansiyası məhkəməsi işin müəyyən edilən faktiki hallarına apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayır.
64. Apelyasiya Məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə üçüncü şəxs XXX xx.xx.2006-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, mübahisəli mənzil xx.xx.2006-cı il tarixli müqavilə ilə X8 tərəfindən Cavabdeh2 MMC-dən alınmışdır. Mübahisəli mənzil dəyəri tam ödənilməklə tərəflərin birgə nikahı dövründə əldə olunduğundan, onların ümumi birgə mülkiyyətini təşkil etmişdir. Eyni zamanda mübahisəli mənzilə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2006-cı il tarixli müqavilə bağlanmışdır. Lakin müqavilədə qeyd olunmuş Cavabdeh1 şəxsiyyət vəsiqəsinin verilmə tarixindən (xx.xx.2011-ci il) müəyyən olunur ki, adıçəkilən müqavilənin xx.xx.2006-cı il tarixdə bağlanması mümkün ola bilməzdi və müqavilə ən azı xx.xx.2011-ci il tarixdən sonra arxa tarixə tərtib olunmuşdur. Eyni zamanda, Cavabdeh2 MTK (Cavabdeh2 MMC sonradan təşkilatı hüquqi fomasını dəyişdirərək Cavabdeh2 MTK-ya çevrilmişdir) tərəfindən 5 saylı vəkil bürosuna verilmiş tarixsiz arayışdan görünür ki, mübahisəli mənzil X1, sonra onun xahişi ilə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Arayışa əlavə olunmuş X4 ərizəsinin surətindən görünür ki, həmin ərizə ilə o, mübahisəli mənzilin Cavabdeh1 adına sənədləşdirilməsini xahiş etmiş, mənzillə bağlı gələcəkdə özünün və ailə üzvlərinin heç bir irad və narazılıqlarının olmayacağını bildirmişdir.
65. Mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, dəyəri tam ödənilməklə əldə olunduğu vaxtdan onu əldə etmiş XXXlə İddiaçı ümumi birgə mülkiyyətində olmuşdur. Belə ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə isə, ərarvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı p ayları bərabər hesab edilir.
66. Cavabdeh2 MMC və Cavabdeh1 mənzilin ər-arvadın vəsaiti hesabına alınmadığını, Arzunun əri tərəfindən satın alındığını bildirsələrdə bu hal məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir.
67. Cavabdeh tərəf məhkəmə baxışı zamanı mənzilin alınması ilə bağlı bir neçə dəfə fərqli izahatlar vermişdir. Mənzilin gah qardaşı XXX tərəfindən alınması (yəni onun vəsaiti hesabına alınması, iddiaçıya aidiyyəti olmaması), gah özə və gah da əri tərəfindən alınması ilə bağlı izahatlar vermişdir.
68. Kollegiya qeyd edir ki, ər-arvad birgə nikah dövründə daşınmaz əmlak satın almışdırsa, həmin əmlakın onların birgə vəsaiti və yaxud hər-hansı birinin vəsaiti hesabına alınması halını mübahisələndirmək ər-arvada məxsus səlahiyyətdir, bu halı digər şəxslər mübahisələndirə bilməzl ər.
69. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında verilmiş şərhdən aydın olur ki, ər-arvadın ümumi əmlakı dedikdə onların nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusu nəzərdə tutulur. Nəticə etibarı ilə ümumi əmlaka təkcə mülkiyyət payı yox, iqtisadi dəyərə malik olan tələb hüquqları və yerinə yetirilməli olan öhdəliklər də aiddir.
70. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222-ci madəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arası ndakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.
71. Cavabdeh1 eyni zamanda müqvilənin bağlanmasından bir ildən artıq müddətinin keçməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşmır.
72. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarında formalaşdırılmış mövqeə görə Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edə n 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
73. Məhkəmə həmin qərarında qeyd etmişdir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilm iş müddətdir.
74. Həmin qərarda formalaşmış hüquqi mövqeyə görə əqdin bağlanmasına razılığın olmaması hallarında əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimi tətbiq olunur.
75. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırı lması məqsədini daşıyır. Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.
76. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir.
77. Apellyasiya Məhkəməsi mübahisəli mənzilin cavabdehin adına keçirilməsi barədə iddiaçının ərinin ərizəsinin mahiyyətinin nədən ibarət olması ilə bağlı halları tam müəyyən edə bilməmiş (prosesə cəlb edilmiş X4 izahatını almaq mümkün olmamışdır), bununla bağlı qətnamədə müvafiq dəyərləndirmə aparmış, cavabdeh tərəf də həmin hallarla bağlı məhkəmə üçün aydın ola b iləcək sübutlar gətirə bilməmiş, mənzilin dəyərinin qardaşına ödənilməsini sübuta yetirə bilməmişdir. Buna görə məhkəmə X4 ərizəsini cavabdehin xeyrinə şərh edərək yerinə yetirilən hərəkəti (əqdi) bağışlama əqdi kimi dəyərləndirmiş, lakin bu zaman da əqdin forma və məzmununa riayət edilmədiyi üçün nəticə etibarı ilə yenə də əhəmiyətsiz əqdin nəticələrini tətbiq etmişdir.
78. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, Apellyasiya Məhkəməsi etibarsız hesab olunan əqdi əhəmiyyətsiz əqd kimi dəyərləndirməkdə və bu hala Mülki Məcəllənin 354.1 maddəsində nəzərdə tutulan müddəti tətbiq etməməkdə haqıl olmuşdur.
79. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əs ası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
81. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2734/2022 nömrəli, 04 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.