Məhkəmə qərarları › İş №2(102)-4867/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4867/2022

11.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4867/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi 11.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2022-ci il tarixli, 2(103)401/2022 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, 24 may 2012- ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 3 “A” saylı evin 3 otaqlı, ümumi sahəsi 110,91 kv.metr olan 81 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X7 adına qeydə alınıb. Cavabdeh notarial qaydada təsdiq edilmiş 04 fevral 2021-ci il tarixli ərizəsinə əsasən, o birgə nikah dövründə əldə edilmiş X3na məxsus olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 3 “A” saylı evin 81 saylı mənzilinin bağışlanmasına etiraz etmədiyini bildirib. 04 fevral 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən X10 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 3 “A” saylı evin 81 saylı mənzili bacısı İddiaçı bağışlayıb. 09 fevral 2021-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 3 “A” saylı evin 81 saylı mə nzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 3 “A” saylı evin 81-saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı tələbina onunla əsaslandırıb ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 3 “A” saylı evin 81 saylı mənzilinin keçmiş mülkiyyətçisi olan bacısı X6 09 fevral 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən hədiyyə alıb. Lakin, bacısı X əri, iş üzrə Cavabdeh həmin mənzildə qeydiyyatda qalıb. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.R.Abb asova) iddia təmin edilərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 3 “A” saylı evin 81 saylı mənzilindən cavabdehin istifadə hüququna xitam verilməsi qət edilib. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırıb ki, mübahisəli mənzil Cavabdeh ilə iddiaçının bacısı olan X7 birgə nikahı dövründə X7 adına satın alınsa da, o, həmin mənzilin bağışlanma müqaviləsi rəsmiləşdirildiyi zaman mənzilin sahibi kimi əmlakın özgəninkiləşdirilməsinə etiraz etməyib və buna razılıq verib. Belə olan halda 04 fevral 2021-ci il tarixli bağışlama müqaviləsinin bağlanması və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi ilə, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində mənzilin keçmiş mülkiyyətçilərinin mülk iyyət hüququ və mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilib, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ yaranıb. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin, Mülki Məcəllənin 152, 157, 203 və 228-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin iqətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırıb ki, cavabdehin bacısı X10 ilə 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurublar. Mübahisəli mənzil 2012-cu ildə birgə nikah dövründə c avabdehin vəsaiti hesabına satın alınıb. Cavabdeh Göyçay şəhərində yerləşən ata mülkünü satdıqdan sonra 2018-ci ildə həmin mənzilə qeydiyyata düşüb. X3 cavabdehə bildirmişdir ki, bacısı X köməyə ehtiyacı var, həm də onun iş yerində olan problemlə əlaqədar olaraq keçmiş arvadı Xn tələbi ilə 09 fevral 2021-ci il tarixdə formal olaraq mənzili iddiaçının adına keçirməsinə yazılı razılıq verib. Daha sonra, ona məlum olub ki, o, arvadı X və iddiaçı tərəfindən aldadılıb. Belə ki, cavabdeh bağışlamaya razılıq verdikdən sonra arvadı X Bakı şəhəri, Xətai Rayon Məhkəməsində nikahın pozulması barədə iddia qaldırıb. Bundan sonra isə iddiaçı ona qarşı mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmədə hazırki iddianı qaldırıb. Həmin mənzil birgə nikah dövründə onun vəsaiti hesabına alınıb, mən zildə onun pay və istifadə hüququ vardır. 2012-2013-cü illərdə o, mənzili təmir edib və 2018-ci ildə ata evini satdıqdan sonra həmin ev üçün mebel və digər avadanlıqlar alıb. Həmin mənzildən başqa digər yaşayış yeri yoxdur. İddiaçının isə həmin binada 10-cu mərtəbədə özünə məxsus evi vardır və iddiaçı öz mənzilində yaşayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev sədrlik edən, məruzəçi, İ.S.Şirinov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə, iddia rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, cavabdeh mübahisələndirilən mənzilin bağışlanması na etiraz etmir və mənzil cavabdehlə iddiaçının bacısı X birgə nikahları dövründə əldə edilib. Cavabdehin ərizəsinin məzmununda onun mənzildən istifadə hüququna xitam verilməsi, yəni qeydiyyatdan çıxmağı öhdəsinə götürməsi nəzərdə tutulmayıb. Qeyd edilən hal onu deməyə əsas verir ki, cavabdehin mənzilin bağışlanmasına etiraz etməməsi onun istifadə hüququndan deyil, paydan imtina etməsi kimi qiymətləndirilməlidir. Yazılı ərizə ilə mübahisələndirilən mənzilin satılmasına etiraz etmədiyini bildirən digər şəxs X1 mənzili eyni zamanda tərk etməyi və pasport qeydiyyatından çıxmağı öz öhdəsinə götürüb. Lakin, cavabdehin ərizəsində həmçinin, mənzildən pasport qeydiyyatından çıxması halı öz əksini tapmayıb. Cavabdehin sözügedən mənzildən pasport qeydiyyatından çıxması öhdəliyi nəzərdə tutulmadığınd an, onun həmin mənzildən istifadə hüququna xitam verilməsi yalnız ona kompensasiya ödənilməsi yolu ilə mümkündür. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152, 158, 228-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayəti onunla əsaslandırıb ki, apellyasiya instansiya məhkəməsi, iddianı rədd edərkən, Mülki Məcəllənin 158.3-cü maddəsinə istinad etsə də, həmin maddənin hazırkı mübahisəyə tətbiqini əsaslandıra bilməyib. Belə ki, iddiaçının bacısı X10 30 aprel 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzili 50.000 manata X2 alıb. Cavabdeh həmin mənzilə 2018-ci ildə qeydiyyata düşüb. Qeyd edilən mənzilin alınması zamanı X10 və hazırkı iş üzrə cavabdeh birgə nikahda olublar. Notarial qaydada təsdiq edilmiş 04 fevral 2021-ci il tarixli bağışlama müqaviləsi ilə hədiyyə verən X10 mülkiyyətində olan sözügedən mənzili hədiyyə alan İddiaçı bağışlayıb. Cavabdeh notarial qaydada təsdiq edilmiş 04 fevral 2021-ci il tarixli ərizəsi ilə mənzilin bağışlanmasına etiraz etmədiyini, həmçinin mənzilə dair hüquqi rejimi müəyyən edən nikah müqaviləsinin bağlanmadığını təsdiq edərək, birgə mülkiyyətlərində olan mənzilin iddiaçıya bağışlanmasına raz ılıq verib. Cavabdeh birgə mülkiyyətdə olan mənzilin iddiaçının mülkiyyətinə keçməsinə razılıq verməklə, həmin mənzilə olan istifadə, sahiblik və sərəncam hüququnu, heç bir cavab xidməti ilə şərtləndirmədən itirib. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 158.3, 228.2, 228.4-cü maddələrinə, habelə Konstitusiya Məhkəməsinin Plenumunun 31 mart 2006-cı il tarixli qərarına istinad etsə də, nəzərə almamışdır ki, həmin maddi hüquq normaları və Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarındakı hüquqi mövqeyi hazırki mülki mübahisəyə tətbiq edilə bilməz. Apellyasiya məhkəməsinin hüququn tətbiqində belə səhvə yol verməsi onunla bağlı olmuşdur ki, məhkəmə, mənzilin bağışlanmasının nəticəsi kimi meydana çıxan hüquqi faktları bir kənara qoyaraq, yalnız bağışlamadan sonrakı vəziyyətlə bağla hüquqi dəyərləndirmə aparıb. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, mənzil cavabdehlə X7 birgə nikah dövründə əldə edildiyndən onların birgə mülkiyyəti olub və Ailə Məcəlləsinin 31.1-ci maddəsi belə mülkiyyət rejimini ər-arvadın əmlakının qanuni rejimi kimi təsbit etdiyindən, daşınmaz əmlakın dövlət reyestrində mənzilin kimin adına (ərin və yaxud arvadın) qeydə alınmasından asılı olmayaraq qanuni rejimə görə hər ikisi bərabər payla və bərabər hüquqla mülkiyyətçi hesab olunur. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, cavabdeh mənzilin bağışlanmasına (özgəninkiləşdirilməsinə) dair razılıq verməklə, yəni, özünün də mülkiyyətində olan əmlak üzərində sərəncam verməklə, mülkiyyətin tərkib hissələri olan bütün hüquqlarının (o cümlədən istifadə hüququnun) müqəddəratını həll edib. Göründüyü ki mi, apellyasiya məhkəməsi, mənzilin bağışlanmasının doğurduğu hüquqi nəticələri nəzərə almadan mövcud vəziyyətə qiymət verməklə, bağışlama zamanı istinad etdiyi Mülki Məcəllənin 228-ci maddəsinə münasibətdə cavabdeh “mülkiyyətçinin ailə üzvü” statusunda deyil, “mülkiyyətçi” statusunda olmasının fərqinə varmayıb. Belə olan halda, apellyasiya məhkəməsinin hazırkı mübahisə üzrə olan mülki münasibətlərdə cavabdehi “mülkiyyətçinin ailə üzvü” subyektləri sırasına aid etməklə, onun yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilə bilməsi barədə gəldiyi nəticə maddi hüquq normasının düzgün tətbiq edilmədiyini təsdiq edir. Hazırkı vəziyyətdə bağışlamanın doğurduğu hüquqi nəticələr nəzərə alınmaqla cavabdeh iddiaçının “ailə üzvü” və ya yaşayış sahəsindən istifadə hüququna ma lik olan şəxs hesab edilə bilməz. Belə ki, cavabdeh yaşayış sahəsinin (mənzilin) mülkiyyətçi statusunda olmaqla özgəninkiləşdirmiş, yeni mülkiyyətçi (hazırkı işdəki iddiaçı) tərəfindən isə ona istifadə hüququ verilməyib. Həmçinin onun qanunla da belə hüquq yaranmayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 152.3-ci maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəh ər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 158.3-cü maddəsinə əsasən, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun; 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müv afiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.4-cü maddəsinə görə, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual qanunvericiliyə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmə ləri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, maddi hüquq normalarının təfsirində səhvə yol verib. Belə ki, mübahisə olunmayan hallarına görə, İşin hallarına görə, 24 may 2012-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 3 “A ” saylı evin 3 otaqlı, ümumi sahəsi 110,91 kv.metr olan 81 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X7 adına qeydə alınıb. Cavabdeh notarial qaydada təsdiq edilmiş 04 fevral 2021-ci il tarixli ərizəsinə əsasən, o birgə nikah dövründə əldə edilmiş X3na məxsus olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 3 “A” saylı evin 81 saylı mənzilinin bağışlanmasına etiraz etmədiyini bildirib. 04 fevral 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən X10 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 3 “A” saylı evin 81 saylı mənzili bacısı İddiaçı bağışlayıb. 09 fevral 2021-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 3 “A” saylı evin 81 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. Əvvəla, apellyasiya instansiya məhkəməsi, iddianı rədd edərkən, Mülki Məcəllənin 158.3-cü maddəsinə istinad etsə də, həmin maddənin hazırkı mübahisəyə tətbiqini əsaslandıra bilməyib. Belə ki, işin mübahisə olunmayan digər hallarına görə, iddiaçının bacısı X10 30 aprel 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzili 50.000 manata X2 alıb. Cavabdeh isə həmin mənzilə 2018-ci ildə qeydiyyata düşüb. Qeyd edilən mənzilin alınması zamanı X10 və hazırkı iş üzrə cavabdeh birgə nikahda olublar. Notarial qaydada təsdiq edilmiş 04 fevral 2021-ci il tarixli bağışlama müqaviləsi ilə hədiyyə verən X10 mülkiyyətində olan sözügedən mənzili hədiyyə alan İddiaçı bağışlayıb. Göründüyü kimi, cavabdeh notarial qaydada təsdiq edilmiş 04 fevral 2021-ci il tarixli ərizəsi ilə mənz ilin bağışlanmasına etiraz etmədiyini, həmçinin mənzilə dair hüquqi rejimi müəyyən edən nikah müqaviləsinin bağlanmadığını təsdiq edərək, birgə mülkiyyətlərində olan mənzilin iddiaçıya bağışlanmasına razılıq verib. Mülki Məcəllənini 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 152.3-ci maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instan siyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb hesab edir ki, cavabdeh birgə mülkiyyətdə olan mənzilin iddiaçının mülkiyyətinə keçməsinə razılıq verməklə, həmin mənzilə olan istifadə, sahiblik və sərəncam hüququnu, heç bir cavab xidməti ilə şərtləndirmədən itirib. Apellyasiya instansiyası məhkəməsi həmçinin Mülki Məcəllənin 158.3, 228.2, 228.4cü maddələrinə, habelə Konstitusiya Məhkəməsinin Plenumunun 31 mart 2006-cı il tarixli qərarına istinad etsə də, nəzərə almamışdır ki, həmin maddi hüquq normaları və Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarındakı hüquqi mövqe hazırki mülki mübahisəyə tətbiq edilə bilməz. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin hüququn tətbiqində belə səhvə yol verməsi onunla bağlı olmuşdur ki, məhkəmə, mənzilin bağışlanmasının nəticəsi kimi mey dana çıxan hüquqi faktları bir kənara qoyaraq, yalnız bağışlamadan sonrakı vəziyyətlə bağla hüquqi dəyərləndirmə aparıb. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, mənzil cavabdehlə onun keçmiş X3nın birgə nikah dövründə əldə edildiyndən onların birgə mülkiyyəti olub və Ailə Məcəlləsinin 31.1-ci maddəsi belə mülkiyyət rejimini ər-arvadın əmlakının qanuni rejimi kimi təsbit etdiyindən, daşınmaz əmlakın dövlət reyestrində mənzilin kimin adına (ərin və yaxud arvadın) qeydə alınmasından asılı olmayaraq qanuni rejimə görə hər ikisi bərabər payla və bərabər hüquqla mülkiyyətçi hesab olunur. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, cavabdeh mənzilin bağışlanmasına (özgəninkiləşdirilməsinə) dair razılıq verməklə, yəni, özünün də mülkiyyətində olan əmlak üzərində sərəncam verməklə, mülkiyyətin tər kib hissələri olan bütün hüquqlarının (o cümlədən istifadə hüququnun) müqəddəratını həll edib. Göründüyü kimi, apellyasiya məhkəməsi, mənzilin bağışlanmasının doğurduğu hüquqi nəticələri nəzərə almadan mövcud vəziyyətə qiymət verməklə, bağışlama zamanı istinad etdiyi Mülki Məcəllənin 228-ci maddəsinə münasibətdə cavabdeh “mülkiyyətçinin ailə üzvü” statusunda deyil, “mülkiyyətçi” statusunda olmasının fərqinə varmayıb. Belə olan halda, apellyasiya məhkəməsinin hazırkı mübahisə üzrə olan mülki münasibətlərdə cavabdehi “mülkiyyətçinin ailə üzvü” subyektləri sırasına aid etməklə, onun yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilə bilməsi barədə gəldiyi nəticə maddi hüquq normasının düzgün tətbiq edilmədiyini təsdiq edir. Hazırki vəziyyətdə bağışlamanın doğurduğu hüqu qi nəticələr nəzərə alınmaqla cavabdeh iddiaçının “ailə üzvü” və ya yaşayış sahəsindən istifadə hüququna malik olan şəxs hesab edilə bilməz. Belə ki, cavabdeh yaşayış sahəsinin (mənzilin) mülkiyyətçi statusunda olmaqla özgəninkiləşdirmiş, yeni mülkiyyətçi (hazırkı işdəki iddiaçı) tərəfindən isə ona istifadə hüququ verilməmişdir. Göründüyü kimi cavabdehin mübahisəli mənzildən istər Mülki Məcəllənin 228-ci maddəsinə, istərsə də mülkiyyətçinin dəyişməsindən sonra Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən hər hansı hüququ saxlanılmayıb, əmələ gəlməyib. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya ins tansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2022-ci il tarixli, 2(103)-401/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar