Məhkəmə qərarları › İş №2(102)-4868/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-4868/2022

31.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4868/2022 31.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2022-ci il tarixli, 2(103)4538/2022 saylı qərardadından iş üzrə iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinin m ümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları 1.İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə qarşı birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(001)3106/2022 saylı qərardadı ilə birgə iddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə qarşı “əmlakın üzərinə səhvən qoyulmuş həbsin götürülməsi” barədə iddia ərizəsi üzrə icraata xitam verilmiş, ərizə və ona əlavə e dilmiş sənədlərin iddiaçılara qaytarılması qərara alınmış və iddiaçılara müvafiq tələblərlə yuxarı prokurora və məhkəməyə (məhkəmə nəzarəti qaydasında) və ya inzibati məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir.

3. Həmin qərardaddan birgə iddiaçılar apellyasiya şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişlər.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(001)3106/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2022-ci il tarixli, 2(103)-4583/2022 saylı qərardadı ilə birgə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

6. Birgə iddiaçılar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2022ci il tarixli, 2(103)-4583/2022 saylı qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını və mülki işin mahiyyəti üzrə baxılması üçün yeni baxışa qaytarılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

7. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

8. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdə n sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

9. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

10. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

11. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

12. Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.

13. Maddə 408.1. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

14. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

15. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkə məsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.

17. Belə ki, MPM-nin 405.0.1-ci maddəsində apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün müddət, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müəyyən edilmişdir.

18. Həmin normanın tələbinə əsasən şikayət vermə müddətinin axımı qərardadın “rəsmi qaydada verildiyi” gündən başlandığına görə, müddətin axımını hesablamaq üçün məhkəmə aktının “rəsmi qaydada verilməsi” anlayışının nəyi ifadə etməsi müəyyən olunmalıdır. Bu anlayışın izahı MPM-nin 135.5-ci maddəsində ve rilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

19. Göründüyü kimi MPM-nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində göstərilən hər hansı bir qaydada çatdırılan məhkəmə sənədləri, rəsmi qaydada verilmiş sayılır. Bu qaydaların birindən bəhs edən MPM-nin 135.8-ci maddəsində deyilir ki, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

20. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2022-ci il tarixli, 2(103)-4583/2022 saylı qərardadının surəti iddiaçıların vəkilinin (həm də etibarnamə üzrə kassasiya şikayəti vermə səlahiyyəti verilmiş nümayəndənin) elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir.

21. Lakin iddiaçılar həmin qərardaddan kasassiya şikayətini 15 iyul 2022-ci il tarixdə vermişdir. Yəni kassasiya şikayətinin verilmə müddəti buraxılmışdır.

22. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün mü ddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

23. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

24. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir.

25. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apelyasiya instansiyası məhkəməsi tər əfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur.

26. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2022-ci il tarixli, 2(103)4583/2022 saylı qərardadından iş üzrə iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar