Məhkəmə qərarları › İş №2(102)-4869/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4869/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4869/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin vəkili X3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)-*****/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Cəbrayıl rayon Məhkəməsinin (hakim M.Nuriyev) xx.xx.2019-cu il tarixli, 2(072)-*****/2019 nömrəli q ətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “daxili lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh xx.xx.2016-cı il tarixli, ***** saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinin yararsız vəziyyətə düşdüyü xx.xx.2016-cı il tarixə 6700 manat əsas borc, 130.27 manat mükafat, 4.16 manat dəbbə pulu olmaqla, ümumilikdə 6835.43 manatın və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Abbasov, T.Heydərov, T.Kərimov) xx.xx.2020-ci il tarixli, 2(106)-*****/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Cəbrayıl rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(072)-*****/2019 nömrə li qətnaməsi dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il tarixli, ***** saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinin yararsız vəziyyətə düşdüyü xx.xx.2016-cı il tarixə 6700 manat əsas borc, 130.27 manat mükafat və həmin günə hesablanmış 5.16 manat dəbbə pulu olmaqla, ümumilikdə 6835.43 manatın və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətin in dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili kasasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2016-cı il tarixdə daxili lizinq müqaviləsi bağlanılmışdır və Müqaviləyə əsasən, 2014-cü il buraxılışlı, “Samand SE” markalı, **--*** dövlət qeydiyyat nişanlı, ***** ban nömrəli, 47551 mühərrik nömrəli, qara rəngli avtomobil 6700 manata “xxxx” ASC-nin mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illilk 17 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 238,77 manat, ümumilikdə isə 8595,62 manat məbləğində pulu “xxxx” ASC-nin xeyrinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx xxxxxx 2016-cı il tarixdə sözügedən avtomobilin iştirakı ilə qəza törətmişdir - avtomobil daş hasara çırpılmışdır və Cavabdeh həmin gün müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmiş, xx xxxxxx 2016-cı il tarixdə haqqında ambulator müalicə təyin edilərək evə buraxılmışdır. Sözügedən avtomobil xx xxxx 2016-cı il tarixdə istifadəyə yararsız vəziyyətdə servis mərkəzinə yerləşdirilmiş və həmin tarixdə tərtib edilmiş qüsur aktına əsasən avtomobil tam yararsız vəziyyətə düşmüşdür. “xxxx” ASC Cəbrayıl Rayon Məhkəməsinə yazdığı iddia ərizəsində avtomobilin xx xxxx 2016-cı il tarixdə tam yararsız vəziyyətə düşməsini - lizinq obyektinin məhv olmasını qəbul etsə də, iş materiallarında olan “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” Aktı ilə rəsmi olaraq avtomobili tam yararsız və məhv olmuş halda yalnız xx xxx 2016-cı il tarixdə öz duracağına qəbul etmişdir. Burada tarixlər arasında olan ziddiyyəti və “xxxx” ASC-nin avtomobili - lizinq obyektini niyə bu qədər gec qəbul etməsini mübahisələndirmirik, çünki hər iki halda iddia müddəti ciddi şəkildə ötürülür. Qəza baş verdikdən sonra Cavabdeh iddiaçıya müraciət etmiş və məsələnin həlli üçün qanunvericilikdə və Lizinq Müqaviləsində müəyyən edilən qaydada yol tapmaqda köməklik istəmişdir. İddiaçının əməkdaşları onu banka dəvət edərək ondan 800 manat kasko pulu almış (yararsız vəziyyətə düşmüş avtomobilin sığorta haqqı qismində), səhərisi gün bankın Nurəddin adlı əməkdaşı onu yenidən banka dəvət edərək pulun üstünü düzəltməklə ona yeni avtomobil verilməsini və əzilmiş avtomobilin onun adından çıxarılmasını təklif etmi şdir. Cavabdeh bu təkliflə razılaşmış və ərizə yazaraq 2400 manat ödəniş etmişdir. Bundan sonra onunla “xxxx” ASC arasında xx.xx.2016-cı il tarixli ****** saylı yeni daxili lizinq müqaviləsi bağlanılmış, müqaviləyə əsasən Cavabdeh 36 aylıq lizinqə yeni avtomobil verilmiş, Cavabdeh həmin müqavilə üzrə ödənişi xx xxxx 2019-cu il tarixdə tam ödəyib bitirmişdir və həmin avtomobil onun mülkiyyətinə keçmişdir. Bütün bunlar baş verdikdən və yekunlaşdıqdan sonra isə, “xxxx” ASC xx xxxx 2019- cu il tarixdə iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmişdir və Cavabdeh mübahisəli müqavilə üzrə qəzaya düşmüş avtomobilə görə ödənilməmiş borcun ödənilməsini tələb etmişdir. Elə buradaca qeyd edilməlidir ki, sözügedən iddia ərizəsi iddia müddəti ciddi şəkildə ötürülməklə verilmişdir. Cavabdeh iddia müddətinin ötürülməsi ilə bağlı Cəbrayıl Rayon Məhkəməsində şifahi vəsatət qaldırmışdır (məhkəmə iclas protokolunda bu barədə qeyd mövcuddur). Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, iddia müddətinin ötürülməsi barədə məhkəməyə ərizə təqdim edilməlidir. Cavabdeh birinci instansiya məhkəməsində vəkillə təmin olunmadığı üçün və hüquqi biliklərinin az olması səbəbilə sözügedən vəsatəti yazılı ərizə formasında deyil, məhkəmə iclası zamanı şifahi olaraq bildirmişdir. Lakin Cəbrayıl Rayon Məhkəməsi bu vəsatətdən dərhal sonra müşavirə otağına getmiş və qayıtdıqdan sonra iddia müddətinin ötürülmədiyi barədə qərardadını elan etmişdir (müvafiq qeydlər Cəbrayıl Rayon Məhkəməsinin məhkəmə iclas protokolunda öz əksini tapır). MM-in 375.2-ci maddəsinin tələbinə əsasən, Cavabdeh ərizə formasın da deyil, şifahi vəsatət verdiyinə görə Cəbrayıl Rayon Məhkəməsi ümumiyyətlə bu məsələyə münasibət bildirməli deyildi. Və ya Mülki-Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən, (məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak şəxslərə prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir) məhkəmə Cavabdeh bu barədə ərizə verilməli olduğunu bildirməli idi, onun prosessual hüquqlarının həyata keçirilməsində kömək göstərməli idi. Lakin məhkəmə, qeyd olunan prosessual pozuntuya yol verməklə yanaşı, iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmiş və Cavabdeh vəsatətini rədd etm işdir ki, bu, Cavabdeh dolayısı ilə MM-in 375.2-ci maddəsinin tələblərinə uyğun formada ərizə verməsi kimi qəbul edilməlidir, çünki məhkəmə cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı iradə ifadəsini - həmin şifahi vəsatəti qəbul etmişdir və sırf onun barəsində qərardad elan etmiş, iddia müddətinin ötürülmədiyinə rəsmi münasibət bildirmişdir ki, bu hissədə o, maddi hüquq normasını - Mülki Məcəllənin 377.1-ci maddəsinin tələbini kobud şəkildə pozmuşdur. İşə apellyasiya qaydasında baxan Şirvan Apellyasiya Məhkəməsi sırf qrammatik təfsirə üstünlük verməklə qərarında hesab etmişdir ki, Cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin ötməsi ilə bağlı şifahi vəsatət versə də və məhkəmə rəsmi olaraq iddia müddətinin keçmədiyi barədə qərardad elan etsə də belə, MM-in 375.2-ci maddəs inin tələbi pozulmuşdur. Yəni, baxmayaraq ki, Cəbrayıl Rayon Məhkəməsi iddia müddətinin ötməsi ilə bağlı cavabdehin vəsatətini, rəsmi iradə ifadəsini tanımışdır və qəbul etmişdir (bu, MM-in 375.1-ci maddəsinin tələbinin ödənilməsi anlamına gəlir, yəni cavabdeh iddia müddəti ilə bağlı ərizə vermiş hesab olunmalı idi, məhkəmə də bunu qəbul etmiş, müşavirə otağına getmiş və müddətin ötmədiyi barədə qərardad vermişdir) və iddia müddətinin ötürülmədiyi haqda qərardad qəbul etmişdir, məhkəmə bu məqama münasibət bildirməmişdir və cavabdehin yenə də MM-in 375.2-ci maddəsinin hərfi və ya qrammatik tələbinə əməl etmədiyi qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən onlar Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)*****/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh və vəkili məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin vəkili X3 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)-*****/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsə lələr: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kasasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halla rın yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə onun şərtlərini pozduğu nəticəsinə gəlmiş və ondan lizinq müqaviləsi üzrə lizinq obyektinin yararsız vəziyyətə düşdüyü tarixə 6700 manat əsas lizinq borcunun, 130,27 manat mükafat məbləğnin və 5,16 manat dəbbə pulunun tutulmalı olduğu nəticəsinə gəlmişdir. Apellyatorun “o, məhkəmə baxışı zamanı iddia müddəti ötdüyü ilə bağlı məsələni qaldırdığını, hakimin məsələnin baxışı üçün fasilə elan etdiyi və fasilədən sonra ddia müddətinin ötmədiyi ilə bağlı şifahi qərar verməsi barədə” dəlilini də əsassız hesab edərək apelyasiya kollegiyası qeyd etmişdir ki, birincisi, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. İş materiallarından isə görünür ki, işə birinci instansiya məhkəməs ində baxılarkən cavabdeh iddia müddəti ilə bağlı hər hansı bir ərizə təqdim etməmiş və bu məsələyə həmin məhkəmələrdə baxılmamış və qiymət verilməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə istinadla və yaxud həmin Məcəllənin 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ə rizə təqdim etmək hüququ istisna olunur. Kasasiya kollegiyası apellyasiya kollegiyasının qənaəti ilə razılaşmayaraq bildirir ki, işdə olan iddiaçı «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli ***** saylı daxili lizinq müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən iddiaçı «xxxx» ASC tərəfindən Cavabdeh 2014-cü il buraxılışlı, “Samand SE” markalı, **--*** dövlət qeydiyyat nişanlı, ***** ban nömrəli, ****** mühərrik nömrəli, qara rəngli avtomobil illik 17% olmaqla 36 ay müddətinə 6700 manata «xxxx» ASC-nin mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahibliyinə və istifadəsinə verilmiş, xx.xx.2016-cı il tarixli təhvil-təslim aktı ilə Cavabdeh həmin tarixdə “Samand SE” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçı «xxxx» ASC-dən təhvil almışdır. xx.xx.2016-cı il tarixdə isə həmin avtomobil cavabdehdən təhvil alınmış, xx.xx.2016-cı il tarixli “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” aktla «xxxx» ASC-yə məxsus “Samand SE” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobil əzilmiş vəziyyətdə «xxxx» ASC-nin duracağına yerləşdirilmişdir. Bundan əlavə, iş materiallarında olan “xxxx” MMC (xxxx Servis) tərəfindən tərtib olunmuş aktdan görünür ki, «xxxx» ASC-yə məxsus “Samand SE” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobil ‘xxxx” MMC-nin Servisində texniki baxışdan keçirilmiş və müəyyən olunmuşdur ki, avtomobil tam yararsız vəziyyətdədir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı təşkilat cavabdeh ilə xx.xx.2016-cı ildə 36 ay müddətinə yeni lizinq müqaviləsi imzalamış, xx.xx.2019-cu ildə cavabdeh tərəfindən həmin müqavilə üzrə öhdəliklər tam ödənilmişdir. İşin göstərilən halları ilə bağlı kasasiya kollegiyası qeyd edir ki, işə mahiyyəti üzrə baxan apelyasiya kollegiyası ilk öncə avtomobilin lizinq şirkətindən təhvil alınmasından 3 ay sonra qaytarılması halında iddiaçının hansı əsasla bütün lizinq müqaviləsi üzrə olan 36 aylıq dövr üzrə lizinq ödənişlərini tələb etməsini aydınlaşdırmamış, lizinq obyekti iddiaçının qeyd etdiyi kimi, xx.xx.2016-cı il tarixdə lizinq şirkətinə təhvil verildiyi halda, lizinq obyektinin hansı səbəbdən bundan 2 ay sonra dayanacağa yerləşdirilməsinin səbəblərinə, avtomobilin yararsız vəziyyətdə olmasına dair tərtib olunmuş aktın tarixinin olmamasına münasibət bildirməmişdir. Ən əsası da apelyasiya kollegiyası lizinq obyekti qaytarıldıqdan sonra lizinq müqaviləsi üzrə bütün dövr üçün lizinq ödənişlərinin tutulmasının mümkünlüyünü araşdırmamışdır. Çünki iddiaçının tələbindən də görünür ki, iddiaçı hazırda lizinq müqaviləsi üzrə ödənişlərin cavabdehdən tutulmasını tələb etməkdədir. Mülki qanunvericilik isə liziq ödənişinin lizinq obyektindən istifadəyə görə lizinq verənin xeyrinə keçirilməli olan ödəniş olmasını müəyyən etmişdir. Lizinq obyekti isə iddia ərizəsindən də görünür ki, xx.xx.2016-cı il tarixdən cavabdehin istifadəsindən təhvil alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tə rəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutla rı qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Bluch er Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Qeyd edilməlidir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərdə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Kasasiya kollegiyası həmçi nin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, iş materialları üzrə tərəflər arasında mövcud olmuş münasibətlərin hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti təmin edilməli, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)-*****/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.20 20-ci il tarixli, 2(106)*****/2020 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apelyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar