Məhkəmə qərarları › İş №2(102)-4869/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4869/2022

13.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4869/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4869/22 (Açar sözlər: işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Bakı şəhəri 13 sentyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3733/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən veril miş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra-iddiaçı) "Azəriqaz” İstehsalat Birliyində (bundan sonracavabdeh) 2008-ci ildən müxtəlif vəzifələrdə işləmiş, 2018-ci ilin iyun ayının 25-dən 26-na keçən gecə, cilingər vəzifəsində işləyən zaman mənzildə qaz sızmasını aradan qaldırdıqdan sonra hündürlükdən yıxılaraq xəsarət almış, bu barədə "İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt” tərtib olunmuş və 5 il müddətinə İİ qrup əlil hesab olunmuşdur. 2. 07 may 2019-cu il tarixdən iddiaçı Birliyin Metrologiya Departamentinin X1 nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə keçirilmiş, cavabdehin 02 noyabr 2020-ci il tarixli əmri ilə 07 may 201 9-cu il tarixdə bağlanmış 169 nömrəli "Əmək müqaviləsi” Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə uyğun olaraq, əmək funksiyasını yerinə yetirməməsi ilə əlaqədar həmin tarixdən ləğv edilmişdir.

3. X6 Xidməti Bakı Şəhər İdarəsinin 28 aprel 2021-ci il tarixli məktubuna əsasən Birlik tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin 3-cü hissəsinin tələbləri nəzərə alınmamışdır. Bununla bağlı Birliyində vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə müvafiq olaraq 26 aprel 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İddiaçının cavabdeh Birliyə işə bərpa edilməsi ilə bağlı Əmək Məcəlləsinin 300-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəməyə müraci ət etməsi tövsiyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əvvəlki işinə - Birliyin Metrologiya Departamentinin X2 Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əməkhaqqının cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırılmışdır ki, hadisə nəticəsində iddiaçının sağ qulağı 4-cü dərəcə kar olmuş, kəllə-beyin travması almış, beynində 4 mm aralanma yəni, çat yaranmış, sağ ayağı bud sümüyündən qırılmış, sağ gözü zədə almış, hal-hazırda görmə qabiliyyəti 60 faizdir. 2018ci ilə ayağına q oyulmuş mil hələ də çıxarılmamışdır. Sağ əli tam olaraq işləmir. Hadisə nəticəsində iddiaçıya 5 il müddətinə İİ qrup əlil dərəcə verilmişdir. Əmək qabiliyyətinin 70 faizini itirdiyinə görə iddiaçıya 30 faizə görə işləməyə icazə verilmişdir. İş yerindən iddiaçıya məcburi ərizə yazdıraraq əvvəlki iş yerini dəyişdirərək, xx.xx.2019-cu il tarixdən Birliyin “Metrologiya Departamentinin X1 nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə işə qəbul etmişdirlər. İddiaçı səhhəti ilə əlaqədar mütəmadi olaraq müalicədə olmuşdur. Sonradan iddiaçıya iş yerindən bildirmişdirlər ki, o işdən azad edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət aldığı üçün mütəmadi olaraq müalicə aldığına görə cavabdeh Birliyin rəhbərli ona qarşı qərəzli olaraq onu işdən çıxarmışdır. İşdən çıxarılarkən ona bu barədə əmrin surəti və əmək kitabçası təqdim olunmayıb. Birlik tərəfindən bu cür qanunsuz hərəkəti, himayəsində 3 azyaşlı uşağı olan İİ qrup əlil olan iddiaçının onsuz da yaxşı olmayan maddi vəziyyətini daha da dözülməz həddə çatdırıb.

6. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi məhkəmədə iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı məhkəməyə müraciət edilməsi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunun aşkar edildiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edilməsi üçün müəyyən edilmiş müddəti buraxmışdır. Məhkəməyə təqdim olunan akt ilə müəyyən olunur ki, İddiaçı əmrinin sürəti təqdim edilmiş lakin İddiaçı onu qəbul etməkdən imtina etmişdir. Bununla bağlı müvafiq qaydada xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Bundan əlavə iddiaçıya əmək kitabçasının götürməsi üçün Birlik tərəfindən xx.xx.2020-ci il tarixdə məktub göndərilmişdir. İddiaçı tərəfindən məhkəməyə 2021-ci ilin aprel ayında müraciət edilmiş və bununla da müəyyən edilmiş prosessual müddəti buraxmışdır. iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(011)3670/2021 qətnaməsi ilə (Abbasova Əminə) iddia təmin edilmiş, iddiaçının işdən azad olunması barədə cavabdeh Birliyin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsini, iddiaçının cavabdeh Birliyin Metrologiya Departamen tinin X2 nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə bərpa edilməsini və məcburi iş buraxma müddəti üçün əmək haqqının Birlikdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 3-cü hissəsinin tələblərini nəzərə almamışdır.

9. Birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəsi üzrə belə qənaətə gəlmişdir ki, hazırkı iddia ilə bağlı iddia müddəti tətbiq edilməməlidir. Həmin mövqe onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı "Azəriqaz” İB-nin 02 noyabr 2020-ci il tarixli əmrinin surət ini iddiaçı həmin tarixdə qəbul etməkdən imtina etmiş, bununla belə barəsində verilmiş əmrlə bağlı 2020-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinə müraciət etmişdir. Müraciətə X6 Xidmətinin Bakı Şəhər İdarəsinə baxılmış və aparılan araşdırmanın nəticəsi barədə iddiaçı tərəfə 28 aprel 2021 -ci il tarixdə məlumat verilmişdir. İddiaçı məhkəməyə 05 aprel 2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə istinadən hesab etmişdir ki, iddiaçının hazırki mübahisənin həlli məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinə müraciət etməsi nəzərə alınaraq, iddiaçının iddia t ələbi üzrə iddia müddətini ötürməsi üzrlü hesab edilməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəllənin 68, 69, 70, 70(c), 72, 73, 75, 76, 79.3, 296, 300-cü maddələrinə və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Cavabdeh apellyasiya instansiyasının qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Belə ki, “əmrin ləğv edilməsi barədə” tələb olmadığı halda Rayon Məhkəməsi iş üzrə qəbul e tdiyi qətnamə ilə iddia tələbindən kənara çıxaraq Birliyin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsini qət etmişdir. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, xx.xx.2020-ci il tarixdə işdən azad edilmiş iddiaçı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. İddia müddətinin ötürülməsi isə iddia tələbinin rədd edilməsi üçün əsasdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 sentyabr 2021-ci il i tarixli, 2(103)-8776/202İ nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.İbayevdan və R.M.Həsənovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin etməmiş, birinci instansiya məhkəməsinin qət naməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edib ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” cavabdeh Birliyi tərəfindən yuxarıda qeyd edilən əsasla xitam verərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin 3-cü hissəsinin tələblərini nəzərə alınmamışdır.

15. Apellyasiya instansiya məhkəməsi həmçinin şikayətin xx.xx.2020-ci il tarixdə işdən azad edilmiş iddiaçı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürülməsinə münasibətdə qeyd edib ki, iddiaçı, onunla bağlanmış “Əmək müqaviləsinin” ləğv edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli əmrinin surətini həmin tarixdə qəbul etməkdən imtina etmiş, bununla belə o, həmin əmrlə bağlı 2020-ci ilin noyabr ayında X6 Xidməti Bakı Şəhər İdarəsinə müraciət etmişdir. Müraciətə X6 Xidmətinin Bakı Şəhər İdarəsinə baxılmış və aparılan araşdırmanın nəticəsi barədə iddiaçıya xx.xx.2021-ci il tarixdə məlumat verilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə Rayon Məhkəməsinə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə görə, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən- iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddiaçının hazırki mübahisənin həlli məqsədilə ilk öncə X6 Xidmətinə müraciət et məsi iddia müddətinin üzrlü səbəbdən ötürülməsi kimi nəzərə alınmalıdır. Çünki iddiaçı həmin Xidmətə müraciət etdiyi andan Birliyin əmri ilə razı olmadığını nümayiş etmiş və onun həmin Xidmətə müraciət etməsi pozulmuş əmək hüquqlarının bərpası ilə bağlı olmuşdur. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi cavabdeh Birliyin nümayəndəsi tərəfindən verilmiş “iddia müddətinin tətbiqi barədə ərizəni” təmin etməməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh apellyasiya insatansiya məhkməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmələr tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə sonuncunun müntəzəm olaraq əmək vəzifələrini kobud şəkildə pozulması səbəbindən xitam verilməsini, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş iddia müddətinin keçməsini, müddətin bərpası üçün həmin maddənin 6-cü hissəsində müəyyən edilmiş üzrlü səbəblərin mövcud olmamasını nəzərə almamışlar.

18. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 28 fevral 2022-ci il tarixli, 2(102)-1005/2022 qərarı ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və A.Abbasov) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 sentyabr 2021-ci il tarix li qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarda irəli sürülmüş hüquqi mövqe nəzərə alınmamışdır. Belə ki, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumumu qeyd etmişdir ki, X6 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011 -ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti haqqında” Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində iddia müddətlərinin ötürülməsinin üzrlü olan səbəblərin siyahısı qeyd olunmuşdur: iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, qohumunun ölməsi və digər obyektiv hallar.

20. Kassasiya instansiyası onu da qeyd etmişdlr ki, Əmək Məcəlləsinin göstərilən müddəası genişləndirici şərhə yol versə də, orada nəzərdə tutulan digər hallar - obyektiv olmalıdır. Obyektiv hallar isə - şəxsdən asılı olmayan, başqa şəxslərin, ətraf mühitin və şəraitin təsiri altında yaranan hallar başa düşülməlidir. Lakin, apellyasiya instansiyası məhkəməsi göstərilən maddədə nəzərdə tutulmayan halı - inzibati orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətini iddia müddətinin ötürülməsinin üzrlü səbəbi kimi nəzərə almış, bu zaman fərdi əmək mübahisəsinə baxan orqan olmayan həmin dövlət təşkilatına müraciətin qanunda nəzərdə tutulan "digər obyektiv hal” olmasını əsaslandırmamışdır. Digər tərəfdən, cavabdehin apellyasiya şikayətində də göstərildiyi kimi, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı qeyd olunan orqana müraciət etsə də, nəticəni gözləməm iş, əmr qəbul edilən tarixdən təxminən 5 ay sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2022-ci il tarixli, 2(103)-3733/2022 nömrəli qətnaməsi ilə (hakim Q.Əsgərov (sədrlik edən və məruzəçi), hakimlər A.İmanov və F.Talışınski) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3670/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiası rədd edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsi dəlillərə hüquqi qiymət verərək və Ali Məhkəmənin göstərdiyi xüsusatları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, birinci inst ansiya məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarda irəli sürülmüş hüquqi mövqe nəzərə alınmamışdır. Belə ki, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumumu qeyd etmişdir ki, X6 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti haqqında” Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz.

23. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd edib ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi X5 təqdim etdiyi ərizəsindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi 1 aylıq müddəti ötürülməklə verildiyinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

24. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

25. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Əmək Məcəlləsinin göstərilən müddəası genişləndirici şərhə yol versə də, orada nəzərdə tutulan digər hallar obyektiv olmalıdır. Obyektiv hallar isə şəxsdən asılı olmayan, başqa şəxslərin, ətraf mühitin və şəraitin təsiri altında yaranan hallar ba şa düşülməlidir.Lakin, birinci instansiya məhkəməsi göstərilən maddədə nəzərdə tutulmayan halı - inzibati orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətini iddia müddətinin ötürülməsinin üzrlü səbəbi kimi nəzərə almış, bu zaman fərdi əmək mübahisəsinə baxan orqan olmayan həmin dövlət təşkilatına müraciətin qanunda nəzərdə tutulan “digər obyektiv hal” olmasını əsaslandırmamışdır.

26. Məhkəmə kollegiyası qeyd edib ki, cavabdehin apelyasiya şikayətində də göstərildiyi kimi, apelyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı qeyd olunan orqana müraciət etsə də, nəticəni gözləməmiş, əmr qəbul edilən tarixdən təxminən 5 ay sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu bir sıra qərarlarında iddia müddəti institu tunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Həmçinin iddiaçı iddia müddətinin üzürlü səbəbdən ötürülməsini təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2022-ci il tarixli 2(103)-3733/2022 nömrəli qətnaməsinin ləğv edi lməsi və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən maddədə göstərilir ki, müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə qətnaməsində qeyd edib ki, bu hallar mövcud deyil. Ancaq qeyd edir ki, İddiaçı qardaşı xx.xx.2020-ci il tarixində vəfat edib. Ailənin kədəri böyük olub və başları qardaşının ailəsinə qarışıb. Bundan əlavə İddiaçı 2-ci qrup əlildir və bu əlilliyi işlədiyi müəssisədə iş zamanı yara nıb. Bu qəza nəticəsində İddiaçı beynində 4mm aralanma, yəni çat yaranmışdır. O baş verənləri dərk etməkdə çətinlik çəkib və buna görə də həmin dövrdə şikayət verilməsi lazım olduğunu bilməyib və daha sonra yaşlı atası onun üçün şikayət hazırlayıb və məhkəməyə təqdim edilib. Göründüyü kimi vətəndaşın iddia müddətinin ötürməsi üzlrü səbəbdən olub, ancaq Bakı Apellyasiya Məhkəməsi bunu nəzərə almayıb. Bundan əlavə vətəndaş istehsalatda baş verən qəza zamanı da Əmək Müfəttişliyi Xidmətinə müraciət etdiyi üçün ora müraciət etməli olduğunu düşünüb. Ancaq bunu da qeyd etmək vacibdir ki, inzibati orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfətişliyi Xidməti Bakı şəhər İdarəsi də öz səlahiyyətinə aid olmayan məsələ ilə bağlı vətəndaşa vaxtında məlumat verməli idi. Müraciətə baxılma müddəti 1 ay olduğu halda 5 ay sonra cavab verilib və məhkəməyə müraciət edilmək məsləhət görülüb. Halbuki səlahiyyətinə aid olmayan məsələ ilə bağlı vətəndaşa məlumat verilməsi lazım idi. Maddənin müvafiq bəndində qeyd edilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Ancaq indiyə kimi şəxsə əmək kitabçısı, haqq hesab sənədləri verilməyib. Şəxs əmr, əmək kitabçısı və haqq-hesab sənədlərini almayıb. Şəxs yalnız işdən çıxarıldığını öyrənib, ancaq ona rəsmi qaydada hər hansı əmr verilməyib. Əmək Məcəlləsinin 83-cü maddəsində də deyilir ki, Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə bu halı araşdırmayıb və nəzərə almayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 30. 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-əda lətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 31. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 32. 70-ci maddəsinin "ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 33. 79-cu maddəsinin 3-cü hissəsinə əsasən müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. 34. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 35. 296-cı maddəsinin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. “Əlilliyi olan şə xslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 36. 24.1-ci maddəsinə əsasən işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və bu Qanunun 11 -ci maddəsinə uyğun olaraq təsdiq edilmiş X4 nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 38. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mü bahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhk əmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

44. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi tam yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnam ə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüş, müddətinin üzürlü hesab edilməsi üçün əsaslar olmamışdır. Eyni zamanda apel lyasiya instansiyası məhkəməsi məhkəməyə müraciət etməzdən əvvəl müvafiq olaraq iddiaçının Əmək Müfəttişliyinə müraciət etməsini müddətin üzürlü hesab edilməsi üçün obyektiv hal hesab etməmişdir.

47. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri formal xarakter daşıyır və yuxarıda qeyd olunan normaların pozulmasına istinad edilsə də əsaslandırılmamışdır.

48. Kassasiya şikayətində yeni dəlillər irəli sürülmüşdür, lakin bu dəlillər əvvəlki icraatlarda təqdim olunmadığı və məhkəmələr tərəfindən müvafiq olaraq araşdırılmayaraq qiymətləndirilmədiyi üçün qəbul olunması mümkünsüzdür.

49. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci mad dəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nə ticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2022-ci il tarixli, 2(103)3733/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar