Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-487/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X6 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh Cavabdeh və onun vəkili X7 iştirakı ilə, Cavabdeh Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9957/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Ayaz Məmmədov) 2(004)-552/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qə tnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Müseyibova Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinə münasibətdə istifadə hüququ olmayan hesab edilməklə, həmin evdən çıxarılması, bu halın cavabdehin qeydiyyatdan çıxarılmasına əsas olması, dövlət rüsumu olaraq ödənilmiş 10 manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, Vahid Sadıqov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Müseyibova Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdeh Cavabdeh və ü çüncü şəxs Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı "yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma tələbinə dair" iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət edərək, cavabdeh Müseyibova Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinə dair istifadə hüququnun olmamasının müəyyən edilməsi və həmin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X19 Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli, xx xxxx 2012ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsas ən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinin 39,1 kvadrat metrdən yaşayış, 8,2 kvadrat metrdən ibarət köməkçi sahələrindən ibarət tikili onun mülkiyyətindədir. Cavabdeh Cavabdeh onun oğlu ilə rəsmi nikahlarına 2018-ci il tarixdə xitam verilmişdir. Cavabdeh Cavabdeh mübahisə edilən fərdi yaşayış evinə hər hansı formada hüquqi bağlılığı olmamış, mənzil üzərində istifadə hüququ yaranmamışdır. İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən tələbinə dəqiqləşdirmə verərək cavabdeh Müseyibova Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinin naturada ayrılmış ½ hissəsinin 3 otaqdan ibarət, yaşayış sahəsi 39,1 kvadrat metr, köməkçi sahəsi 8,2 kvadrat metr olan sahələrinə dair istifadə hüququnun olmaması və həmin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisəli mənzilin digər paylı mülkiyyətçiləri olan X4 və X5 Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə əsasən məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozm uşdur. Qətnamənin 3-cü səhifəsində göstərilmişdir ki, DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2018-ci il tarixli, 53 saylı arayışdan görünür ki, Cavabdeh xx xxx 2003-cü il tarixdən mübahisəli evdə qeydiyyatdadır. Bununla bağlı qeyd etmək lazımdır ki, iş materiallarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 53 saylı arayışı yoxdur. İş materiallarına əlavə olunun Yasamal rayonu 64 sayh Mənzil Kommual İstismar Sahəsinin arayışıdır. Həmin arayışda cavabdehin adının qarşında tarix olan hissə qaralanmışdır. Cavabdehin vəkili apellyasiya məhkəməsində vəsatət verərək Yasamal rayonu 64 saylı Mənzil Kommual İstismar Sahəsindən yenidən arayış alınmasını xahiş etmiş, lakin apellyasiya məhkəməsi bunu təmin etməmişdir. Vəkili onunla xx xxxxxxxx 2019-cu il tarixdə müqavilə bağlamış və dərhal Yasamal rayonu 64 saylı Mənzil Kommual İstismar Sahəsinə 732 saylı sorğu verilmişdir. Yasamal rayonu 64 saylı Mənzil Kommual İstismar Sahəsinin xx xxxxxxx 2019-cu il tarixli, 60 nömrəli məktubundan görünür ki, Cavabdeh x xxxxxxx 2005-ci il tarixdən qeydiyyatdadır. Daha sonra ziddiyətli tarixləri dəqiqləşdirmək üçün Yasamal rayonu 64 saylı Mənzil Kommual İstismar Sahəsinə cavabdeh ilə birlikdə getdikdə məlum olmuşdur ki, onlar tərəfindən verilən arayışda “xx xxx 2003-cü il” yazılmamış, həmin hissə boş buraxılmış, tarix sonradan maraqlı şəxslər tərəfindən əlavə edilmişdir. Ona ilk dəfə Azərbaycan Respublikası vətəndaşının yeni şəxsiyyət vəsiqəsi x xxxxxxx 2005-ci il tarixdə verilmiş, cavabehin həmin tarixdə Bakı şəhəri, Qədirli qəsəbəsi, 1/5 nömrəli fərdi yaşayış evində qeydiyyatı olmuş və yaşamışdır. Yasamal rayonu 64 saylı Mənzil Kommual İstismar Sahəsinin vəkil sorğusuna cavabını həmin şəxsiyyət vəsiqəsinin surəti əsasında verilmişdir. Qətnamənin 4-cü səhifəsində göstərilmişdir ki, cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, hüququ dövlət reyestrində qeydə alınmadığından istifadə hüququ yaranmamışdır. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir.Beləliklə, Mülki Məcəllənin göstərilən maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu n əmələ gəlməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsini vacib saydığı halda, bu qayda Mənzil Məcəlləsinin 123-cü maddəsində nəzərdə tutulmamışdır.Cavabdeh İddiaçının oğlu İsmayıl Müseyibovla xx xxxxxx 1999-cu il rəsmi nikaha daxil olmuşlar və həmin tarixdə cavabdeh Bakı şəhəri, Qədirli qəsəbəsi, 1/5 nömrəli fərdi yaşayış evinə gəlin köçmüşdür.Lakin birinci instansiya məhkəməsi, həmçinin apellyasiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən təqdim olunan sübut araşdırılmamışdır. Halbuki, iş materiallarına Yasamal rayonu 64 saylı Mənzil Kommual İstismar Sahəsinin arayışından açıqaydın görsənir ki, arayışın üzərində qaralama isləri aparılmış və istədikləri tarixləri yazmışlar. Maraqlısı odur ki, bu hal məhkəmələri n diqqətini çəkməmişdir. Cavabdeh bildirir ki, xx.xx.1999cu ildə iddiaçının oğlu ilə ailə qurduqdan sonra həmin mənzilə qeydiyyata alınmış və orada yaşamışdır. x xxxxxxx 2005-ci il tarixdə isə o ilk dəfə şəxsiyyət vəsiqəsi aldığı üçün vəsiqəsində həmin tarix qeyd olunmuşdur.Cavabdehin Bakı şəhəri, Qədirli qəsəbəsi, 1/5 nömrəli fərdi yaşayış evində istifadə hüququ var və həmin hüquna bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.Belə ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüquqa xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasındabazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Tərəflərin izahatları: Cavabdeh Cavabdeh və onun vəkili X10 məhkəmə kollegiyasının iclasında kassasiya şikayəti ni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və üçüncü şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apell yasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdədir. Həmin evin 1 otaqdan ibarət olan y/s 20,0 kvadrat metr ½ hissəs i xx.xx.2007-ci il tarixdə X3, 2 otaq ½ hissədə X9, 2 otaq B tikilisi X1, ½ hissədə X2, ibarət 3 otaqdan ibarət y/s 39,1 kvadrat metr, k/s 8,2 kvadrat metr ½ hissədən xx.xx.2012-ci il tarixdə İddiaçı mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının keçmiş gəlinidir və qeyd edilən fərdi yaşayış evində pasport qeydiyyatındadır. İddiaçı hazırki iddia tələbində cavabdehin yuxarıda qeyd edilən ünvanda yerləşən paylı mülkiyyətin ona məxsus olan ½ hissədən ibarət 3 otaq y/s 39,1 kvadrat metr, k/s 8,2 kvadrat metr hissədən istifadə hüquqlarının olmamış hesab edilməsi və həmin fərdi yaşayış evindən çıxarılmasını tələb etmiş, birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, hüququ dövlət reyestrində qeydə alınmadığından sonuncunun istifadə hüququ yaranmamışdır. xx xxxxxx 2018-ci il tarixli Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X8 ilə Cavabdeh nikahı pozulmuşdur. Beləliklə, cavabdehin mübahisəli mənzildə yaşamaq üçün hər hansı bir hüquqi əsası yoxdur. Cavabdehin iddiaçının paylı mülkiyyətində olan evdə qeydiyyatda qalması sonuncunun mənzil üzərində mülkiyyət hüquqlarının pozulmasını yaradan hal kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mül ki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin mübahisə edilməyən hallarından göründüyü kimi, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyətdədir. İddiaçı evin 1/5 hissədə paylı mülkiyyətçisidir və hər bir mülkiyyətçinin payı müəyyən edilmişdir. Mülki Məcəllənin 213.1 və 213.2-ci maddələrin ə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. İddiaçı hazırki tələbində cavabdehin paylı mülkiyyətdə olan fərid yaşayış evinin ona məxsus olan ½ hissədən ibarət 3 otaq, yaşayış sahəsi 39,1 kvadrat metr, köməkçi sahəsi 8,2 kvadrat metr hissədən istifadə hüquqlarının olmamış hesab edilməsi və həmin fərdi yaşayış evindən çıxarılmasını tələb etmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi iddia tələbidən kənara çıxaraq cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinə münasibətdə istifadə hüququ olma masını müəyyən etməklə, həmin evdən çıxarılmasınə qət etmiş, apellyasiya instansiyası məhkəməsi isı bu hala diqqət verəmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki Məcəllənin 215.5-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Birinci instansiya məhkəməsi iş materiallarında paylı mülkiyyətçilərdən ikisinin, vvvvvvvvvvvvvxxxx məhkəməyə təqdim edilmiş ərizələrinə istinad etmişdir. Həmin ərizələrdən görünür ki, sonuncular cavabdehin İddiaçı məxsus sahədən çıxarılmasına etiraz etmədikləri qeyd edilmişlər. (iş. v. 36). Göründüyü kimi, qeyd edilən paylı mülkiyyətçilərin onlara məxsus hissədən çıxarılması barədə tələbi olmadığı halda məhkəmə iddia tələbindən kənara çıxaraq cavabdehin mübahisəli evdən istifadə hüququnun olmaması və evdən çıxarılmasını qət etmişdir. Digər paylı mülkiyyətçilər xxxxxxxxxxxxx isə ümumiyyətlə iddiaya razılıqlarının və ya tələblərinin olması müəyyən edilmir. Bundan başqa iş materiallarında görünür ki, cavabdeh məhkəmə iclaslarında mübahisəli ünvanda yerləşən fərdi yaşayış evində əri ilə birlikdə özbaşına tikili inşa etdirərək orada uşaqları ilə birlikdə yaşadığını, həmin tikilin iddiaçının mülkiyyətində olan sahəyə aid olmadığını göstərmişdir. İşə baxan məhkəmələr bu hala əhəmiyyət verməmiş, iddia tələbinin cavabdehin fərdi yaşayış evindən çıxarılması hissəsinə qiymət verərkən tələbin bu hissəsinin həlli üçün mühüm əhəmiyyət kəsb edən halı, yəni cavabdehin uşaqları ilə birlikdə yaşadığı tikilinin iddiaçının mülkiyyətində olan 39,1 kvadrat metr, k/s 8,2 kvadrat metr hissədə yerləşib yerləşməməsini müəyyən etməmişdir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hə rtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, kassasiya şikayətinə əlavə edilən sənədləri də nəzərə almaqla araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həm in Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9957/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-487/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-487/2020
23.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver