Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-487/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1) qarşı ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və Cavabdeh3 qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi),mənzildən çıxarılma, əldən çıxmış fayda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəx s X1) qarşı evdən çıxarılma tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və Cavabdeh3 qarşı pul tələbləri haqqında birləşdirilmiş iddiaya dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-725/2024 nömrəli, 12 iyun 2024-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evin 1/7 hissəsinin mülkiyyətçisidir. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları Elxan və Sərxanla birlikdə iddiaçıya məxsus sözügedən mənzildə yaşayır. Onlar evi İddiaçı etibarnamə üzrə nümayəndəsi olan Cavabdeh3 satın aldıqlarını və buna görə sonuncuya 14 00 0 manat pul ödədiklərini bildirmişlər. İddiaçı bunu qəbul etməyərək cavabdehdən evi tərk etməsini tələb etsə də, cavabdeh evi tərk etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən 3-cü şəxs X1) qarşı qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX № 0450626, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən şəxsi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evdən cavabdehlər Cavabdeh1, arvadı Cavabdeh2, azyaşlı u şaqları Elxan və Sərxanla birlikdə çıxarılması, evin iddiaçıya təhvil verilməsi və məhkəməyə ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Eyni zamanda iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçının xeyrinə 24.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İşə məhkəmədə baxılarkən iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh3 da pul tələbinə dair iddia üzrə cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir.
5. İddiaçı Cavabdeh1 qarşı xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi və xx.xx.2023-cü ildə həmi n iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsindəki 76 nömrəli evin iddiaçıya məxsus 1/7 hissəsi üzrə 2021-ci ilin iyul ayından heablanmaqla pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması (real zərər), habelə hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində kirayə pulu kimi əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) nəzərə alınmaqla hər ay 300 manatdan hesablanmaqla vurulmuş ziyan kimi hazırkı iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra və həmin yaşayış sahəsinin icra sənədinə əsasən ona təhvil verilməsi barədə aktın tərtib olunduğu gün də nəzərə alınmaqla Cavabdeh1 tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişd ir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)3286/2023 saylı qərardadına əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e2(011)-3286/2023 saylı mülki işlə Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)- 443/2023 saylı mülki işin bir icraatda birləşdirilməsi qərara alınmışdır.
7. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı № 0450626, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evin 1/7 hissəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Hazırda iddiaçının şəxsi mülkiyyətində olan evində heç vaxt tanımadığı və heç bir əlaqəsi olmadığı, bu ünvandakı evə heç bir aidiyyəti olmayan Cavabdeh1, arvadı Cavabdeh2, azyaşlı uşaqları Elxan və Sərxanla birlikdə qanunsuz girib yaşayır. İddiaçı, cavabdehlərə dəfələrlə evin boşaldılmasını və təhvil verilməsini təklif etməsinə baxmayaraq onlar bundan imtina etmişdir. Bundan əvvəl digər paylı mülkiyyətçilərlə aralarında məhkəmə mübahisəsi olmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-59812014 saylı 18 noyabr 2014-cü il tarixli qətaməsi ilə iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evə köçürülməsi, həmin həyətdə cavabdehlərin hesabına sökülmüş hasarın cavabdehlərin hesabına bərpa edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli ev ümumi paylı mülkiyyətdə o lsa da, iddiaçının yaşadığı ev, həyətyanı torpaq sahəsi, həyətə giriş qapıları ayrı ayrılıqdadır, hasarla bir-birlərindən ayrılmışlar. Bundan əvvəl də eyni iddia ilə iddiaçı tərəfindən məhkəməyə müraciət olunmuş, qarşı tərəf aidiyyətlə bağlı məsələni mübahisəndirmiş, ancaq onun bu barədə ərizəsi təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərardadından verilmiş şikayət rədd edilmiş, yuxarı instansiya məhkməsi rayon məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. Sonuncu məhkəmə iclasında iddiaçı iştirak edə bilmədiyindən iş baxılmamış saxlanmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Cavabdeh1 iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun çaxarılması tələb olunan yaşayış sahəsini cavabdehin etibarnamə üzrə nümayə ndəsi olan Cavabdeh3 20000 (iyirmi min) manata almışdır. İddiaçının adından çıxış edən Əlikramla iddiaçı belə razılaşmışlar ki, iddiaçı bəmin məbləğin 14000 (on dörd min) manatını ilkin olaraq ona nəğd şəkildə ödəyir, qalan 6000 (altı min) manatını isə bir neçə aydan sonra ödəyəcək və bundan sonra da alğı-satqı müqaviləsi bağlamaq üçün notariat kontoruna gedəcəklər, iddiaçı həmin yaşayış sahəsinə görə razılaşdırılmış məbləği ödəyərkən cavabdehdən Cavabdeh3 Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə verilmiş baş etibarnamə alıb Əlikram bütün danışıqları və hərəkətləri həmin etibarnaməyə əsasən həyata keçirib. İddiaçı həmin yaşayış sahəsində əsaslı təmir-tikinti işləri apararaq oranın yaşayış sahəsinin artırılmasını və bütün mənzilin təmir olunmasını həyata keçirmişdir. Cavabdeh oranın tikinti və təmir işlərinə görə ustalara və tikinti materiallarına ümumilikdə 10.000 (on min) manatdan artıq pul xərcləyib. Cavabdehin adından çıxış edən Əlikramda baş etibarnamə olmasaydı iddiaçı həmin yaşayış sahəsinə görə bu qədər pul ödəyib orada öz mənzili kimi yaşamağa başlamazdı və oranın yaşayış sahəsini əlavə tikililər hesabına artıraraq təmir etdirməzdi. Hesab edir ki, iddiaçının cavabdehə ödədiyi 14000 manat və mübahisəli yaşayış sahəsində apardığı təmir-tikinti işlərinə xərclədiyi 10000 manat İddiaçı tutulması təmin olunmalıdır. 9. 08.09.2023-cü il tarixdə məhkəməyə Müalicə Müəssisəsində müalicə alan və cəza çəkən məhkum Cavabdeh3 iddiaya etiraz ərizəsi daxil olmuşdur. O, həmin ərizədə göstərmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. O, 2021-ci ilin noyabr ayında Xətai Rayon Məhkəməsinə, sonradan həmin mülki iş Suraxanı Rayon Məhkəməsinə göndərilib, mülki iş vermişdir. İddiaçı ona etibarnamə verərək, mübahisəli evin bərpa olunması, ümumi həyətdən ayrılıb hasar çəkilməsi, evin həyətinə giriş qapısının açılmasını xahiş etmişdir. Tubi xanım həmin həyətdə yaşayan qohumlarının qorxusundan ora gedə bilmirdi. O, etibarnaməni alıb icra məmuru, sahə müvəkkili ilə birlikdə həmin həyətə gedib orada yaşayanlarla akt tərtib edib, hasar çəkdirmiş, küçə qapısını gətirib qoymuşdur. Hətta həyət ayrılandan sonra da onlar qorxudan o evə getmirdilər. Düzdür evin ancaq divarları, şiferləri sındırılmış daşı qalmışdır, orada yaşamaq mümkün deyildir. Buna qonşular və telefonda çəkilmiş video çəkiliş də şahiddir. Tubi xanımın nümayəndəsi Qa farov Əlirza ona yaxınlaşıb həmin evi 20000 manata satmağını təklif etdi. Onlar Tubi xanımın yanına gedib etibar edilməsi üçün onunla satış qiymətini dəqiqləşdirdikdən sonra o, evi alacağını və pullarını hissə-hissə verəcəyini bildirmişdir. Razılaşmış və ilkin hissəvi ödənişi etmişdir. O, həmin evin ilkin olaraq damını, sonra qapıpəncərəsini, pol-patalokunu təmir edə-edə hissəvi olaraq 18000 pulu Əlirzanın vasitəçiliyi ilə Tubi xanıma vermişdir. Bu barədə rəsmi, yazılı qəbzi də var. Sonradan özünün tanışı Cavabdeh1 kirayədə yaşadığına görə evi ona vermiş və qalan təmir işlərini, hamam, kuxnya, tualet düzəldilməsini ona tapşırmışdır. Evin işıq, qaz, su təsərrüfatından sayğaclarını da özü alıb evə işıq, su, qaz çəkdirmişdir. Həmin müəssisələrdə özünün ərizəsi və sənədlərinin surəti var. Tubi xanıma və nümayəndəsi Əlirzaya pulun ödəniş qəbzinin əsli, özündə surəti onlarda və Suraxanı Rayon Məhkəməsinə göndərilmiş mülki işində var. 2021-ci ilin oktyabr ayına kimi Tubi xanımgil tərəfdən həmin evə heç kim gəlməmiş, qorxudan, satıb pulu aldıqları üçün. Lakin onun nümayəndəsi Əlirzanın ölümündən sonra onun qeyri-qanuni yaşadığı Tubi xanımın bacısı qızı dedikləri Əminə xanım həmin ilin noyabr ayında evin yaxınlığında küçəyə onu çağırıb artıq Əlirza yoxdur, evi satmırıq və evi boşaldılmasını tələb etdilər. O, onlara evin satılması, ona etibarnamənin verilməsini və Tubi xanıma ödənilən pulun qəbzini göstərmişdir. Onlar sakitcə çıxıb getdilər. O da arxayın olub gözləmişdir. Onlar notariusa Tubini aparıb etibarnaməni ləbv etdirdilər. Mübahisələri başlandı. O, Tubinin evinə gedib bunları ona bildirəndə, o, ona heç nə deyə bilməyərək, «mənlik bir şey yoxdur, bacım qızı Əminə ilə danışın dedi». Odur ki, məhkəmədən İddiaçı iddiasının rədd edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-443/2023 saylı, 7 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rübabə Qafarova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən 3-cü şəxs X1) qarşı “evdən çıxarılma” tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh1, arvadı Cavabdeh2, azyaşlı uşaqları Elxan və Sərxanla birlikdə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evdən çıxarılması, ilkin iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair ilkin iddi asının təmin edilməməsi, qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixdən cavabdehlərin evdən çıxarılmasına dair qətnamə icra olunanadək hər ay 300 manat məbləğində əldən çıxmış fayda olaraq kirayə haqqı tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus mübahisəli evin tərkib hissəsindən istifadə imkanını təmin edən məhdud əşya hüququ notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdehin Mənzil Məcəlləsinin müvafiq normalarının dispozisiya şərtləri baxımından da iddiaçı i lə birlikdə mübahisəli yaşayış evindən istifadə etmək hüquqları yaranmamışdır. Mübahisəli fərdi yaşayış evi paylı mülkiyyətdə olsa da, faktiki olaraq iddiaçının mülkiyyətində olan ev onun üçün ayrılmış və paylı mülkiyyətçilər arasında bölünmüşdür. Həmin evin ayrıca çıxışı vardır. Həmin ev İddiaçı məxsus olan evdir.
12. Məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları Elxan və Sərxanla birlikdə İddiaçı məxsus mübahisəli evdən çıxarılması tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir.
13. Məhkəmə İddiaçı qarşılıqlı iddia tələbinin vurulmuş zərər olaraq kirayə haqqının tutulması ilə bağlı qeyd etmişdir ki, həmin hissədə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı 2021-ci ilin iyul ayından etibarən hesablanmaqla cav abdehdən hər ay 300 manat dəyərində kirayə haqqının tutulmasını və tutulmanın cavabdehlərin evdən çıxarılması barədə qətnamənin qüvvəsini alana və icra olunaraq evin ona təhvil verilməsinədək davam etdirilməsini xahiş etmişdir.
14. Məhkəmə cavabdehlərdən hər ay 300 manat məbləğində kirayə haqqının tutulmasını ədalətli hesab etmişdir. Belə ki, cavabdehlər iddiaçıya məxsus evdən vaxtında çıxmış olsaydılar iddiaçı həmin evi kirayə verərək pul qazana bilərdi ki, bu da iddiaçı üçün əldən çıxmış fayda olaraq nəzərə alınmalıdır. Lakin hesablanmanın əvvəlinin 2021-ci ilin iyul ayından hesablanması ilə bağlı isə məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehlərin evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməy ə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Ona görə də, məhkəmə əsassız varlanma olaraq iddianın kirayə haqqının tutulması hissəsini xx.xx.2022-ci il tarixdən hesablanmalı olmasını əsaslı hesab etmişdir. Belə ki, həmin tarixədək tərəflər arasında məhkəmə mübahisəsi olmamış və iddiaçı bununla bağlı iradə ifadəsini əks etdirməmişdir.
15. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixdən əldən çıxmış fayda kimi hər ay 300 manat kirayə haqqı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli ev iddiaçıya təhvil verilənədək tutularaq İddiaçı ödənilməlidir.
16. Məhkəmə Cavabdeh1 İddiaçı və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası üzrə hesab etmişdir ki, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. İddia tələbinin əsası əsassız varlanma ilə bağlıdır.
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Cavabdeh1 mübahisəli cavabdehlərə evi almaq üçün 14000 manat məbləğində pul ödədiyini, əlavə olaraq evin təmirinə 10000 manat məbləğində xərc çəkdiyini, bununla da cavabdehlərin onun vəsaiti hesabına əsassız varlandığını bildirsə də, məhkəməyə qeyd edilən halları təsdiq edəcək heç bir sübut təqdim edə bilməmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Cavabdeh1 mübahisəli evin təmirinə 10000 manat məbləğində vəsait xərclədiyini sübut etmiş olsaydı belə, yenə də iddia tələbi həmin hissədə təmin edilə bilməzdi.
19. Məhkəmə qeyd etmişdir ki, iş üzrə ilkin iddia üzrə iddiaçı Cavabdeh1 mübahisəli fərdi yaşayış evinə vicdanlı sahiblik etməsi nə dəlalət edən heç bir əsas məhkəmədə müəyyən edilməmişdir. O, mülkiyyətində olmayan və ona məxsus olmayan, başqasının xüsusi mülkiyyətində olan evdə qanuni əsaslar olmadan yaşamışdır ki, bu da həmin əmlaka onun vicdanlı sahiblik etməməsinə dəlalət edir. Ona görə də, məhkəmə hesab etmişdir ki, Cavabdeh1 pul tələbinə dair iddiası təmin edilə bilməz.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 157.1, 157.2, 157.5, 157.7, 228.1, 228.2, 1091.1, 1092.2-ci maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü i l tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, İddiaçı iddialarının rədd, öz iddiasının isə təmin olunmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərlə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, Cavabdeh1 evi təmir etdirməsəydi, oranı yaşamaq üçün yararlı vəziyyətə gətirməsəydi İddiaçı oranı nəinki 300 manata, hətta 30 manata belə kirayəyə verə bilməzdi. Hətta Cavabdeh1 iddiası üzrə cavabdeh qismində işə cəlb edilmiş Cavabdeh3 da iddiaya münasibət bildirərkən Tehran tərəfindən evdən təmir işləri aparıldığını etiraf etmişdir. Cavabdeh1 aldadılaraq həmin ev ona satılmasaydı və o, orada təmir işləri aparmas aydı, ora yaşamaq üçün yararlı olmayacaqdı və kirayəyə verib qazanc da əldə etmək mümkün olmayacaqdı. Məhkəmə tikinti ekspertizası keçirilməsinə dair vəsatəti təmin etsəydi müəyyən edərdi ki, Tehrana qədər həmin ev yaşamağa yararsız olub. Məhkəmə Cavabdeh3 məhkəməyə gətizdirib dindirilməsinə dair vəsastəti də təmin etməmişdir. Cavabdeh1 mübahisəli yaşayış sahəsini cavabdehin etibarnamə üzrə nümayəndəsindən alıb. Cavabdehin adından çıxış edən Əlikramda baş etibarnamə olmasaydı iddiaçı həmin yaşayış sahəsinə görə bu qədər pul ödəyib orada öz mənzili kimi yaşamağa başlamazdı və oranın yaşayış sahəsini əlavə tikililər hesabına artıraraq təmir etdirməzdi. Cavabdeh1 mübahisəli evdə onun mülkiyyətçisinin etibarnamə üzrə nümayəndəsi tərəfindən təhvil verməsi ilə yaşamağa başlaması onun vicdanlı sahiblik etməsinə dəlalət edən faktordur.
23. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi üzrə aparılmış tikinti və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 4508 manat təşkil etmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-725/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Suraxanı Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli qətnaməsinin Cavabdeh1 İddiaçı və Cavabdeh3 qarşı 24 000 manat pul tələbinin rədd olunması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddianın qismən təmin olunması, Cavabdeh3 13 400 manat və İddiaçı 4508 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi, Cavabdeh1 iddiasının qalan hissədə təmin olunmaması, Suraxanı Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli qətnaməsinin İddiaçı qarşılıqlı iddiasının təmin olunan hissəsində dəyişdirilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixdən cavabdehlərin evdən çıxarılmasına dair qətnamə icra olunanadək hər ay 300 manat məbləğində əldən çıxmış fayda olaraq kirayə haqqının tutularaq İddiaçı ödənilməsinin müəyyən edilməsi, qətnamənin apellyasiya qaydasında mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
25. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 1-ci iş üzrə İdd iaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2) qarşı evdən çıxarılma tələbinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilən hallarına uyğundur, maddi və prosessual hüquq normaları həmin hissədə düzgün tətbiq etmişdir.
26. Birinci instansiya məhkəməsi 2-ci iş üzrə Cavabdeh1 İddiaçı və Cavabdeh3 qarşı pul tələbinə dair iddiasını bütünlüklə rədd etməklə səhvə yol vermişdir. Belə ki, işdən göründüyü kimi, Cavabdeh1 tələbi cavabdehlər İddiaçı və Cavabdeh3 24 000 manat pulun tutulması barədədir. O, həmin məbləğin 14 000 manatının cavabdehlərdən müştərək qaydada, 10 000 manatının (təmir üçün çəkdiyi xərcin) isə yalnız İddiaçı tutulmasını tələb edir.
27. Birinci instansiya məhkəməsinin qənaətinə görə Cavabdeh1 evin alınması üçü n cavabdehlərə 14 000 manat verdiyini və əlavə olaraq evin təmirinə 10 000 manat xərclədiyini, bununla da cavabdehlərin onun hesabına əsassız varlandığını göstərsə də, bu halları təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh1 evin təmirinə 10 000 manat xərclədiyini sübut etmiş olsaydı belə, Mülki Məcəllənin 157.5, 157.7-ci maddələrinin tələbinə əsasən onun iddiası həmin hissədə təmin oluna bilməzdi.
28. İşdən göründüyü kimi, Cavabdeh3 Cavabdeh1 iddiası üzrə cavabdeh olsa da, o, məhkəmə iclasında sübutların araşdırılmasında iştirak etməmiş, müstəqil izahat verməmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh3 məhkəmə iclasında iştirakı təmin olundu və o, izahatında evi əvvəlcə faktiki olaraq özü aldığını, sonra İddiaçı ona verdiyi etibarnamə üzrə səlahi yyətindən istifadə edərək evi Cavabdeh1 satdığını və Cavabdeh1 evi almaq üçün ona cəmi 13400 manat məbləğində pul ödədiyini etiraf etdi. O, eyni zamanda İddiaçı ona verdiyi xx.xx.2018-ci il tarixli etibarnamənin surətini də işə baxan məhkəməyə təqdim etdi. Həmin etibarnamə 50 il müddətinə verilmişdir və onun məzmunundan görünür ki, İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi, əmlakları üzərində sərəncam verməyi, müvafiq əqdlər bağlamağı və s. Cavabdeh3 etibar etmişdir.
29. Göründüyü kimi, Cavabdeh1 mübahisəli evi özbaşına tutmamış, oranı zəbt etməmişdir. O, evin mülkiyyətçisi olan İddiaçı etibarnamə üzrə nümayəndəsi tərəfindən həmin evə buraxılmış, ev Cavabdeh3 tərəfindən faktiki olaraq ona satılmış, razılaşdırılmış satış məbl əğinin 13 400 manatı Cavabdeh1 tərəfindən Cavabdeh3 ödənilmişdir. Məbləğ tam ödənilib qurtarmadığından sənədləşmə işi də başa çamamışdır.
30. Məhkəmə kollegiyası qeyd edib ki, Cavabdeh3 iddiaçı Cavabdeh1 tərəfindən ona evi almaq üçün 13400 manat məbləğində pul ödənildiyini etiraf etməklə özünə münasibətdə Cavabdeh1 bunun əksini sübut etmək vəzifəsindən azad edir.
31. Məhkəmə kollegiyası işin müəyyən edilən bu hallarını nəzərə alaraq qeyd olunan hissədə mübahisəyə Mülki Məcəllənin 157.5, 157.7-ci maddələrinin tətbiqi ilə razılaşmayıb və hesab edib ki, Cavabdeh1 mübahisəli evin mülkiyyətçisi olan İddiaçı etibarnamə üzrə nümayəndəsi tərəfindən evə buraxıldığından, evi qanuni əsaslarla aldığını güman edərək ona sahibləndiyindən, orada təmir işləri apardığından o, vicdansız sahib sayıla bilməz. Cavabdeh3 Cavabdeh1 13.400 manat pul aldığını etiraf etsə də, İddiaçı nümayəndəsi təmsil etdiyi şəxsin Cavabdeh3 hər hansı məbləğdə pul qəbul etmədiyini bildirdi. Cavabdeh3 izahatında evi əvvəlcə özü aldığını və sonradan Cavabdeh1 satdığını göstərdi. Bu isə o deməkdir ki, o, evi İddiaçı adından deyil, öz adından, öz əmlakı kimi Cavabdeh1 satmışdır. Məhkəmə kollegiyası Cavabdeh3 göstərilən məbləği İddiaçı veribvermədiyinin hazırkı icraatda müəyyən olunmasını qeyri-mümkün sayır və hesab edir ki, Cavabdeh1 tələb etdiyi 13 400 manat pul cavabdehlərdən müştərək qaydada deyil, yalnız Cavabdeh3 tutulmalıdır. Cavabdeh3 izah olunmalıdır ki, onun İddiaçı qarşı hər hansı tələbi varsa bu barədə ümumi qaydada məhkəmədə iddia qaldıra bilər.
32. Məhkəmə kollegiyası müəyyən edib ki, mübahisəli evin mülki yyətçisi olan İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 mübahisəli evin alqı-satqısı ilə bağlı Cavabdeh1la razılaşmış, ondan razılaşdırılan məbləğin 13 400 manatını almış, qalan məbləğ ödənilməmiş qalmışdır. Alqı-satqı müqaviləsi notariatda təsdiq olunmamış və mülkiyyətçi İddiaçı bu əqdi bəyənməmişdir. Göründüyü kimi, əqdin formasına əməl edilməyərək alqı-satqı müqaviləsi notariatda təsdiq olunmamışdır və belə olan vəziyyətdə əqd etibarsız sayılmaqla əqd üzrə ödənilmiş məbləğ geri qaytarılmalıdır.
33. Mülki Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüq uq istisna olmaqla).
34. Məhkəmə kollegiyası Cavabdeh1 tələbinin təmir xərcinin ödənilməsinə dair hissəsi ilə bağlı hesab edib ki, Cavabdeh1 vicdanlı sahib sayıldığından Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbinə müvafiq olaraq mübahisəli evin təmirinə çəkdiyi xərcin əvəzini mülkiyyətçi olan İddiaçı tələb etməkdə haqlıdır.
35. Apellyasiya baxışı zamanı mübahisəli evdə aparılan təmir-bərpa işləri və onların dəyərini müəyyən etmək məqsədilə alınmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi üzrə aparılmış tikinti və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 4508 manat təşkil edir.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı tələbinin əldən çıxmış fayda kimi kiray ə pulunun xx.xx.2022-ci il tarixdən, yəni mənzildən çıxarılma barədə iddia qaldırıldığı vaxtdan bu barədə çıxarılan qətnamə icra olunanadək hesablanın ödənilməsi barədə mövqeyi ilə razılaşmayıb və qeyd edib ki, xx.xx.2022-ci il tarixdə İddiaçı verdiyi iddia tələbi evdən çıxarılma ilə bağlı olmuşdur. Kirayə haqqının tutulması ilə bağlı iddia tələbi isə xx.xx.2023-cü il tarixdə verilmişdir. Kirayə haqqının tutulması barədə iddia xx.xx.2023-cü il tarixində verildiyindən tutma da həmin tarixdən hesablanmalıdır. Belə ki, həmin tarixədək tərəflər arasında kirayə haqqının tutulması barədə məhkəmə mübahisəsi olmamış və iddiaçı bununla bağlı iradə ifadəsini əks etdirməmişdir. Ona görə də, kollegiya hesab edib ki, 2-ci iş üzrə İddiaçı ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına münasibət də qətnamə dəyişdirilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixdən əldən çıxmış fayda kimi hər ay 300 manat kirayə haqqının mübahisəli ev iddiaçıya təhvil verilənədək tutularaq İddiaçı ödənilməlidir.
37. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.2, 157.5, 157.7, 228.1, 228.2, 1091.1, 1091.2-ci maddəsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin İddiaçı 4508 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi hissəsində tamamilə ləğv olunmasını, həm in hissədə iddia tələbinin rədd edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixdən cavabdehlərin evdən çıxarılmasına dair qətnamə icra olunanadək hər ay 300 manat məbləğində əldən çıxmış fayda olaraq kirayə haqqının tutularaq İddiaçı ödənilməsinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, 2021-ci ilin iyul ayından hesablanmaqla cavabdehlərin evdən çıxarılmasına dair qətnamə icra olunanadək hər ay 300 manat məbləğində əldən çıxmış fayda olaraq kirayə haqqının tutularaq İddiaçı ödənilməsi barədə iş üzrə yeni qərarın çıxarılmasını, Cavabdeh1, Cavabdeh3 və Vəkil2 tərəfindən 1 illik və qüvvədən düşmüş etibarnaməni, eləcə də həmin etibarnamənin saxtalaşdırılaraq 50 illik etibarnamə adı ilə məhkəməyə təqdim etdikləri üçün barələrində xüsusi qərardad çıxarılı b, prokurora məlumat verilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixdən cavabdehlərin evdən çıxarılmasına dair qətnamə icra olunanadək hər ay 300 manat məbləğində əldən çıxmış fayda olaraq kirayə haqqının tutulması barədə tələb üzrə istər birinci, istərsə də ikinci instansiya məhkəməsinin gəldiyi nəticə səhv olmuşdur. Hər iki instansiya məhkəməsində Cavabdeh1 ona verilmiş suallara cavabında iyul 2021-ci il tarixdən mülkiyyətcinin evində öz ailəsi ilə birlikdə yaşadığını etiraf etmişdir. Bundan başqa, mülkiyyətçi İddiaçı vəkili və nümayəndəsi 27 noyabr 2021-ci il tarixdə həmin ünvanda olmuş, burada cavabdehlər, onların ailə üzvləri, o cümlədən Cavabdeh3 iştirak etmiş, Votsapla videogörü ntü ilə tərəflər canlı olaraq danışmış, mülkiyyətçi cavabdehə evini heç kəsə satmadığını, evinin boşaldılmasını tələb etmişdir. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Cavabdeh3 həmin tarixdə İddiaçı vəkili olduğunu bildirmiş, ondan işin vəziyyəti öyrənilərkən demişdir ki, torpağın və evin “naturada ayrılması” barədə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. İşin kimin icraatında olması, onun vəkil olmadığı üçün bu işi aparmaq səlahiyyətinin olmadığı bildirilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin qərarının nəticə hissəsini saxtalaşdıraraq, iddianın təmin olunması barədə saxta qərarı İddiaçı təqdim etməsi, evin təmiri adı ilə ondan pul alması, həmin pulları mənimsəməsi və etibarından sui-itifadə etməsi bildirilmişdir. Cavabdeh3 fakt qarşısında qalaraq bu s ualların heç birinə cavab verə bilməmişdir. Cavabdeh3 bu əməlləri barədə Suraxanı rayon prokrorluğuna şikayət edilmiş, ancaq, sonda müstəntiqin qərarı ilə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası işə baxarkən əsassız olaraq ekspertiza təyin etmiş, 4508 pulun İddiaçı tutulması qənaətinə gəlmişdir. T.Ağayevin xx.xx.1936-cı il təvəllüdlü olması, yaşlı və qoca olması, bir qrup şəxs tərəfindən Cavabdeh3 özünü vəkil kimi ona təqdim edib onu aldatması, saxta məhkəmə qərarını ona təqdim etməsi, evin təmirinə və məhkəmədə işinin aparılması üçün onun etibarından istifadə edib, pullarını mənimsəməsini, onun evini belə bir səlahiyyəti olmadan Cavabdeh1 satması və ondan 14000 manat alması, onu səciyyələndirən halların heç birini nəzərə alınmamış, 2021-ci ildən başlayan məhkəmə mübahisəsini daha da uzatmış, dəfələrlə məhkəmə baxışı iclaslarını təxirə salmışdır. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş mobil notariat sistemində yerləşdirilmiş etibarnaməyə istinad etmiş və apellyasiya məhkəməsi özünün qətnaməsində etibarnamənin 50 il müddətinə verilməsini göstərmişdir. Bakı şəhəri 18 saylı notariat ofisinin notariusu X3 tərəfindən təsdiq edilmiş reyestrdə 7E19631 nömrə ilə qeyd edilmiş 18 sentyabr 2018-ci il tarixli etibarnaməyə əsasən İddiaçı tərəfindən Cavabdeh3 adına 1 il müddətinə verilmiş 18 sentyabr 2019-cu il tarixədək qüvvədə olmuş və etibarnamə ilə səlahiyyətlər başqa şəxsə verilə bilməz deyə göstərilmişdir. Cavabdeh etiraf etmişdir ki, iyul 2021-ci il tarixdə İddiaçı evinə köçmüş, evi Cavabdeh3 almış, burada təmir işləri aparmışdır. Hal buki, həmin vaxt etibarnamə qüvvədə olmamışdır. Həmin etibarnamə Cavabdeh3 tərəfindən Cavabdeh1 verilmiş, sonuncunun nümayəndəsi Vəkil2 tərəfindən isə məhkəmələrə təqdim edilmişdir. Yəni saxta etibarnaməni məhkəməyə təqdim edərək mülkiyyət hüquqları əldə etmək istəmişlər, işi hər vəchlə uzatmağa çalışmışlar, mülkiyyətçi hüquqlarını pozmuşlar. Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəflərin etibarnaməni saxtalaşdırması və qüvvədən düşmüş etibarnaməni məhkəməyə təqdim etmələri ilə bağlı Cavabdeh1, Cavabdeh3 və Vəkil2 barəsində xüsusi qərardad çıxarıb prokurora məlumat verməmiş və nəticədə maddi və prosessual normaların tələblərini pozmuşdur.
40. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 157.5, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin 88, 21 7.3, 265.4-cü maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
43. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa dü şülür.
44. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
45. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mü lkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
46. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
47. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
48. Maddə 228.2. Yaşayış b inasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
49. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
50. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür va rlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
51. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
52. Maddə 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlə ri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub -olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə İddiaçı 4508 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh1 ödənilməsi-cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü-ci il tarixdən cavabdehlərin evdən çıxarılmasına dair qətnamə icra olunanadək hər ay 300 manat məbləğində əldən çıxmış fayda olaraq kirayə haqqının tutularaq İddiaçı ödənilməsinin müəyyən edilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hi ssədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şik ayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
63. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, kassatorun iddia tələblərinin əsasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini 24 000 manat pul tələbinin rədd olunması hissəsində ləğv edib Cavabdeh3 13 400 manat və İddiaçı 4508 manat məbləğində pul vəsaitinin tutulması, habelə qətnaməni İddiaçı qarşılıqlı iddiasının təmin olu nan hissəsində dəyişdirib Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixdən cavabdehlərin evdən çıxarılmasına dair qətnamə icra olunanadək hər ay 300 manat məbləğində əldən çıxmış fayda olaraq kirayə haqqının tutulması barədə nəticəyə gəlməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündürOdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uy ğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
65. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
67. Məhkəmə kollegiyası kassatorun cavabdehlər tərəfindən etibarnamənin saxtalaşdırılması ilə bağlı barələrində xüsusi qərardad çıxarılıb, prokurora məlumat verilməsi haqqında dəlili ilə bağlı qeyd edir ki, bu cür qərardad çıxarılması məhkəmələrin vəzifəsi deyil, hüququdur. Bundan başqa, istənilən şəxs baş vermiş cinayət əməli barədə hüquq mühafizə orqanlarına bilavasitə, sərbəst (məhdudiyyət qoyulmadan) məlumat vermək hüququna malikdir.
68. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-725/2024 nömrəli, 12 iyun 2024-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.