Məhkəmə qərarları › İş №2(102)-4872/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4872/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4872/2021 23.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının v əkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4709/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 14.08.2012-ci il tarixli, 402/F23 saylı təminatlı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, illik 6% faiz ödənilmək şərtilə, 15.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.09.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyanın mü lkiyyətndə olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m, yaşayış sahəsi 32.0 kv.m, köməkçi sahəsi 0 kv.m olan, 2 otaqlı, 15 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 ilə İddiaçı ASC arasında 14.08.2012-ci il tarixli, 402/F23 saylı zaminlik müqavilələri bağlanmış, zaminlər borcalanın kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m, yaşayış sahəsi 32.0 kv.m, köməkçi sahəsi 0 kv.m olan, 2 otaqlı, 15 nömrəli mənzil Cavabdeh1 tam mülkiyyətindədir və o, həmin mənzil 14.08.2012-ci il tarixli, 402/F23 saylı təminatlı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 19.11.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 14.11.2019-cu il tarixə banka olan borcu 7929,33 manat əsas, 1457,04 manat faiz, 927,80 manat cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən 5%-lə hesablanan borc üzrə 1683 manat, cəmi 11997,17 manat təşkil edir. İddiaçı ASC 21.10.2019-cu il tarixdə ərizə ilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə müraciət etmişdir və həmin bildiriş İdarədə qeydə alınmışdır. "xxxx" MMC-nin qiymətləndirməyə dair hesabat rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m, yaşayış sahəsi 32.0 kv.m, köməkçi sahəsi 0 kv.m olan, 2 otaqlı, 15 nömrəli mənzilin bazar dəyəri 30.000 manat, likvid dəyəri 27.000 manat məbləğində müəyyənləşdirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, Cavabdeh2 14.08.2015-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 7.856,10 manat məbləğində və 19.11.2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan əsas və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan borcu 8.906,50 manat məbləğində müəyyən edilir, o cümlədən: 14.05.2015-ci il tarixə: əsas borc üzrə 7.741,27 manat; faiz borcu üzrə 114.83 manat (illik 6%-lə). 19.11.2019-cu il tarixə: əsas borc üzrə 7.741,27 manat; faiz borcu üzrə 0,00 manat; gecikmə borcu üzrə 1.165,22 manat (illik 5%-lə). İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.08.2012-ci il tarixli, 402/F23 saylı kredit müqaviləsinə əsasən cavabdehlərdən 7929,33 manat əsas, 1457,04 manat faiz, 927,80 manat cərimə, kredit üzrə müddət bitəndən s onra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən 5%-lə hesablanan borc üzrə 1683 manat, cəmi 11997,17 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manatın tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m, yaşayış sahəsi 32.0 kv.m, köməkçi sahəsi 0 kv.m olan, 2 otaqlı, 15 nömrəli mənzilə yönəldilərək açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi və satıldıqdan bir ay sonra boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 14.08.2012-ci il tarixli, 402/F23 saylı təminatlı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, illik 6% faiz ödənilmək şərtilə, 15.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.09.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyanın mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m, yaşayış sahəsi 32.0 kv.m, köməkçi sahəsi 0 kv.m olan, 2 otaqlı, 15 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 ilə İddiaçı ASC arasında 14.08.2012-ci il tarixl i, 402/F23 saylı zaminlik müqavilələri bağlanmış, zaminlər borcalanın kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m, yaşayış sahəsi 32.0 kv.m, köməkçi sahəsi 0 kv.m olan, 2 otaqlı, 15 nömrəli mənzil Cavabdeh1 tam mülkiyyətindədir və o, həmin mənzil 14.08.2012-ci il tarixli, 402/F23 saylı təminatlı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 19.11.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 14.11.2019-cu il tarixə banka olan borcu 7929,33 manat əsas, 1457,04 manat faiz, 927,80 manat cərimə, kredit üzr ə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən 5%-lə hesablanan borc üzrə 1683 manat, cəmi 11997,17 manat təşkil edir. Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.Əyyubov, iş № 2(004)-96/2021) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 7741,27 manat əsas borc, 100 manat cərimə borcu, 1165,22 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 9006,49 (doqquz min altı manat 49 qəpik) manat məbləğində borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik küçəsində yerləşən dos-3 saylı, 2 mərtəbəli binanın, ümumi sahəsi 32 kvadratmetr olan, 2 otaqlı, 15 nömrəli mənzilin ilkin satış qiyməti 27000 (iyirmi yeddi min) manat müəyyən edilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik küçəsində yerləşən dos-3 saylı, 2 mərtəbəli binanın, ümumi sahəsi 32 kvadratmetr olan, 2 otaqlı, 15 nömrəli mənzilə yönəldilərək, açıq hərracdan satılması və satıldıqdan bir ay sonra boşaldılması və satışdan əldə e diləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, iddia tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin Cavabdeh1 ödənilməsi, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh2 tutularaq VÖEN **********, m/h: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, MEM VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müqaviləyə əsasən borcverən öhdəliklərini yerinə yetirmiş, borcalan isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımınca icra etmədiyinə görə banka ödənilməmiş 7741,27 manat əsas b orc, 100 manat cərimə borcu, 1165,22 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 9006,49 manat borc tutularaq İddiaçınin xeyrinə ödənilməli, tutma Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m, yaşayış sahəsi 32.0 kv.m, köməkçi sahəsi 0 kv.m olan, 2 otaqlı, 15 nömrəli mənzilə yönəldilməli, daşınmaz əmlakın ilkin satış qiyməti 27000 manat müəyyən edilməli, ipoteka predmeti açıq hərrac vasitəsi ilə satılaraq, satışdan əldə olunmuş pu ödənişə yönəldilməli, mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində boşaldılmalıdır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcu müştərək qaydada zaminlər Cavabdeh1 və Cavabdeh3 tutulmasına dair hissəsi ilə razılaşmır. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla tətbiq edilməlidir. Qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Bankla Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 14.08.2012-ci il tarixli, 402/F23 saylı zaminlik müqavilələri üzrə zaminlik müddət müəyyən edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icra sı vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bundan başqa İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 14.08.2012-ci il tarixli kredit müqaviləsinə əsasən borcalan aldığı krediti 36 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci 14.08.2015-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı bank zaminlərə qarşı 14.08.2015-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, zaminlik müqavilələri üzrə öhdəliyin və eləcə də, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı bank tərəfindən zaminlərə qarşı hər hansı iddia irəli sürülmədiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və iddia tələbi zaminlərə aid hissədə rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev, X.Sarıyev, iş № 2(103)-4709/2021) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(004)-96/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4709/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi ilə faiz məbləğini, iddia tələbinin zaminlər Cavabdeh1 və Cavabdeh3 tutulmasının təmin edilməyən hissəsində ləğv edilərək, eyni zamanda kredit müqaviləsi üzrə əsas, cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləği hissəsində Fondun iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi 1475,04 manat məbləğində faiz borcunun tutulmaması və zaminlərdə borc məbləğinin tutulmaması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmiş və yalnız əsaslandırılmayan rəyə əsaslanaraq nəticəyə gəlməsi düzgün olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz dax il olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil izahatında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilərək həmin hissədə iddianın təmin olunmasını xahiş etdi. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya mə hkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, yalnız iddianın təmin olunmayan hissəsini mübahisələndirmiş və həmin hissələrdə iddianın təmin olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun yoxlanması təş kil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi p ozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 477.0.-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1.-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin ö hdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2.-ci maddəsinə əsasən əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3.-cü maddəsinə əsasən kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələb etmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyy ən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübu tlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyas ı məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi təmin edilməyən faiz borcun əsassız olaraq tutulmaması və zaminlərə münasibətdə borcun tutulmamasının maddi hüquq normalarının tələbinin pozulması ilə bağlı olduğunu qeyd etmişdir. İddiaçı eyni dəlillərlə apellyasiya instansiyası məhkəməs inə müraciət etmişdir. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq borcun təyin olunmuş ekspertiza rəyinə uyğun olaraq müəyyən olunması və təmin olunmayan hissədə borcun mövcudluğunun təsdiq olunmamasını qeyd etmişdir. Zaminlərə münasibətdə isə Mülki Məcəlləninin 477-ci maddəsinə istinad edərək onların üzərinə öhdəliyin qoyulmasının mümkünsüz olması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veril mir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi status unu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kolleg iyasının 2(103)-4709/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar