Məhkəmə qərarları › İş №2(102)-4874/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4874/2020

15.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4874/2020 15.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(104)-3819/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Ə.Şirinov, iş № 2(044)-1905/2019) İddiaçı1 cavabdeh N qızına qarşı evə köçürülmə tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ( hakimlər: İ.Ə.Şəfiyev, A.H.Hüseynzadə və A.V.Bayramov) iddiaçının apelyasiya şikayəti təmin edilərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı1 N qəsəbəsində yerləşən birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşin halları: İddiaçı1 və N qızı xx.xx.2011-ci il tarixdə nikaha girərək ailə qurmuş, birgə nikahdan iki uşaqları olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 1538 saylı sərəncamı ilə Gəncə şəhəri, N küçəsinin şərq tərəfində 400 kv.m torpaq sahəsində Cavabdeh1 tərəfindən fərdi yaşayış evinin yerləşdiri lməsinə (layihələndirilməsinə) icazə verilmiş, torpaq sahəsinin yerində ölçülüb vətəndaşa təhvil verilməsinin Memarlıq və Tikinti şöbəsindən xahiş edilməsi qərara alınmışdır. 2019-cu ilin aprel ayında İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahda olduqları dövrdə fərdi yaşayış evi tikdirdiklərini, munasibətləri pisləşdikdən sonra cavabdehin onu evə buraxmamasını və s. əsas göstərməklə Gəncə şəhəri, 28 May küçəsində Yeni Gəncə qəsəbəsində yerləşən birgə nikah dövründə tikilmiş evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hü quq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli qətnaməsinin qüvvədə saxlanılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan so nra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından göründüyü kimi, İddiaçı1 Cavabdeh1 N ilə xx xxxxxx 2011-ci il tarixdə nikaha daxil olmuş, nikahda olduqları dövrdə Gəncə şəhəri, 28 May küçəsində Yeni Gəncə qəsəbəsində yerləşən fərdi yaşayış evini tikdirmiş, münasibətləri pozulduğundan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə nikahları ləğv edilmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, mübahisəli ev heç kimin adına mülkiyyət kimi dövlət qeydiyyatına alınmamışdır. Bun unla əlaqədar məhkəmə kollegiyası qanunun analogiyasından istifadə etməklə mübahisəni xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinin müddəalarına uyğun həll edilməsi barədə nəticəyə gəlmişdir. Həmin Məcəlləsinin 68-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayə çisinin ailə üzvləri hesab edilə bilərlər.(68.1.) Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.(68.2.) Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır.(68.4.) İddiaçı mübahisəli yaşayış sahəsini c avabdehlə birgə əldə etmiş və birgə yaşayıb ümumi təsərrüfat aparmışdır. İşin göstərilən halları və qanunun yuxarıda sadalanan normaları iddianın təmin edilməsi üçün əsas verdiyindən kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar