Məhkəmə qərarları › İş №2(102)-4875/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4875/2020

11.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4875/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə maneçiliyə son qoyulması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçılar İddiaçı1, X2, İddiaçı3, Cavabdeh iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İşin halları

1. Bərdə rayon Aqrar İslahatı Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli 13 saylı Qərarı ilə Bərdə rayon Sərkarlar kənd sakini İddiaçı1, X1, İddiaçı2 İddiaçı3 kənd təsərrüfatı məhsulları istehsalı üçün 2,22 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara xx.xx.2007-ci ildə qeydə alınmış, JN:0013 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir.

2. İddiaçılar bildirir ki, həmin torpaq sahəsini qarşılıqlı razılaşma əsasında 2013-cü ilin sentyabr ayından 2018-ci ilin sentyabr ayınadək cavabdehə icarəyə vermişlər. İcarə müddəti başa çatsa da, cavabdeh sahəni cavabdehlərə qaytarmamış və bununla da mülkiyyət hüquqları pozulmuşdur.

3. Cavabdeh isə əvvəlcə torpaq sahəsini 7000 manata aldığını, daha sonra isə 2015-ci il dən 2021-ci ilədək 7000 manat müqabilində icarəyə götürdüyünü bildirmişdir. Həmin müddət bitmədiyi üçün sahəni qaytarmaqdan imtina edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı1, İddiaçı2 və İddiaçı3 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bərdə rayon Sərkarlar kəndində yerləşən 2,22 ha pay torpaq sahəsindən çıxarılması, Xsaylı Torpağa mülkiyyət hüquqa dair dövlət aktının və dövlət rüsumu kimi ödənilmiş 10 manatın alınaraq onlara verilməsini xahiş etmişlər.

5. Bərdə Rayon Məhkəməsinin (hakim Q.Əbilov) xx xxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli ərazi iddiaçılar tərəfindən 2013-cü ilin sentyabr ayından 2018-ci ilin sentyabr ayınadək Cavabdeh qarşılıqlı razılaşma əsasında 2000 manat müq abilində 5 illiyə icarəyə verilmiş, 2018-ci ilin sentyabr ayında icarə müddəti başa çatmışdır. Lakin Cavabdeh torpaq sahəsini cavabdehlərə qaytarmadığına görə iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Əliyeva (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) xx xxxxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçılarla onun arasında icarə müqaviləsinin 2021-ci ilədək bağla nılmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, həmin torpaq sahəsini 2013-cü ildən 2018-ci ilə qədər 2000 manat müqabilində deyil, 2015-ci ildən 2021-ci ilədək 7000 manat müqabilində icarəyə götürmüşdür. Həmin şəxs qardaşı olduğu üçün, o, heç bir sənəd imzalatmamışdır. Qardaşı olduğu üçün ona inanıb etibar edərək aralarında şifahi razılaşmaqları olmuşdur. Onların razılığına əsasən 2015-ci ildən 2021-ci ilədək torpaq cavabdehin is tifadəsində olacaqdır. Ancaq qardaşına güvəndiyi üçün aralarında olan şifahi müqavilənin rəsmi olaraq bağlamağa ehtiyac görməmişdir. Cavabdeh məhkəmədə iştirak edərək bunların hamısının ağ bir yalan olduğunu bildirmək üçün özü ilə şahid gətirmişdir. Lakin hakim nə cavabdehə, nə də şahidlərə qulaq asmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Tərəflər məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədikləri üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası:

13. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

14. Maddə

29. Hə r kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

20. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələ ri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, iddiaçılar özlərinin mülkiyyətində olan torpaq sahəsindən istifadə etmələr inə cavabdehin maneçilik törətdiyini bildirirlər. Mübahisəli sahənin iddiaçıların mülkiyyətində olması, cavabdehin isə həmin sahəni faktiki sahibliyində saxlamaqla mülkiyyətçilərin öz əşyasından istifadə etmələrinə imkan vermədiyi işin mübahisəsiz hallarıdır.

24. Cavabdeh öz hərəkətlərinin əsası kimi iddiaçılarla 2021-ci ilədək bağladığını bildirdiyi icarə müqaviləsinə istinad etsə də, bu faktı təsdiqləyən sübutu məhkəmələrə təqdim edə bilməmişdir.

25. Halbuki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§17-18).

26. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.

27. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmaması na və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

28. Belə olan halda, iddiaçıların mülkiyyətin müdafiəsinə dair tələbləri Mülki Məcəllənin 157.4-cü maddəsi çərçivəsində əsaslıdır (§16). Odur ki, məhkəmələr iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişlər.

29. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədə n saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar