Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4878/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ) 18.11.2020 Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh iddiaçının keçmiş gəlinidir. O, 2002-ci ildən iddiaçının oğlu X3 ailə quraraq, mübahisə predmeti olan Qazax şəhəri Azadlıq küçəsi 39 nömrəli evin 5 nömrəli mənzilində yaşamışdır. Onların ailə münasibətlərindən xx xxxxxx 2003-cü ildə xi və xx xxxx 2007-ci ildə Hüseyn Salehov adlı uşaqları doğulmuşdur. xx.xx.2007-ci ildə nikah rəsmiləşdirilmişdir. Mübahisəli mənzil xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. İddiaçının oğlu xxx xxxxxx 2016-cı il tarixdə ölmüşdür.
2. İddiaçı bildirmişdir ki, cavabdehin adına şirkət olmaqla, əczxana fəaliyyəti ilə məşğuldur, bundan əlavə onun adına torpaq sahəsi və avtomaşın vardır. İddiaçı isə təqaüdçüdür, onun evi köhnədir, evin yerləşdiriyi həmin ünvanda həmin şəraitdə yaşayış evinin aylıq kirayə haqqı ən yüksək halda 100-150 manat təşki l edir. Cavabdehin və himayəsində olan uşaqlarının mülkiyyətində olan evin yaşayış sahəsindən istifadə hüququnda xitam verilməsi üçün cavabdehə kompensasiya ödəməyə hazırdır.
3. Cavabdeh isə yaşayış sahəsindən istifadə hüququnda xitam verilməsi üçün ona ödənilməsi istənilən kompensasiyanın kifayət olmadığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evinin yaşayış sahəsindən Cavabdeh və cavabdehin himayəsində olan xx xxxxxx 2003-cü il təvəllüdlü X4 və xx xxxx 2007-ci il təvəllüdlü X1 istifadə hüququna 3000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və cavabdehin onun mülkiyyətində olan yaşayış evindən uşaqları və əmlakı ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı nümayəndəsi və vəkili X2, birinci instansiya məhkəməsinin iclasında kompensasiya olaraq 5.000 manat pul verməyə razı olduqlarını bildirmiş və iddianın həmin məbləğdə təmin edilərək, qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qazax Rayon Məhkəməsinin (hakim N.Musayev) xx xxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin başqa yerdə yaşayış yerlərinin olması nəzərə alınmaqla iddiaçının təklif etdiyi 5.000 manat məbləğdə pul kompensasiyası cavabdehin iddiaçıya məxsus evdə yaşayış sahəsindən olan istifadə hüquqlarının itirilməsinin ədalətli əvəzdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı, nümayəndəsi və vəkili X2 apelyasiya i nstansiya məhkəməsinin məhkəmə iclasında kompensasiya olaraq 6.000 manat pul verməyə razı olduqlarını bildirmiş və iddianın həmin məbləğdə təmin edilərək, qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və Ş.Əliyeva) xx xxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilməsi, Qazax Rayon Məhkəməsinin x nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddianın təmin edilmiş, kompensasiya məbləğinin 5.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilərək, cavabdeh tərəfə verilməli olan kompensasiyanın məbləği 6.000 (altı min) manat məbləğində müəyyənləşdirilməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
10. Apelyasiya ins tansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır və iddiaçının kompensasiya məbləğinin 6.000 manat ödəmək təklifini nəzərə almışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar, bu mümkün olmadıqda isə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən cavabdehin istifadə hüququ olan mənzilin qiyməti, həmin ərazidə kirayə haqqını müəyyən etməmişdir və ona görə də iddiaçının təklif etdiyi 6.000 manat kompensasiya məbləği cavabdehin istifadə hüquql arına xitam verilməsi üçün kifayət deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qe ydə alınsın.
16. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
17. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
18. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mö vqeyi
23. Apelyasiya instansiyası məhkəməsi mübahisənin həlli ilə bağlı qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Odur ki, iddiaçının təklif etdiyi 6000 manat kompensasiya məbləği mülkiyyətçinin hesabına cavabdehin uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi üçün kifayətdir.
24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmir.
25. Belə ki, mübahisəli mənzil daşınmaz əmlakın döv lət reyestrində xx.xx.2011-ci ildə iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2014-cü il qərarında bildirmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşay ış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.
27. Mənzil Məcəlləsinin 30.1-30.2-ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər isti fadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
29. Hazırkı iş üzrə mübahisəli mənzil dövlət qeydiyyatına alındığı anda - xx.xx.2011-ci il tarixdə c avabdehin Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olmamışdır. Belə olan halda, kassatorun tələbləri əsaslı sayıla bilməz.
30. Qeyd olunanları nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.