Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4879/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi Əl Ərizəçi xi maraqlı şəxs kimi cəlb etdiyi iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) 11.11.2020 Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-4143/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ərizəçi Əl Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X5 xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Ağdərə rayonu ərazisi istiqamətində gedən döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsi barədədir.
2. Ərizəçi bildirir ki, bu faktın müəyyən olunması ona müəyyən güzəştlərdən və imtiyazlardan istifadə etmək imkanı verəcək müharibə veteranı adı və vəsiqəsi ilə təmin edəcəkdir. Azərbaycan Respubilkasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etməyini təsdiq edən sübutları olmadığından bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Çünki, hüquqi əhəmiyyət kəsb edən bu faktın müəyyən edilməsi məhkəmədən kənar başqa qaydada mümkün deyil.
3. Maraqlı şəxs isə bildirmişdir ki, DİN-in BƏSİİ-ndən təqdim olunmuş arayışda ərizəçinin arxiv şəxsi işinin xidmət siyahısında döyüş əməliyatlarında iştirakına dair qeydlər yoxdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyatlarından 25 ilə yaxın vaxt keçdiyinə görə ərizəçinin həmin əməliyatlarda iştirak etməsi faktını dəqiqləşdirmək mümkün olmamışdır. Həmçinin ərizəçinin döyüş əməliyatlarının birbaşa iştirakçısı olmasını təsdiqləyən əmrlərə və ya qeydlərə təsadüf olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 4. x ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək AR DİN-in Ağdərə rayon Polis Şöbəsində polis serjantı vəzifəsində xidmət etməklə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda (Ağdərə rayonu ərazisi istiqamətində) gedən döyüşlərdə iştirak etməyi faktının müəyyən edilməsi barədə q ətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Tərtər Rayon Məhkəməsinin (hakim M.Məmmədov) xx xxxx 2019-cu il tarixli, 2(061)825/2019 nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, ərizəçi xun 1993-1994-cü illərdə Ağdərə rayon Polis Şöbəsinin əməkdaşı kimi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi faktı öz təsdiqini tapmamışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Əliyeva (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) xx xxxxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməməsi, Tərtər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlan ılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. Ərizəçi kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin öz qərarını bir-iki cümlə ilə əsaslandırması tam əsassızdır və qanuni sayıla bilməz ona görə ki, ərizəçinin dediyi kimi hamıya bəlli olan haldır ki, Ağdərə rayon Polis Şöbəsi yarandığı vaxtdan ləğv edildiyi vaxtadək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etdiyind ən (ümumiyyətlə, Qarabağ döyüşlərinə həsr edilmiş bütün kitablardan, jurnallardan, qəzetlərdən, ANS-in Qızıl fondunda toplanmış video yazılardan məlum olur ki, Ağdərə rayon polis şöbəsi bilavasitə döyüş əməliyyatları gedən ərazidə fəaliyyət göstərdiyi üçün yarandığı gündən ləğv olunduğu günədək aktiv döyüş fəaliyyəti göstərib və şöbənin polis əməkdaşları ən qaynar nöqtələrdə olublar, onlarla şəhid veriblər, yaralanıblar və sair) onun bütün əməkdaşları döyüş əməliyyatlarının iştirakçıları olmuşlar və burada hər bir polis nəfərinin döyüşdə iştirak etməsinə dair hər hansı bir əlavə əmrin verilməli olmasına, yaxud ezamiyyət sənədlərinin təqdim edilməsinə də ehtiyac yox idi. Yəni, məntiqlə başqa cür də ola bilməzdi, çünki döyüş əməliyyatlarında iştirak edən hər hansı bir Polis Şöbəsinin əməkdaş ı istəsə belə bu döyüşdən kənarda qala da bilməzdi. Bu hamıya bəlli olan haldır və bu mübahisə edilə bilməz və bunun sübuta da ehtiyacı yoxdur. Məhz bu hal AR MPM-nin 82.1-ci maddəsinin təsir dairəsinə düşür. Belə ki, AR MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Bu halın davamı kimi məhkəmə nəzərə almamışdır ki, Ağdərə Rayon Polis Şöbəsi Bakı şəhərində deyil, bilavasitə qızğın döyüş əməliyyatlarının getdiyi ərazidə yerləşdiyi üçün onun işçilərinə döyüşlərdə iştirak etmələri üçün əlavə əmr, yaxud ezamiyyət vəsiqəsi verilə də bilməzdi. Həmçinin məhkəmə nəzərə almamışdır ki, Ərizəçi onunla birlikdə döyüşüb müharibə veteranı adı almış 3 (üç) nəfər şahid (X4, X1 və X3) məhkəmə prosesinə gətirmiş, lakin apelya siya instansiya məhkəməsi həmin şahidləri dindirməmiş və dindirməməsinin səbəbi kimi guya şahidlərin yalnız birinci instansiya məhkəməsində dindirilməsinin mümkün olduğunu bildirmişdir. Bundan başqa, məhkəmə prosesində Ərizəçi Ağdərə rayon Polis Şöbəsinin tərkibində döyüş əməliyyatlarında iştirak etməsini bir daha sübuta yetirmək üçün işə əlavə sənədlər, şəkillər təqdim edilməsi, ərizəçi ilə birgə döyüşlərdə iştirak edərək müharibə veteranı adı və vəsiqəsini almış çoxsaylı polis işçilərini şahid qismində məhkəməyə çağırdılıb dindirilməsi üçün onlara əlavə vaxt və şərait yaradılmasına dair şifahi vəsatətlə məhkəməyə müraciət etsə də, apelyasiya instansiya məhkəməsi ərizəçinin bu vəsatətini də nəzərə almamış, həmin vəsatəti ümumiyyətlə müzakirə etməmiş və vəsatətə hüquqi münasibət bildirməmi ş, yəni, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri sübutların toplanmasında, habelə işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında ərizəçiyə yardım etməyə borclu olduğu halda bunları etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. «Veteranlar haqqında» Az ərbaycan Respublikası Qanunu:
13. Maddə
3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci (Müharibə veteranı) hissəsinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994 -cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar yaralanmış, xəsarət və ya kontuziya almış hərbi qulluqçulara–müharibə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
15. Azərbaycan Respublikasının Nazirlər kabinetinin Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adların ın verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə xx.xx.2016-cı il tarixli 438 nömrəli Qərarına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbə y, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi q ulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.
17. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.
18. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
19. Maddə 77.1. Hər bir tərəf öz tələbləri nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 361.4. Apelyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyrimümkün olduğunu əsaslandırsın.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
26. İşdə olan, H3 № ******* saylı hərbi biletin surətindən görünür ki, Əl Ərizəçi keçmiş SSRİ SQ-də xidmətdə olmuşdur. Həmin hərbi biletdə lakin onun Azərbaycan Respublikasının SQ-də xidmətdə olması və ya erməni işğalçılarına qarşı döyüşlərdə iştirakı barədə məlumat yoxdur.
27. İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli 024-2010-1219 saylı məktubunda bildirilir ki, sabiq polis əməkdaşı Ərizəçi DİN-ə qarşı “hüquqi əhəmiyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə əlaqədar bildiririk ki, DİN-nin BƏSİİ-ndən təqdim olunmuş arayışda onun arxiv şəxsi işinin xidmət siyahısında döyüş əməliyatlarında iştirakına dair qeydlər olmadığı barədə məlumat verildiyinə, həmçinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş və əməliyatlarından 25 ilə yaxın vaxt keçdiyinə görə onun həmin əməliyatlarda iştirak etməsi faktını dəqiqləşdirmək mümkün olmamışdır. Həmçinin onun məhkəməyə təqdim etdiyi sənədlərdə iş üçün mühüm əhəmiyyət kəsb edən hallara, o cümlədən onun döyüş əməliyatlarının birbaşa iştirakçısı olmasını təsdiq edə biləcək əmrlərə və ya bu barədə qeydlərə təsadüf olunmamışdır. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, sabiq polis əməkdaşı Ərizəçi iddiasının təmin edilməməsi daha düzgün olardı.
28. Apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd ol unan hüquq normalarına istinad edərək qeyd etmişdir ki, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Ağdərə rayonun ərazisini istiqamətində gedən döyüşlərdə iştirak etməsini iddia edən Ərizəçi bunu ancaq Ağdərə rayon Polis şöbəsində, polis serjantı vəzifəsində xidmət etməklə əsaslandırmışdır. Lakin onun döyüşlərdə iştirak etməsi üçün ezamiyyəti sənədləri və ya bu faktın təsdiqinə dair hər hansı təsdiq edici sənəd məsələn əmr, sərəncam və s. olmalıdır. Belə bir mötəbər sübut isə nəinki birinci instansiya məhkəməsinə, həmçinin təklif olunmasına baxmayaraq apelyasiya baxışına da, təqdim olunmamışdır. Bundan əlavə ərizəçinin birinci instansiya məhkəməsinə şahidləri aparması, ancaq onların dindiriləməsinə dair mülahizələrini də, kollegiya əsassız hesab etmişdir, çünki bu faktı təsdiq ed ən sübut iş materiallarında yoxdur və ərizəçi tərəfindən məhkəmə iclas protokoluna da heç bir sənəd əlavə edilməmişdir.
29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, ərizəçi ƏlƏrizəçi xx.xx.1993-xx.xx.1994-cü illərdə Ağdərə rayon Polis şöbəsinin əməkdaşı kimi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etməsi iş materialları, həmçinin məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiqini tapmadığına və Azərbaycan Respublikası MPM-də hüquqi əhəmiyyəti olan faktların tanınması üçün zəruri olan şərtlərə cavab vermədiyindən ərizənin təmin edilməməsi əsaslı və qanunidir.
30. Kollegiya bildirir ki, şahidlərin birinci instansiya məhkəməsində dinlənilməsi zərurəti barədə apelyasiya məhkəmə sinin mövqeyi əsaslıdır. Çünki, birinci instansiya məhkəməsinə təqdim edilməmiş sübutlar apelyasiya baxışının predmeti ola bilməz. Şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın (§ 20). Bu əsaslara dair mötəbər sübutlar (şahidlərin dinlənilməsi üçün qaldırılmış vəsatətin rədd edilməsinə dair məhkəmə iclas protokoluna qeyd və s.) isə təqdim edilməmişdir.
31. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlə rə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Ə lƏrizəçi kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-4143/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.