Məhkəmə qərarları › İş №2(102)-488/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-488/2025

05.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-488/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: qaraj sahəsindən çıxarılma 05.03.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4551/2024 nömrəli iş üzrə 23 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 mart 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx"MMC ilə X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, QY-03/2023 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin alt hissəsində yerləşən 17 və 18 saylı qaraj sahələrinin (təmirsiz) alqı-satqısı ilə bağlı razılaşma əldə olunmuşdur. Müqaviləyə əsasən, tikinti başa çatdıqdan sonra satıcı həmin qaraj sahələrini alıcıya təhvil verəcək, alıcı isə qarajın ümumi dəyəri olan 29.000 manat məbləğini satıcıya ödəyəcəkdir. 2. "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli arayışına əsasən, X6 tərəfindən həmin qaraj sahəsinə görə 29.000 manat ödənilib və "xxxx" MMC-yə heç bir borcu qalmayıb. 3. "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli arayışına əsasən, X5 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçə lərinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahəsinə görə 31.000 manat ödənilib və "xxxx" MMC-yə heç bir borcu qalmayıb. 4. "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli arayışına əsasən, X5 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 1 maşın üçün 23 saylı açıq qaraj sahəsinə görə 21.000 manat ödənilib və "xxxx" MMC-yə heç bir borcu qalmayıb. 5. "xxxx" MMC, X6 və X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 06/2023 nömrəli “Müqaviləyə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən, 17 və 18 saylı bağlı qaraja dair xx.xx.2023-cü il tarixli, 06/2023 nömrəli müqavilə üzrə aşağıdakılar barədə raz ılığa gəlmişlər: Tərəflərin qarşılıqlı razılığına əsasən müqavilə üzrə öhdəliklərə həmin qarajlara dair alqı-satqı müqaviləsi X6 ilə bağlanması şərti ilə xitam verilir.

2. Tərəflər razılaşırlar ki, alıcı tərəfindən ödənilən vəsaiti X3 geri qaytarılır. 6. "xxxx" MMC ilə X6 arasında xx.xx.2023-cü il tarixli, KQY-03/2023 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 17 və 18 saylı iki maşınlıq qaraj sahəsinin əsaslı tikintisi və təhvil verilməsi barədə razılaşma əldə olunmuşdur. Müqaviləyə əsasən, satıcı qaraj sahəsinin tikintisini lazımi qaydada həyata keçirəcək və tikilmiş sahəni, göstərilən müddət ərzində, alıcıya təhvil verəcəkdir. Alıcı isə bu qaraj sahəsinin tərəflər arası nda razılaşdırılmış məbləğini satıcıya ödəyəcəkdir. Tərəflər həmçinin, qaraj sahəsinin alıcıya təmirsiz vəziyyətdə təhvil veriləcəyini qəbul edirlər. 7. "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli arayışına əsasən, X2 17 və 18 saylı iki maşınlıq bağlı qaraj sahəsi üzrə "xxxx" MMC-yə hər hansı bir borcu qalmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı X6 (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “qaraj sahələrindən çıxarılma, qaraj sahəsindən qanunsuz hərəkətlərə son qoyulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən “Komfort” yaşayış ko mpleksindəki binanın altında yerləşən 2 ədəd avtomobil üçün 17 və 18 saylı qarajlardan cavabdehin istifadəsində olan avtomobilin çıxarılması və qaraj sahələrindən qanunsuz hərəkətlərə son qoyulması və ona vurulmuş 600 manat maddi zərərin, 1.000 manat mənəvi zərərin, ödənilmiş dövlət rüsumuna görə 136 manat, cəmi 1.736 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyasının vətəndaşıdır, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən “Komfort” yaşayış kompleksindəki binanın altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qarajları alıb. Lakin həmin qarajların sənədlərlə ona məxsus olmasına baxma yaraq, cavabdeh xuliqanlıq hərəkətləri edərək xx.xx.2023-cü il tarixdən özgə şəxslərə (tanışlarına) məxsus avtomobilləri gətirib ona məxsus həmin qarajları zəbt edir, onun mülkiyyət hüquqlarına qəsd edir. Onun Azərbaycan Respublikasında yaşamağına və əmlakının əlindən alınmasına cavabdeh tərəfindən qəsd hərəkətləri olunur. O, öz əmlakından sərbəst istifadə etmək hüququndan məhrum olub. Bununla əlaqədar olaraq, xx.xx.2023-cü il tarixdə Nizami rayon 25-ci polis bölməsinə şikayət edib, lakin bu günədək heç bir tədbir görülməyib, təqsirkar şəxs məsuliyyətə cəlb edilməyib. Cavabdehin bu cür hərəkətləri nəticəsində o, hər ay hər qarajın aylıq 150 manatdan hesablanmaqla icarə haqqına görə ayda 300 manat icarə haqqı gəlirindən məhrum olub. İki ay ərzində (sentyabr-oktyabr) 600 manat məbləğində mad di zərər dəyib. Bundan əlavə, ona bu kimi hərəkətlər nəticəsində 1.000 manat mənəvi zərər dəyib. O, cavabdehdən dəfələrlə bu hərəkətlərinə son qoymasını və onun qarajında saxladığı özgənin avtomobilini çıxarmasını tələb etsə də, yenə də onun dediklərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirir. Bu isə onun mülkiyyət hüquqlarının pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində deyilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Ona görə də cavabdeh, ona məxsus qaraja qanunsuz sahiblik etdiyi üçün bu hərəkətlərə son qoyulması və ona vurulmuş 600 manat maddi zərərin, mənəvi ziyana görə 1.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməlidir.

10. İddiaçı, xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.100 manat maddi zərərin, 1.000 manat mənəvi zərərin, 136 manat dövlət rüsumu olmaqla, cəmi 3.236 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh hazırkı mübahisə predmeti olan ona məxsus qarajlara daxil olaraq onun çəkdiyi 1.300 manat əmlakını məhv edib, bununla bağlı olaraq 102 qaynar xətt vasitəsilə polisə məlumat verib. Həmin tarixdə də polis bölməsi tərəfindən əməkdaşlar gəlib həmin hadisəni canlı görüb və onu bölməyə dəvət edib izahatını alıblar. Toplanmış materiallara hüquqi qiymət verərək Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinin 24 n oyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, iş üzrə cinayət işi rədd edilməli, cavabdeh Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş Qərar icra olunması üçün şöbənin aidiyyəti əməkdaşına həvalə edilməlidir. Həmin Qərarla izahatı alınmış şahid ifadələri ilə tam sübuta yetirilibdir ki, onun 1.300 manat məbləğində əmlakı cavabdeh tərəfindən qəsdən məhv edilib. Bundan əlavə, 2 avtomobil qaraj yerinin 4 aydır ki, istifadə edə bilməməsi nəticəsində hər ay üzrə 300 manat icarə haqqı hesablansa da, 1.200 manat əldən çıxmış faydaya görə maddi zərər dəymişdir. Belə olan halda isə ona 2.100 manat maddi zərər, 1.000 manat mənəvi zərər dəymişdir. Ona görə də, hesab edir ki, cavabdeh ona məxsus qaraja qanunsuz olaraq sahib lik etməklə hərəkətlərinə son qoyulmasına, ona vurulmuş 2.100 manat maddi zərərin, mənəvi ziyana görə isə 1.000 manat pulun tutulmasına dair qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən ona məxsus Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən “Komfort” yaşayış kompleksindəki binanın altında yerləşən 2 ədəd maşın üçün 17 və 18 saylı qarajlardan cavabdehin istifadəsində olan avtomobilin çıxarılması və qaraj sahəsinə qanunsuz olaraq sahiblik etmək hərəkətlərinə son qoyulması və ona vurulmuş 2.100 manat maddi zərərin, 1.000 manat mənəvi zərərin, 136 manat dövlət rüsumu olmaqla, cəmi 3.636 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh xx.xx.2023-cü il tarixdə etirazla məhkəməyə müraciət ed ərək qeyd etmişdir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən rədd edilməlidir. Belə ki, iddiaçının mübahisələndirdiyi 17 və 18 saylı qarajlar "xxxx" MMC tərəfindən qanunsuz olsa da belə, xx.xx.2023-cü il tarixdə X5 adlı şəxsə satılıb (maliyyə arayışı əlavə edilir). Bu məsələnin başqa bir tərəfidir ki, o, bu barədə əqdlərin etibarsızlığı ilə bağlı məhkəmədə "xxxx" MMC və X3 qarşı iddia qaldıracaq. Bütün Azərbaycana məlumdur ki, MMC-lər tərəfindən eyni əmlaklar bir neçə müxtəlif şəxslərə qanunsuz olaraq satılır. Bu mənfi tendensiya Bakı şəhərində geniş yayılmışdır. Lakin ilk əvvəl iddiaçı bu məsələsini cəmiyyətlə araşdırmalı, əgər sonda qarajların onun adına rəsmiləşdirilməsi, digər şəxsə verilən sənədlərin etibarsız olması halında yenidən ona qarşı belə bir id dia ilə məhkəmədə mübahisə aça bilər. Həmçinin, hazırkı iddia ərizəsi üzrə vəsatətlə məhkəməyə müraciət edərək, əlavə cavabdehləri cəlb edə bilər və müvafiq olaraq digər şəxsə verilmiş müqavilələrin etibarsızlığına dair tələblə iddiasının həcmini artıra və yaxud dəqiqləşdirə bilər. Belə olan halda, o da öz növbəsində əqdlərin etibarsızlığı haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edəcək. İndiki halda isə qarşılıqlı iddianın verilməsinə zərurət yaranmır. Göründüyü kimi, hazırkı halda buna onun, yəni iddiaçının səlahiyyəti belə yoxdur. Çünki onun istinad etdiyi əmlaklar başqa şəxsə qanunsuz olsa belə satılıb. Qanunsuz olduğunu ona görə qeyd edir ki, 17, 18 və 23 saylı qarajlar ona verilib və bu günədək tərəfindən istifadə edilməkdədir. "xxxx" MMC-nin ona olan borc pul müqabil ində binanın altında yerləşən, 17, 18 və 23 saylı qarajları cəmiyyət tərəfindən sərəncamına və istifadəsinə verilib. Sadəcə o, MMC ilə işlədiyindən rəhbərlikdən hər dəfə qarajlarla bağlı sənədləri istədikdə müxtəlif bəhanələr gətirməklə əmlaklara dair sənədləşməni aparmaqdan yayınıblar. Bu hal hazırkı iddianın predmetiolmadığından etirazının əsası kimi mübahisənin bu hissəsinə toxunmur. İddiaçı həmçinin onun tərəfindən vurulmuş zərər barədə ümumi sözlər yazıb, lakin bunu əsaslandırmayıb. Qanunvericilikdə hər bir tərəfin istinad etdiyi halları sübut etməsini özündə ehtiva etmişdir. Lakin iddiaçı sadəcə həmin məbləğləri sadalayıb, bu vəsaitlərin necə əldən çıxdığını qeyd etməyib. İddiaçının həmçinin mənəvi zərərlə bağlı tələbi də absurddur. Belə ki, mənəvi zərəri Mülki Məcəllənin 21-ci maddə si əhatə edib. Həmin maddədə zərərin nədən ibarət olması özündə ehtiva edilib. Lakin iddia ərizəsində bu zərərin nədən ibarət olması və haradan yaranması göstərilməyib. İddiaçının tələbində göstərdiklərini sadalayıb və yuxarıda göstərdiklərinə əsasən hesab edir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən rədd edilməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) X4 izahat verərək bildirmiş ki, qaraj iddiaçının adına rəsmiləşdirilib. 2023-cü ilin aprel ayında qaraj iddiaçıya satılıb. Ondan əvvəl qaraj şirkətin olub. Cavabdeh qarajın ona məxsus olduğunu iddia edirsə, sənədləri təqdim etsin. O, əvvəllər mübahisəli yeri boş saxlayıb ki, oradan binaya g iriş-çıxış olsun. Onu nəzərə alaraq həmin ünvanı heç kimə satmayıb. 2023-cü ilin aprel ayında da Shakhin Seidova satıb. O, həmişə işə gələndə həmin ünvanda avtomobilini saxlayıb, hərdən axşamlar gələndə cavabdehin orada avtomobil saxladığını görüb, ona görə də o da orada avtomobilini saxlayıb və cavabdehin yolunu bağlayıb. Cavabdehə avtomobilini mübahisə predmeti olan ünvandan çıxarmağını deyib. Cavabdeh özü də onlara pul borcludur. O, binada işləyir. Səhər işə gələndə avtomobilini o qarajda saxlayırdı. Cavabdeh mübahisəli qarajların yerləşdiyi binada yaşamır. Əvvəllər borc olub, cavabdehə qarajlar verilib.

14. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 izahat verərək bildirmişdir ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 23 saylı qar ajı aldıqdan sonra 17 və 18 saylı qarajları almaq istəyirdi, lakin sonra mübahisə olduğunu görüb, müqaviləyə xitam vermişdir.

15. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Q.Əliyeva) e-2(007)-407/2024 nömrəli, 6 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahələrindən çıxarılması, qanunsuz hərəkətlərinə son qoyulması qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi mövqeyi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı 2023cü ilin sentyabr ayından cavabdehin sahibliyində olması nəticəsində əmlakından istifadə edə bilməməsi və bununla da əmlakı hesabına əldə edə bilə cəyi gəlirlərin əldən çıxmasını qeyd etsə də, əks halda əldə edəcəyi gəlirlər, bu gəlirin həcmi barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh hazırkı vaxtadək əmlakdan vicdanlı sahibkar kimi istifadə etmiş, iddiaçı ilə MMC arasında olan mövcud müqavilələrdən xəbərsiz olmuşdur.

17. Məhkəmə qeyd etmişdir ki, müvafiq sübutlar olmadığından, iddia tələbi 2100 manat maddi ziyanın, yəni əldən çıxmış faydanın tutulması ilə bağlı hissədə təmin edilməməlidir.Məhkəmə mənəvi zərərlə bağlı hissədə isə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunan sübutlar mənəvi zərərin yaranmasında cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi ilə səbəbli əlaqəni və zərərçəkənin fiziki və mənəvi sarsıntılarını aydın şəkildə ortaya qoymamışdır. Məhkəmə, iddiaçının zərərin təqsirkar tərəfdən necə və hansı ş əraitdə törədildiyini, həmin zərərin nəticəsində çəkilən mənəvi iztirabların konkret məbləğlə necə qiymətləndirildiyini göstərən kifayət qədər sübut təqdim etmədiyinivurğulamışdır. Beləliklə, məhkəmə, mülki məsuliyyətin yaranması üçün tələb olunan əsas şərtlərin yerinə yetirilmədiyi üçün iddiaçı tərəfindən qaldırılan mənəvi zərərin ödənilməsi tələbini təmin etməmişdir.

18. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 152.1, 152.5-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi bar ədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun təqdim etdiyi etiraza qiymət verməmiş, ona iddiaçı tərəfindən “votsap” vasitəsi ilə göndərilmiş sənədi sübut kimi qəbul etməmiş, həmçinin ekspertiza keçirilməsini xahiş etsə də, tələbi rədd edilmiş və bununla da məhkəmə onun hüquqlarını pozmuşdur. Halbuki, o, xx.xx.2023-cü il tarixli etirazında qeyd etmişdir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən rədd edilməlidir. Belə ki, iddiaçının mübahisələndirdiyi 17 və 18 saylı qarajlar "xxxx" MMC tərəfindən qanunsuz olsa da belə xx.xx.2023-cü il tarixdə X5 adlı şəxsə satılıb (maliyyə arayışı əlavə edilir). Bu məsələnin başqa bir tərəfidir ki, o, bu barədə əqdlərin etibarsızlığı ilə bağlı məhkəmədə "xxxx" MMC və X3 qarşı iddia qaldıracaq. Bütün Azərbaycana məlumdur ki, MMC-lər tərəfindən eyni əmlaklar bir neçə müxtəlif şəxslərə qanunsuz olaraq satılır. Bu mənfi tendensiya Bakı şəhərində geniş yayılmışdır. Lakin ilk əvvəl iddiaçı bu məsələsini cəmiyyətlə araşdırmalı, əgər sonda qarajların onun adına rəsmiləşdirilməsi, digər şəxsə verilən sənədlərin etibarsız olması halında yenidən ona qarşı belə bir iddia ilə məhkəmədə mübahisə aça bilərdi. Məhkəmə əqdinetibarsızlığını görsə də belə buna qiymət verməkdən yayınmışdır. Məhkəmə öz qətnaməsində iddiaçını mülkiyyətçi statusuna çatdırmış, lakin bunun üçün müvafiq sübutların məhkəməyə təqdim edilməsini təmin etməmişdir. Bir sözlə buna səlahiyyəti olmayan şəxs tərəfindən iddia verilir, mübahisəli qarajların alınmasında zəruri sənədlərin, yəni ilk əvvəl sahiblənmiş şəxsin notarial imtinası, birgə nikah dövrünü əhatə etdikdə şəxsin (ərin və yaxud arvadın) notarial razılığı tələb edildiyi halda bunun baş verməməsi bir daha MMC daxilində aparılmış saxta sənədləşmədən xəbər verdiyi halda bu hallar məhkəmə tərəfindən araşdırılmamış və müvafiq qiymət verilməmişdir. Vergi məcəlləsinə edilmiş dəyişikliklərə əsasən şəxs əldə etdiyi əmlakı digər şəxsə satarsa müəyyən vergi tutmalarına cəlb edilməlidir. Bunun üçün razılıq və imtinaların Notariat qaydasında həyata keçirilməsi tələb edilmişdir ki, cəmiyyətin balansına daxil olan qanunsuz pul dövriyyəsinin qarşısı alınsın. Həmçinin iş üzrə izahatları alınmış şahidlərin də çıxışlarında bu hallar səsləndirilsə də məhkəmə bunları araşdırmaqdan yayınmışdır. Onun istinad etdiyi dəlillərin isə məhkəmə tərəfindən araşdırılmaması isə məhkəmədə çəkişmə və bərabərlik prinsipini pozmuşdur.

21. Üçüncü şəxs "xxxx" MMC tərəfindən etiraz daxil olmuş, etirazda qeyd edilmişdir ki, Cavabdeh Türmən oğlunun apellyasiya şikayətində qeyd etdikləri əsassızdır. Onlar üçüncü şəxs olaraq həmin arqumentləri qəbul etmirlər. Onların aralarında müqavilə predmetinə aid qarajlarla bağlı heç bir müqavilə bağlanmayıb. Cavabdeh əvvəllər "xxxx" MMC-də işləyib, işdən çıxandan sonra şirkətin əleyhinə hərəkətlər edərək başqa şəxslərə satılan əmlakları özbaşına zəbt edərək, bildirir ki, guya həmin qarajlar onundur. Əgər mübahisə predmeti olan qarajlar onun olmasını iddia edirsə o zaman tərəflər arasında müqavilə bağlanmış olardı. İş materiallarından görünür ki, tərəflər arasında bununla bağlı heç bir müqavilə bağlanmayı bdır. Bununla belə qeyd edir ki, Bakı şəhəri Nizami Rayonu Şirin Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən “Komfort” yaşayış kompleksindəki binanın altında yerləşən 2 ədəd maşın üçün 17 və 18 nömrəli qarajlar iddiaçıya məxsusdur. Bu halları təsdiq edən müqavilə və digər sənədlər mülki iş materialları ilə tam təsdiq edilir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4551/2024 saylı, 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), A.İmanov və Şahid3) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri əsassızdır, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

24. Apellyasiya instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 21.2, 139-158, 324, 385-390, 560-cı, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

25. Ca vabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı işə baxan birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, hazırkı vaxtadək mübahisəli qeyriyaşayış sahələri cavabdehin sahibliyində olsa da, müəyyən edildiyi kimi cavabdehlə "xxxx" MMC arasında borc münasibətləri olmuş və tərəflər arasında olan şifahi razılaşmanın məzmunu məhkəməyə məlum olmasa da, cavabdeh hazırkı vaxtadək əmlakdan vicdanlı sahibkar kimi istifadə etmiş, iddiaçı ilə MMC arasında olan mövcud müqavilələrdən xəbərsiz olmuşdur. Beləliklə, birin ci instansiya məhkəməsi tərəfindən faktiki olaraq müəyyən edilmişdir ki, "xxxx" MMC ilə cavabdeh arasında borc münasibətləri olmuş və qeyd olunan halda dəfələrlə cavabdeh tərəfindən məhkəmənin nəzərinə çatdırılmışdır. Eyni zamanda bu borcun əvəzində də Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən “Komfort” yaşayış kompleksindəki binanın altında yerləşən 17, 18 və 23 saylı qarajlar cavabdehin istifadəsinə verilmiş və gələcəkdə sənədləşməsi ilə bağlı vəd verilmişdir. Lakin bütün bu halların heç biri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Digər bir hal ondan ibarətdir ki, birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il ta rixli müqavilənin surətinə əsasən, Cəmiyyət Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçəslərinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı sahəsini (təmirsiz) binanın tikintisi başa çatdıqdan sonra alıcıya təhvil verməyi, alıcı isə qaraj sahəsinin ümumi dəyəri olan 29.000 manatı satıcıya ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən, iddiaçı tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahəsinə görə 29.000 manat ödənilib və "xxxx" MMC-nə heç bir borcu qalmayıb. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən, X5 tərəfindən B akı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahəsinə görə 31.000 manat ödənilib və "xxxx" MMC-nə heç bir borcu qalmayıb. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışına görə, X5 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayı kompleksinin altında yerləşən 1 maşın üçün 23 saylı açıq qaraj sahəsinə görə 21.000 manat ödənilib və "xxxx" MMC-nə heç bir borcu qalmayıb. - "xxxx" MMC, iddiaçı və X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 06/2023 saylı müqaviləyə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən, Bakı şəhəri, Nizami, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişm əsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraja dair xx.xx.2023-cü il tarixli, 06/2023 nömrəli müqavilə üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: tərəflərin qarşılıqlı razılığına əsasən müqavilə üzrə öhdəliklərə həmin qarajlara dair alqı-satqı müqaviləsi iddiaçı ilə bağlanması şərti ilə xitam verilir.

2. Tərəflər razılaşırlar ki, alıcı tərəfindən ödənilən vəsaiti X3 geri qaytarılır. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışına görə, iddiaçının Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahəsinə görə "xxxx" MMC-nə heç bir borcu qalmayıb. "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış KQY-03/2023 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, Cəmiyyət Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifliküçəslərininkəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı sahəsini əsaslı tikilməsi və təhvil verilməsi haqqında müqavilənin predmetini satıcının qaraj sahəsinin əsaslı tikintisinin lazımi qaydada apararaq qaraj sahəsinin gələcəkdə mülkiyyətçisi ola biləcək alıcıya əsaslı tikilmiş formada, lazımi qaydada və hazırkı müqavilədə göstərilmiş müddətdə təhvil verməsi, alıcının isə qaraj sahəsinin tərəflər arasında razılaşdırılmış məbləğini satıcıya ödəməsi təşkil edir. Tərəflər razılaşır ki, qaraj sahəsi alıcıya təmirsiz vəziyyətdə təhvil veriləcəkdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiy a şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqas ına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyy ən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

35. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

36. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

37. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiy a instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən q əbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tət biq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

47. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

48. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, "xxxx"MMCti 07 aprel 2023-cü il tarixli, QY-03/2023 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Kom fort” yaşayış kompleksinin alt hissəsində yerləşən 17 və 18 saylı qaraj sahələrini (təmirsiz) 29.000 manata iddiaçıya satmış və sonuncunun həmin qaraj sahələri üzərində sahiblik, istifadə hüqüqları əmələ gəlmişdir.

49. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli arayışına görə, sözügedən qarajların 31.000 manata X1 qeyd olunsa da, "xxxx" MMC, iddiaçı və X5 arasında bağlanmış 05 sentyabr 2023-cü il tarixli razıaşmaya əsasən, 17 və 18 saylı bağlı qarajlara dair 01 sentyabr 2023-cü il tarixli, 06/2023 saylı müqavilə üzrə tərəflər, sözügedən müqavilə üzrə öhdəliklərə həmin qarajlara dair alqı-satqı müqaviləsinin iddiaçı ilə bağlanması şərti ilə xitam verilməsi və iddiaçı tərəfindən ödənilən vəsaitin X3 geri qaytarılması barədə qarşılıq lı razılığa gəlmiş və bundan sonra "xxxx" MMC ilə iddiaçı arasında 05 sentyabr 2023-cü il tarixli, KQY-03/2023 saylı müqavilə bağlanmışdır.

50. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehin sözügedən qarajlar üzərində hər hansı hüquqi əmələ gəlməmişdir və onun həmin qarajları könüllü boşaltmaması iddiaçının qanunla qorunan hüquqlarını pozur. Ona görə də birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir.

51. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxar ıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasını n 23 sentyabr 2024-cü il tarixli, 2(103)-4551/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar