Məhkəmə qərarları › İş №2(102)-4880/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4880/2020

28.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4880/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(043)-3015/2019, hakim Z.N.Hüseynov) İddiaçı2 Cavabdeh1 qarşı kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, İddiaçı2 tərəfindən 10000 manat kompensasiya verilməklə Cavabdeh1 Gəncə şəhəri, Natəvan qəsəbəsi, A-3 ev 13 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və uşaqları ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(104)-1156/2020, hakimlər Ə.İ.Məmmədov, R.Ş.Muradov, Ş.M.Əliyeva) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş,Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassator və vəkili məhkəmə kollegiyasına kassasiya şikayətindən imtina e dilməsi barədə notariatda təsdiq edilmiş ərizə ilə müraciət edərək iddiaçı ilə razılaşmaya əsasən 11000 manat kompensasiyanın ödənildiyinə istinad edərək kassasiya şikayətindən imtinanın qəbul edilib icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili ərizənin təmin edilərək şikayətdən imtinanın qəbul edilməsi və kassasiya icraatına xitam verilməsini xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətindən imtina qəbul edilməli, iş üzrə Cavabdeh1 münasibətdə kassasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410.1-ci maddəsinə əsasən kassasiya şi kayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 410.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və ya işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edərsə, kassasiya instansiyasında icraata xitam verilir. Həmin Məcəllənin 410.3-cü maddəsinə görə kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. İş üzrə kassatorun kassasiya şikayətindən imtina etməsinin qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən edilmir. Bu halda məhkəmə kollegiyası hesab e dir ki, kassatorun kassasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə Cavabdeh1 münasibətdə kassasiya icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 410-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətindən imtinası qəbul edilsin və iş üzrə kassatora münasibətdə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar