Məhkəmə qərarları › İş №2(102)-4881/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4881/2019

11.07.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4881/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qax Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(024)775/2018, hakim M.İ.Qarayev) İddiaçı “xxxx” ASC-nin “xxxx” MMC-nin Qax Sukanal idarəsinə qarşı iddiası təm in edilmiş, iddiaçının işdən azad edilməsi barədə 21 sentyabr 2018-ci il tarixli 33/k nömrəli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və iddiaçıya məcburi iş buraxmaya görə 21.09.2018-ci il tarixdən əmək haqqının ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-652/2019, hakimlər Ə.T.Məcidov, M.A.Əsədli, İ.F.Quliyev) “xxxx” ASC-nin “xxxx” MMC-nin Qax Sukanal idarəsinin apellyasiya şikayəti təmin edilmiş, Qax Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin hal ları: İddiaçı Əli oğlu 05.03.2018-ci il tarixdən “xxxx” ASC-nin “xxxx” MMC-nin Qax Sukanal idarəsində işə qəbul edilmişdir. 14.09.2018-ci il tarixdə İddiaçı onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilməsini xahiş etmişdir. “xxxx” ASC-nin “xxxx” MMC-nin Qax Sukanal idarəsinin 21.09.2018-ci il tarixli 33 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən İddiaçı işdən azad edilmişdir. 17 oktyabr 2018-ci il tarixdə İddiaçı “xxxx” ASC-nin “xxxx” MMC-nin Qax Sukanal idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən azad edilməsi barədə 21 sentyabr 2018-ci il tarixli 33 nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının 21.09.2018-ci il tarixdən ödənilməsi barədə qətnamə qəbul ed ilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onuna əsaslandırılmışdır ki, mübahisələndirilən əmrdə iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə işçinin təşəbbüsü ilə xitam verilməsi göstərilsə də, işin faktiki hallarından da göründüyü kimi 14 sentyabr 2018-ci il tarixdə iddiaçı işdən çıxma barədə kompüterdə hazırlanmış ərizə formasına imza edərkən həmin ərizənin məzmununun nədən ibarət olmasını bilməmişdir. Apellyasiya məhkəməsi iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.7-ci maddəsinin tələbləri baxımından hüquqlarının pozulub-pozulmaması məsələsinə ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə iclasının vaxtı və ye ri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı 05.03.2018-ci il tarixdə “xxxx” ASC-nin “xxxx” MMC-nin Qax Sukanal idarəsində işə qəbul edilmiş, 14.09.2018-ci il tarixdə onunla bağlanmış əmək müqa viləsinə həmin tarixdən xitam verilməsini xahiş etmiş, “xxxx” ASC-nin “xxxx” MMC-nin Qax Sukanal idarəsinin 21.09.2018-ci il tarixli 33 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən iddiaçı tutduğu vəzifədən azad edilmişdir. İddiaçı cavabdeh müəssisənin onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin qanunsuz olmasına istinad edərək həmin əmrin ləğv edilməsi, işə bərpa olunma, məcburi iş buraxma müddəti üçün orta əmək haqqının ödənilməsi tələbi barədə hazırki iddianı irəli sürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı işdən azad edilməsi barədə ərizənin verilməsi zamanı ona münasibətdə zor işlədi lməsi, hədə-qorxu gəlinməsi, yaxud hər hansı başqa üsulla iradəsinə zidd hərəkətləri etməyə məcbur olmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı tərəfindən verilmiş ərizənin məzmunundan görünür ki, o, 14.09.2018-cu il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edən əmək qanunvericiliyinin tələblərinə görə işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi işçi tərəfindən əsaslandırılmalıdır. İşçi tərəfindən zəruriliyi əsaslandırılmadığı halda işəgötürən işçinin 1 təqvim ayı əmək vəzifələrini yerinə yetirməsini, sonra onunla əmək müqaviləsinə xitam verilməsini tələb edə bilər. Bu halda işçi ilə əmək müqaviləsinə ərizədə göstərilən tarixdə xitam verilməsi işçinin əmək qanunvericiliyi ilə qorunan hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar