Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4881/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi edilməsi və işə bərpa olunması) 21.09.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2021-ci il tarixli, 2(103)3827/2021 qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşi n halları
1. İddiaçı 21.01.2019-cu il tarixdən 21.04.2019-cu il tarixədək 3 ay Cavabdehin Biznesin inkişaf departamentinin direktor müavini vəzifəsinə işə qəbul edilmiş, 08.05.2019cu il tarixdən Baş direktorun müşaviri vəzifəsinə keçirilmişdir.
2. İddiaçıya 07.07.2020-ci il tarixli əmrlə töhmət verilmiş, əsas kimi iddiaçının 30.06.2020-02.07.2020-ci il tarixlərdə davamiyyət qaydalarını pozması və 03.07.2020-ci ildə bütün iş günü işə gəlməməsi göstərilmişdir.
3. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 22.07.2020-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı qızı iddia ərizə si ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxs tərəfindən verilmiş 07 iyul 2020-ci il tarixli F001 nömrəli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Eyni zamanda İddiaçı Cavabdehə qarşı "işdən azad olunma əmrinin ləğv edilməsi və işə bərpa" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin işlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli qərardadı ilə bir icraatda birləşdirilmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1 il 6 aydan çox müddətdir ki, “Azərbaycan Metrologiya İnstitutunda” müxtəlif vəzifələrdə işləməkdədir. Hazırda isə X6 Baş direktorunun müşaviri vəzifəsində ça lışır. İddiaçının himayəsində azyaşlı uşağı vardır və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyasında ödənişli əsaslarla təhsil almaqdadır. İşlədiyi dövrdə heç bir intizam tənbeh tədbiri almamış, həmişə nümunəvi işçi olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə ölkə ərazisində xüsusi iş (əmək) rejimi tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Lakin "Azərbaycan Metrologiya institutuna" yeni təyin edilmiş baş direktorun müavini (baş direktor vəzifəsini müvəqqəti icra edən Z.Şərifov) 2020-ci ilin iyul ayının əvvələrindən bütün işçilərin işə çıxması, iş vaxtın ın həftənin altı günü, şənbə günü daxil olmaqla saat 09:00-dan 19:00-dək müəyyən edilməsi barədə göstəriş vermişdir. O, himayəsində azyaşlı uşağın olmasını, uşağın dayəsinin ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminə əsasən işə çıxa bilməməyi səbəbindən uşağın fiziki və yemək tələbatlarının ödənilməsi üçün baş direktor vəzifəsini icra edən Z.Şərifovdan şənbə günü iş günü olmadığından işə gəlməməyi və iş günləri hesab edilən vaxtlarda nahara 20 dəqiqə tez çıxmaq və nahardan 20 dəqiqə gec gəlməyi üçün icazə almışdır. Bundan bir müddət sonra 06 iyul 2020-ci il tarixdə kadrlar şöbəsi onu dəvət edərək, ayrı-seçkiliyə yol verərək yerinə başqa müşavirin təyin olunacağını bildirmiş və işdən azad olunmağı barədə ərizə yazmağını tələb etmişdir. O, ərizə yazmaqdan imtina etmiş, himayəsində azyaşl ı uşağın olduğunu bildirərək, ölkə başçısının xüsusi karantin rejimi dövründə iş yerlərinin qorunması və işçilərin əsassız yerə işdən çıxarılmasının qarşısının alınması məqsədilə X2 Xidmətinə tapşırıqlar verildiyini xatırlatmışdır. Buna baxmayaraq Z.Şərifov qərəzli olaraq onun barəsində intizam tənbehinin görülməsi haqqında 07 iyul 2020-ci il tarixli F-001 nömrəli əmr imzalamış və ona töhmət vermişdir. Əmrin verilməsinə əsas kadrlar şöbəsinin müdirinin 06 iyul 2020-ci il tarixli, x/m001944 saylı işə davamiyyəti barədə xidməti məruzəsi olmuşdur. Əmrə etiraz olaraq işdən nahara 20 dəqiqə tez çıxmaq və nahardan 20 dəqiqə gec qayıtmağı üçün Z.Şərifovdan icazə aldığını, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Cavabdeh X6 işə cəlb ediləcək əməkdaşların siyahısının olmamasını bildirmişdir. Daha sonra köhnə tarixlə Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Cavabdeh X6 işə cəlb ediləcək əməkdaşlarının 03 iyul 2020-ci il tarixli siyahısı 08 iyul 2020-ci il tarixdə ona elektron poçt vasitəsilə göndərilmişdir. Sözügedən siyahı ilə 08 iyul 2020-ci il tarixdə tanış olmuşdur. "Xüsusi Karantin Rejiminin X1 Alınması və Monitorinqi Sistemində" fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində icaze.e-gov.az portalında onun icazəsi aktivləşdirilməmişdir. Bunun nəticəsi olaraq xüsusi karantin rejimi qaydaları pozan fiziki şəxs kimi ona bir neçə dəfə inzibati qaydada cərimə tətbiq edilmişdir. Onun tərəfindən 02 iyul 2020-ci il tarixdə Z.Şərifova Azərbaycanda elan edilmiş xüsusi karantin rejimi ilə bağlı, himayəs ində azyaşlı uşağın olmasını nəzərə alaraq, işə gəlmədən online qaydada işi icra etmək müraciəti, kadrlar şöbəsinin mütəxəssisi Ş.Mövsümova tərəfindən müsbət cavablandırılaraq, onun iş fəaliyyətinin online şəkildə davam etdirilməsinə icazə verildiyini bildirmişdir. Cavabdehin ona töhmət verilməsi barədə əmrinin ləğv edilməsi tələbinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılıb qurtaranadək, işəgötürənlə onun arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin cavabdehə qadağan olunması barədə ərizəsi təmin edilmiş və məhkəmənin 17.07.2020-cı il tarixli qərardadı ilə, işə mahiyyəti üzrə baxlıb qurtaranadək onun işdən azad olunması işəgötürən Cavabdeh X4dağan edilmişdir. Həmin qərardad cavabdehin şikayəti əsasında məhkəmənin 21.07.2020-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. Bundan cəmi bir gün sonra - 22.07.2020-ci il tarixdə onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş, həmin qərardadın onun tərəfindən mübahisələndirilməsi üçün nəzərdə tutulmuş prosessual müddət gözlənilməməklə, qərardadın qəbul edilməsindən cəmi bir gün sonra onun işdən azad edilməsi ilə yeni bir pozuntu həyata keçirilmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən qəbul edilmiş qərardadın tam hüquqi qüvvəsini alması üçün 10 gün prosessual müddət (mübahisələndirmə-şikayət müddəti) müəyyən olunmuşdur. Yəni qanunla nəzərdə tutulmuş imperativ tələbə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.07.2020-ci il tarixli qərardadı ilə nəzərdə tutulmuş hərəkətlərin icrasına (hərəkətə və ya hərəkətsizliyə) ən tezi 10 gündən sonra, həmin qərardad qanuni qüvvəsini aldıqdan sonra, 01.08.2020-ci il tarixdən etibarən başlanıla bilərdi. İşəgötürənin qeyd etdiyi 21.01.2019-cu il tarixli əmək müqaviləsi qüvvədə ola bilməzdi, belə ki, 21.01.2019-cu il tarixdən sonra o, iki dəfə daha yüksək başqa vəzifələrə təyin olunduğundan işəgötürənin istinad etdiyi müqavilə ilə əmək müqaviləsinə xitam verməsi tam əsassız və qanunsuzdur.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli e-2(006)3932/2020 nömrəli qətnaməsi ilə (hakim C.Musayeva) İddiaçı Cavabdehə qarşı “töhmətin verilməsi barədə əmrin ləğv edilməsi” tələbinə dair və “işdən azad olunma əmrinin ləğv edilməsi və işə bərpa” tələblərinə dair iddiaları təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı əmək müqaviləsinin müvaf iq şərtlərinə zidd şəkildə işə gec gəlməklə, nahar fasiləsindən gec qayıtmaqla və işdən tez çıxmaqla əmək intizamını təqsirli olaraq pozmuşdur. Bu fakt Cavabdehin kadrlar şöbəsinin müdiri D.Məmmədova tərəfindən tərtib edilmiş 06.07.2020ci il tarixli akt və xidməti məruzə, habelə X6 girişində quraşdırılmış turniketin göstəricilərinə əsasən öz təsdiqini tapmışdır. İddiaçı işdən nahara 20 dəqiqə tez çıxması və nahardan 20 dəqiqə gec qayıtması üçün təşkilatın rəhbəri olan Z.Şərifovdan icazə aldığına istinad etsə də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının işdən azad olunması barədə ərizə yazmasının cavabdehin əməkdaşları tərəfindən ondan tələb edildiyi, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Cavabdeh X6 işə cəlb ed iləcək əməkdaşların siyahısnın olmamasına dair irəli sürdüyü dəlilləri də heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. İddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə olan əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi ilə cavabdeh tərəfindən əsaslandırılmış, intizam xətasına yol verilməsinin səbəb və şəraitinin aydınlaşdırılması üçün intizam tənbehi iddiaçıya elan edilməmişdən əvvəl ondan yazılı izahat verilməsi tələb edilmiş, bir sözlə əmr verilərkən əmək qanunvericiliyinin tələblərinə tam şəkildə əməl edilmişdir. İddiaçının «töhmətin verilməsinə dair əmrin ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə daha sonra göstərmişdi r ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuş, müqavilədə müəyyən edilmiş müddət 3 ay təşkil etmişdir. Baxılan iş üzrə tərəflər müvafiq təşəbbüslə çıxış etmədiklərindən qanunun tələbinə əsasən müqavilənin müddəti bir neçə dəfə 3 ay müddətinə avtomatik uzanmış, lakin 21.01.2019-cu il tarixdən başlanmış əmək münasibətlərinə müqavilədə göstərilən müddət eyni müddətə bir neçə dəfə uzadıldığına baxmayaraq, 21.07.2020-ci il tarixdə cavabdehin təşəbbüsü ilə xitam verilmişdir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, əmək müqaviləsinin müddətinin bitməsi ona xitam verilməsinin qanuni əsası olduğundan, işəgötürən - cavabdeh bu müqaviləyə birtərəfli qaydada xitam verməyə haqlı olmuşdur və onun müvafiq əmrinin ləğv edilməsinin heç bir əsası yoxdur. Belə ki, əmək m üqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə riayət olunmuş, iddiaçı cavabdeh tərəfindən müvafiq bildirişlə əmək müqaviləsinin müddətinin 21.07.2020-ci il tarixdə bitməsi və həmin müqavilənin müddətinin uzadılmaması barədə xəbərdar olunmuş, əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsaslandırılmış və imzalanmış, İddiaçı ilə son haqq-hesab işləri aparılmışdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əməmk Məcəlləsinin 68, 73, 76.1, 76.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı X3 həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilərək, cavabdehin 07 iyul 2020-ci il tarixli F-001 nömrəli əmrinin ləğv olunması və cavabdehə qarşı “işdən azad olunma əmrinin ləğv edilməsi və işə bərpa ” tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2021-ci il tarixli, 2(103)-3827/2021 qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının 21.01.2019-cu il tarixdən sonra iki dəfə daha yüksək vəzifələrə təyin olunduğu üçün işəgötürənin istinad etdiyi maddəyə əsasən əmək müqaviləsinə xitam verilməsinin tam qanunsuz olması barədə dəlilləri əsassızdır. Çünki iş materi allarında olan 21.01.2019-cu il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə məlumatdan görünür ki, iddiaçının Baş direktorun müşaviri vəzifəsinə keçməsi mübahisə predmeti olan əmək müqaviləsinin müvafiq bəndlərinə dəyişiklik edilməklə baş vermiş və onun əsas vəzifələrinə və əmək funksiyalarına vaxtında, keyfiyyətlə əməl edib-etməməsi 21.01.2019-cu il tarixli müqaviləyə əsasən tənzimlənmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayətində iddia ərizəsində göstər ilən işin faktiki halları təkrarlanmış, həmçinin qeyd olunmuşdur ki, onunla cavabdehin arasında bağlanmış 21.01.2019-cu il tarixli əmək müqaviləsi qüvvədə ola bilməzdi. Çünki həmin müqavilə bağlanandan sonra iki dəfə onun vəzifəsi dəyişdirilmiş, daha yüksək vəzifələrə qəbul edilmişdir. Əmək haqqı fərqli olan başqa vəzifələrə təyin olunması yeni əmək müqaviləsi, yeni şərtlər deməkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, yazılı vəsatətlə müraciət edərək, vəkilinin əməliyyat olunması ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaç ının vəsatəti təmin edilməmişdir. Çünki Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bu normanın tələbinə görə məhkəmə iclasına gəlməyən şəxs təkcə məhkəməyə gələ bilməyəcəyi barədə məlumat verməklə kifayətlənməməli, bunun üzürlü səbəbi barədə sübutu təqdim etməlidir. İddiaçı qanunun bu tələbinə əməl etməmiş, üzürlü səbəb barədə sübutu təqdim etməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçının və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması. Maddə
73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qa ydası
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir t əqvim həftəsi keçməmiş xitam verilə bilər. Maddə
76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə
292. İşçinin pozulmuş hüquqlarının bərpasını iddia etmək hüququ
1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanla ra müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə
294. Fərdi əmək mübahisələrinə baxan orqanlar
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
17. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
16. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldi yi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-nə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
17. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
18. Qanunun tələ binə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mü nasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə razılaşır və qeyd edir ki, iddia tələbinin hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edil məsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir.
24. İşin məhkəmlər tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi üçün Əmək Məcəlləsinin 300-cü maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur.
25. Tərəflər arasında yaranmış münasibətlər müddətli əmək münasibətləridir və məhkəmələr iddianın həll inə haqlı olaraq Əmək Məcəlləsinin müddətli əmək müqaviləsinin müddəalarını tətbiq etmişlər.
26. Məhkəmə kollegiyası iddiaçının onunla əvvəllər bağlanmış əmək müqaviləsinin artıq qüvvədə olmadığı, yeni vəzifəyə keçirilməsi ilə cavabdehlə yeni müqavilə bağlandığı barədə dəlilləri ilə əlaqədar olaraq qeyd edir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinə görə əmək müqaviləsi müddətli və ya müddətsiz bağlana bilər.
27. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə görə əmək müqaviləsi işəgötürənlə işçinin hüquq və vəzifələrini müəyyən edən əsas sənəddir. Tərəflərin arasında bağlanmış əmək müqaviləsinin 10.3-cü maddəsində göstərilir ki, tərəflərin razılaşdırdıqları dəyişikliklər və əlavələr bu əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. Tərəflərin arasında bağlanmış əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 08.05.2019-cu il tarixli razılaşmadan görünür ki, əmək müqaviləsinin 1.2, 3.1. və 4.1-ci bəndlərinə dəyişikliklər edilmişdir. Əmək müqaviləsinin bu bəndləri müvafiq olaraq işçinin əsas iş yeri, işçinin əmək funksiyası və əmək haqqı məbləği barədə şərtləri əks etdirir. Əmək müqaviləsinin müddəti isə müqavilənin 2-ci bəndində müəyyən olunmuşdur və tərəflərin əmək müqaviləsinə etdiyi əlavə və dəyişikliklər, əmək müqaviləsinin müddətlə bağlı şərtini dəyişməmiş, onların arasında müddətli əmək münasibətləri davam etmişdir.
29. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraa t çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2021-ci il tarixli, 2(103)3827/2021 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.