Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4885/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, əmək müqaviləsinin müddətin bitməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı, onun vəkili Əliyev Seyfəddin Sadıx oğlunun və Cavabdeh İB-nin vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(103)2923/2021 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İddiaçı və Cavabdeh İB arasında 11 yanvar 2016-cı il tarixdə 1 il müddətinə əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə işəgötürənin 09 avqust 2019-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-ci maddəsinin 2-ci bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, işdən azad olunması barədə 09.08.2019-cu il tarixli əmrin ləğv edilməsi, onun Cavabdeh İB-nin Bakı X1 Departamen tinin Sabunçu rayonu üzrə texniki istismar xidmətinin böyük mühəndisi vəzifəsinə bərpa olunması, 09.08.2019-cu il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddətinə görə hesablanmış əmək haqqı məbləğinin və mənəvi zərərə görə 100000 manat məbləğdə pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-ci tarixdən 09.08.2019-cu il tarixədək cavabdeh müəssisədə müxtəlif vəzifələrdə çalışmışdır. 11.01.2016-cı il tarixində imtahan verdikdən sonra Cavabdeh İB-nin Bakı X1 Departamenti Sabunçu rayonu üzrə Texniki İstismar Xidmətində böyük mühəndis vəzifəsində əmək fəaliyyətini davam etdirmiş, kollektivdə böyük nüfuza sahib olmuşdur. Lakin Bakı Regional Qaz İstismar Departamentinin rəisi həmin vəzifəyə gəldikdən son ra onunla qeyri-qanuni işlər etmədiyinə görə qərəzli davranmağa başlamışdır. Onun qanunsuz hərəkətlərinə göz yummadığı üçün bu barədə müvafiq səlahiyyətli şəxslərə məlumat vermişdir. Onun qanunsuz hərəkətlərinin qarşısını almaq istədiyi üçün Departamentin rəisi Cavabdeh Baş direktoruna onun barəsində xidməti yazı təqdim etmiş, gua vəzifə təlimatlarından kənar işlər gördüyünə, vəzifə səlahiyyətlərinə məsuliyyətsiz yanaşdığına görə onunla əmək müqaviləsinin bağlanmamasını xahiş etmişdir. Lakin onun iddiaları araşdırılmış və əsassız olduğundan müraciəti təmin edilməmişdir. Departamentin rəisi ona qarşı daha sərt və qərəzli mövqe nümayiş etdirmiş, onun işdən çıxarılması üçün əlindən gələni etmişdir. 09.08.2019-cu il tarixində səhhəti pisləşmiş və təcili yardım maşını birbaşa iş yerinə gələrək onu xəstəxanaya aparmışdır. Həmin gün vəziyyəti yaxşı olmadığı üçün təzyiqi düşməmiş, həkim nəzarətində olmuşdur. Ona 09.08.2019-cu il tarixindən 23.08.2019-cu il tarixinə qədər əmək qabiliyyətinin olmaması barədə arayış verilmişdir. Lakin 14.08.2019cu il tarixdə ona məlum olmuşdur ki, 09.08.2019-cu il tarixdə o işdən azad edilmiş, işdən azad edilməyi barədə əmr 5 gün sonra, 14.08.2019-cu il tarixində poçt vasitəsi ilə ona təqdim edilmişdir. Həmin əmr qanunsuz və əsassızdır. Çünki əmr onun əmək qabiliyyətini itirdiyi zaman tərtib edilmiş və o, əmək qabiliyyəti olmayan zaman işdən çıxarılmışdır. Halbuki iş kollektivi və rəhbərlik onun 09.08.2019-cu il tarixində səhhətinin ağırlaşdığını və xəstəxanaya yerləşdirilməyindən, əmək qabiliyyətinin olmamasından məlumatlı olmuşdur. Bundan əlavə, onu nla bağlanmış əmək müqaviləsinin müddəti bitmədən qanunsuz olaraq işdən azad edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarışa əsasən müəyyən olunur ki, əmək müqaviləsinin müddətinin bitdiyi tarix 14.01.2020-ci ildir. Ümimiyyətlə, onunla əmək müqaviləsi müddətsiz bağlanmış, sonradan əmək müqaviləsinə edilmiş dəyişiklikdə isə razılığı və imzası olmamışdır. Onunla müddətli əmək müqaviləsinin bağlanılması qanunvericiliyin tələblərinə də ziddir. Cavabdeh müəssisədə 30 ilə yaxındır ki, çalışır və son işlədiyi vəzifə böyük mühəndis vəzifəsi olmuşdur. Göründüyü kimi, onun gördüyü iş və tutduğu vəzifə daimi xarakterə malik olduğu üçün onunla müddətli əmək müqaviləsi bağlana bilməzdi. Həmçinin o, işdən azad olunarkən və işdən az ad olunmağı barədə əmr tərtib edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Əmək kitabçası və son haqq-hesab hal-hazıra qədər ona təqdim edilməmişdir. Son haqq-hesab olaraq ona 200 manat ödənilməli halda 400 manat ödənilmişdir. Cavabdehin qanunuz hərəkətləri nəticəsində işsiz qalmış və əmək haqqı almamışdır. Z.Mehrəliyevin təzyiqləri nəticəsində ürək və şəkər xəstəliyi tutmuş, 2 dəfə ağır vəziyyətdə xəstəxanada müalicə almışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7565/2019 saylı, 30.09.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən P.Zamanlı ) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Dövlət Neft Şirkətinin Cavabdeh 09.08.2019-cu il tarixli, SOCAR**********00070020B00899 saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh Bakı X1 Departamentinin Sabunçu rayonu üzrə texniki is tismar xidmətinin böyük mühəndisi vəzifəsinə bərpa edilməsi, 09.08.2019-cu il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin iş yerinə dair arayışa görə iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti cavabdehin iddia etdiyi kimi 12 yanvar 2019-cu il yox, 14 yanvar 2020-ci il tarixdə qurtarmalı idi. Cavabdeh əmək müqaviləsinin müddətinin 12 yanvar 2019-cu il tarixdə bitməsini əmək müqaviləsinin 2-ci bəndi ilə əsaslandırsa da, işin hallarından görünür ki, əmək müqaviləsinin qeyd edilən bəndi ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi iş yerinə dair arayışda göstərilmiş əmək müqaviləsinin bitməsi müddəti ilə bağlı qeyd arasında ziddiyyət mövcuddur. Əmək müqaviləsi bildirişi elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsi ilə yalnız işəgötürən tərəfindən yerləşdirilir. Həmin məlumatların düzgünlüyünə görə məsuliyyəti isə işəgötürən özü daşıyır. Elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi barədə məlumatlara kənar şəxslərin müdaxilə etməsi isə qeyrimümkündür. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti 14 yanvar 2020-ci il tarixdə bitdiyi halda, cavabdeh tərəfindən həmin əsasla əmək mü qaviləsinə xitam verilməsi barədə 09 avqust 2019-cu il tarixli əmr Əmək Məcəlləsinin 73-cü maddəsinə zidd olduğundan ləğv edilməli və işçi əvvəlki vəzifəsinə bərpa olunmalıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 7, 73-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
7. Cavabdeh İB həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı da həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli, 2(103)2137/2020 saylı qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, cavabdehin apelyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş və iddia tələbləri təmin olunmuş hissədə rədd edilmişdir.
10. Apelyasiya instansiyası məhkəməsi, hesab etmişdir ki, iddiaçı işə başladığı gün, yəni 09 avqust 2019-cu il tarixdə yenidən əmək qabiliyyətinin olmaması barədə arayış alaraq, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmri mübahisələndirmiş, bununla da qanunvericiliyin ona verdiyi hüquqlardan sui-istifadə etmişdir. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağla nsa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən, qanunvericiliyin tələblərinə riayət etmişdir, bu səbəbdən də iddiaçının tələbi əsaslı sayıla bilməz.
11. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mənəvi zərərin tutulması tələbi ilə bağlı bildirmişdir ki, cavabdehin iddiaçıya münasibətdə qanunvericiliyinin tələblərinin pozulması ilə müşayiət edilən hər hansı bir hərəkətlərinin olması barədə iddiaçı tərəfindən m əhkəməyə hər-hansı sübut təqdim edilmədiyindən, iddiaçının mənəvi ziyan tələbinin hüquqi əsası müəyyən edilmir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2020-ci il tarixli 2(102)-5003/2020 saylı qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli 2(103)- 2137/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmışdır.
14. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki: “Apelyasiya insta nsiyası məhkəməsi iddiaçının xəstəlikdən sonra işə çıxdığı birinci gün əmək müqaviləsinə xitam verildiyini əsas götürərək, işəgötürən tərəfindən əmək qanunvericiliyinə riayət edildiyi, iddiaçının isə bunun əksini sübut etmədiyi qənaətinə gəlmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi, iş materiallarından iddiaçının 01 avqust 2019-cu il tarixdən 06 avqust 2019-cu il tarixədək ambulator rejimdə müalicə aldığı müəyyən olunur. Həmçinin iş materiallarında İddiaçı 15 yanvar 2019-cu il tarixdən 14 fevral 2019-cu il tarixədək, 27 may 2019-cu il tarixdən 14 iyun 2019-cu il tarixədək, 15 iyun 2019-cu il tarixdən 31 iyul 2019-cu il tarixədək səhhəti ilə bağlı işdən azad olunması ilə bağlı tibbi sənədlər mövcuddur. Bununla belə, işə iddiaçının müqavilənin bitdiyi 11 yanvar 2019-cu il tarixdən əmək mü qaviləsinə xitam verildiyi 09 avqust 2019-cu il tarixədək olan 8 aya yaxın müddətdə daimi olaraq üzrlü səbəbdən işə çıxmadığını təsdiq edən sübutlar əlavə olunmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh təşkilatın əmri mübahisələndirildiyindən, həmin əmrin qanuniliyini və əsaslılığını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Lakin apelyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 73-cü maddəsinin ikinci hissəsinin dispozitiv şərtlərinə dair iş materiallarında sübutlar mövcud olmadığı halda, həmin maddəyə istinad etməklə, cavabdehin əmrinin qanuni olması qənaətinə gəlmişdir. İddiaçı və cavabdeh arasında bağlanmış əmək müqaviləsinin 11 yanvar 2019-cu il tarixdən sonra hansı əsasla uzadılması araşdırılmamış qalmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh təş kilatın əmrinin qanuniliyinə hüquqi qiymət verilməsi üçün həmin hallar əhəmiyyət kəsb etdiyindən verilmiş sorğuya cavabın alınması təmin edilməli, məlumat avtomatik olaraq elektron informasiya sisteminə daxil edildiyi halda, bunun hüquqi nəticələri qanunvericiliyə uyğun araşdırılmalı və nəticəsindən asılı olaraq mübahisəyə hüquqi qiymət verilməlidir. Bundan əlavə iddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 1992-ci ildən cavabdeh təşkilatda işləmiş, lakin 2016-cı ildə qanunsuz olaraq onunla müddətli əmək müqaviləsi bağlanmışdır.... Lakin iş materiallarında iddiaçı və cavabdeh arasında bağlanmış 11 yanvar 2016-cı il tarixli əmək müqaviləsinin surəti əlavə edilsə də, iddiaçının cavabdeh təşkilatda hansı tarixdən işləməsi, qeyd olunan müqavilədən əvvəl əmək müqaviləsinin bağlanılıb-bağlanmam ası, tərəflərin müqavilə münasibətlərinin fasiləsiz olaraq 5 ildən artıq müddətdə davam etməsi və bundan irəli gələrək iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətli olmasında qanun pozuntusunun mövcud olmasından ibarət iddiaçının dəlillərinə hüquqi qiymət verilməmişdir”. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(103)-2923/2021 saylı qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) iddiaçının və cavabdehin apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(011)-7565/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apelyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnam əsini qənaəti qanuni və əsaslıdır hesab etmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən iddiaçının 1994-cü ildə Cavabdeh QSC-də əmək fəaliyyətinə başladığını, 25 ildən artıq müddətdə eyni sahədə müxtəlif vəzifələrdə işlədiyini bildirmiş və Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci, 4-cü hissələrinə, 47-ci maddəsinin «f» bəndinə istinad etməklə qeyd etmişdir ki, göründüyü kimi, əmək qanunvericiliyi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olduğunu müəyyən etmişdir. Yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Kas sasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh İB həmin qətnamədən apelyasiya kassasiya verərək, qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiaya instansiyasına qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatda müqavilənin bağlanma tarixi 11.01.2016-cı il, bitmə tarixi isə 11.01.2017-ci il tarixi göstərilmişdir. Əgər əmək müqaviləsinin müddəti qurtardıqda əmək münasibətləri davam etdirilərsə onda MEİS-də müqavilə avtomatik olaraq 1 il müddətinə uz adılır. Məsələn, 12.01.2017-ci il tarixdə müddəti bitən əmək müqaviləsinə xitam verilmirsə avtomatik olaraq 12.01.2018-ci il tarixə kimi uzadılır. Beləliklə, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 12.01.2019-cu il tarixdə bitsə də, iddiaçı xəstəliyi ilə əlaqədar işə çıxmamış, belə olan halda onunla bağlanmış əmək müqaviləsinə bitmə tarixindən 1 həftə ərzində xitam verilməsi mümkün olmamış və MEİS tərəfindən avtomatik olaraq müqavilənin bitmə tarixi 14.01.2020-ci il tarixə dəyişilmişdir. Yəni müqavilənin müddətinin uzadılması işəgötürən tərəfindən deyil, MEİS tərəfindən avtomatik olaraq həyata keçirilir. Göründüyü kimi cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə tam şəkildə riayət edilmişdir. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməs i, iş üzrə Ali Məhkəmənin 12.10.2020-ci il tarixli qərarında verilmiş göstərişlərə əməl etməmişdir. Həmçinin məhkəmə işin ədalətli həlli üçün müqavilənin müddətinin avtomatik artırılıb-artırılmaması barədə ən azından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ilə müraciət edib cavab ala bilərdi ki, hakim bunu da etməmişdir. İşin hallarından müəyyən edilir ki, 14.01.2019-cu il tarixdən sonra tərəflər arasında əmək münasibətləri davam etdirilməmişdir. Belə olan halda müqavilə 14.01.2020-ci il tarixədək uzadılmış hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında Cavabdeh İB-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək ş ikayətin təmin olunmasını xahiş etdi.
22. Məhkəmə iclasında İddiaçı qıznın vəkili Əliyev Seyfəddin Sadıx oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə
45. Əmək müqaviləsinin müddəti 1.Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. (31 may 2017-ci il tarixli 675-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək olan redaksiyada)
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə
47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması. Maddə
73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim h əftəsi keçməmiş xitam verilə bilər. Maddə
76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə
287. Fərdi əmək mübahisələri anlayışı Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlər lə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə
292. İşçinin pozulmuş hüquqlarının bərpasını iddia etmək hüququ
1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə
294. Fərdi əmək mübahisələrinə baxan orqanlar
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəg ötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
24. Azərbaycan Respublikasının Mül ki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaql a apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
26. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fakt lara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edilməsinə baxmayaraq, kassasiya şikayətinin məzmunundan və işin hallarından görünür ki, cavabdeh apelyasiya məhkəməsinin qətnaməsini iddiaçının apelyasiya şikayətinin təmin olunmaması hissəsində mübahisələndirmir. Kassatorun dəlilləri, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi, işə bərpa olunması və məcburi işburaxmağa görə əmək haqqının ödənilməsinə aid hissədə qətnamənin ləğvinə yönəlmişdir. Ona görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi bu hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası mə hkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
32. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki hallarına görə iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanmış, iddiaçı cavabdehin Bakı X1 Departamentinin Sabunçu ray onu üzrə Texniki istismar xidmətinə 11-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə əmək müqaviləsinin bağlanması barədə bildiriş elektron informasiya sistemində qeydiyyata alınmışdır. İddiaçı 15 yanvar 2019-cu il tarixdən 14 fevral 2019-cu il tarixədək, 27 may 2019-cu il tarixdən 14 iyun 2019-cu il tarixədək, 15 iyun 2019-cu il tarixdən 31 iyul 2019-cu il tarixədək səhhəti ilə bağlı işdən azad olunmuşdur. Onunla əmək müqaviləsinə xitam verilməzdən əvvəl isə sonuncu dəfə 01.08.2019-06.08.2019-cu il tarixlərdə ambulator rejimdə müalicədə olmuş, 07.08.2019-cu il tarixdə əmək funksiyasının icrasına başlamışdır. İddiaçı yenidən 09.08.2019-cu il tarixdən 24.08.2019-cu il tarixdək abulator rejimdə müalicədə olmaqla işdən azad edilmişdir. Cavabdehin 09.08.2019-cu il tarixli ə mri ilə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işdən azad edilmiş, bu barədə məlumat iddiaçıya 14.08.2019-cu il tarixdə poçt vasitəsilə çatdırılmışdır. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş 09.08.2019-cu il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır.
33. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək müqaviləsinin müddətinin uzadılması barədə elektron informasiya sisteminə daxil edilmiş məlumatlarla bağlı cavabdehin dəlillərinin araşdırmış və qeyd etmişdir ki, “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli, 183 saylı Qərarının 4-cü bəndində əmək müqaviləsinin bağlanılması ilə əlaqədar əmək müqaviləsi bildirişişinin sistemə daxil edilməsinin 2 forması nəzərdə tutulmuşdur: avtomatik rejimdə daxil olan məlumatlar və avtomatik rejimdə daxil olmayan məlumatlar. Qaydaların 4.3.-cü bəndinə əsasən əmək müqaviləsinin bağlanıldığı tarix (elektron informasiya sistemi istifadəyə verilən tarixdən sonra bağlanılmış əmək müqavilələri istisna olmaqla) və müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix avtomatik rejimdə daxil olunmayan məlumatlardır ki, həmin məlumatları sistemə işəgötürən daxil edir. Belə ki, Əmək Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin h) bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifəsidir.
34. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cavabdeh İB-yə ünvanlanmış 02 aprel 2020-ci il tarixli məktubun və ona əlavə olunmuş cədvəlin surətinə əsasən Nazirliyin Elektron hökumət portalında yerləşdirilmiş “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” xidmətində istifadəçilərin proqram təminatının şərtlərinə müdaxilə etmək imkanı yoxdur və əmək müqaviləsi bildirişinə Əmək Müqavil əsinin 73.2-ci bəndinə əsasən xitam verildiyi halda proqram təminatına xitamla bağlı hər hansı məhdudiyyət daxil edilməmişdir. Lakin məktuba əlavə olunmuş cədvəlarayışda müqavilənin müddətinin uzadılmasına dair məlumatın hansı tarixdə və hansı qaydada (avtomatik və ya qeyri-avtomatik) daxil edilməsi göstərilməmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi bu hallara əsasən hesab etmişdir ki, müqavilənin bitmə tarixinin avtomatik olaraq uzadılması halı istisna edilmir.
36. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən, kassasiya məhkəməsinin iş üzrə əvvəlki qərarında verilmiş göstərişə uyğun olaraq işçinin əmək müqaviləsinin müddəti ilə bağlı elektron informasiya sistemində qeydiyyatla bağlı araşdırma aparmış və əsaslı nəticəyə gəlmişdir.
37. Nəzərə alınmalıdır ki, apelyasiya məhkəməsi cavabdehin apelyasiya şikayətini rədd etməsini onunla əsaslandırmışdır ki, əmək qanunvericiliyi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olduğunu müəyyən etmişdir. Yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. İddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərə fin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, 1 il müddətinə əmək müqaviləsi bağlamışdır. 25 illik iş stajına malik kifayət qədər ixtisaslı işçi ilə 1 il müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir.
38. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır və iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğundur.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(103)2923/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.