Məhkəmə qərarları › İş №2(102)-4886/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4886/2022

01.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4886/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evdən çıxarılma, evə köçürülmə, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zəbt olunmuş fərdi yaşayış evindən çıxarılma və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2543/2022 nömrəli, 19 aprel 2022ci il tarixli qətnaməsindən İddiaçı ( vəkili Vəkil2 Qədər qızı) tərəfindən verilmiş kassasiya şikayətinə 01 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə bildirilmişdir ki, Nardaran qəsəbəsi X13 (küçənin keçmiş adı X14) küçəsində yerləşən ev, 17 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş bir qrup qəsəbə sakinlərinin ərizəsinə əsasən qəsəbə sakini İddiaçı tərəfindən inşa edilmişdir. Ev İddiaçı məxsusdur.

3. Nardaran Bələdiyyəsi məhkəməyə bildirmişdir ki, ünvan 3 ünvanına dair bələdiyyədə sənəd mövcud deyil, bələdiyyə tərəfindən həmin ünvana heç bir sənəd verilməmişdir.

4. Cavabdeh1 mübah isəli evi iddiaçının oğlundan aldığını, iddiaçının digər oğluna torpağa və evə görə bir neçə ay kirayə haqqı ödədiyini, daha sonra isə evi aldığı şəxsin göstərişi ilə kirayə haqqını dayandırdığını, hazırki mübahisənin də buradan qaynaqlandığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və ailə üzvlərinin həmin evə köçürülməsi və cavabdehin həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 evdən çıxarılmaları və özünün həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını x ahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 4 ünvanında qeydiyyatda olsa da, 50 ilə yaxındır ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X14 küçəsində yaşayır. Cavabdeh1 onun evini zəbt edərək həmin evdən çıxmaq istəmir. Bununla bağlı dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etsə də, bir nəticəsi olmamışdır. 3 nəfər qonşusunun notarial qaydada bildirdiyi ərizə qeyd edilən ünvanın onun əmlakının olduğunu təsdiq edir. Onlar kirayəşin kimi ayda 100 manat pul məbləğində evin kirayəsinə görə pozulmuşsa da, nəticədə evdən çıxmırlar və heç bir ödəniş etmirlər. Bu səbəbdən o, küçələrdə qalır.

8. Cavabdeh1 iddianı qəbul etməyərək, bildirmişdir ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X14 küçəsində yerləşən mübahisəli evi 2008-2009-cu illərdə iddiaçının oğlu Bünyatov Ələmdar şəxsən özü inşa etmişdir. Həmin evdə yaşayış olduğu üçün 2011-ci il tarixdə "xxxx" ASC tərəfindən X1 adına kod verilmiş və sayğac quraşdırılmış, hazırda həmin kod üzrə ödənişlər onun tərəfindən ödənilir. Bundan əlavə 2016-cı ilin fevral ayında «Azəriqaz» İB həmin ünvanda yaşayan X1 həyat yoldaşı Ağarzayeva Səadətin adına abonent kodu verilmiş və sayğac quraşdırılmışdır. xx.xx.2016-cü ildə iddiaçının oğlu Ələmdar qaynatası Ağaziya Ağarzayevə mülki etibarnamə verdikdən sonra 2017-ci ildə həyat yoldaşı ilə Almaniyaya köçmüşdür. İddiaçının digər oğlu Rasim Bünyatov həytyani sahəni və evin ona qardaşı tərəfindən bağışlandığını qonşularına bildirmiş və ora sahiblik etmək istəmişdir. Bu səbəbdən 2019-cu ilin yanvarında evin ona məxsus olduğunu bildirərək h ər ay 100 manat ödənişlə ona kirayəyə vermişdir. Rasim Bünyatov evdə olan mebelləri və digər ev əşyalarını özününki kimi qələmə verərək bir hissəsini ona və digər hissələrini başqa şəxslərə satmışdır. Bu hadisədən sonra Ələmdar Bünyatov ona zəng edərək həmin evdə kirayə pulu ödəmədən, kommunal xərcləri ödəmək şərti ilə yaşamağa icazə vermişdir. Yaranmış hər-hansı bir problemlə üzləşdiyində Ağaziya Ağarzayevə müraciət etməyi tövsiyyə etmişdir. İddiaçının oğlu Rasim Bünyatov aylıq kirayə pulunun əldən çıxdığını və evi sata bilməyəcəyini biləndən sonra onun həmin evdən çıxması barədə atası vasitəsi ilə məhkəmədə iddia qaldıraraq yaşamağa evlərinin olmadığını bildirmişlər. Həmin evdən çıxmağa sərəncam vermək səlahiyyəti Ələmdar Bünyatova və onun etibarnamə üzrə nümayəndəsi Ağaziya Ağarzayevə məxsusdur.

9. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 oktyabr 2020-ci il tarixli, 2(008)-1364/2020 saylı qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddianın təmin edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X14 küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları, İddiaçı həmin evə köçürülmələri qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının belə bir hüququ mövcuddur. Belə ki, qeyd edildiyi kimi, ev özbaşına köhnə tikilidir. İddiaçının Almaniyadakı oğlu həmin evin mülkiyyətçisi olmadığından evə dair sərəncam vermək hüququ yoxdur. İddiaçının isə həmin evə dair mülkiyyət hüququ olmasa da, məhkəmə hesab edir ki, yuxarıda sadalan sənədlərdə n həmin evə istifadə hüququnun mövcudluğu şübhə yaratmır. Cavabdeh də evin məhz iddiaçıdan kirayə aldığını, bir-iki ay kirayə haqqını məhz ona ödədiyini etiraf etmişdir.

11. Məhkəmə tərəfindən işin faktiki halları və yerində müayinə araşdırması zamanı müəyyən edilmişdir ki, ev özbaşına tikili olmaqla iki otaqdan və mətbəxdən ibarətdir. Həmin evdə iddiaçının oğlu, onun arvadı və üç uşağı yaşayırlar. Mübahisə predmeti olan ev həmin kəndin digər ünvanında yerləşir. Məhkəmə tərəfindən həmin evə də baxiş keçirilmişdir. Adıçəkilən ev də çox köhnə özbaşına tikilidir. Baxış zamanı cavabdeh mübahisəli evi iddiaçıdan aylıq 100 manat ödənişlə kirayəyə almışdır. Bir-iki dəfə kirayə pulunu vermiş sonra dayandırmışdır. İddia qaldırıldığı zaman evdən çıxmağa razılıq vermiş, lakin sonradan evin əsl sahibi iddiaçının oğlu Ələmdar Almaniyadan əlaqə yaradaraq evin ona məxsus olduğunu bildirmiş və çıxmamağı xahiş etmişdir. Odur ki, evdən çıxmaq niyyətində deyil. Cavabdeh1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, iddianı qəbul etdiyini və ünvan 6 ünvanından yerləşən kirayə qaldığı evdən çıxmağa razı olduğun bildirmişdir.

12. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab etmişdir ki, ilkindən mübahisəli evin ünvanı Nardaran qəsəbəsi, Qarayev küçəsi, 71 göstərilmiş, araşdırmalar həmin ünvanın üzərində aparılmış olsa da, hər zaman tərəflərin niyyətində X14 küçəsində yerləşən ev olmuşdur. Mübahisəli evdə qaz sayğacı iddiaçının adına quraşdırılmışdır.

13. X1 məhkəməyə ünvanladığı izahatında atası Bünyatov Sərvərin himayəsində yaşadıqlarını, kommunal xərclərin vaxtında ödənilməməsi ailədə nara zılıqlar yaratdığından atasının himayəsindən çıxaraq həyətyanı boş və istifadəsiz qalmış hissəsində qaynatası Ağaziya Ağarzayevin maddi köməkliyi ilə özünə fərdi yaşayış evi inşa etdirdiyini və həyat yoldaşı ilə birgə təsərrüfatlarını idarə etdiklərini, 2015-ci ildə Almaniyaya köçdüklərini, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Qarayev küçəsi ünvanındakı əmlakını idarə etmək və həmin əmlaka dair istənilən sərəncam vermək üçün qaynatası Ağaziya Ağarzayevə etibarnamə verdiyini, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evində Cavabdeh1 onun razılığı ilə kirayədə yaşadığını və onun həmin evdən çıxmasına sərəncam vermək səlahiyyətinin Ağaziya Ağarzayevə məxsus olmasını qeyd etmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 164.1, 164.2, 165.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi xahiş etmişdir.

16. Sonradan maraqlarına toxunan şəxs X5 tərəfindən də apellyasiya şikayəti verilmiş, onun apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir.

17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının heç bir subyektiv hüquqa malik olmayan, X3 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X14 küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi qanunsuzdur. İddiaçı yaşayış sahəsinin Ə.Bünyadov tərəfindən tikildiyini, ailəsi iə birlikdə xarici ölkəyə gedənə qədər bu ünvanda yaşa dığını, onun ailəsinə məxsus əşyaların bu evdə olduğunu və xarici ölkədən qayıtdıqdan sonra bu evdə yaşayacaqlarını bilir. Mübahisəli evi 2008-2009-cu illərdə iddiaçının oğlu Ələmdar Bünyadov şəxsən özü inşa etmişdir. 2009-cu ildə onun həyat yoldaşı X4 həmin evə gəlin gəlmiş və həmin evdə ailəsi ilə birlikdə qeydiyyatsız yaşamışlar. Mübahisəli evdə yaşayış olduğu üçün xx.xx.2011-ci il tarixdə "xxxx" ASC tərəfindən Ələmdar Bünyadovun adına **********30142 nömrəli kod verilmiş və sayğac quraşdırılmışdır, hazırda həmin kod üzrə ödənişlər cavabdeh tərəfindən ödənilir. Ə.Bünyatov həyat yoldaşı ilə müvəqqəti yaşamaq üçün Almaniyaya köçmüşlər. Boş qalmış həyətyanı sahəni iki hissəyə bölən iddiaçının digər oğlu Rasim Bünyadov həyətyanı sahənin və evin ona qardaşı tərəfindən bağışlandığını qonşular ına bildirmiş və oraya sahiblik etmək istəmişdir. Bu səbəbdən 2019-cü ilin yanvarında həmin evin ona məxsus olduğunu bildirərək hər ay 100 manat ödənişlə cavabdehə kirayəyə vermişdir. İddiaçının oğlu R.Bünyadov evdə olan mebelləri və digər ev əşyalarını özününkü kimi qələmə verərək bir hissəsini cavabdehə, digər hissələrini naməlum şəxslərə satmışdır. Bu hadisədən xəbər tutan evin sahibi Ə.Bünyadov polis bölməsinə müraciət edərək ev əşalarını tələb etmiş, Ə.Bünyadovun qaynatası X2 qohumluq əlaqələrinə xələl gəlməməsi üçün ona verilmiş etibarnamədən istifadə edərək şikayət ərizəsini geri götümüşdür. Bundan sonra Ə.Bünyadov cavabdehə zəng edərək həmin evdə kirayə pulu ödəmədən kommunal xərcləri ödəmək şərti ilə yaşamağa icazə vermişdir. Rasim Bünyadov aylıq kirayə pulunun əldən çıxdığını və evi sata bilməyəcəyini biləndən sonra atası İddiaçı vasitəsilə məhkəmədə iddia qaldıraraq yaşamağa evlərinin olmadığını bildirir, halbuki iddiaçının evin onun tərəfindən tikilməsi və ona məxsus olması barədə heç bir sübut yoxdur.

18. Məhkəmə kollegiyasının 05 aprel 2022-ci il tarixli iclas protokolunun nəticəsinə əsasən, X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2543/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Namiq Cəfərov) apellyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(008)- 1364/2020 saylı qətnaməsi nin ləğv edilməsi, iş üzrə yeni qətnamənın çıxarılması, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “zəbt olunmuş fərdi yaşayış evindən çıxarılma və evə köçürülmə” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisəli evin ona məxsus olmasına, cavabdehlər tərəfindən onun həmin mənzilə dair hüququnun pozulduğuna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Hazırkı mülki icraat çərçivəsində İddiaçı iddia etdiyi tələb üzrə subyektiv hüquqa malik deyildir.

21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli və “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il qərarlarındakı hüquqi mövqelərə, Azərbaycan Respublikası Mülki əsaslandırmışdır. Prosessual Məcəlləsinin 387.2.4-cü maddələrinə istinadla Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (vəkili Vəkil2 Qədər qızı) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti nin dəlilləri aşağıdakılardan ibarət olmuşdur: 24. - Cavabdehlər həmin evdə kirayə yaşamışlar və ödənişlərin edilməsində çətinliklər olduğundan onların çıxarılması zərurəti yaranmışdır. Ona görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. 25. - Apellyasiya məhkəməsi iş üzrə cavabdehlərin hər hansı hüququnun olub– olmamasına hç bir hüquqi qiymət verməmişdir. 26. - Apellyasiya məhkəməsi öz qətnaməsində qeyd edir ki, iddiaçı iddia etdiyi tələb üzrə subyektiv hüquqa malik deyildir. Bu tamamilə yanlış yanaşmadır, iddiaçının iddia tələbi barədə subyektiv hüququ birinci instansiya məhkəməsinin gedişi vaxtı sübuta yetirilmişdir. Bütün kommunal xidmətlər iddiaçının adına qeydə alınmış və bundan başqa ərazi üzrə nümayəndəlik və bələdiyyə tərəfindən fərdi yaşayış evinin mövcudluğu sübut edilmiş və kimlərə məxsus olması barədə arayışlar verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

28. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

29. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərini n əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.4. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəm əsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfi ndən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçının mübahisəli evlə bağlı hər hansı hüququ mövcud olmamış və dövlət qeydiyyatına alınmamışdır. Kommunal xidmətlərin iddiaçının adına olması və fərdi yaşayış evinin mövcudluğu barədə sübutların olması hələ həmin evə dair onun mülkiyyət hüququnun olması demək deyildir. Belə olan halda, iddiaçının sözügedən evlə bağlı cavabdehlərə qarşı hazırki tələblərlə çıxış etməsi üçün subyektiv hüquqa malik olmasından söhbət gedə bilməz.

42. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya insta nsiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2543/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar