Məhkəmə qərarları › İş №2(102)-489/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-489/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-489/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 14 noyabr tarixli, 2(105)-955/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəm əsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh beh müqaviləsindən borclu olduğu 117000 manat, dövlət rüsumu olaraq ödənilmiş 407 manat, hüquqi yardım üçün ödənilmiş 150 manat olmaqla, cəmi 117557 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin 2(012)-425/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 80000 manat pulun, 150 manat vəkil xərcinin əvəzinin və 330 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının 2(105)-955/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən Cavabdeh 80000 manat pulun, 150 manat vəkil xərcinin əvəzinin və 330 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-955/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin surəti, apellyasiya instansiya məhkəməsində iddiaçının vəkili və nümayəndəsi olan Nümayəndə1 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir.

5. İddiaçı xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti vermişdir.

6. Azərbaycan Re spublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2024-cü il tarixli, 2(102)-3774/2024 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-955/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

7. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, kassasiya şikayəti iddiaçı tərəfindən elektron qaydada imzalanmamış, şikayət xx.xx.2024cü il tarixdə elektron qaydada yalnız sonuncunun vəkili tərəfindən imzalanmışdır. Kassasiya şikayətinə əlavə edilmiş vəkilə iddiaçının adından kassasiya şikayəti vermək hüququnu ehtiva edən notariat qaydasında təsdiq edilmiş etibarnamədə qeyd edilmişdir ki, etibarnamə bir il müddətinə verilmiş və xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. Lakin kassasiya şikayəti isə xx.xx.2024-cü il tarixində imzalandığından mübahisəli etibarnamə həmin tarixdə artıq qüvvədə olmamışdır. Məhkəmə tərəfindən o da müəyyən edilmişdir ki, iddiaçı dövlət rüsumu haqqında qanunvericiliyin tələblərinə müvafiq qaydada 203 manat dövlət rüsumu ödəməli olduğu halda, 165 manat məbləğdə dövlət rüsumu ödəmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-955/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-955/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. 9. 18.10.2024- cü il tarixdə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizə ilə birlikdə yenidən qətnamədən kassasiya şikayəti vermişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-955/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-955/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-955/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

11. Məhkəmə koll egiyası hesab etmişdir ki, müddətinin bərpa olunması barədə tələbin prosessual-hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş prosessual müddətin üzürlü səbəbdən buraxılmış hesab edilməsinə əsas yoxdur. Həmçinin iddiaçı dövlət rüsumu haqqında qanunvericiliyin tələblərinə müvafiq qaydada 203 manat dövlət rüsumu ödəməli olduğu halda, 165 manat məbləğdə dövlət rüsumu ödəmişdir.

12. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-955/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən təkrarən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi prosessual müddətin bərpası barədə ərizə vermişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının 2024-cü il 14 noyabr tarixli 2(105)-955/2024 qərardadı ilə (sədrlik edən hakim F.Məmmədov, hakimlər L.Rəhimli və A.Süleymanova) kassasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizə geri qaytarılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin verdiyi buraxılmış müddətin bərpa edilməsinə dair ərizə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı tərəf kassasiya şikayəti verməmiş, təkrarən müddətin bərpasına dair ərizə ilə müraciət etmişdir. Eyni məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı olduğundan, təkrarən eyni məsələyə baxılması yolverilən hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

15. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-955/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək iş üzrə kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması, kassasiya şikayətinin kassasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin verilməsi müddətinin buraxılması əslində, kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun az ödənilməsi üzündən şikayətin geri qaytarılması səbəb olmuşdur. Məhkəmə təxir ərizəsini nəzərə almamış, iddiaçı tərəfin iştirakı olmadan iclası keçirmiş, apellyasiya şikayət verilməsi üçün buraxılmış müddətin bərpasını, iddiaçı tərəfin dövlət rüsumu haqqında qanunvericiliyin tələblərinə müvafiq qaydada mö vcud kassasiya şikayəti üzrə 203 manat dövlət rüsumu ödəməli olduğu halda, 165 manat məbləğdə dövlət rüsumu ödəməsi səbəbi ilə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi qeyd olunan prinsiplərə əməl etməmiş, əsassız və ədalətsiz Qərardad qəbul etmişdir.

17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

18. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 402.2.3-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. 405.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassas iya instansiyası məhkəməsinə göndərilir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

20. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusi yaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi id diaçının kassasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir.

22. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

23. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətlə ri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).

24. Hazırki işin materiallarından müəyyən olunur ki, iddiaçının kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizəsi təmin edilməmiş, həmin qərardaddan iddiaçı tərəf şikayət verməmiş və qərardad qüvvəyə minmişdir. Büelə olan halda, eyni məsələyə təkrarən baxılması mülki prosessual qanunvericiliyin tələblərinə ziddir.

25. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olraq təkrar verilmiş sənədlərə baxmayaraq onları geri qaytarmışdır, prosessual hüquq normaları düzgün t ətbiq olunmuşdur.

26. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 noyabr 2024-cü il tarixli, 2(105)-955/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar