Məhkəmə qərarları › İş №2(102)-4890/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4890/2021

10.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4890/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4890/21 (Açar sözlər: işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və X2 ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh MMC-nin vəkili X6 və nümayəndəsi X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(103)912/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 10 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasın da baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh MMC qarşı iddia qaldıraraq, X1 elektrik montyoru vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim G.T.Axundova) iddia təmin edilərək, işəgötürənin 31 may 2020-ci il tarixli, 512 saylı əmrinin ləğv edilməsi, iddiaçıya məcburi işburaxmaya görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqının ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəti cəni belə əsaslandırıb ki, iddiaçı cavabdehdə elektrik montyoru vəzifəsində işləyib və işəgötürənin 31 may 2020-ci il tarixli, 512 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib və əmrdə həmin Məcəllənin 72-ci maddəsinin “f” bəndinə, yəni iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətaya və ya cinayət tərkibi olan ictimai-təhlükəli əmələ yol verməsinə istinad olunub. Əmrdə o, cümlədən İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə istinad olunub və qeyd edilib ki, iddiaçı ona təhkim olunmuş və cavabdeh olduğu iş otağında qanunsuz hərəkətlərin təşkilinə imkan yaradıb və iştirak edib. Bununla da nizam-intizam qaydalarını, həmin dövrdə ölkədə olan xüsusi karantin qaydalarının tələblərini pozub və iş vaxtı öz əmək funk siyasını yerinə yetirməyib, əmək funksiyasının şərtlərini kobud şəkildə pozaraq müəssisədaxili normativ sənədlərin, o cümlədən normativ hüquqi aktların tələblərinə zidd hərəkətlərə yol verib. Lakin, işin mübahisələndirilən halına görə digər əməkdaşlar otaqda kart oynayarkən iddiaçı həmin otaqda olmayıb. Beləliklə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən iddiaçı barəsində hər hansı inzibati xəta haqqında qərar olmayıb. Belə olan halda işəgötürənin iddiaçı ilə bağlınmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə istinad etməsi qanunsuz olub və əmr həmin Məcəllənin 71-ci maddəsinin tələbləri baxımından da əsaslandırılmayıb. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, 72-ci maddəsinin f) bəndinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia tələbləri rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı cavabdehdə elektrik montyoru v əzifəsində işləyib və işəgötürənin 31 may 2020-ci il tarixli, 512 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib və əmrdə həmin Məcəllənin 72-ci maddəsinin “f” bəndinə, yəni iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətaya və ya cinayət tərkibi olan ictimai-təhlükəli əmələ yol verməsinə istinad olunub. Göründüyü kimi, iddiaçı cavabdehdə öz əmək funksiyasını yerinə yetirməyərək, Cavabdeh MMC 23 may 2017-ci il tarixli, 224 saylı əmri ilə təsdiq edilmiş “Daxili intizam Qaydaları”nın və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 02 sentyabr 2011-ci il tarixli, 148 saylı əmri ilə təsdiq edilmiş “Rabitə birlik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçilərin etik davranı ş Qaydaları”nın tələblərinə zidd olaraq əmək və icra intizamını pozması, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə zərər vurması kimi qiymətləndirilməlidir. Ona görə də iddia tələbləri rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, 72-ci maddəsinin f) bəndinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti belə əsasland ırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh "xxxx" MMC-nin vəkili Emin İsayev və nümayəndəsi Elnur Məmmədov məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı və vəkili Mehram Kərimov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Həmin Məcəllənin 70-ci maddəsinin “ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin e) və f) bəndlərinə əsasən işçi tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş mat eriallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki m übahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, 02 sentyabr 2019-cu ildə cavabdehdə elektrik montyoru vəzifəsinə işə qəbul edilib. 23 aprel 2020-cı ildə, axşam saat 22:00 radələrındə cavabdehin bir qrup əməkdaşı tərəfindən iddiaçıya təhkim edilmiş və di gər şəxslərin girişinə icazə verilməyən otaqda (elektrik qida qurğuları avadanlıqlarının yerləşdiyi otaq) qumar oynanılıb. İşəgötürənin, 31 may 2020-ci il tarixli, 512 saylı əmrinə əsasən, cavabdehdə elektrik montyoru vəzifəsində işləyən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsində sadalanan hallara əsasən son haqq-hesab ödənilməklə xitam verilib. Eyni zamanda X5 Həmkarlar İttifaqı Respublika Komitəsi Ağcabədi Telekommunikasiya X3 Komitəsinin üzvlərinin 21 may 2020-ci il tarixində onlayn iclasının 01 saylı protokoluna əsasən cavabdehin elektrik montyoru iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınıb. Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək f unksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilə bilməsinin əsaslarından biri kimi bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması da nəzərdə tutulub. Həmin Məcəllənin 72-ci maddəsinin e) və f) bəndlərinə əsasən, işçi tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi ol an ictimai-təhlükəli əməllərə yol verməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiy yətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbeh növlərindən biri olan əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsinə görə isə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə tətbiq edib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, iddiaçının, Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndində, həmin Məcəllənin 72-ci maddəsinin e) və f) bəndlərində nəzərdə tutulan əmək pozuntusuna yol verməsi, yəni onun özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və əmək vəzifələrini kobud şəkildə pozması mülki iş materialları ilə istisna olunmur. Eyni zamanda, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri və hüquq pozuntusu nəticəsində işəgötürənin, ca vabdehin qanuni mənafeyinə ciddi xələl gətirməsi və onun iş vaxtı ərzində bilavasitə iş yerində əmək vəzifələrini kobud şəkildə pozması işə əlavə edilmiş sübutlarla təsdiq olunur. Belə ki, Cavabdeh MMC 23 may 2017-ci il tarixli, 224 saylı əmri ilə təsdiq edilmiş “Daxili intizam Qaydaları”nın 3.2-ci bəndinə əsasən, Cəmiyyətin mənafeyinə zidd olan işləri, hərəkətləri (hərəkətsizliyi) etməmək, Nazirliyin və Cəmiyyətin adına xələl gətirə bilən yerlərdən, hərəkətlərdən və şəxslərlə əlaqədən çəkinmək işçinin əsas vəzifələrindəndir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, işçilər nümunəvi nizam-intizamı və davranışı ilə Cəmiyyətin adına olan ictimai etimadı yüksəltməli, hüquq və vəzifələrini davranış və nizam-intizam prinsiplərinə müvafiq olaraq həyata keçirməlidirlər. Azərbaycan Respublikası Nəq liyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 02 sentyabr 2011-ci il tarixli, 148 saylı əmri ilə təsdiq edilmiş “Rabitə birlik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçilərin etik davranış Qaydaları’nın 5.4-cü bəndinə əsasən, işçilər onun xidməti vəzifəsinə aid olmadığı hallarda Nazirliyin və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə Nazirliyin və çalışdığı müəssisənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təsir i bağışlayan hərəkətlərdən çəkinməlidir. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, işçilər Azərbaycan Respublikasının, Nazirliyin və işlədiyi müəssisənin nüfuzunu möhkəmləndirməyə, adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Bundan əlavə həmin Qaydaların 6.34-cü bəndinə əsasən, işçi işgüzar qaydalara və etik davranış qaydalarına uyğun olmayan davranışa qarşı tədbirlər görməli, həmin Qaydaların 6.35-ci bəndi əsasən, özünə və həmkarlarına qarşı tələbkar olmalı, etik davranış qaydalarının iş yoldaşı tərəfindən pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbirlər görməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməlidir. O cümlədən, həmin Qaydaların 7.9-cu bəndinə əsasən, rəhbər işçi tabelikdə olanların işgüzar qaydalara və etik davranış qaydalarına ə məl etməsinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələbləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehdə öz əmək funksiyasını yerinə yetirməyərək, Cavabdeh MMC 23 may 2017-ci il tarixli, 224 saylı əmri ilə təsdiq edilmiş “Daxili intizam Qaydaları”nın və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 02.09.2011-ci il tarixli, 148 saylı əmri ilə təsdiq edilmiş “Rabitə birlik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçilərin etik davranış Qaydaları”nın tələblərinə zidd olaraq əmək və icra intizamını pozması, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə zərər vurması kimi qiymətləndirilməlidir. Kassasiya instans iyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaçının iddia tələblərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(103)-912/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar