Məhkəmə qərarları › İş №2(102)-4891/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4891/2022

13.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4891/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4891/22 (Açar sözlər: mülkiyyətlə bağlı mübahisələr, qanunsuz sahiblik) Bakı şəhəri 13 sentyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evin qanunsuz sahiblikdən alınıb təhvil verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3454/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh bacısı X2 ilə faktiki nikah münasibətlərində olmuş, iddiaçının şəxsiyyət vəsiqəsi olmadığından onlar arasında rəsmi nikah bağlanmamış, onlar özbaşına tikili olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evində yaşamışlar. Müəyyən vaxtdan sonra onlar ayrılmış, iddiaçı başqa şəxslə rəsmi nikah bağlamış, onlar arasında dostluq münasibətləri davam etmiş, sözügedən tikilidə isə yalnız Zəhra Allahverdiyeva yaşamışdır.

2. Zəhra Allahverdiyeva xx.xx.2021-ci il tarixdə ölmüş, onun qanun üzrə vərəsəsi kimi qardaşı – iş üzrə Cavabdeh müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh qarşı iddia v ə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin cavabdehin qanunsuz sahibliyindən alınıb təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2005-ci ildə 4000 dollara aldığı 1 sot torpaq sahəsinin üzərində 2 otaq və zaldan ibarət mübahisəli evi 2006-2007-ci illərdə özü tikdirmişdir. xx.xx.2006-cı il tarixində X4 ilə toy mərasimi keçirmiş, lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün rəsmi nikah bağlaya bilməmişdir. Şəxsiyyət vəsiqəsi olmadığı üçün evin qaz, işıq və su sayğaclarını X1 adına rəsmiləşdirmişdir. Onlar 2011-ci ilədək mehriban yaşamışdılar. Lakin, uşaqları olmadığından Zəhra ayrılmağı özü təklif etmiş və rəfiqəsi ilə ailə qurmağı məsləhət gö rmüşdür. O, Həsənova Gülgəz ilə 2012-ci ildə rəsmi nikah bağlamış, bir yerdə yaşamaq etik olmadığından o, arvadı ilə kirayədə yaşamış, Zəhra isə ev tapana qədər mübahisəli evdə qalmışdır. Onlar həmişə mehriban olmuş, bir-birilərinə gedib gəlmişlər. 2021-ci ilin mart-aprel aylarında o, ürək-damar xəstəliyindən evdə yataq xəstəsi olmuş, Zəhra isə Covid-19 virusuna yoluxmuşdur. İddiaçı biraz sağalandan sonra Zəhranı xəstəxanada ziyarət etmək qərarına gəlmiş, ona zəng çatmadığı üçün yaşadığı evə getmiş, evi onda olan açarla aça bilməmiş və evin qıfılının dəyişdiyini görmüşdür. Qonşular Zəhranın öldüyünü, qardaşı Müşfiqin evin qıfılının dəyişdirərək evi zəbt etdiyini bildirmişdilər. O, Müşfiqi görəndə evin qıfılını niyə dəyişdirdiyini soruşmuş, Müşfiq isə evin ona çatacağını bildirmişdir.

5. Mə hkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh 2005-ci ilin əvvələrində nişanlanmış, 2006-cı ilin əvvəlində evlənmişdilər. Cavabdehin şəxsiyyət vəsiqəsi olmadığından onlar nikahlarını rəsmiləşdirə bilməmişdilər. Torpağı bacısı üçün o, almış, mübahisəli evi də o, tikdirmişdir. Sonra bacısı iddiaçı ilə ayrılmış və Elman adlı bir iş adamı ilə qeyri-rəsmi evlənmişdir. Elman həmin evin təmir işlərini başa çatdırmışdır. Daimi bacısının evinə gedib gəlmişdir. Bacısı öləndən sonra xəstəxanadan meyiti o, almış və dəfn etmişdir. Xəstəxanada evin açarını ona vermişdilər. Ev dezinfeksiya olandan sonra o, evi 100 manata kirayəyə vermiş, özü isə 250 manat verməklə başqa bir kirayə evdə yaşayır. Evin qıfılını kirayəçilər dəyişdirmişdir. Hesab edir ki, bacısının yeganə vərəs əsi o, olduğundan ev də ona qalmalıdır.

6. Məhkəmə iclasında iştirak etmiş şahid X11 ifadə verərək bildirmişdir ki, mübahisəli evin tikintisində şəxsən İddiaçı xahişi ilə fəhlə olaraq iştirak edib, 2003-cü ildən həmin ərazidə yaşayır, cavabdehi heç tanımır, tikintidə onu görməyib. Evin tikinitisi sıfırdan başlanılıb, o axşamlar evə gedib həyətdə kolluğu təmizləyirdi.

7. Məhkəmə iclasında iştirak etmiş şahid X15 ifadə verərək bildirmişdir ki, o, inşaat materiallarının satışı ilə məşğul olur, Mənsura tikinti materiallarını nisyə satıb, pulu isə gəlib Zabrat qəsəbəsindən ondan alırdı.

8. Məhkəmə iclasında iştirak etmiş şahid X9 ifadə verərək bildirmişdir ki, o, Mənsurun qonşusudur, Müşfiqi tanımır. Evin tikintisində şəxsən özü iştirak edib, santexnik işlərini görüb, qaz çəkib. Evin tikintis i ilə yalnız Mənsur maraqlanıb, Müşfiqi orada heç bir zaman görməyib.

9. Məhkəmə iclasında iştirak etmiş şahid X8 ifadə verərək bildirmişdir ki, o, Mənsurun iş yoldaşıdır, cavabdehi tanımır. Evin tikintisində iştirak edib, hörgü və suvaq işləri ilə məşğul olub. Mənsurdan başqa tikinti ilə heç kim məşğul olmayıb.

10. Məhkəmə iclasında iştirak etmiş şahid X12 ifadə verərək qeyd bildirmişdir ki, o, cavabdehin mərhum bacısı Zəhranın rəfiqəsi idi, onu iddiaçıdan ayırılandan sonra tanımışdır. Evin tikintisində şəxsən özü iştirak etməyib, lakin mərhum rəfiqəsinin dediyinə görə, ev Zəhranın, onun qardaşının (hazırki iş üzrə cavbadehin) və analarının birgə vəsaiti ilə tikilmişdir. O, ərzaq mallarının satışı ilə məşğul olur, Zəhra daima ondan Mənsur və onun ailəsi üçün ərzaq alırdı. Mənsurla ayrılsa lar da, daima birbirilərinin evlərinə gedibgəliblər. Hətta, Mənsurla Zəhranın arasında olan razılaşmaya görə, Zəhra Mənsurun bir uşağını övladlığa götürmək niyyətində idi.

11. Məhkəmə iclasında iştirak etmiş şahid X3 ifadə verərək bildirmişdir ki, o, cavabdehin keçmiş arvadıdır, iddiaçını da tanıyır, evin tikintisini də görüb. Mənsur orada usta kimi pul müqabilində işləyib, ev Zəhranın vəsaiti ilə tikilib, hətta Zəhraya tikinti üçün müəyyən qədər pul da verib. Ümumiyyətlə Mənsur evə heç bir vəsait sərf etməyib, Mənsur ilə ayrılandan sonra Zəhra Elman adlı şəxs ilə ailə qurmuş, evin təmiri ilə o məşğul olmuşdur.

12. Sabunçu rayon İcra Hakmiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 212 №-li məktuba görə, araşdırma nəticəsində qonşuların imzası ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən heç bir hüquqi sənədi olmayan mübahisəli ev 2006-2007-ci illər ərzində İddiaçı tərəfindən tikilmişdir.

13. Sabunçu rayon Polis İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsinə dair verilmiş xx.xx.2021-ci il tarixli 07711504H nömrəli məktuba görə, qonşuların deməsinə görə mübahisəli evin qıfılı Cavabdeh tərəfindən dəyişdirilmiş, Cavabdeh izahatının alınması üçün müxtəlif vaxtlarda ünvan polis tərəfindən yoxlanılıb və həmin evdə yaşayışın olmadığı müəyyən edilib.

14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(011)-540/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddia tələbi təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evi Cavabdeh qanunsuz sahibliyindən alınıb İddiaçı təhvil veri lməsi qət edilmişdir.

15. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli ev Allahverdiyeva Zəhra ilə iddiaçının birgə vəsaitləri və əməkləri hesabına inşa edilmişdir. Belə ki, evin iddiaçı tərəfindən inşa edilməsi şahid ifadələri ilə təsdiq edilir. Bundan başqa, qeyd edildiyi kimi, Sabunçu rayon İcra Hakmiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyinin araşdırması nəticəsində də bu hal aşkar edilmişdir. İddiaçı ilə Allahverdiyeva Zəhranın münasibətlərinin son günə qədər normal olması şahid X10 ifadəsindən də görünür. İddiaçının pul müqabilində evin inşasında iştirak etməsi barədə şahid Allahverdiyeva Nəhayətin ifadəsini məhkəmə inandırıcı hesab etmir. Belə ki, həmin ev iddiaçının arvadı ilə birlikdə yaşanılması üçün inşa edilirdi və iddiaçının pul müqabilində öz evinin in şasında iştirak etməsi inandırıcı deyil. Bundan başqa, Allahverdiyeva Zəhranın maddi durumunun yüksək olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, Allahverdiyeva Zəhra iddiaçının uşağını övladlığa götürmək, onun həmin evdə yaşamağını təmin etmək niyyətində olmuşdur. Cavabdehin evin inşasında iştirak etməsi nə şahid ifadələri, nə də hər hansı digər bir sənədlə sübuta yetirilməmişdir. Evə dair sənədlərin (torpağa dair, pulların seriya və nömrələrinə dair) cavabdehdə olmasının səbəbi də evin hazırda cavabdehin sahibliyində və sənədlərin də həmin evdə olmasıdır. Cavabdehin yeganə vərəsə olması qeyd edildiyi kimi, bu münasibətlərə şamil edilə bilməz.

16. Beləliklə, məhkəmə hesab etmişdir ki, özbaşına tikili olan mübahisəli ev iddiaçı ilə Allahverdiyeva Zəhranın vəsaiti və əməyi hesabına inşa edilmişdir, Allahverdiyeva Zəhra öldüyündən yalnız iddiaçının həmin evə hüququ qalmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Qeyd olunan normanın istinad edilməsi qanuna uyğun deyildir. Belə ki, sözü gedən əmlak dövlət qeydiyyatına alınamış əmlak olduğundan mülkiyyət hüququnun əsas elementindən biri olan sahiblik hüququndan söhbət gedə bilməz. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahib liyin qaytarılmasını tələb edə bilər. Məhkəmə qətnaməsində sözü gedən normaya istinad edilsə də, həmin normanın istinad edilməsində zəruri olan faktları əsaslandıra bilməmişdir. Belə ki, bu normanın istinad edilməsinə əsas fakt da ümumiyyətlə mövcud da deyildir. Odur ki, qətnamə əsassızdır və məhkəmə qaydasında ləğv edilməsi qanunidir. Həmçinin, məhkəmə iştirak etmiş şahidlərin (qonşular) iştirakı və imzası ilə bələdiyyənin tərtib etdiyi qanuni olmayan akt əsasında iddiaçının 2006-2007-ci illərdə mübahisəli mənzili tikdiyinə istinad etmiş, həmin absurd aktı sübut kimi qiymətləndirmişdir. Halbuki, bələdiyyənin hansı əsaslarla xx.xx.2021-ci il tarixində, yəni iddiaçının qeyd etdiyi hadisədən 15-16 il sonra sözü gedən aktı tərtib etdiyini məhkəmənin diqqətinə çatdıra bilməmişdir. Məhkəmə isə bu məsələni araşdırmaqda maraqlı olmamışdır. Şahid ifadələri bildirir ki, guya onlar onu tanımayıb, yalnızca iddiaçının fərdi yaşayış evini tikdirdiklərini bildiklərini qeyd etmişdirlər, digər bir şahid ifadəsi isə bacısı Zəhranın iddiaçı ilə son günədək gediş-gəlişi olduğunu qeyd etmişdir. Halbuki, iddiaçı özüdə qeyd etmişdir ki, bacısının ölümündən xəbərsiz olmuşdur. Bu zaman belə bir sual ortaya çıxır ki, necə gediş-gəlişi olmuş, mehriban yaşamışdırlar ki, bacısı Zəhranın ölümündən xəbərdar olmamışdırlar? Bundan başqa, bacısı Zəhranın Elman adlı şəxslə qeyri-rəsmi nikaha daxil olduğunu da qeyd edərək ziddiyyətli ifadə verdiyini sübuta yetirmişdirlər.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3454/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışi nski – sədrlik edən və məruzəçi, A.İmanov və Q.Əsgərov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(011)-540/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbinin rədd edilməsi qət edilmişdir.

19. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətlərinin dəlillərinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-168, 178-180, 560; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80 - 82, 106.2, 119, 217.4, 218.3, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, məhkəmə səlahiyyətlərinə aid olmayan, hüquqlardan sui-istifadəyə şərait yaradımasına xidmət edən və yalnız müvafiq icra hakimiyyətində qeydə alınmaqla müəyyən edilməli olan hallara aid sü but edilməli olan iddiaçının dəlilləri yolverilməz olan şahid və digər mötəbər olmayan sübutlarla əhatə edilmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia edilən tələbin mülki münasibətlərin aid qanunvericiliyə müvafiq analoji müstəvidə belə tətbiqini mümkünsüz edir və qiymət verilməsi belə hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) suiistifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Belə ki, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini x ahiş etmiş, kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi yanlış nəticəyə gəlmiş və işə aid olmayan maddi hüquq normasını tətbiq etmişdir. Mübahisəli tikilinin iddiaçı tərəfindən inşa olunması iş materiallarında olan Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubla təsdiq edilir. Eyni zamanda mübahisəli tikilinin giriş açarının iddiaçıda olması da onu təsdiq edir ki, həmin tikiliyə o faktiki sahiblik edib. Apellyasiya instansiyası məhkəməsi şahid ifadələrini sübut qismində dəyərləndirməyərək tikilinin özbaşına olduğundan ona mülkiyyət hüququnun əldə edilməməsini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 159-cu maddəsini səhv təfsir və tətbiq etmi şdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi yanlış olaraq MM-nin 178.6-cı maddəsinə istinad etmişdir. Belə ki, hazırkı iş üzrə iddiaçı mübahisəli tikilini 30 il əvvəl tikməsinə istinad etməsə də, məhkəmə həmin əsasla iddianı rədd etmişdir. Məhkəmə sahiblik hüququnun pozulub-pozulmaması məsələsini araşdırmaq əvəzinə mülkiyyət hüququnun əldə edilməsi əsaslarına aid olan maddi hüquq normasını tətbiq etmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

24. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavil ədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

25. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

26. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

27. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. H ər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veri lmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Apellyasiya instansiyası məhkəmələr müəyyən etmişdir ki, məhkəmə səlahiyyətlərinə aid olmayan, hüquqlardan sui-istifadəyə şərait yaradımasına xidmət edən və yalnız müvafiq icra hakimiyyətində qeydə alınmaqla müəyyən edilməli olan hallara aid sübut edilməli olan iddiaçının dəlilləri yolverilməz olan şahid və digər mötəbər olmayan sübutlarla əhatə edilmişdir.

40. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından aydın olur ki, cavabdeh mərhum Zəhra Allahverdiyevanın qardaşıdır və ondan qalan əmlakı miras əmlak olaraq qəbul etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının ə sası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda iddiaçı tikiliyə aidiyyətinin sübut olunması halında belə cavabdehin evdən çıxarılmasını tələb etmək hüququn malik ola bilməz.

41. Sübutetmənin bölüşdürülməsi qaydalarına uyğun olaraq iddiaçı ilkin olaraq tikilinin ona məxsus olmasını sübut etməlidir, lakin belə sübutetmə müəyyən olunmur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbi hüquqdan sui-istifadə şərait yaradır.

42. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarş ı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “RiersackBelçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı ) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

43. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Qeyd olunan hallarını nəzərə alan kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçınin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3454/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar