Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4891/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(103)4179/2023 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qay dasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış 06 mart 2020-ci il tarixli ilkin müqavilələrə uyğun olaraq, onlara Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində tikilmiş yaşayış binasının 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 94.10 kv.metr olan tam təmirli mənzilin və 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 45,60 kv.metr olan digər tam təmirli mənzilin verilməsi, həmçinin mənzillər təhvil verilən anadək aylıq müəyyən edilmiş kirayə haqlarının məcburi qaydada ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş dir.
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(005)1053/2023 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 avqust 2023-cü il tarixli, 2(103)-4179/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(005)-1053/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2 kasasiya şikayəti ve rərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(103)-4179/2023 saylı qərardadı ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), M.Məmmədov və F.Talışinski) İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2 həmin məhkəmənin 16 avqust 2023-cü il tarixli, 2(103)-4179/2023 saylı qətnaməsindən verdiyi kasasiya şikayəti geri qaytarılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-nə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Həmin mad dənin məzmununa görə, kassasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti, şikayəti verən hüquqi şəxsin adı, yerləşdiyi ünvan; şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti, şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.
8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassator kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş və həmin şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda və formada tərtib edilməmişdir. Belə ki, kassator, şikayətində işin hallarını və ümumi şəkildə prosessual hüquq normaları sadalamış, həmin prosessual hüquq normalarının apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməmiş, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə də əməl etməmişdir. Halbuki, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Qeyd edilən kassasiya şikayəti isə bu tələblərə cavab vermir.
9. Apellyasiya instansiyas ı məhkəməsi yuxarıda qeyd olunanlara əsasən qeyd etmişdir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
10. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.1, 408.1.1-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı1 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və mülki işin kassasiya baxışına təyin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassator, kassasiya şikayətini onunla əsaslandı rmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamədən verilmiş kassasiya şikayətini geri qaytararkən mülki prosessual normaların tələblərini pozub və İddiaçı1 qanunla qorunan mənafeyini nəzərə almayıb. Kassasiya şikayətinin məzmunundan görünür ki, kassator kassasiya şikayətində Mülki Məcəllənin 389, 390, 405, 417-ci maddələrinin tələblərinin pozulmasını göstərmiş və bununla da Mülki Prosessual Məcəllənin 402-417-ci maddələrinin tələblərinə riayət etmişdir. Apellyasiya instansiyası məhkəməsi, kassasiya instansiyası məhkəməsinin Mülki Prosessual Məcəllənin 418-ci maddəsində göstərilən səlahiyyətlərini mənimsəyərək kassasiya şikayətinin əsaslılığını yoxlamış və bununla da Mülki Prosessual Məcəllənin 385 və 386-cı maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kssasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
14. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
15. İddiaçı1 kasasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyindən, qərardadın əsaslılığı kassasiya şika yətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 407.1. Kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Həmin maddənin məzmununa görə kassasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti, şikayəti verən hüquqi şəxsin adı, yerləşdiyi ünvan; şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.
17. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
19. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi
20. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətin in dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir.
21. Belə ki, apellyasiya instansiyası məhkəməsi, İddiaçı1 qətnamədən verdiyi kassasiya şikayətini geri qaytararkən, kassasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyini və kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 3 saylı Əlavəsində müəyyən edilmiş lazımi məzmunda və formada tərtib edilmədiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır.
22. Əvvəla, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminat ı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
23. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və qanunla müəyyən olunmuş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə aktlarından apellyasiya və kassasiya şikayətləri verilməs i üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri də Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsi ilə müəyyən edilmiş kassasiya şikayətinin forma və məzmununa dair tələblərdir.
24. Həmin normada göstərilir ki, Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində - şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti, şikayəti verən hüquqi şəxsin adı, yerləşdiyi ünvan; şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması; şikayətə əlavə edilə n sənədlərin siyahısı göstərilməlidir.
25. Mülki Prosessual Məcəllənin 408.1.1 və 408.1.5-ci maddələrində göstərilir ki, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə; kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə və sair hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılır.
26. Kassasiya şikayətinin forması isə Mülki Prosessual Məcəllənin 3 saylı Əlavəsində müəyyən edilib göstərilib.
27. Apellyasiya instansiyası məhkəməsi, İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin məzmununun və formasının Mülki Prosessual Məcəllənin 3 saylı Əlavəsinə uyğun tərtib edilmədiyini, habelə kassasiya şikayətində maddi və p rosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərmədiyini qeyd etsə də, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyil.
28. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən mülki prosessual normalar əslində məzmunundan daha ciddi tətbiq olunub. Yəni, kassasiya şikayətinin bəsit məzmuna malik olması, forma tələblərinə tam cavab verməməsi, hüquqi baxımdan mükəmməl tərtib olunmaması şübhəsizdir. Lakin, İddiaçı1 kassasiya şikayətində, maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması barədə dəlilləri açıq-aşkar əsaslandırılmamış deyil.
29. Digər tərəfdən, İddiaçı1 kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozuntusunu müvafiq cədvəl şəklində olan hissədə hər bir hüquq normasının qarşısında göstərməsə də, həmin şikayətdə qətnamənin əsassız və qanunsuz olmasına dair bəzi izahlı dəlillər öz əksini tapıb.
30. Kassasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb hesab edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirib və Avropa Məhkəməsi həmin qərarlarında qeyd edib ki, mülki prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Mülki prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr ta rixli Qərarlar).
31. Avropa Məhkəməsi “Puaro Fransaya qarşı” iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş və bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.
32. Bu baxımdan kassasiya instansiyası məhkəməsi İddiaçı1 kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamədən verilmiş kassasiya şikayətini geri qaytararkən, mülki prosessual normaların tələblərini həddən artıq formal tətbiq edib və İddiaçı1 qanunla qorunan mənafeyini nəzərə almayıb.
33. Halbuki, kassasiya şikayətinin məzmunundan görünür ki, kassator kassasiya şikayətində Mülki Məcəl lənin 389, 390, 405, 417-ci maddələrinin tələblərinin pozulduğunu göstərib və bununla da Mülki Prosessual Məcəllənin 402-417-ci maddələrinin tələblərinə riayət edib. Belə olan halda kassasiya şikayətinin geri qaytarılması üçün mülki prosessual əsaslar olmayıb. Ona görə də kassasiya şikayəti təmin edilərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası Q ə r a r a aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(103)-4179/2023 saylı qərardadı ləğv edilsin və mübahisəyə mahiyyəti üzrə baxılması üçün sonrakı prosessual h ərəkətlər yerinə yetirilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.