Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4892/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) 12.10.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı ASC-nin vəkili Qədirova Vəfa İdris qızının, Cavabdeh vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3179/2020 nömrəli iş üzrə 20.04.2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 oktyabr 20 21-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəmələrində icraat
1. İddiaçı ASC Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsində 30/11942 qeydə alma nömrəsi ilə 05.06.2002-ci il tarixdə qeydiyyata alınmış, Bakı şəhəri, M.Muxtarov küçəsi, 185 saylı evin 18 saylı mənzilinin cavabdehin mülkiyyətindən alınaraq iddiaçının mülkiyyətinə verilməsi, mənzilin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı ASC-nin adına qeydiyyata alınaraq çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6671/2019 saylı, 27 dekabr 2019- cu il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia ərizəsi təmin edilərək, Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 185 saylı evin 18 saylı mənzilinin ilkin satış qiymətinin 255000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunacaq vəsaitin Cavabdeh 26.11.2009-cu il tarixli, K-4552 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan cəmi 295236 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcunun ödənilməsinə yönəldilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 185 saylı evin 18 saylı saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində mənzilin boşaldılması və Cavabdeh həmin mənzildən istifadə hüququnun itirilməsi qət edilmişd ir.
3. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3179/2020 saylı iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3179/2020 nömrəli iş üzrə 20.04.2021-ci il tarixli qərardadı ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3179/2020 saylı iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən C avabdeh tərəfindən verilmiş kasasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarında olan (141-ci vərəq) poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3179/2020 saylı iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən 01 dekabr 2020-ci il tarixdə imzalanmaqla alınmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qətnamədən şikayət verilməsi tarixi məhz həmin vaxtdan hesablanmalıdır. Bu halda Cavabdeh həmin qətnamədən prosessual qanunvericiliyin tələblərinə görə 2 ay müddətində, yəni 02 fevral 2021-ci il tarixinə kimi kassasiya şikayəti verə bilərdi. Lakin kassasiya şikayətinə əlavə edi lmiş zərfin üzərindəki daxilolma möhüründən görünür ki, kassasiya şikayəti Cavabdeh tərəfindən poçta 01 mart 2021-ci il tarixdə təqdim edilmişdir. Bununla da Cavabdeh qanunla müəyyən edilən 2 aylıq müddəti ötürmüş və prosessual müddətin bərpasına dair vəsatət verməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və kassasiya şikayətinin icraata qəbil edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh kassasiya şikayəti poçtalyon tərəfindən 2021-ci ilin yanvar ayının əvvəllərində çatdırılmış və onun tərəfindən vəkilə həmin qətnamə daha son ra təqdim olunmuşdur. Konvertdəki tarixə cavabdeh ya əhəmiyyət verməmiş, ya da həmin tarix oxuna bilməyən vəziyyətdə olmuşdur. Məhz bu səbəbdən də, kassasiya şikayəti 01 mart 2021-ci il tarixinədək hazırlanaraq poçt rabitəsi orqanına təhvil verilmişdir. Kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməsindən xəbərsiz olduqları üçün kassasiya şikayətinə ötürülmüş müddətin bərpa edilməsi ilə bağlı ərizə əlavə edilməmişdir. 2(103)-3179/2020 saylı qərardad 28.10.2020-ci il tarixdə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılmış və qərardaddan göründüyü kimi tərəflərin iştirakı təmin olunmamışdır. Məhkəmədə iştirak edilməməsi səbəbindən müddətin ötürülməsi ilə bağlı hallar tərəfə məlum olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatlar
9. Məhkəmə kollegiyasının icl asında Cavabdeh vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin vəkili Qədirova Vəfa İdris qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
12. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunma masına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
13. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
14. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
15. İş üzrə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ü nvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutul muş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
18. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaq la, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir
19. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.
20. Bu normadam göründüyü kimi, kassasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və iki ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
21. Kassasiya kolleg iyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 408.1.4-cü maddəsinə istinad edərək prosessual müddətin bərpasına dair vəsatət olmadığından kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3179/2020 nömrəli iş üzrə 20.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.