Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4892/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa və əmək haqqı tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3315/2022 nömrəli, 16 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4551 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2020-c il tarixdən 1 ay müddətinə "xxxx" Telecom MMC-nin “Kontakt Home 44” mağazasına fəhlə vəzifəsinə təyin edilmişdir. Müqavilənin 2.2-ci bəndində müqavilənin müddəti bitdikdən sonra 1 həftə ərzində tərəflərin heç biri müqaviləyə xitam verilməsini tələb etmədikdə müqavilənin əvvəl müəyyən edilmiş müddətə uzadılmış hesab edilm əsi nəzərdə tutulmuşdur.
2. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə ”ABC Telecom” MMC-nin direktoru Həsən İsrafilzadəyə müraciət edərək xx.xx.2021-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. 3. xx.xx.2021-ci il tarixli əmrlə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
4. İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-yə teleqram göndərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" Telecom” MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli ərizənin etibarsız hesab edilməsi, xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, işdən çıxarıldığı xx.xx.2021-ci il tarixdən işə bərpa olu nması, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh "xxxx" Telecom” MMC-nin nümayəndəsi xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi verərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin etirazda qeyd etmişdir ki, iddiaçı öz iradəsi daxilində xx.xx.2021-ci il tarixdə işlədiyi müəssisənin kadrlar şöbəsinə yaxınlaşaraq əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və bununla bağlı ərizə yazmışdır. İddiaçı ərizəsində əmək müqaviləsinə elə xx.xx.2021-ci il tarixdən xitam verilməsini qeyd etmişdir. İddiaçının əmək müqaviləsinə xitam verildikdən sonra o, cavabdehə teleqram göndərərək işdən azad edilməsi barədə ərizəsinin etibarsız sayılmasını xahiş etmişdir. Lakin iddiaçının ərizəsinin etibarsız s ayılması ilə bağlı teleqram işəgötürənə daxil olan zaman artıq onun əmək müqaviləsinə xitam verilmiş və bu barədə elektron bildiriş müvafiq elektron sistemə daxil edilmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-842/2022 nömrəli iş üzrə 17 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günay Axundova) iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Telecom” MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 9**-İR-***1 saylı, xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı "xxxx" Telecom” MMC-də əvvəlki iş yerinə bərpa edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi qət edilmişdir, iddia tələbi qalan hissədə təmin edilm əmişdir.
8. Məhkəmə hesab etmişdir ki, işdən azad edilmə barədə əmrin ləğv edilməsi tələbi əsaslıdır. Belə ki, iddiaçının işdən azad edilməsi barədə ərizə “Xahiş edirəm məni ____ tarixdən işdən azad edəsiniz” məzmunlu hazır ərizə nümunəsidir. İddiaçı həmin ərizədə boş buraxılmış tarix yerinə “xx.xx.2021”, o cümlədən, ərizənin verildiyi tarixə də “xx.xx.2021” qeyd etmişdir. Lakin iddiaçı həmin ərizəni avqust ayının altısı, həftənin cümə günü verdiyini bildirir. Cavabdeh isə etiraz ərizəsində iddiaçının xx.xx.2021-ci il tarixdə işəgötürənə yaxınlaşıb işdən azad edilməsi barədə ərizə yazdığını qeyd etmişdir. İddiaçı, cavabdehin etiraz ərizəsində qeyd edildiyi kimi, cavabdehə teleqram göndərərək işdən azad edilmə barədə ərizənin etibarsız sayılmasını xahiş etmişdir. Göründüyü kimi, işçinin i şəgötürənə teleqramla müraciət edərək onun işdən azad olunma barədə ərizəsinin etibarsız hesab edilməsini xahiş etməsi işin mübahisəsiz halıdır. Teleqramın göndərilmə tarixinə gəldikdə, Azərpoçt” MMC-nin xx.xx.2021-ci il tarixli dublikat çekinə əsasən müəyyən olunmuşdur ki, iddiaçı “Kontakt Home” rəhbərliyinə xx.xx.2021-ci il tarixdə teleqram göndərmişdir. Cavabdeh isə etiraz ərizəsində iddiaçı tərəfindən teleqram göndərildiyini etiraf etmiş, lakin teleqramı məhkəməyə təqdim etməmişdir. Cavabdeh, həmçinin ərizənin etibarsız hesab edilməsi barədə teleqramın göndərilməsindən əvvəl işçini işdən azad etdiyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, işəgötürən-cavabdeh tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbi pozmaqla əmək müqaviləsinə x itam verildiyindən və işçi işdən azad edilməsi barədə əmr ləğv edilərək işə bərpa olunduğundan işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1, 69.2, 69.3, 69.4, 300.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, iddiaçının ərizəni 06 avqust tarixində boş bir vərəqə imza atmaqla yazdığını, teleqramın 09 avqust tarixində səhər sübhdən verildiyini, teleqramın mətnini əldə etməyin mümkün olmadığını, qarşı tərəfin öz etirazında teleqrama istinad etdiyini və bununla teleqramın onlara çatdırıldığının sübutu olduğunu, iddiaçının işdən azad olunmaq istəmədiyini və ərizənin etibarsız hesab edilməsini xahiş etdiyini bildirmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3315/2022 nömrəli iş üzrə 16 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Cavabdehin etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçının əmək müqaviləsinə onun xahişi ilə xitamından sonra iddiaçı cavabdehə teleqram göndərərək həmin ərizəsinin etibarsız sayılmasını xahiş etmişdir, iddiaçının ərizəsinin etibarsız sayılması ilə bağlı teleqramı işəgötürənə daxil olan zaman artıq onun əmək müqaviləsinə xitam verilmiş və bu barədə elektron bildiriş müvafiq elektron sistemə daxil edilmişdir.
15. Məhkəmə kollegiyas qanunvericiliklə müəyyən edilmiş normalara düzgün riayət edilməməsi (tətbiqetmə) üzrə dəlillərə dair qeyd etmişdir ki, Əmək məcəlləsinin 69.7-ci maddəsinin tələblərinə görə işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Burada işlədilən «iradəsinin əleyhinə» ifadəsi tətbiq edilən madd ənin dispozitiv şərtinin bu işçinin üstün mövqeyinin dominantlığını müəyyən edir. Ona görə işçinin iradə ifadəsinin dəqiq müəyyən edilməsi vəzifəsi işəgötürənin üzərinə düşür.
16. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 10, 12, 68-76, 69.7, 296-cı maddələrinə, MPM-in 14.1, 76-82, 88, 106, 217.4, 220.5, 372, 385-390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh "xxxx" Telecom” MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin etirazında istinad etdiyi Əmək məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsinin tələbinə əhəmi yyət verməmiş, bununla da qanunun tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
20. Maddə 68 (2a) Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.
21. Maddə 69 (1) İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
22. Maddə 69(2) Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
23. Maddə 69(3) İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köç dükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
24. Maddə 69(4) Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
25. Maddə 69(5) İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
26. Maddə 69 (7) İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
27. Maddə 300 (1) Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə idd ia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3315/2022 nömrəli, 16 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.