Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4894/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Qanunsuz sökülmüş döşəmənin cavabdehin hesabına bərpa edilməsi, vurulmuş maddi və mənəvi zərərin tutulması, sübüutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən, məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2022-ci il tarixli, 2(103)81/2022 saylı qətnaməsindən İddiaçı Məhəmməd oğlunun kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin h alları
1. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin xx.xx.2005-ci il tarixli, 23/14-34 nömrəli məktubunun surətindən görünür ki, "XXX” MTK-ya məxsus bina 1970-ci ildə inşa edilmiş, 6 girişli, 6 mərtəbəlidir və 72 üzvü vardır. 2. "XXX” ASC-nin 28 oktyabr 2008-ci il tarixli 112/1456 nömrəli məktuba əsasən "XXX” MTK (1 may-XXX) D.Əliyeva-XXX ünvanında yerləşən "XXX” Mənzil Kooperativinin hüquqi varisidir. 3. "XXX” Mənzil-kooperativ idarəsinin ümumi iclasının 05 noyabr 1996-cı il tarixli 6 nömrəli protokola əsasən "XXX” MTK-nin Dilarə Əliyeva küçəsi XXX nömrəli binasının zirzəmisinin "Dərya” şirkətinə icarəyə verilməsi və orada təmirdən sonra mağaza və ya yeməkxana təşkil edilməsi qərara alınmışdır. 4. "İcarədar” Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, XXX N°-li koo perativ evin sədri İddiaçı (bundan sonra iddiaçı) ilə "İcarəçi” "Dərya” şirkətinin direktoru Cavabdeh1 (bundan sorna cavabdeh) arasında bağlanmış 10 noyabr 1996-cı il tarixli müqavilənin surətindən görünür ki, "İcarədar” Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, XXX No-li kooperativ evin zirzəmisinin 140 kv.metrlik hissəsini kirayə verməyi, "İcarəçi” isə həmin sahəni kirayə götürərək orada mağaza, yaxud istehsal müəssisəsi təşkil etməyi öhdəsinə götürmüşdür.
5. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nəsimi Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.1996-cı il tarixli 18/04- 847 nömrəli məktubuna əsasən Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 1419 nömrəli sərəncamının 1 bəndinə əsaslanaraq təqdim edilmi ş layihə sənədlərinə görə D.Əliyeva küçəsi XXX nömrəli binanın qeyriyaşayış sahələrinə qapıların açılmasının eskiz layihəsi və konstruktiv cizgiləri ilə tanış olaraq onu razılaşdırmışdır.
6. Nəsimi Rayon İcra Hakimiyyəti İdarələrarası Komissiyasının xx.xx.1997-ci il tarixli rəyinin surətindən görünür ki, D.Əliyeva küçəsi, XXX nömrəli binanın zirzəmisindən qapı açılmasının sanitar-gigiyena, yanğından mühafizə və texniki cəhətdən məqsədə uyğunluğu barədə rəy verilmişdir.
7. Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 30 oktyabr 2011-ci il tarixli, S-53 nömrəli məktubun surətindən görünür ki, D.Əliyeva küçəsi XXX saylı binanın zirzəmisində yerləşən 175 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 tərəfindən icarəyə götürülməsi və özəlləşdirilməsinə eti raz edilməmişdir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Rx seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanındakı 92,5 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 16316 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
9. «AY ULDUZ-2010» Mənzil İstismar Kooperativi tərəfindən verilmiş 10 avqust 2017-ci il tarixli 252 nömrəli arayışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 5-ci blokun pilləkan altı qəfəsində 0,8 kv.m olan qeyri-yaşayış sahəsi uzun müddətdir ki, Cavabde h1 istifadəsindədir. Həmin sahənin Cavabdeh1 tərəfindən istifadəsinə dair heç bir irad yoxdur.
10. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2018ci il tarixli məktubun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(102)-5644/16 saylı qərarına əsasən "XXX” Mənzil Kooperativinin sədri xx.xx.2011 -ci il tarixdən Cavabdeh2dır. Bu fakt kommersiya hüquqi şəxslərin dövlət reyestrinə xx.xx.2017-ci il tarixdə daxil edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət ed ərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə, Nəsimi rayonu, D.Əliyeva, XXX saylı yaşayış binasının 5-ci girişinin 1-ci mərtəbəsində, pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otağın qanunsuz sökülmüş döşəməsinin cavabdehin hesabına bərpa edilməsi, hüquqi yardımla bağlı ödənilmiş 1000 manatın, ekspertiza xəclərinin, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və 20000 manat mənəvi ziyanın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 4 ünvanında yerləşən bina «XXX» Mənzil Kooperativinə məxsusdur və o, həmin kooperativin sədridir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti 2-ci X6 İdarəsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanda yanğın texniki müayinə si keçirilmiş və müayinə zamanı yaşayış binasının 5-ci girişinin 1-ci mərtəbəsində, pilləkən qəfəsəsinin alt hissəsində yerləşən köməkçi otağın döşəməsinin mövcud olmadığı aşkar olunmuşdur. Həmin köməkçi otağın döşəməsi aradan götürülərək binanın yarımzirzəmi mərtəbəsində yerləşən Cavabdeh1 məxsus qeyri-yaşayış obyektinə birləşdirildiyi, köməkçi otağın dəmir qapısı qaynaq vasitəsilə bağlandığı müəyyən olunmuşdur
13. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti 2-ci X6 İdarəsinin 15 avqust 2017-ci il tarixli xx/xx-00584 saylı məktubuna əsasən təsdiq olunmuş və tədbir görülməsi üçün Nəsimi Rayon İcra Hakimiyyətinə müvafiq məktub göndərilmişdir. Buna baxmayaraq, icra hakimiyyəti qanuna müvafiq tədbir görməmişdir.
14. Cavabdeh1 sözügedən otağı Cavabdeh2 pull a aldığını və sonuncunun ona sənəd verərək oranı istədiyi kimi istifadə edə biləcəyini bildirdiyini demişdir. Köməkçi otağın qapısı qaynaq aparatı vasitəsi ilə qaynaqlanmışdır. Hazırda Cavabdeh1 həmin köməkçi otaqdan anbar kimi istifadə edir və orda tez alışan kimyəvi tərkibli mallar saxlayır ki, bu da bina sakinlərinin həyat və sağlamlığına təhlükədir. O, sözügedən binanın qanunsuz söküntü aparılmış 5-ci girişindəki 60-cı mənzilində yaşayır, binanın sakini olaraq, həyatına hər an təhlükə hiss edir. ünvan 4 ünvanındakı sözügedən zirzəmi Cavabdeh1 tərəfindən qanunsuz zəbt edildiyindən və onun tərəfindən aparılmış söküntü işləri təhlükəsizlik normalarına zidd olduğundan otaq əvvəlki vəziyyətinə gətirilməlidir.
15. Birinci instansiya məhkəməsində cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməy ə müraciət edərək, İddiaçı iddiasının rədd edilməsi, İddiaçı ona dəymiş mənəvi ziyanın 20000 manat, maddi ziyanın 15000 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
16. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, D.Əliyeva küçəsi, XXX ünvanındakı binada mənzil kooperativinin sədri uzun müddətdir ki, İddiaçı deyil, başqa şəxsdir. Bununla razılaşmayan İddiaçı bu günə kimi özünü sədr kimi qələmə verir. Mübahisə olunan kooperativə məxsus olan binanın 5-ci giriş 1-ci mərtəbəsində, pilləkən qəfəsi hissəsində yerləşən köməkçi otaq hələ 1996-cı ildə ona verilmişdir. Hətta o dövrdə kooperativin sədri olan İddiaçı xx.xx.1996-cı il tarixdə onunla müqavilə bağlayaraq həmin yeri ona kirayə vermiş və sonradan həmi n yer sənədləşdirilmişdir. Həmin mübahisə olunan yerə aid 1997-ci ilin mart ayında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi «Aztexinventarlaşdırma istehsalat birliyi» tərəfindən texniki pasport da tərtib olunmuş və həmin texniki pasporta əsasən iddia ərizəsində göstərilən pilləkən qəfəsi də həmin plana daxil edilmişdir. Bu, 1997-ci il tarixdə Baş Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən də təsdiq olunmuşdur. Həmin təsdiq olunmuş layihə sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin daimi fəaliyyət göstərən idarələr arası komissiyası mübahisə edilən ərazidə baxış keçirərək D.Əliyeva küçəsi, XXX nömrəli binanın zirzəmisindən qapı açılmasını sanitar-gigiyena, yanğından mühafizə və texniki cəhətcə məqsədəuyğ un hesab etmişdir.. 17. 1996-cı ildə keçmiş "Sovet işçisi-İ” Mənzil Kooperativ İdarəsinin xx.xx.1996-cı il tarixli 6 saylı protokolu ilə ona verilərkən həmin iclasda İddiaçı 1970-ci ildən istismarda olan binanın zirzəmisində çirkab suların yığılmasını, kommunikasiya sistemlərinin bərbad vəziyyətdə olmasını bildirmiş və onun təkidi ilə sözügedən yer ona verilmiş və orada külli miqdarda təmir və yenidənqurma işləri aparılmışdır. Həmin vaxt Azərbaycan İnşaat və X7 İnstitutu tərəfindən verilmiş rəyə əsasən zirzəmidə xarici qapının açılması nəzərdə tutulmuşdur. Həmin qeyri-yaşayış sahəsi uzun müddətdir ki, onun tərəfindən özəlləşdirilmiş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ona RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2017-ci il tarixli 2 52 nömrəli «XXX-2010» kooperativin sədrinin imzası ilə ona aşağıdakı məzmunda arayış verilmişdir: - "Verilir ondan ötrü ki, həqiqətən ünvan 3 ünvanda yerləşən 5-ci blokun pilləkən altı qəfəsində 0,8 kv.m olan qeyri-yaşayış sahəsi uzun müddətdir ki, Cavabdeh1 istifadəsindədir. Həmin sahənin Cavabdeh1 tərəfindən istifadəsinə dair heç bir irad yoxdur”. Bütün bunlara baxmayaraq, bu günə kimi İddiaçı özünü həmin kooperativin sədri hesab edir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-5644/l6 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı və X1 Cavabdeh2 qarşı kooperativə məxsus əmlakların geri alınması tələbinə dair idd ia tələbi təmin edilməmişdir. Bütün bunlar İddiaçı əsassız iddia ilə məhkəməyə müraciət edərək onu narahat etməsini, hər dəfə həmin mübahisə edilən yerə baxış keçirilərkən onun öz işindən ayrılmaq məcburiyyətində olmasını və nəticə etibarı ilə ona mənəvi cəhətdən böyük zərbələr dəydiyini sübut edir. Çünki hər dəfə sakinlər və digər onu tanıyanlar onun istifadəsində və mülkiyyətində olan qeyri-yaşayış sahəsinə çoxsaylı adamların, komissiyaların gəldiyini və hər dəfə də onun həmin yerə aid sənədləri göstərərək izahat vermək məcburiyyətində qaldığını görürlər. Dəfələrlə İddiaçı Fövqəladə Hallar Nazirliyinin tikintiyə nəzarət xidmətinə ərizə ilə şikayət etmiş, onların nümayəndələri gəlib yerində baxış keçirmiş və İddiaçı ərizəsində göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır. İddiaçı ərizəl əri qonşuların adından yazsa da, qonşulardan heç kim həmin ərizələrə imza atmamışdır. İddiaçı hələ kooperativin sədri olan dövrdə ondan qəbzdən əlavə pul tələb etmiş və əks halda zirzəmidən istifadəsinə məhdudiyyət qoyulacağını bildirmişdir. O da həmin zirzəmiyə görə zirzəminin özəlləşdirildiyi dövrə qədər hər ay pul ödəmişdir. Bundan əlavə bütün bu yaranmış vəziyyət onun səhhətinə çox ağır təsir göstərmiş, hətta o, əməliyyat da olunmuş və hal-hazırda da müalicə alır. Göründüyü kimi ona həm mənəvi, həm də maddi cəhətdən çox böyük zərbələr dəymişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2018-ci il tarixli 1488 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, XXX saylı evin zirzəmi hissəsində yerləşən mübahisəli qeyri- yaşayış sahəsinə giriş-çıxış qapısının qonşu mənzillərə gedən sahədən kənarda, pilləkən marşının altında yerləşdiyini nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsinin qonşuların gediş-gəlişinə maneəçilik törətmədiyi müəyyən edilmişdir. Tədqiq olunan binanın digər girişlərinə (bloklarına) baxış zamanı, mübahisəli qeyri-yaşayış sahəsinin planlı yerləşməsinin 1-ci, 6cı və 7-ci girişlərdə (bloklarda) eynilik təşkil etdiyi, yəni həmin sahələrdə də zirzəmiyə giriş üçün keçid qapısı və pilləkən marşı olduğu, 2-ci blokda isə analoji sahənin bağlı vəziyyətdə yerləşdiy müəyyən edilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsinin faktiki parametrlərini, o cümlədən uzunluğu 3,9 metr, eni 2,2 metr, hündürlüyü 3,5 metr təşkil etdiyini nəzərə alaraq, həmin tikilidə giriş-çıxış üçün pilləkən quraşdırılması texniki cəhətdən mümkündür. Tədqiq olunan bina üzrə ilkin layihə sənədləri mülki iş materiallarında olmadığından, eləcə də sonradan ekspertizaya təqdim edilmədiyindən "Ay Ulduz” kooperativinə məxsus yaşayış binasının 5-ci girişinin 1-ci mərtəbəsində pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otağın döşəməsinin sökülüb-sökülmədiyini müəyyən etmək mümkün olmamışdır.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2018-ci il tarixli 24362 nömrəli rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən mübahisəli zirzəminin ("Ay Ulduz” kooperativinə məxsus yaşayış binasının 5-ci girişinin 1 ci mərtəbəsində pilləkən qəfəsəsinin alt hissəsində yerləşən köməkçi otaq) qonşuların gediş-gəlişinə maneəçilik törətməsi müəyyən edilməmişdir. ünvan 4 ünvanında yerləşən y aşayış binasının digər girişlərinə (bloklarına) baxış keçirilən zaman, mübahisəli qeyriyaşayış sahəsinin planlı yerləşməsinin birinci, alıtncı və yeddinci girişlərdə (bloklarda) eynilik təşkil etdiyi, yəni həmin sahələrdə də zirzəmiyə giriş üçün keçid qapısının və pilləkən marşının olduğu ikinci blokda isə analoji sahənin bağlı vəziyyətdə yerləşdiyi müəyyən edilmişdir. Tədqiq olunan qeyri-yaşayış sahəsinin mövcud vəziyyətini, ölçülərini, hündürlüyünü və digər texniki göstəricilərini nəzər alaraq, mübahisəli zirzəmidə giriş-çıxış üçün pilləkənin quraşdırılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. «Ay Ulduz» kooperativinə məxsus yaşayış binasının ilkin texnikilayihə sənədləri mülki iş materiallarında olmadığından və əlavə olaraq ekspertiza tədqiqatına təqdim edilmədiyindən, "Ay Ulduz” kooperativinə məxsus yaşayış binasının 5-ci girişinin 1-ci mərtəbəsində pilləkən qəfəsəsinin alt hissəsində yerləşən köməkçi otağın döşəməsinin sökülüb-sökülmədiyini müəyyən etmək mümkün olmamışdır.
20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2019-ci il tarixli, 2(006)90/2019 saylı qətnaməsi ilə (hakim X3) ilk və qarşılıqlı iddiaların təmin olunmaması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
21. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2019-ci il tarixli 2(006)90/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, ilk iddianın təmin edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə həmin girişin üzərində yerləşən mənzildə yaşayış, ondan başqa onlarla ailə həmin binada yaşayır, onların binasına heç bir aidiyyatı olmayan Cavabdeh1 pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otağın beton döşəməsini sökərək öz mağazasına qataraq yol açmış və bununla da insanların həyatına ciddi təhlükə yaratmışdır. Cavabdeh köməkçi otağın qapısını içəri tərəfdən qaynaq vasitəsi ilə qaynaqlamışdır. Halbuki binada bu cür söküntülərin aparılması qadağandır.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 avqust 2019-ci il tarixli, 2(103)-10132/2019 saylı qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-90/2019 saylı mülki iş üzrə qəbul etdiyi 10 yanvar 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlan ılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.3, 1096.1, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.1, 393, 405.0.1-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
25. İddiaçı apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin (bundan sonra - kassasiya instansiyası məhkəməsi) 22 Yanvar 2020-ci il tarixli, 2(102)-486/2020 nömrəli qətnaməsi ilə (hakimlər – Q.Ə.Allahverdiyev (sədrlik edən və məruzəçi), G.A.Quliyev və İ.R.Xələfov) kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
27. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
28. Kassasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.2, 415.3 və 416, 417, 419-cu maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi və bildirdi ki, ünvan 4 ünvanında yerləşən yaşayış binasının 5-ci girişinin 1-ci mərtəbəsində pilləkən qəfəsinin alt hissəsində ye rləşən sahənin döşəməsini sökməmiş, digər bloklarda olduğu kimi orada ümumiyyətlə döşəmə olmamış, zirzəmiyə keçid qapısı və pilləkən olmuşdur. Həmçinin bildirir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı mübahisəli ünvanda olan mənzilini Natiq Güləliyev adlı şəxsə satmış və xx.xx.2022- ci il tarixdə qeyd edilən mənzilə mülkiyyət hüququ Natiq Güləliyevin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.. Onun artıq iddiaçı qismində çıxış etməsinə subyektiv hüququ olmadığını bildirmişdir.
30. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti 2-ci X6 İdarəsi Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı 02.09.20-ci il tarixli məktubunda qeyd edilir: "Araşdırma zamanı məlum olmuşdur ki, sözü gedən ünvanda 5 mərtəbəli yaşayış binasının 5-ci girişinin pilləkən qəfəs əsinin alt hissəsində yerləşən, ümumi sahəsi 0,8 kv.m olan köməkçi otaq Cavabdeh1 istifadəsindədir. Yaşayış binasına dair layihə sənədləri təqdim edilmədiyindən mübahisəli qeyri-yaşayış sahəsinin layihə sənədlərində təyinatının araşdırılması mümkün olmamışdır. Lakin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.1995-ci il tarixli, 26/9 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin "Aztexinventarlaşdırma İstehsalat birliyi” tərəfindən tərtib edilmiş "Dərya-M” şirkətinə məxsus texniki pasportda sözü gedən sahə pilləkən qəfəsəsi kimi göstərilmişdir.”
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2074 saylı ekspert rəyində qeyd edilmişdir ki, " ünvan 4 ünvanında yerləşən yaşayış binasının 5-ci girişinin 1-ci mərtəbəsində pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otağın eni 2,15 metr və uzunluğu 3,8 metr təşkil edir, lakin RX serialı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətinə verilmiş 92,5 kv.m qeyri-yaşayış sahəsinə dair texniki pasport olmadığı üçün, həmin sahənin tutulubtutulmamasını müəyyən etmək mümkün olmamışdır, mübahisəli sahənin sökülübsökülməməsi, əgər sökülmüşdürsə, söküntü işlərinin nədən ibarət olması, bunun tikintitexniki normalara uyğun olub-olmaması və binanın dayanıqlılığına, sakinlərin təhlükəsizliyinə təhlükə yaradıb-yaratmamasına dair tədqiqat aparılmadı, mübahisə qeyriyaşayış sahəsinin planlı yerləşməsinin 1-ci, 6-cı və 7-ci girişlərdə (bloklarda) eynilik təşkil edir, yəni həmin sahələrdə də zirzəmiyə giriş üçün keçid qapısı və pilləkən marşı vardır, 2ci blokda isə analoji sahə bağlı vəziyyətdədir, mübahisəli qeyri-yaşayış sahəsinin faktiki parametrlərini, o cümlədən uzunluğu 3,9 metr, eni 2,2 metr, hündürlüyü 3,5 metr təşkil etdiyini nəzərə alaraq, həmin tikilidə giriş-çıxış üçün pilləkən quraşdırılması texniki cəhətdən mümkündür.”
32. Apellyasiya instansiyası məhkəməsi 05 aprel 2022-ci il tarixli, 2(103)81/2022 nömrəli qətnaməsi ilə (hakimlər – E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən–ilk iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlamışdır.
33. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iş üzrə dəfələrlə keçir ilmiş ekspertiza rəyəlri ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, XXX saylı evin zirzəmi hissəsində yerləşən mübahisəli qeyriyaşayış sahəsinə giriş-çıxış qapısının qonşu mənzillərə gedən sahədən kənarda, pilləkən marşının altında yerləşdiyini nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsinin qonşuların gediş-gəlişinə maneəçilik törətmir. Tədqiq olunan binanın digər girişlərinə (bloklarına) baxış zamanı, mübahisə qeyri-yaşayış sahəsinin planlı yerləşməsinin 1-ci, 6-cı və 7-ci girişlərdə (bloklarda) eynilik təşkil etdiyi, yəni həmin sahələrdə də zirzəmiyə giriş üçün keçid qapısı və pilləkən marşı olduğu, 2-ci blokda isə analoji sahənin bağlı vəziyyətdə yerləşdiy müəyyən edilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsinin faktiki parametrlərini, o cümlədən uzunluğu 3,9 m etr, eni 2,2 metr, hündürlüyü 3,5 metr təşkil etdiyini nəzərə alaraq, həmin tikilidə giriş-çıxış üçün pilləkən quraşdırılması texniki cəhətdən mümkündür.
34. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmiş və eyni zamanda qed etmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mübahisəli sahənin yerləşdiyi binada olan 60 saylı mənzilin mülkiyyətçisi olmuş, xx.xx.2022-ci il tarixdən mənzilə mülkiyyət hüququ Natiq Güləliyevin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
35. Apellyasiya Məhkəməsinin sonda qeyd etdiyi məsələ (iddiaçının həmin binada yerləşən mənzilini satması) idiaçının hazırkı mübahisəni davam etdirməyə subyektiv hüququnun olması ilə bağlı qeyd edilmi şdir.
36. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsi 140-cı maddəsi, Azərbaycan Respublikası Mülki Məcəllənin 227.1, və MPM-nin 14.2, 77.1, 88, 405-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları e)Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, ilk iddianın tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz mövqeyini əsaslandırarkən, maddi və prossual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Söküntü aparılandan bir neçə gün sonra Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın nəzarət Xidməti 2-ci X6 İdarəsinın əməkdaşları tərəfindən ünvan 6 ünvanda yanğın texniki müayinə keçirilmiş və müayinə zamanı yaşayış binasının 5-ci girişinin 1-ci mərtəbəsində, pilləkən qəfəsəsinin alt hissəsində yerləşən köməkçi otağın döşəməsinin mövcud olmadığı aşkar olunmuşdur. Həmin köməkçi otağın döşəməsi aradan götürülərək binanın yarımzirzəmi mərtəbəsində yerləşən Cavabdeh1 məxsus qeyri-yaşayış obyektinə birləşdirildiyi və köməkçi otağın dəmir qapısı qaynaq vasitəsilə bağlandığı müəyyən olunmuşdur. Faktla bağlı Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın nəzarət Xidməti 2-ci X6 İdarəsinın 15 avqust 2017-ci il tarixli xx/xx-00584 saylı məktubuna əsasən təsdiq olunmuş və tədbir görülməsi üçün Nəsimi rayon İcra Hakimiyyətinə müvafiq məktub göndərilmişdir. Bundan başqa işdəki foto şəkillərdən də cavabd ehin yaşayış binasının 5-ci girişinin 1-ci mərtəbəsində, pilləkən qəfəsəsinin alt hissəsində yerləşən köməkçi otağın döşəməsinin mövcud olmadığı aşkar olunmuşdur. Buna baxmayaraq, apellyasiya instansiyası buna qiymət verməmişdir. 39. 1-ci və son giriş olan 7-ci girişdə zirzəmiyə pilləkən binanın layihəsinə uyğun olaraq, əvvəldən olmuşdur. Digər girişlərdə isə ümumiyyətlə pilləkən olmamışdır. O, həmin binada yaşayır və bu barədə arayışı da əlavə edir. ******* saylı xx.xx.2022-ci il tarixli yaşayış yerindən Arayışa əsasən onun Dilarə Əliyeva küçəsi XXX, mənzi 30-da yaşamağı təsdiq olunmuşdur. Cavabdeh1 isə ümumiyyətlə həmin ünvanda yaşamadığı halda bina sakinlərinin həyat və sağlamlığına təhlükəyə atan hərəkətlərə yol vermis, pilləkənin alt qəfəsinə aid beton döşməni sökərək öz mağazasına qa tmış və bu günədək də məhkəmələrdə öz hərəkətinə haqq qazandırmağa çalışır. Gələcəkdə binada hər hansı fövqəladə hadisə o cümlədən yanğın, partlayış baş verərsə bunun məsuliyyətini də o, məhkəmələrin üzərinə atacaqdır. Binanın birinci mərtəbəsi və zirzəmisi Koopertivə deyil, dövlətə məxsusdur. Təəssüflər olsun ki, məhkəmə bu hüquqi faktlara da qiymət verməmiş, Ali Məhkəmənin göstərişlərini deyil öz şəxsi mülahizələrinə əsasən iş üzrə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə çoxsaylı ekspertizalar təyin etsə də Ali Məhkəmənin göstərişi olan əsas suala “Pilləkənin alt qəfəs hissəsinin sökülüb sökülmədiyi sualna” cavab almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı Cavabdeh1 tərəfindən izahat təqdim olunmuşdır. Tətbiq edilən hüquq Azərbay can Respublikasının Mənzil Məcəlləsi
41. Maddə
140. Vətəndaşlar yaşayış sahəsinin qorunmasını təmin etməli, sanitariya-texniki və digər avadanlığa, abadlıq obyektlərinə qayğı ilə yanaşmalı, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarına, yanğın təhlükəsizliyi qaydalarına əməl etməli, evlərin girəcəklərində, lift kabinələrində, pilləkənlərdə və digər ümumi istifadə yerlərində təmizliyə və səliqəyə riayət etməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 227.1 Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya- texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçiləri nə mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
52. Əvvəla, kolegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Ona görə işin faktiki hallarının ətraflı araşdırılmaması ilə bağlı dəlillər əsaslı deyil.
53. Cavabdeh tərəfindən pilləkən qəfəsində olan texniki otağın döşəməsinin sökülüb-sökülməməsi işin faktiki hallarına aid məsələdir. Həmin mülki iş 2017-ci ildən məhkəmələrin icraatındadır, bir dəfə kassasiya instansiyası məhkəməsinnin baxış predmeti olmuş, dəfələrlə iş üzrə ekspertizalar keçirilmişdir. Lakin, keçirilmiş ekspertizalar, araşdırmalar nəticəsində məhkəmələr mübahisə olunan texniki otağın cavabdeh tərəfindən sökülməsi, həmin sahəni öz sahəsinə qatması və belə söküntünün sakinlərin mənafeyini pozması halını müəyyən etmək mümkün olmamışdır. Kollegiya qeyd edir ki, həmin hallar mübahismənin həlli ilə bağlı əsas faktiki hallardır ki, bu halların mövcudluğunu iddiaçı sübuta yetirə bilməmişdir.
54. Hazırkı icraatda isə, həmin halların müəyyən edilməməsinə istinad oluna bilməz. Beləki, kassasiya instansi yası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır.
55. Ali Məhkəmənin göstərişlərinə əməl olunmaqla iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında ünvan 4 ünvanında yerləşən mübahisəli sahənin (“Ay Ulduz” kooperativinə məxsus yaşayış binasının 5-ci girişinin 1-ci mərtəbəsində pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otaq) ölçüsünün nə qədər olması, həmin sahənin Cavabdeh1 tərəfindən zəbt edilib-edilməsi, qeyd edilən mübahisəli sahənin döşəməsisin sökülüb-sökülməməsi, əgər sökülmüşdürsə, söküntü işlərinin nədən ibarət olması, bunun tikinti texniki normalara uyğun olub-olmaması və binanın dayanıqlılığına, sakinlərin t əhlükəsizliyinə təhlükə yaradıb-yaratmaması, ünvan 4 ünvanında mübahisəli zirzəminin (“Ay Ulduz” kooperativinə məxsus yaşayış binasının 5-ci girişinin 1-ci mərtəbəsində pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otaq) yerləşdiyi binada analoji yerlərin (qonşularda yerləşən tikililər nəzərə alınmaqla) eynilik təşkil edib-etmədiyi, digər obyektlərdə zirzəminin həmin sahəyə daxil olub-olmaması barədə suallar qoyulmuşdur.
56. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti 2-ci X6 İdarəsi Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilir ki, “Araşdırma zamanı məlum olmuşdur ki, sözü gedən ünvanda 5 mərtəbəli yaşayış binasının 5-ci girişinin pilləkən qəfəsəsinin alt hissəsində yerləşən, ümumi sahəsi 0,8 kv.m olan kö məkçi otaq Cavabdeh1 istifadəsindədir. Yaşayış binasına dair layihə sənədləri təqdim edilmədiyindən mübahisəli qeyri-yaşayış sahəsinin layihə sənədlərində təyinatının araşdırılması mümkün olmamışdır. Lakin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.1995-ci il tarixli, 26/9 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin “Aztexinventarlaşdırma İstehsalat birliyi” tərəfindən tərtib edilmiş "Dərya-M” şirkətinə məxsus texniki pasportda sözü gedən sahə pilləkən qəfəsəsi kimi göstərilmişdir.”
57. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2074 saylı ekspert rəyində qeyd edilmişdir ki, “ünvan 4 ünvanında yerləşən yaşayış binasının 5-ci girişinin 1 -ci mərtəbəsində pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otağın eni 2,15 metr və uzunluğu 3,8 metr təşkil edir, lakin RX serialı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh1 müliyyətinə verilmiş 92,5 kv.m qeyriyaşayış sahəsinə dair texniki pasport olmadığı üçün, həmin sahənin tutulub-tutulmaması mümkün olmamışdır, mübahisəli sahənin sökülüb-sökülməməsi, əgər sökülmüşdürsə, söküntü işlərinin nədən ibarət olması, bunun tikinti texniki normalara uyğun olub-olmaması və binanın dayanıqlılığına, sakinlərin təhlükəsizliyinə təhlükə yaradıb-yaratmamasına dair tədqiqat aparılmadı, mübahisə qeyri-yaşayış sahəsinin planlı yerləşməsinin 1-ci, 6-cı və 7ci girişlərdə (bloklarda) eynilik təşkil edir, yəni həmin sahələrdə də zirzəmiyə giriş üçün keçid qapısı və pilləkən marşı vardır, 2-ci blokda i sə analoji sahə bağlı vəziyyətdədir, mübahisəli qeyri-yaşayış sahəsinin faktiki parametrlərini, o cümlədən uzunluğu 3,9 metr, eni 2,2 metr, hündürlüyü 3,5 metr təşkil etdiyini nəzərə alaraq, həmin tikilidə giriş-çıxış üçün pilləkən quraşdırılması texniki cəhətdən mümkündür.”
58. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 59. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Ple numunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Qeyd olunan halları nəzərə alan kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qə r a r a a l d ı: Kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2022-ci il tarixli, 2(103)-81/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.