Məhkəmə qərarları › İş №2(102)-4895/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4895/2021

30.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4895/2021 30.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi ərizəsinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əmək stajının bərpa olunmasına dair faktın müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı Ərizəçi, cavabdehin vəkili Vəkil iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-412/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional ərazi filialı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Seriya AZE 0******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1955-ci ildə İmişli rayonu, Sarxanlı kəndində anadan olmuş və İmişli rayonu, Sarxanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası İmişli Rayon Dövlət Arxiv İdarəsinin 36 saylı, 15 may 2020ci il tarixli arayışından görünür ki, 1970, 1971 və 1989-cu illər üzrə İmişli rayonu, “Jdanov” adına kolxozun sənədləri (əmək haqqı üzrə son hesablaşma kitabları) arxivə təhvil verilməmiş və hal-hazırd a arxivdə saxlanılmır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli Rayon Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış **********3 saylı, 04 iyun 2020-ci il tarixli məktubun surətindən görünür ki, İmişli Rayon Dövlət Arxiv İdarəsinin məlumatına əsasən 1970, 1971 və 1989-cu illər üzrə İmişli rayonu, “Jdanov” adına kolxozun sənədləri arxivə təhvil verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Ərizəçi onun həmkəndlisidir. O, ali təhsillidir və ixtisasca iqtisadçıdır. 1977-ci il tarixdən 1991-ci il tarixədək İmişli rayonu “Jdanov” adına kolxozda mühasib və baş mühasib vəzifələrində işləmişdir. Həmin kolxozun əsas fəaliyyəti heyvandarlıq, taxılçılıq və pambıqçılıq sahələri olub. Ərizəçi da onunla birlikdə, daha doğrusu, 1969-cu il tarixdən 1989-cu il tarixədək İmişli rayonu “Jdanov” adına kolxozda kolxozçu vəzifəsində işləmişdir. Özünün həmin kolxozda müxtəlif vəzifələrdə işləməyi faktı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Lakin İmişli rayonu “Jdanov” adına kolxozun müəyyən dövrlər üzrə sənədləri arxivə təhvil verilməmişdir. Məhz bu səbəbdən də, Ərizəçi və həmin kolxozda işləmiş bir sıra şəxslər bu problemlə üzləşmişdir. Eyni zamanda bildirir ki, Ərizəçi İmişli rayonu “Jdanov” adına kolxozda işlədiyi müddət ərzində hər zaman qabaqcıl işçilərdən biri olmuşdur. Daha sonra, 1991-ci il tarixdə İmişli rayonu “Jdanov” adına kolxoz ayrılaraq, “Buludlu” kolxozu olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Ərizəçi onun həmkəndlis idir. O, ali təhsillidir və ixtisasca aqronomdur. 1968-ci il tarixdən 1996-cı il tarixədək İmişli rayonu “Jdanov” adına kolxozda aqronom və briqader vəzifələrində işləmişdir. Ərizəçi da onunla birlikdə 1969-cu il tarixdən 1989-cu il tarixədək İmişli rayonu “Jdanov” adına kolxozda kolxozçu vəzifəsində işləmişdir. Özünün həmin kolxozda müxtəlif vəzifələrdə işləməyi faktı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Lakin İmişli rayonu “Jdanov” adına kolxozun müəyyən dövrlər üzrə sənədləri arxivə təhvil verilmədiyi üçün Ərizəçi və həmin kolxozda işləmiş bir sıra şəxslər bu problemlə üzləşmişdir. Onu da qeyd edir ki, Ərizəçi İmişli rayonu “Jdanov” adına kolxozda işlədiyi müddət ərzində qabaqcıl işçilərdən biri olmuşdur. Həmin kolxozun əsas fəaliyyəti heyvandarlıq, taxılçılıq və pambıqçılı q sahələri olub. 1991-ci il tarixdə İmişli rayonu “Jdanov” adına kolxoz ayrılaraq, “Buludlu” kolxozu olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1955-ci ildə İmişli rayonu, Sarxanlı kəndində anadan olmuşdur. Ailəlidir və pensiya yaşına çatmışdır. Ailəsi ilə birlikdə İmişli rayonu, Sarxanlı kəndində yaşayır. O, 1969-cu il tarixdən 1989-cu il tarixədək İmişli rayonu, “Jdanov” adına kolxozda kolxozçu vəzifəsində işləmişdir. Onun həmin kolxozda müəyyən illərdə işləməsi faktı İmişli Rayon Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş müvafiq sənəd əsasında öz təsdiqi tapır. Lakin onun 1970, 1971 və 1989-cu illərdə İmişli rayonu, “Jdanov” adına kolxozda kolxozçu vəzifəsində işləməyi ona məxsus əmək kitabçasında öz əksini tapmamışdır. O, 1970, 1971 və 1989-cu illərdə İmişli rayonu, “Jdanov” adına kolxozda işlədiyi həmin illərin iş stajına daxil edilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli Rayon Şöbəsinə müraciət etmişdir. Həmin Şöbə tərəfindən ona həmin illər üzrə İmişli rayonu, “Jdanov” adına kolxozun sənədlərinin arxivə təhvil verilmədiyi bildirilmişdir. Bundan sonra o, aidiyyatı üzrə İmişli Rayon Dövlət Arxiv İdarəsinə müraciət etmişdir. İmişli Rayon Dövlət Arxiv İdarəsi tərəfindən ona 1970, 1971 və 1989-cu illər üzrə İmişli rayonu, “Jdanov” adına kolxozun sənədlərinin arxivə tə hvil verilmədi və arxivdə saxlanılmadığı bildirilmişdir. Məhz bu səbəbdən, o, hüquqi əhəmiyyəti olan faktın, daha doğrusu, 1970, 1971 və 1989-cu illərdə İmişli rayonu, “Jdanov” adına kolxozda kolxozçu vəzifəsində işləməyi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, 1970, 1971 və 1989-cu illərdə İmişli rayonu, “Jdanov” adına kolxozda kolxozçu vəzifəsində işləməyi faktının müəyyən edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Nüsrətov, iş № 2(036)-2089/2020) ərizənin təmin edilməsi, Ərizəçi 1970, 1971 və 1989-cu illərdə İmişli rayonu “Jdanov” adına kolxozda kolxozçu vəzifəsində işləməsi faktının müəyyən edilm əsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Ərizəçi 1970, 1971 və 1989-cu illərdə İmişli rayonu “Jdanov” adına kolxozda kolxozçu vəzifəsində işləməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, o, ərizəsində istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. Bundan başqa, Ərizəçi 1970, 1971 və 1989-cu illərdə İmişli rayonu “Jdanov” adına kolxozda kolxozçu vəzifəsində işləməsi faktı məhkəmə iclasında ərizəçi tərəfindən dəvət edilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadəsi də işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul olunmalı və mötəbər sübut kimi qəbul e dilməlidir. Beləliklə, Ərizəçi 1970, 1971 və 1989-cu illərdə İmişli rayonu “Jdanov” adına kolxozda kolxozçu vəzifəsində işləməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı və Ərizəçi məhz bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün onun “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin İmişli rayon filialının direktor vəzifəsinin icrası həvalə edilən R.Z.Məmmədov apelyasiya şikayəti, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxslərin məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının departamentinin müdiri Emin İsayev və aparıcı məsləhətçi-hüquqşünası Vəkil isə apelyasiya şikayətinə əlavə vermişlər. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin İmişli rayon filialının direktor vəzifəsinin icrası həvalə edilən R.Z.Məmmədov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)-2089/2020 saylı, 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair” ərizəsi təmin edilmiş, Ərizəçi 1970, 1971 və 1989-cu illərdə İmişli rayonu, “Jdanov” adına kolxozda kolxozçu işləməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət olunmuşdur. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2021-c i il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən və məruzəçi), N.Mirzəyev və Q.Kərimov, iş № 2(106)-412/2021) maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin İmişli rayon filialının direktor vəzifəsinin icrası həvalə edilən R.Z.Məmmədov tərəfindən verilmiş apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavə təmin edilməmiş, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair” ərizəsi ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-2089/2020 saylı, 29 iyul 2020-ci il tarixli qətnaməsi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin İmişli rayon filialının direktor vəzifəs inin icrası həvalə edilən R.Z.Məmmədov tərəfindən verilmiş apelyasiya şikayətinə və apelyasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəçi tələbində haqlı olmuş və buna görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Ərizəçinin işləməsi faktı ilə bağlı məlumatların əmr və mühasibatlıq kitablarına qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirilməli idi və bu ərizəçidən aslı olmayan səbəb olduğundan, eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olduğundan, (burada əmr və mühasibatlıq kitablarında mü vafiq qeydiyyatın aparılması vəzifəli şəxs olaraq işəgötürənin borcu olması nəzərdə tutulur) qanunla ona verilmiş hüquqlarının həyata keçirilməsi, yəni pensiya hüququndan istifadəyə məhdudiyyət qoyula bilməz. Ərizəçinin işləməsi şahidlər X4 və X2 ifadələri ilə təsdiq olunur ki, həmin şahidlərin ifadələri bir-birilərini inkar etməməklə, birinin ifadəsi digərinin ifadəsini tamamlayır. Bu da həmin şahidlərin ifadələrinin mötəbərliyi üçün əsas yaradır. Belə olan halda ərizəçinin işləməsi ilə bağlı əmr və mühasibatlıq kitablarının olmamasına görə pensiya təyin edilməsindən imtina edilməsi və ya pensiya təyin edilməməsi əsaslı qəbul edilməməlidir. Hazırda da ərizəçinin vaxtı ilə işlədiyi kolxoz fəaliyyət göstərmədiyindən onun məhkəmə müdafiəsindən istifadə edərək işləməsi faktının müəyyən edilmə sini xahiş etməsi isə ərizəçinin həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsinə dəlalət edir. Birinci instansiya məhkəməsi haqlı olaraq ərizəçinin hüquqi əhəmiyyətli fakt olaraq əmək stajına malik olma faktını təsdiq etmişdir. Odur ki, məhkəmə kollegiyası maraqlı şəxsin apelyasiya şikayətində göstərdiyi “birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməsi” apelyasiya şikayətinin dəlilini əsaslı hesab etməməklə formal mülahizə hesab edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional ərazi filialı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-412/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Ərizəçi izahat ı dinlənilməmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya in stansiya məhkəməsinin qətnaməsindən yalnız maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional ərazi filialı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan R espublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 24.09.2007-ci il tarixli, Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 3.2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun 12 aprel 2019-c il tarixli Qərarının 13.1-ci bəndinə əsasən “Əmək p ensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-d ək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.4-cü bəndinə əsasən əmək stajı məh kəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərb aycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional ərazi filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-412/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar