Məhkəmə qərarları › İş №2(102)-4896/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4896/2021

28.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4896/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh MMC-nə və Abdullayeva Rahilə Şamil qızına qarşı ilkin, habelə Abdullayeva Rahilə Şamil qızının İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: müqavilələrin etibarsız sayılması, mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin boşaldılaraq ona təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahverdiyev Ümüd Nadir oğlunun katibliyi, iddiaçının etibarnamə üzrə nümayən dəsi (vəkil) X4 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-896/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Abdullayeva Rahilə Şamil qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasındakı mübahisə Cavabdeh MMC tərəfindən inşa edilən Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanında, l blok, 12-ci mərtəbədə yerləşən, 1 otaqlı, sahəsi 50,82 kv.m. olan mənzillə bağlıdır.

2. Həmin mənzilə dair 21 iyul 2009-cu il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən MMC mənzili İddiaçı təhvil verməyi, sonuncu isə mənzili qəbul etməyi və ümumi dəyəri olan 22869 manatı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.

3. Bundan sonra həmin mənzilə dair 04.08.2009-cu il tarixdə Cavabdeh MMC ilə Rahilə Abdullayeva arasında digər alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən MMC mənzili Rahilə Abdullayevaya təhvil verməyi, sonuncu isə mənzili qəbul etməyi və ümumi dəyəri olan 20328 manatı ödəməyi öhdəsinə götürmüşdür.

4. Cavabdeh MMC-nin direktoru olmuş Kazım-zadə Kazım Ələsgər oğlu tərəfindən eyni mənzillərin bir neçə şəxsə satılması (o cümlədən Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanında, l blok, 12-ci mərtəbədə yerləşən, 1 otaqlı, sahəsi 50,82 kv.m. olan mənzilin 21 iyul 2009-cu il tarixli müqavilə ilə İddiaçı, 04.08.2009-cu il tarixli müqavilə ilə Rahilə Abdullayevaya satılması) barədə çoxsaylı faktlar əsasında onun barəsində cin ayət işi başlanmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.07.2013-cü il tarixli hökmü ilə Cavabdeh MMC-nin direktoru olan Kazım-zadə Kazım Ələsgər oğlu Azərbaycan Respublikası CM-nin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

5. Həmin hökmlə müəyyən olunmuşdur ki, Kazım-zadə X3 prospekti 2935 A ünvanında inşa etdirdiyi binanın 1-ci blok 12-ci mərtəbəsində bir otaqlı 50,82 kv.metrlik nömrəsiz mənzili 21.07.2009-cu ildə 258 saylı müqavilə ilə mühasib Valentina Volkovanın vasitəsilə İddiaçı Mehi oğluna 22869 manata, 04.08.2009-ci il tarixli 262 saylı müqavilə ilə Abdullayeva Rahilə Şamil qızına 15350 manata sataraq onların ümumilikdə 38219 manat pullarını əl ə keçirib təkrar dələduzluq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh MMC-nə və Abdullayeva Rahilə Şamil qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə Rahilə Abdullayeva arasında 04.08.2009-cu il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh MMC və Rahilə Abdullayeva tərəfindən Xətai rayonu, Gəncə prospekti, 2935A ünvandakı binanın 1-ci blok, 12-ci mərtəbəsindəki, ümumi sahəsi 50,82 kv.m. olan bir otaqlı mənzilin boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 21.07.2009-cu ildə Cavabdeh MMC ilə alğı-satqı müqaviləsi bağlayaraq Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanda 1-ci blok, 12- ci mərtəbədə 1 otaqlı, sahəsi 50.82 kv.m olan mənzilin dəyərini ödəməklə, müqavilə əsasında almışdır. Təmir üçün də imkanı olmadığından binaya getməmişdir. Binada idarəçilikdə bir neçə sahib dəyişmişdir. Odur ki, mənzil hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsi üçün müraciət etməyə zərurət yaranmışdır.

8. Abdullayeva X1 Mehdi Məhi oğluna qarşı qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 21.07.2009-cu il tarixli müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Abdullayeva Rahilə Şamil qızı ilə Cavabdeh MMC arasında bağlanmış 04.08.2009-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında tikilən yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə sindəki 1 otaqlı 50,82 kv.m mənzil hər kv.m 400 manat olmaqla cəmi 20.328 manata R.Abdullayevaya satılmışdır. Alıcı mənzilin qiymətini tamamilə ödəmişdir. İddiaçı mənzili təmir etdirərək orada yaşayır. Mənzilin kommunal xidmət haqlarını da iddiaçı ödəyir. 2019-cu il mayın 14-də məlum olmuşdur ki, mənzil 2009-cu il 21 iyul tarixli başqa bir müqaviləyə əsasən guya iddiaçıya da satılmışdır. Onların müqaviləsindən 14 gün qabağa rəsmiləşdirilmiş müqavilədə mənzilin hər kv.m. qiyməti 450 manat göstərilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı ilə MMC arasında bağlanmış müqavilə etibarsızdır. Mənzili almış şəxslər Cavabdeh MMC və "xxxx" MMC-yə qarşı iki dəfə məhkəməyə müraciət edərək satılmış mənzillərin və qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüquqlarının tanınması, mənzill ərin açarlarının təhvil verilməsi və maneələrin aradan qaldırılmasını tələb ediblər. Birinci dəfə Xətai Rayon Məhkəməsinin 25.04.2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İkinci dəfə R.Abdullayevanın olduğu iddiaçıların iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Xətai Rayon Məhkəməsinin 07.12.2012-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Hər iki halda İddiaçı mənzil alanların tərkibində göstərilməmişdir. İddiaçı 10 il ərzində mənzillə bağlı heç bir orqana müraciət etməmişdir. "xxxx" MMC-nin tərtib etdiyi “Xətai rayonu Gəncə prospekti 2935 A ünvanında yerləşən 14 mərtəbəli yaşayış, 2 mərtəbəli qeyri-yaşayış binası sakinlərinin siyahısı”nda da mübahisəli 80 saylı mənzilin sahibi kimi R.Abdullayeva göstərilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi alğı-satqı müqavil əsinin saxtalığı da onunla sübut olunur ki: a) mənzilin dəyərinin ödənilməsi barədə iddiaçının ödəniş qəbzində möhür yoxdur; b) binanın tikintisinin gedişində mənzillərin satış qiyməti adətən yüksələn xətlə gedir. İddiaçı guya mənzili 14 gün qabaq alıb, lakin onların müqaviləsində hər kv.m. qiyməti 400 manat, onun müqaviləsində isə 450 manat göstərilmişdir. Müqavilənin daha əvvəlki tarixə yazılması məhkəmə praktikasında daha əvvəl bağlanmış müqaviləyə üstünlük verilməsi ilə bağlıdır; c) Cavabdeh MMC-nin direktoru K.Kazımzadə həbs edildikdən sonra onun qohumu X2 da mənzil satışı ilə məşğul olmuşdur. Bununla bağlı mənzillərin bir neçə şəxsə satılması ilə bağlı çoxlu faktlar var və müxtəlif məhkəmələrin icraatında yüzlərlə mübahisələrə baxılmışdır və baxılmaqdadır; d) ilk iddia üzrə İddiaçı t əqdim etdiyi sənədlərdə - müqavilə, arayış və qəbzdə K.Kazımzadənin imzaları birbirindən fərqləndiyinə görə onların həqiqiliyi də şübhə doğurur. İlkin iddia üzrə iddia ərizələrində onların müqaviləsinin etibarsız sayılması tələb olunsa da, müqavilənin etibarsızlığının nədən ibarət olması, hansı qanuna, konkret olaraq hansı maddəyə əsasən müqavilənin ləğv edilməli olması göstərilməmişdir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2(011)2900/2019 saylı qətnaməsi ilə (hakim N.Misirzadə) İddiaçı iddiası təmin edilməmiş, qarşılıqlı iddianın təmin edilərək, İddiaçı ilə Cavabdeh MMC arasında 21 iyul 2009-cu il tarixdə bağlanmış 258 saylı müqavilənin etibarsız sayılması, 22869 manat məbləğdə pulun Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi və ekspertiza tədqiqatını n dəyəri olaraq 238 manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür və həmin tələb üzrə cavabdeh R.Abdullayevanın nümayəndəsi iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Mənzil R.Abdullayevaya məxsus olduğundan, o, həmin mənzilə dair iddiaçı ilə "xxxx" MMC-nin arasında bağlanmış müqavilənin etibarsız hesab olunmasını tələb etməkdə haqlıdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 337.1, 337.4 və 337.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, Xətai rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tari xli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi, cavabdehin qarşılıqlı iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13840/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev, A.Ə.Hüseyn) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, ilkin iddia qismən təmin edilərək, Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında, l blok, 12-ci mərtəbədə yerləşən, 1 otaqlı, sahəsi 50,82 kv.m. olan mənzilin cavabdeh Abdullayeva Rahilə Şamil qızı tərəfindən boşaldılaraq, İddiaçı təhvil verilməsi, İddiaçı həmin mənzilə istifadə və sahiblik hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi, ilkin iddianın qalan hissədə v ə qarşılıqlı iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 238 manat məbləğində pul vəsaitinin cavabdehlər Abdullayeva Rahilə Şamil qızı və Cavabdeh MMC-dən bərabər hissələrdə tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçı mübahisəli mənzilə dair sahiblik və istifadə hüquqları əldə etmişdir; lakin həmin mənzil qarşılıqlı iddiaçının qanunsuz sahibliyində və istifadəsindədir; qarşılıqlı iddiaçının mübahisəli mənzilə dair bağladığı müqavilə özü-özlüyündə əhəmiyyətsiz olmaqla etibarsız əqddir və həmin müqavilənin yenidən etibarsız hesab edilməsinə zərurət yoxdur. Cavabdeh MMC ilə Abdullayeva Rahilə Şamil qızı arasında bağlanmış müqavilə özüözlüyündə eti barsız (əhəmiyyətsiz) əqd olduğuna görə ilk iddiada irəli sürülmüş müəyyən etmə (əqdin etibarsız hesab edilməsi) iddiasının təmin edilməsinə və ona görə də həmin tələb üzrə müddətin keçib-keçməməsi məsələsinə qiymət verilməsinə zərurət yoxdur.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 21 iyul 2009-cu il tarixli müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki Cavabdeh MMC mübahisəli mənzili inşa edərək iddiaçıya təhvil verməyi, sonuncu isə həmin mənzilin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür.

17. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 752.1, 752.2 və 567-ci maddələrinə istinadən bu nəticəyə gəlmişdir ki, hazırkı işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək mənzilin ümumi dəyərini Cavabdeh MMC-yə ödəmişdir. Belə olan halda isə, o, həmin mənzilə istifadə və sahiblik hüquqlarının tanınmasını tələb etməkdə haqlıdır və ona görə də, həmin hissələrdə ilk iddia əsaslıdır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən cavabdeh Rahilə Abdullayevanın mənzildən çıxarılması barədə ilk iddia qanunidir.

18. Cavabdeh MMC faktiki olaraq mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla Abdullayeva Rahilə Şamil qızı ilə etibarsız, hazırkı halda isə əhəmiyyətsiz əqd bağlamışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Cavabdeh Abdullayeva Rahilə Şamil qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd olunmas ı, qarşılıqlı iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

20. Ali Məhkəmənin Mülki Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli, 2(102)3955/2020 saylı qərarı ilə (hakimlər G.Quliyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və Z.Əliyev) kassasiya şikayəti təmin edilmiş və iş yenidən baxılması üçün göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-896/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, ilk iddia qismən təmin edilərək, Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında, l blok, 12-ci mərtəbədə yerl əşən, 1 otaqlı, sahəsi 50,82 kv.m. olan mənzilin cavabdeh Abdullayeva Rahilə Şamil qızı tərəfindən boşaldılaraq, İddiaçı təhvil verilməsi, İddiaçı həmin mənzilə istifadə və sahiblik hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 238 manat məbləğində pul vəsaitinin cavabdehlər Abdullayeva Rahilə Şamil qızı və Cavabdeh MMC-dən bərabər hissələrdə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin arasında bağlanmış 21 iyul 2009-cu il tarixli müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki Cavabdeh MMC mübahisəli mənzili inşa edərək iddiaçıy a təhvil verməyi, sonuncu isə həmin mənzilin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür.

23. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, Mülki Məcəllənin 452.1-ci maddəsi o halda tətbiq olunur ki, şəxs özünə məxsus olan əmlakın özgəninkiləşdirilməsi barədə bir neçə şəxslə müqavilə bağlayır, lakin əmlakı onlardan birinin mülkiyyətinə verir, belə halda müqavilə bağlamış digər şəxslərin mənzili tələb etmək hüququ aradan qalxır. Burada hüquqi məntiq ondan ibarətdir ki, qanunverici mülkiyyətçinin seçim hüququna hörmətlə yanaşıb. Ancaq podrat münasibətlərində podratçının belə seçim hüququ yoxdur, o, mülkiyyətçi deyil, podratçıdır, ona görə də podratın maddiləşmiş nəticəsini Mülki Məcəllənin 752.2-ci maddəsinin göstərişinə uyğun olaraq sifarişçiyə verməyə borcludur. Bu zaman 752.2-ci ma ddədə “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir” məzmunlu göstərişdən sonra işlədilən “əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir” ifadəsi düzgün başa düşülməlidir. Belə ki, maddədə “alğı-satqı müqaviləsi” deyil, “alğı-satqı qaydaları” ifadəsindən istifadə olunur, yəni podrat müqaviləsi ilə tənzimlənən münasibətin daxilində alğı-satqı qaydaları tətbiq edilir, ayrıca alğı-satqı müqaviləsi bağlanmır. Məmulatın hazırlanması və verilməsi bir müqavilənin-podrat müqaviləsinin tənzimetmə predmetidir.

24. Əgər hər hansı mülkiyyətçi öz mənzili üzərində sərəncam vermək üçün əvvəlcə İddiaçı ilə, daha sonra isə Abdullayeva Rahilə Şamil qızı ilə alğı-satqı müqaviləsi bağlasaydı, lakin mənzili Abdullayeva Rahilə Şamil qızına versəyidi, belə halda İddiaçı mənzili tələb etmək hüququ aradan qalxardı. Hazırkı işdə belə hal yoxdur, podratçı var, həmin podratçı əvvəlcə sifarişçi İddiaçı ilə, daha sonra isə “sifarişçi” Abdullayeva Rahilə Şamil qızı ilə podrat müqaviləsi bağlayıb.

25. Təsadüfi deyildir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 25.04.2018-ci il tarixli Qanunda da tikilməkdə olan binada mənzili əldə etmək üçün ilk müqavilə bağlayan şəxsin xeyrinə təminat qeydinin aparılmalı olduğu müəyyən edilmişdir. Bu isə artıq onu təsdiq edir ki, dövlətin qanunvericilik siyasəti mənzil əldə etmək üçün ilk müqavilə bağlayan şəxsin müdafiəsinə yönəlib. Mülki Prosessul Məcəllənin 2.2-ci maddəsinə görə mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Odur ki, təminat qeydinin tətbiqinə qədər eyni mənzilə dair 2 və daha çox şəxslə müqavilə bağlanmasının qarşısının alınması üçün məhkəmələr belə mübahisələri 1-ci müqaviləni bağlayan şəxsin xeyrinə həll etməlidir. Əks yanaşma ona səbəb olacaq mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə deyil, sui-istifadələrə rəvac verəcək, mənzil tikintisi ilə məşğul olan podratçılar daha çox qazanc əldə etmək üçün 1-ci şəxsin sifarişi və maliyyəsi ilə inşa edilən mənzili 2ci şəxsə satacaqlar.

26. Göründüyü kimi Cavabdeh MMC faktiki olaraq mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla Abdullayeva Rahilə Şamil qızı ilə etibarsız, hazırkı halda isə əhəmiyyətsiz əqd b ağlamışdır.

27. Cavabdeh MMC ilə Abdullayeva Rahilə Şamil qızı arasında bağlanmış müqavilə özü-özlüyündə əhəmiyyətsiz olmaqla etibarsız əqddir. Bu baxımdan kollegiya hesab etmişdir ki, həmin müqavilənin hazırki məhkəmə tərəfindən yenidən etibarsız hesab edilməsinə zərurət yoxdur.

28. Qarşılıqlı iddianın rədd olunmasını məhkəmə onunla əsaslandırmışdır Abdullayeva Rahilə Şamil qızı həmin mənzil üzərində hər hansı bir hüquqa sahib olmalıdır ki, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik olsun. Lakin yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, Cavabdeh MMC ilə Abdullayeva Rahilə Şamil qızı arasında bağlanmış müqavilə özü-özlüyündə etibarsız (əhəmiyyətsiz) əqddir. Belə olan halda isə onun həmin mənzil üzərində hər hansı bir hüququ yoxdur.

29. İddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı cavabdeh Rəhilə Abdullayevanın dəlilləri əsassızdır. Çünki Mülki Məcəllənin 373.2-ci maddəsində müqavilə tələbləri üzrə iddia müddətləri müəyyən edilmişdir. Yəni həmin maddə müqavilədən irəli gələn tələblərə dair iddia müddətlərini tənzimləyir və ona görə də, həmin müddətlərə istinad etmək hüququ yalnız müqavilə tələblərinə məxsusdur. Cavabdeh Rəhilə Abdullayeva isə iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 21 iyul 2009-cu il tarixli müqavilənin tərəfi deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

30. Abdullayeva Rəhilə həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddianın rədd olunmasını, qarşlıqlı iddianın təmin olunmasını xah iş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, R.Abdullayeva mənzili faktiki olaraq təhvil alıb təmir etməklə orada yaşayır. Bakı Ağır Cinayətlər Məhkəməsinin "xxxx" MMC-nin rəhbəri Kazım Kazım-zadə barədə hökmü 29.07.2013-cü ildə tarixdə qəbul edildiyinə görə İddiaçı mübahisəli mənzilin eyni zamanda başqasına da satıldığı barədə məlumatı ən azı 2013-cü ilin yanvar ayından əvvəl bilmişdir. Lakin vaxtında iddia qaldırmamışdır. Əgər İddiaçı "xxxx" MMC ilə razılaşma əldə etməmişsə və ya mənzilə hüququ olduğunu düşünürdüsə nəyə görə uzun müddət iddia verməmişdir. Bu halda İddiaçı iddiası təmin oluna bilməzdi. Artıq "xxxx" MMC-nin rəhbəri olmuş Kazım Kazımzadə vəfat etmişdir və İddiaçı müqavilənin etibarsız sayılması barədə iddia vermədiyinə görə iddia müddətini ötürmüşdür. b ) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) X4 oğlu kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

34. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Madd ə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkə mə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə

452. Fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edil mədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edi r, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

37. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamas ına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

38. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418. 3).

39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göst ərilən nəticələrə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Buna görə də kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

42. Belə ki, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normasının tətbiqi zamanı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə almamışdır.

43. Ali Məhkəmənin Mülki Kollegiyası hazirki iş üzrə 07 oktyabr 2020-ci il tarixli qərarında göstərmişdi ki, MMC ilə həm ilk iddia üzrə iddiaçı, həm də qarşılıqlı iddia üzrə iddiaçı arasında bağlanmı ş müqavilələr eyni formada, eyni məzmunda, alıcıların iradə ifadəsinə, əqdin məzmununa uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmışdır. Bununla bərabər, qanuni qüvvəyə minmiş hökmlə həm ilk iddia üzrə iddiaçı, həm də qarşılıqlı iddia üzrə iddiaçının eyni qaydada Cavabdeh MMC-nin direktoru olan Kazımzadə Kazım Ələsgər oğlu tərəfindən aldadılmaqla, müqavilə üzrə məbləğlərin ələ keçirilməsi müəyyən edilmişdir. İşin digər bir mübahisələndirilməyən halı ondan ibarətdir ki, yuxarıda qeyd edildiyi kimi, qanuni qüvvəyə minmiş hökmü ilə Cavabdeh MMC-nin direktoru olan Kazım-zadə Kazım Ələsgər oğlunun eyni mənzili həm ilk idda üzrə iddaçıya, həm də qarşılıqlı iddia üzrə iddiaçıya satmaqla onlara məxsus pul vəsaitlərinin ələ keçirməklə dələduzluq etdiyi müəyyən edilmişdir. Yəni, qanuni qüvvə yə minmiş məhkəmə hökmü ilə tərəflər eyni statuslu zərərçəkmiş kimi tanınmışdır ki, həmin hökmlə də hər hansı tərəfin mübahisəli mənzilə münasibətdə üstün hüququ olması müəyyən edilmir. Bu halda, Cavabdeh MMC ilə qarşılıqlı iddiaçı arasında bağlanmış müqavilənin əhəmiyyətsiz əqd olması barədə gəlinən nəticə ümumiyyətlə əsassızdır.

44. Məhkəmə kollegiyası daha sonra göstərmişdir ki, Cavabdeh MMC mübahisəli mənzili həm ilk iddia üzrə iddiaçıya, həm də qarşılıqlı iddia üzrə iddiaçıya təhvil vermək barədə öhdəlik götürmüşdür. Mülki Məcəllənin 452-ci maddəsi ilə fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Deməli, mənzilə mülkiyyət hüququnu əmlaka dair hüquq yaradan müqaviləni birinci bağlamış şəxs əldə edir. Eyni zamanda, əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd olunan hüquq normasında “mülkiyyət hüququ ilə verilmə” anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə b ərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Həmin maddənin tələblərinə görə mənzil qarşılıqlı iddiaçının sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur. Yuxarıda qeyd edildiyi kimi, mübahisəli mənzilin qarşılıqlı iddiaçının sahibliyinə və istifadəsinə verilməsi işin mübahisələndirilməyən halıdır. Bu halda həmin maddənin hazırki mübahisəyə aid olmaması barədə gəlinən nəticə də əsassızdır.

45. Apelyasiya instansiyası məhkəməsi yenidən işə baxarkən tərəflərin arasında bağlanmış müqavilələri yenə də podrat müqaviləsi kimi qiymətləndirmiş, iddiaçı və Rəhilə Abdullayevanın müqavilə tərəfi kimi sifarişçi, "xxxx" MMC-nin isə podratçı olduğunu müəyyən etmişdir. Məhkəmə qeyd etmişdi r ki, Abdullayeva Rahilə Şamil qızının podrat müqaviləsi yalan əqddir, ona görə ki, qeyd olunan hal müqavilənin məzmunundan aydın görünür. Belə ki, müqavilənin məzmununda qeyd olunub ki, Abdullayeva Rahilə Şamil qızının sifarişi əsasında mənzili tikilib ona təhvil veriləcək. Belə vəziyyətdə “tikilmiş mənzil necə yenidən tikilə bilər?” sualı əmələ gəlir. Mənzil İddiaçı sifarişi əsasında tikildiyinə görə Abdullayeva Rahilə Şamil qızının həmin mənzilin təkrarən tikilməsi barədə sifariş verə bilməz. Podrat münasibətlərində iş bitdikdən sonra həmin işin görülməsi barədə sifariş verilməsi mümkün deyil, bu nəinki qanunsuz, həm də məntiqsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir, yalan əqd əhəmiyyətsizdir.

46. Məhkəmə kollegiyası qe yd edir ki, əvvəla tərəflərin arasında bağlanmış 21.07.2009-cu il və 04.08.2009-cu il tarixli müqavilələrdə tərəflər özlərini “alıcı” və “satıcı” qismində tanımışdır. Müqavilə subyektlərinin mülki dövriyyədə hansı sifətdə iştirak etməsi onların iradəsindən asılıdır və təbii ki, müqavilə əsasında yaratmaq istədikləri münasibətlərə uyğun adlanacaqdır. İş materiallarında olan müqavilələrdə də tərəflərin məhz “alıcı” və “satıcı” olaraq münasibətlərə girdiyi, buna uyğun hüququ və vəzifələr müəyyən edən alğı-satqı müqaviləsi bağlaması şübhəsizdir.

47. Abdullayeva Rahilə Şamil qızı ilə Cavabdeh MMC-nin arasında bağlanmış müqavilədə Abdullayeva Rahilə Şamil qızının sifarişi əsasında mənzilin tikilib ona təhvil veriləcəyi qeyd olunmayıb. Əksinə, müqavilənin 1-ci bəndində qeyd olunur ki, “alıcı”, Ca vabdeh MMC-nin Gəncə prospekti 2935 A ünvanda tikəcəyi yaşayış binasının 1-ci blok 12-ci mərtəbəsindən 1 otaqlı mənzil almaq üçün “satıcı”ya müraciət edir və tərəflər arasında bu müqavilə bağlanır.

48. Göründüyü kimi tərəflərin iradəsi aralarında alğı-satqı müqaviləsi bağlanmasına yönəlmişdir. Bu halda həmin müqavilənin alğı-satqı müqaviləsi deyil, podrat müqaviləsi kimi qiymətləndirilməsi barədə gəlinən nəticə, Mülki Məcəllənin 404-cü maddəsində müəyyən olunmuş müqavilənin təfsiri qaydalarına əsaslanmalıdır.

49. Belə ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müva fiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllənin 404.1 və 4040.2-ci maddələri).

50. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir (Mülki Məcəl lənin 404.3-404.5-ci maddələri).

51. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə təcrübəsində analoji mübahisələr məhz Mülki Məcəllənin 452-ci maddəsinin müddəaları əsasında həll olunur.

52. Buna görə də apellyasiya məhkəməsinin gəldiyi nəticə, tərəflərin arasında bağlanmış müqavilənin podrat müqaviləsi olması barədə nəticəyə gəlməyə əsas verən işin faktik hallarına və Mülki Məcəllənin 404-cü maddəsi əsasında aparılan ziddiyyətsiz və aydın təhlilə əsaslanmalıdır.

53. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyə n edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

54. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-896/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar