Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4898/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Abdullayev Mayis Hüseyn oğlu, Cavabdeh2 İsrafil qızı, X2, Cavabdeh4 Mayis qızı, Cavabdeh5 Mayis qızı və Cavabdeh6 oğluna qarşı iş üzrə ilk iddiası, Cavabdeh Abdullayev Mayis Hüseyn oğlunun İddiaçı və İİİ şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ Açar sözlər: fərdi yaşayış evindən məcburi qaydada çıxarılma və maneələrin aradan qaldırılması, çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibd ə, İddiaçı cavabdehlər Abdullayev Mayis Hüseyn oğlu, Cavabdeh2 İsrafil qızı, X2, Cavabdeh4 Mayis qızı, Cavabdeh5 Mayis qızı və Cavabdeh6 oğluna qarşı “fərdi yaşayış evindən məcburi qaydada çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair ilk iddia, cavabdeh Abdullayev Mayis Hüseyn oğlunun İddiaçı və İİİ şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016-cı il tarixli RX Seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-516/2022 nömrəli mülki iş üzrə 18 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh Abdullayev Mayis Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 18 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsi üzrə verilmiş İsmayıllı Rayon Məhkəməsinin 17 aprel 2015-ci il tarixli 2(037)42/2015 nömrəli icra vərəqəsinə əsasən Abdullayev Mayis Hüseyn oğlunun üzərinə həbs qoyulmuş İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin və Mican kəndində yerləşən 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Abdullayev Mayis Hüseyn oğlunun İddiaçı 31350 manat məbləğində borcu əvəzinə İddiaçı mülkiyyətinə verilmişdir.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016-cı il tarixli 407-1918/317 invertar nömrəli fə rdi yaşayış evinin texniki pasportunun və həmin tarixli RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətlərindən görünür ki, İsmayıllı rayonu Mican kəndində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir.
3. Cavabdehlər Abdullayev Mayis Hüseyn oğlu, Cavabdeh2 İsrafil qızı, X2, Cavabdeh4 Mayis qızı, Cavabdeh5 Mayis qızı və Cavabdeh6 oğlu həmin evdə qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Abdullayev Mayis Hüseyn oğlu, Cavabdeh2 İsrafil qızı, X2, Cavabdeh4 Mayis qızı, Cavabdeh5 Mayis qızı və Cavabdeh6 oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haq qında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı şəhərində (keçmiş Mican kəndi) 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evinə cavabdehlərin istifadə hüquqları itirilmiş hesab edilməsi və həmin evdən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı Abdullayev Mayis Hüseyn oğlu cavabdeh İddiaçı və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı adına 19 mart 2016-cı ildə əsassız olaraq qeydə alınmış RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı özünün iddia tələbini müdafiə etdiyini, Mayis Abdullayevin iddia tələbini qəbul e tmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 32000 (otuz iki min) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 14 (on dörd) manat məbləği alınaraq ona ödənilməsi qət olunmuşdur. Cavabdeh Mayis Abdullayev qeyd olunan qətnamənin surətini uzun müddət Türkiyə Respublikasında olduğundan 2020-ci ildə rəsmi olaraq əldə etdiyini bildirsə də sonuncu, həmin qətnamədən ilk vaxtlardan məlumatı olmuşdur. Belə ki, cavabdeh Mayis Abdullayev qeyd olunan qətnamənin icrasının qarşılıqlı razılaşma ilə həll olunmasına dair ona müxtəlif təkliflər etmişdir. Lakin sonra cavabdeh Mayis Abdullayev bundan yayınmışdır. Qeyd olunan qətnamənin icrasını təmin etmək məqsədi ilə icra məmurunun təqd imatına əsasən məhkəmə tərəfindən cavabdeh Mayis Abdullayevə məxsus İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Ötən beş il ərzində icra məmuru tərəfindən cavabdeh Mayis Abdullayevin yaşadığı evə dəfələrlə gedilmiş və mülkiyyətində olan torpaq sahəsinə baxış keçirilmişdir. Cavabdeh Mayis Abdullayevin qəbul olunmuş məhkəmənin 16 iyun 2015-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadından məlumatı olmuşdur. Cavabdeh Mayis Abdullayev bir neçə dəfə onunla borcu ödəmək üçün şifahi danışıqlar aparmış, lakin sonradan bundan yayınmışdır. İsmayıllı rayon İcra və Probasiya şöbəsi tərəfindən cavabdeh Mayis Abdullayevə məxsus İsmayıllı rayonu Mican kəndi ndə 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və 1,35 hektar kənd təsərrüfatlı torpaq sahəsinin dəyərinin müəyyənləşdirilməsi üçün qiymətləndirici dəvət edilmiş, qiymətləndircinin tərtib etdiyi hesabatda İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin dəyəri 30000 manat və 1,35 hektar kənd təsərrüfatı torpaq sahəsinin dəyəri 1350 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh Mayis Abdullayevin ona olan borcunun əvəzi kimi həmin əmlakları qəbul etməsinə etiraz etməmiş və bu barədə İsmayıllı rayon İcra və Probasiya şöbəsi tərəfindən akt tərtib olunmuşdur. 19 mart 2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən İsmayıllı rayonu Mican kəndində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evi mülkiyyətinə verilməsinə dair RX seriyalı ******* nömrəli ona çıxarış verilmişdir. Cavabdehlər qeyd olunan fərdi yaşayış evindən istifadə hüquqlarını itirmələrinə baxmayaraq həmin evdən çıxmırlar. Mübahisə predmeti olan fərdi yaşayış evində cavabdehlər qeydiyyatdadırlar. O, mülkiyyətçi kimi öz mülkündən istifadə edə bilmir. O, cavabdeh Mayis Abdullayevdən dəfələrlə həmin evdən çıxmasını xahiş etsə də sonuncu, müxtəlif bəhanələr gətirərək bundan yayınmışdır. Mayis Abdullayevin iddia tələbini əsassız hesab edir. Belə ki, qeyd olunan çıxarışın ləğv edilməsi üçün əsaslar yoxdur. O, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa ə sasən İsmayıllı şəhərində (keçmiş Mican kəndi) 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evinə cavabdehlərin istifadə hüquqları itirilmiş hesab edilməsini və həmin evdən məcburi qaydada çıxarılmalarını tələb edir və özünün iddia tələbinin təmin edilməsi, Mayis bdullayevin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
7. Mayis Abdullayev özünün iddia tələbini müdafiə etdiyini, İddiaçı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsinə əsasən 32000 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsina uyğun olaraq manat ekvivalentində hesablanmaqla və ödəni lmiş dövlət rüsumunun əvəzi kimi 14 manat məbləği ondan alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamənin surətini 23 oktyabr 2020-ci il tarixdə rəsmi olaraq əldə etmişdir. O, uzun müddət Türkiyə Respublikasında olduğundan həmin qətnamənin surətini vaxtında əldə edə bilməmişdir. Məhkəmənin 16 iyun 2015-ci il tarixli qərardadının qəbulu zamanı məhkəmə iclasının yeri və vaxtı barədə ona məlumat verilməmiş və qəbul olunmuş qərardadın surəti ona göndərilməmişdir. Həmin qərardada əsasən onun mülkiyyətində olan 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən yeganə fərdi yaşayış evinin və yeganə dolanışıq mənbəyi olan 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuş və tələb əmlaka yönəldilmişdir. Qərardadın surətini 28 oktyabr 2020-ci il tarix də məhkəmədən qəbzə imza etməklə almışdır. Qərardadı aldığı gündən 10 gün müddətində şikayət vermişdir. İsmayıllı rayon İcra şöbəsinin icra məmuru tərəfindən 01 iyul 2015-ci il tarixli 398/2015 nömrəli sifariş məktubuna əsasən əmlakın qiymətləndirilməsini "xxxx" MMC yerinə yetirmiş, mübahisə predmeti olan fərdi yaşayış evi 30000 manat və yeganə dolanacaq mənbəyi olan 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1350 manat məbləğində qiymətləndirilmişdir. İsmayıllı rayon İcra şöbəsinin icra məmuru tərəfindən qiymətləndirilmiş əmlak satılması üçün hərraca çıxarılmaq əvəzinə cavabdeh İddiaçı təklif olunmuş, cavabdehin 06 oktyabr 2015-ci l tarixli ərizəsi əsasında İcra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş 13 oktyabr 2015-ci il tarixli akta əsasən İsmayıllı rayon Mican k əndində 0,18 hektar hayətyanı torpaq sahəsi üzərində yerləşən yeganə fərdi yaşayış evi və yeganə dolanacaq mənbəyi olan 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 31350 manat məbləğində borc əvəzinə cavabdehin mülkiyyətinə verilmişdir. İsmayıllı rayon İcra şöbəsinin icra məmurunun 18 noyabr 2015-ci il tarixli məktubu ilə məhkəmənin qətnaməsi, icra vərəqəsi, akt və qərardad DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə göndərilmişdir. Mülkiyyətində olan fərdi yaşayış evi və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 19 mart 2016-cı il tarixdə cavabdehin adına qeydə alınmış və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət dövlət reyestrindən çıxarış verilmişdir. Nə onun, nə də ailə üzvlərinin bundan xəbəri olmamışdır. Cavabdehin adına 19 mart 2016-cı i ldə əsassız olaraq qeydə alınmış RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsini tələb edir və özünün iddia tələbinin təmin edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
8. Cavabdehlər Cavabdeh2, Gülər Abdullayeva, Cavabdeh4 və Cavabdeh5 sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdikləri məhkəmə iclasında izahat verərək göstərmişlər ki, mübahisə predmeti olan İsmayıllı şəhərində (keçmış Mican kəndi) 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evi 19 mart 2016-cı il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin satılaraq satışdan əldə olunan puld an Mayis Abdullayevin borclu olduğu məbləğin İddiaçı ödənilməsini, qalan məbləğin isə onlara verilməsini istəyirlər. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edirlər.
9. İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(037)-26/2021 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) İddiaçı iddia tələbi təmin edilmiş, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan İsmayıllı şəhərində (keçmiş Mican kəndi) 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evinə Abdullayev Mayis Hüseyn oğlu, Cavabdeh2 İsrafil qızı, X2, Cavabdeh4 Mayis qızı, Cavabdeh5 Mayis qızı və Cavabdeh6 oğlunun istifadə hüquqlarının itirilmiş hesab edilməsi və hə min evdən məcburi qaydada çıxarılmaları, Abdullayev Mayis Hüseyn oğlunun İddiaçı və İİİ şəxs DƏDRXnin 9 saylı Ərazi İdarəsinə qarşı İddiaçı adına 19 mart 2016-cı il tarixdə əsassız olaraq DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016- cı il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir.
10. Məhkəmə İddiaçı cavabdehlər Abdullayev Mayis Hüseyn oğlu, Cavabdeh2 İsrafil qızı, X2, Cavabdeh4 Mayis qızı, Cavabdeh5 Mayis qızı və Cavabdeh6 oğluna qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma və maneələrin aradan qaldırılması tələbinə münasibətdə qeyd edir ki, 19 mart 2016-cı il tarixli 407-1918/317 invertar nömrəli fərdi yaşayış evinin texniki pasportu və həmin tarixli RX seriyalı ******* nömrəli çıxarışa əs asən İsmayıllı şəhərində (keçmiş Mican kəndi) yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Hazırki iddianın predmetinə aid olan İsmayıllı şəhərində (keçmiş Mican kəndi) 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evi qanuni əsaslarla iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər həmin torpaq sahəsindən və fərdi yaşayış evindən istifadə etməkdə davam etmələri iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun həmin əmlak üzərində mülkiyyət hüquqlarından tam və sərbəst istifadə edə bilməməsi ilə nəticələndiyinə görə məhkəmə qərara gəlir ki, İddiaçı iddia tələbi təmin edilməlidir.
11. Məhkəmə iddiaçı Abdullayev Mayis Hüseyn oğlunun cavabdeh İddiaçı və İİİ şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016-cı il tarixli RX Seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinə münasibətdə qeyd edir ki, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsinə əsasən X3 7000 ABŞ dolları borc və Cavabdeh1 32000 ABŞ dolları alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. Məhkəmənin 16 iyun 2015ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadı ilə Mayis Abdullayevin mülkiyyətində olan İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuş və tələb əmlaka yönəldilmişdir. Əmlakın qiymətləndirilmə sinin nəticələri haqqında hesabata əsasən Mayis Abdullayevə məxsus olan İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi 30000 manat və 1,35 hektar kənd təsərrüfatı torpaq sahəsi 1350 manat dəyərində müəyyən edilmişdir. Babacan X1 borclu olduğu məbləğin əvəzinə Mayis Abdullayevə məxsus həmin əmlakları qəbul etməsinə etiraz etməmiş və İsmayıllı rayon İcra və Probasiya şöbəsi tərəfindən 13 oktyabr 2015-ci il tarixdə bu barədə akt tərtib olunmuşdur. 19 mart 2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən İsmayıllı rayonu Mican kəndində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evinin mülkiyyətinə verilməsinə dair İddiaçı RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Qeyd olunan çıxarış qanunvericiliyin tələblərinə uyğun verilmişdir. Həmin çıxarışın ləğv edilməsi üçün əsaslar yoxdur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı Abdullayev Mayis Hüseyn oğlunun cavabdeh İddiaçı və İİİ şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı İddiaçı adına 19 mart 2016-cı il tarixdə əsassız olaraq DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsinə dair iddia tələbi rədd edilməlidir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 152, 157 və 178-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh Abdullayev Mayis Hüseyn oğlu аpelly аsiyа şikаyəti vermişdir.
14. Cavabdeh Abdullayev Mayis Hüseyn oğlu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İsmayıllı rayon İcra qrupunun qanunsuz məktubu ilə onun mülkiyyətində olan yeganə yaşayış evi və yeganə dolanacaq mənbəyi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2016-cı ildə əsassız olaraq cavabdehin adına qeydə alınmış və Seriya RX ******* nömrəli Çıxarış verilmişdir. Onun bütün bunlardan heç bir xəbəri olmamışdır. O, uzun müddət Türkiyə Respublikasında yaşamış və işləmişdir. Ailə üzvlərinin də bundan heç bir xəbəri olmamışdır. İddiaçı İsmayıllı rayon məhkəməsinə onun və ailə üzvülərinin fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsini oktyabr 2020-ci il tarixdə alandan sonra xəbəri olmuş, dərhal qətnamə və qərardaddan apellyasiya şikayəti və şikayət vermişdir. Eyni zamanda Sizin rəhbəri olduğunuz İdarəyə 1-ci dəfə xx.xx.2020-ci il tarixdə və təkrar olaraq xx.xx.2021-ci il tarixdə şikayət yazaraq mülkiyyətində olmuş yeganə yaşayış evinin və yeganə dolanacaq mənbəyi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2016-cı ildə əsassız olaraq İddiaçı qeydiyyatın etibarsız hesab edilməsi və Seriya RX ******* nömrəli Çixarışın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən qanunsuz olaraq qanunun tələblərinin pozulması ilə verilmiş məktub əsasında hərracdan keçməmiş, hərrac protokolu təqdim edilmədən, İsmayıllı rayon İcra qrupunun qanunsuz məktubu ilə mülkiyyətində olan yeganə yaşayış evi və yeganə dolanacaq mənbəyi olan kənd təsənüfatı təyinatlı torpaq sahəsi xx.xx.2016-cı ildə əsassız olaraq cavbadehin adına qeydə alınmış və Seriya RX ******* nömrəli Çixarış verilmişdir. Mülkiyyətində olan yeganə yaşayış evi və dolacaq mənbəyi olan torpaq sahəsi qanunsuz olaraq hərraca çıxarılmadan hüquqların qeydiyyatı üçün əsas olmayan İcra və Probasiya Şöbəsinin əsassız məktubu ilə qeydə alınmışdır. Evdən çıxarılma barədə tələbkar qarşısında onun və digər cavabdehlərin heç bir öhdəliyi olmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin olunması, İsmayıllı rayon məhkəməsinin xx.xx.2021-c i il tarixli qətnaməsinin tam ləğv edilməsi, ilkin iddia tələbi üzrə İddiaçı iddia tələbinin rədd olunması, onun cavabdeh İddiaçı və İİİ şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016-cı il tarixli RX Seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
15. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(037)-26/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Abdullayev Mayis Hüseyn oğlu ona olan borcunu ödəyəcəyi təqdirdə evi və torpağı qaytarmağa razıdır.
16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(107)-516/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Abdullayev Mayis Hüseyn oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təm in edilməmiş, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(037)26/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
17. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnun i və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Abdullayev Mayis Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(037)-26/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Mülki Məcəlləsinin 144.2-ci, 146.2-cı, 152.1ci, 152.4-cü, 152.5-ci, 157.2-ci, 178.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1. 9.3-cü, 14.2-ci, 77.1-ci, 88-ci, 217.1-ci, 217.3-ci, 217.4-cü, 218.1-ci, 372.1-ci, 372.6-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayəti verərək Ş əki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-516/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən apellyasiya icraatı qaydasında baxılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdı ki, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsinə əsasən 32000 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 14 manat məbləği ondan alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Mən, uzun müddət Türkiyə Respublikasında olduğundan həmin qətnamənin surətini vaxtında əldə edə bilməmişəm. Həmin qərardada əsasən mənim mülkiyyətində olan 0,18 hektar həyətyanı tor paq sahəsi üzərində yerləşən yeganə fərdi yaşayış evinin və yeganə dolanışıq mənbəyi olan 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuş və tələb əmlaka yönəldilmişdir. Qərardadın surətini 28 oktyabr 2020-ci il tarixdə məhkəmədən qəbzə imza etməklə almışdır. Qərardadı aldığı gündən 10 gün müddətində şikayət vermişdir. İsmayıllı rayon İcra şöbəsinin icra məmuru tərəfindən 01 iyul 2015-ci il tarixli 398/2015 nömrəli sifariş məktubuna əsasən əmlakın qiymətləndirilməsini "xxxx" MMC yerinə yetirmiş, mübahisə predmeti olan fərdi yaşayış evi 30000 manat və yeganə dolanacaq mənbəyi olan 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1350 manat məbləğində qiymətləndirilmişdir. İsmayıllı rayon İcra şöbəsinin icra məmuru tərəfindən qiymətləndirilmiş əmlak satılm ası üçün hərraca çıxarılmaq əvəzinə cavabdeh İddiaçı təklif olunmuş, cavabdehin 06 oktyabr 2015-ci l tarixli ərizəsi əsasında İcra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş 13 oktyabr 2015-ci il tarixli akta əsasən İsmayıllı rayon Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən yeganə fərdi yaşayış evi və yeganə dolanacaq mənbəyi olan 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 31350 manat məbləğində borc əvəzinə cavabdehin mülkiyyətinə verilmişdir. İsmayıllı rayon İcra şöbəsinin icra məmurunun 18 noyabr 2015-ci il tarixli məktubu ilə məhkəmənin qətnaməsi, icra vərəqəsi, akt və qərardad DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə göndərilmişdir. Mülkiyyətində olan fərdi yaşayış evi və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 19 mart 2016-cı il tarixdə cavabdehi n adına qeydə alınmış və RXseriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Nə onun, nə də ailə üzvlərinin bundan xəbəri olmamışdır. Cavabdehin adına 19 mart 2016-cı ildə əsassız olaraq qeydə alınmış RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsini tələb edir və özünün iddia tələbinin təmin edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdim İsmayıllı rayon Mican kəndində 0.18 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən yeganə fərdi yaşayış evim və yeganə dolanacaq mənbəyim olan 1.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mənim adımdan deyil anamın adından tələbkar İddiaçı adına keçirilmişdir. Lakin Məhkəmə buna aydınlıq gətirməmişdir. Məhkəmənin bu qərarını tam qanunsuz, əsassız və sifarişli hesab edirəm. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
22. Etiraz onunla əsaslandırılmışdır ki, Abdullayev Mayis Hüseyn oğlunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə ona olan borcu məhkəmə qərarına əsasən onun fərdi yaşayış evinə və kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə yönəldilmişdir. Bu qərardad qəbul edildikdən sonra 2021-ci ilədək Abdullayev Mayis dəfələrlə Türkiyə Respublikasından Azərbaycana gəlib-getmiş, dəfələrlə onunla görüşmüşlər, borc məsələsini müzakirə etmişlər və ona olan borcun İsmayıllı rayon məhkəməsinin 2016-cı ildə qəbul olunmuş qərardadı ilə onun evinə və əkin torpaq sahəsinə yönəldilməsinə dair müzakirələr etmiş, qərardada dair etiraz etməmişdir. Çünki, müzakirələrdə qərardadla bağlı fikir mübadiləsi etmişlər və Mayis qərardadla razılaşdığını bildirmişdir. Lakin o, uzun müddət gözləyib Mayisin və ailəsinin evdən çıxmadığını görüb evdən çıxarma barədə iddia qaldırdıqdan sonra ona qarşı çıxarışın ləğvi ilə əlaqədar qarşılıqlı iddia qaldırmış, qərardadı isə guya Türkiyə Respublikasında olması ilə əlaqədar gec aldığını bildirərək qərardaddan şikayət vermişdir. Bununla da cavabdeh olan Abdullayev Mayisin məqsəd və məramı aydındır ki, o, hər bir vəchlə evdən çıxma məsələsini yubatmağa, ona olan borcu isə ödəməməyə çalışır. İkincisi, cavabdehin kənd təsərrüfatı təyinatlı torpağın onun yeganə gəlir mənbəyi kimi izah et məsi cəfəngiyatdır. Belə ki, cavabdeh həmin torpağı onun pulu hesabına alıb. Ona və ailəsinə islahat zamanı düşən pay torpaq sahəsini mübahisədən əvvəl ehtiyaclarına görə satmışdır. Bundan başqa nə onun ailəsi, nə də o, həmin torpağı heç vaxt becərməmişlər. Cavabdeh alverlə məşğul olur və daim Türkiyədən gedib mal gətirir. Onun və ailəsinin torpağa ehtiyacı yoxdur. Hesab edir ki, qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilmiş, sübutlar düzgün qiymətləndirilmiş, işin faktiki halları tam araşdırılmış və nəticədə düzgün və qanuni qərar qəbul edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin sə lahiyyəti verməsi ilə təsdiqlənir.
24. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
27. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslər in sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
30. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
31. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq o lunmuş sübutlаrlа əsаslаndırır.
38. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.
39. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsa sən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbi qi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur.
45. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
46. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına u yğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
48. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edil mədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Abdullayev Mayis Hüseyn oğlunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-516/2022 nömrəli mülki iş üzrə 18 may 2022-ci il tarixli il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.