Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4899/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apelly asiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-477/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı (vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2007-ci il tarixdə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi ilə Bayramova (Löymanova) Zülfiyyə Mirağa qızı arasında əmək müqaviləsi bağlanmış və işçi idarənin 8 saylı MİS-də tərbiyəçi müəllim vəzifəsinə təyin edilmişdir. 2. 01.02.2013-cü il tarixdə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsinin rəisi ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış və İddiaçı Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 saylı MİS-də sahə nəzarətçisi vəzifəsi nə qəbul edilmişdir. 3. 23.09.2019-cu il tarixdə müddətsiz əmək müqaviləsi ilə və vaxtamuzd işləyən X1, əvvəlki əmək haqqısı 195 manat dəyişdirilərək, 271 manat təşkil etmişdir. 4. xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi tərəfindən 12 №-li əmr verilmişdir. Həmin əmrlə 9 saylı Mənzil İstismar sahəsinin nəzarətçisi İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” hissəsinə əsasən töhmət elan edilmişdir. Əsas olaraq Ə.Məmmədovun xx.xx.2021-ci il tarixli məlumatı göstərilmişdir. Ə.Məmmədovun xx.xx.2021-ci il tarixli məlumatı isə 9 saylı MİS-in sahə nəzarətçisi İddiaçı xx.xx.2021-ci il tarixdə səhər işə gecikməsindən ibarət olmuşdur. 5. 30.04.2021-ci il tarixdə Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəis i 26 №-li əmr verərək, idarənin 2021-ci il üçün təsdiqlənmiş ştat cədvəlinə əsasən büdcədən kənar vəsait hesabına maliyyələşən işçilərin xx.xx.2021ci il tarixdən əməyin ödənişinin işəmuzd sisteminə keçirilməsi əmr edilmişdir. 6. xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən 55 №-li əmr verilmişdir. Həmin əmrlə idarənin 7 nəfər işçisinə, o cümlədən İddiaçı əmək funksiyasının yerinə yetirmədiklərinə görə Əmək Məcəlləsinin 186cı maddəsinə əsasən töhmət elan edilmişdir. 9 saylı MİS-in rəisi X5 xx.xx.2001-ci il tarixli məlumatı sahə nəzarətçisi İddiaçı may-iyun ayında işi təşkil edə bilmədiyi, yığımı təşkil etmədiyi üçün haqqında tədbir görülməsindən ibarət olmuşdur. Həmin məlumat Löymanovaya töhmət verilməsinə əsas olmuşdur.
7. X8 Xidməti Mingə çevir Regional Ərazi Şöbəsinin İddiaçı 06 avqust 2021-ci il tarixli cavab məktubunda onun xx.xx.2021-ci il tarixli müraciətinin araşdırıldığı və xx.xx.2015-xx.xx.2021-ci il tarixləri üçün müəssisənin İddiaçı 2361,87 manat əmək haqqı borcu qalması müəyyən edildiyi göstərilmişdir. 8. 19.08.2021-ci il tarixdə Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin idarənin Həmkarlar Təşkilatının sədrinə ünvanlandığı 344 №-li məktubundan görünür ki, 9 saylı MİS-in nəzarətçisi İddiaçı əmək intizamını pozduğuna görə xx.xx.2021-ci il tarixli əmrlə, xx.xx.2021-ci il tarixli 12 №-li əmrlə töhmət elan edilmişdir. Bununla əlaqədar onunla bağlanmış əmək müaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” və 72-ci maddəsinin “ə” bəndlərinə əsasən xitam verilməsinə münasibət bildirilməsi x ahiş edilmişdir. 9. 20 avqust 2021-ci il tarixli Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin Həmkarlar Təşkilatının 04 №-li protokoluna əsasən, işəgötürənə 9 saylı MİS-in nəzarətçisi İddiaçı əmək və icra intizamının pozulduğuna, 2021-ci ilin altı ayı ərzində ona iki dəfə töhmət verildiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “ə” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. 10. xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi tərəfindən 70 nömrəli əmr verilmişdir. Həmin əmrlə 9 saylı MİS-nin xx.xx.2007-ci ildə işə qəbul olunmuş nəzarətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsn in “ç” və 72-ci maddəsinin “ə” bəndlərinə əsasən ləğv edilmişdir. Əsas olaraq İdarənin xx.xx.2021-ci il tarixli 12 №-li və xx.xx.2021-ci il tarixli 55 №-li əmrləri göstərilmişdir.
11. Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin Mingəçevir Şəhər Məhkəməsinə ünvanlandığı 569 №-li 09 dekabr 2021-ci il tarixli arayışında göstərilir ki, idarənin İddiaçı xx.xx.2021-ci il tarixə cəmi 2361.87 manat ödənilməmiş əmək haqqı borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, ödənilməyən illər üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməy ə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, eyni tələblərlə bərabər Mənzil Təsərrüfatı İdarəsinin rəisinin 70 №-li 20 avqust 2021-ci il tarixli əmrinin ləğv olunmasını xahiş etmişdir.
13. İddiaçı daha sonra iddia tələbini dəyişdirərək, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin xx.xx.2021-ci il tarixli 70 saylı əmrin ləğv edilməsi, sahə nəzarətçisi işinə bərpa olunması, məcburi iş buraxdığı ayların əmək haqqının, xx.xx.2015-ci ildən xx.xx.2021-ci il tarixdə daxil olmaqla ödənilməyən 2361.87 manatın və 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2007-ci ildə Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 8 №-li MİS-də tərbiyəçi müəllim vəzifəsinə qəbul edilmişdir. 2013-cü ilin fevral ayında Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 №-li MİS-ə sahə nəzarətçisi vəzifəsinə keçirilmişdir. Müdiriyyət ona sahə nəzarətçisi işinə keçməsini təklif etmiş, o da etiraz etməmişdir. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 20 avqust 2021-ci il tarixli əmri ilə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “ə” bəndlərinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinin ləğvi üçün müdiriyyətin 19 fevral 2021-ci il tarixli 12 №-li və 09 iyul 2021-ci il tarixli 55 №-li əmrləri əsas hesab olunmuşdur. Onu bildirir ki, 19 fevral 2021-ci il tarixdə, həqiqətən də, işə 10 dəqiqə gecikmişdir. Buna səbəb isə həmin vaxt təzyiqinin artması olmuş, işə vaxtında gələ bilməmişdir. O, həmin gün işə gecikmə səbəbi ilə bağlı müdiriyyətə izahat vermişdir. Lakin 10 dəqiqə gecikməyə görə ona töhmət verilmişdir. 09 iyul 2021-ci il tarixli əmrdən isə işdən çıxarılmamışdan 08-09 gün əvvəl məlumatı olmuşdur, həmin vaxt əmrlə tanış olmuşdur. Bundan bir neçə gün sonra isə onunla bağlanmış əmək müqaviləsi ləğv olunmuşdur. Sonra başa düşmüşdür ki, səbəb onu işdən azad etməkdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi əmək funksiyasını yerinə yetirməməsi göstərilmişdir. Guya o, vaxtında mənzil kirayə pullarını yığa bilməmişdir. Sahə nəzarətçisi kimi o, verilən bildirişləri mənzillərə çatdırır, yaşayış olmayan mənzillərə dair bildirişləri müdiriyyətə qaytarır, xidmət haqqın ı toplayıb müdiriyyətə verir. O, üzərinə götürdüyü vəzifəni həmişə yerinə yetirmişdir. Bildirişlərin paylanması və xidmət haqqının yığılması ilə onunla birlikdə 5 nəfər məşğul olur. 3 nəfər sahə nəzarətçisidir, 2 nəfər isə sosial işçilərdir. Bildirişlərin paylanması və ya xidmət haqları barədə ayrı-ayrılıqda onlara plan qoyulmamışdır. Ancaq hər biri üzərlərinə düşən vəzifələri yerinə yetirməyə çalışır, iş günü ərzində bununla məşğul olurlar. İşdən azad edərkən ona bildirilir ki, guya o, digər sahə nəzarətçilərindən az xidmət haqqı toplayır. Qeyd etdiyi kimi xidmət haqqının yığılması ilə o və digər 4 nəfər məşğul olur. Onlardan 2 nəfəri sosial işçilər olduğuna görə adlarına xidmət haqqı yığımı ilə bağlı qeydiyyat aparılmır, həmin şəxslərin yığdıqları xidmət haqqı digər 2 nəfər sahə nəzarə tçilərinin və müdirin adına yazılmışdır. Bü cür bölgüyə səbəb isə müdiriyyətin dəfələrlə ona sosial işçi keçməsi təklifi, onun isə razılaşmaması olmuşdur. O, üzərinə götürdüyü vəzifəni həmişə yerinə yetirmişdir. Onu da bildirir ki, işdən çıxarılması ilə bağlı müdiriyyətin həmkarlar təşkilatına göndərdiyi təqdimata onun iştirakı olmadan baxılmış, onunla bağlanmış əmək müqaviləsinin ləğvinə razılıq verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin təqdim etdiyi protokoldan ona məlum olur ki, həmkarlar təşkilatı iclas keçirmişdir. Əgər məlumatı olsayıdı o da hüquqlarını müdafiə etmək üçün həmin iclasda iştirak edərdi. Hesab edir ki, onunla bağlanmış əmək müaviləsinin ləğv edilməsi barədə müdiriyyətin 20 avqust 2021-ci il tarxli 70 №-li əmri qanunsuzdur. Ona görə də həmin əmrin ləğv edi lməsi, onun işə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bundan əlavə işlədiyi illərdə əmək haqqı tam ödənilməmiş, 19 fevral 2015-ci ildən 06 iyul 2021-ci ilə kimi müdiriyyət tərəfindən 2361,87 manat əmək haqqı ödənilməmişdir.
15. Cavabdeh Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi X2 iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, İddiaçı 2007-ci ildə Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 8 saylı MİS-də tərbiyəçi müəllim vəzifəsinə qəbul edilmiş, 2013-cü ilin fevral ayında isə həmin idarənin 9 saylı MİS-ə sahə nəzarətçisi işinə keçirilmişdir. Müdiriyyətin 20 avqust 2021-ci il tarixli 70 №-li əmri ilə işdən azad olmuşdur. Belə ki, 9 saylı MİS-in rəisinin verdiyi məlumata görə İdd iaçı mütəmadi olaraq işə gecikir, əmək funksiyasını yerinə yetirmir. Əmək funksiyasını yerinə yetirmədiyinə görə 19 fevral 2021-ci il tarixli 12 №-li və 09 iyul 2021 –ci il tarixli 55 №-li əmrlərlə iddiaçıya töhmət verilmişdir. İddiaçı hər iki töhmət əmri ilə tanış olmuş, tanış olma barədə imza etməkdən imtina etmişdir. Lakin iddiaçı qeyd edilən töhmət əmrlərindən şikayət verməmişdir. Əmək funksiyasını pozduğuna görə işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində əmək funksiyasını pozaraq iki dəfə töhmət aldığına görə iddiaçı işəgötürənin 20 avqust 2021-ci il tarixli 70 №-li əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “ə” bəndlərinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilməmişd ən əvvəl onunla bağlanmış əmək müqaviləsinin qeyd edilən maddə ilə ləğv olunması məsələsinə baxılması üçün idarənin həmkarlar təşkilatına təqdimat verilmiş, həmkarlar təşkilatı təqdimata baxaraqa razılıq vermişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının işə bərpa olunması və məcburi iş buraxmağa görə əmək haqqı ödənilməsi tələbi barədə iddiası əsassızdır və iddianın həmin hissədə təmin olunmamasını xahiş edir. İddiçı, həmçinin, tələbində işəgötürən tərəfindən əvvəllər ona ödənilməmiş 2361,87 manat əmək haqqı borcunun ödənilməsini tələb edir. Cavabdeh həmin borcun ödənilməsindən imtina etməmişdir və həqiqətən də, həmin məbləğdə əmək haqqı ödənilməmişdir. Onu da bildirir ki, idarənin iddiaçıya əmək haqqı borcunun yaranması səbəbi, iddiaçının, o cümlədən digər işçilərin Şəhər İcra H akimiyyəti tərəfindən təsdiq edilmiş idarənin ştat cədvəlində büdcədənkənar maliyyələşməyə salınması, MİS işçilərinin əhalidən xidmət haqqı yığımının zəif təşkil edilməsi ilə əlaqədar olmuşdur. Lakin qeyd etdiyi kimi cavabdeh əvvəllər ödənilməmiş 2361,87 manat əmək haqqını iddiaçıya ödəməkdən imtina etməmişdir və hissə-hissə ödəyəcəkdir.
16. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(051)-2102/2021 nömrəli iş üzrə 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Məhburə Kərimova) iddia tələbinin təmin edilməsi, Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin 70 №-li xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunması, İddiaçı Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 saylı MİS-də sahə nəzarətçisi işinə bərpa ed ilməsi, məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqının ödənilməsi, 2015-ci ilin fevral ayından 06 iyul 2021-ci il tarixə kimi müddətdə əmək haqqının ödənilməmiş hissəsi olan 2361,87 (iki min üç yüz altmış bir manat səksən yeddi qəpik) manatın cavabdeh Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən alınıb İddiaçı verilməsi, rüsum kimi ödənilmiş 100 (yüz) manatın cavabdeh Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən alınıb İddiaçı ödənilməsi qət edilmişdir.
17. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, işəgötürən (cavabdehin) idarənin Həmkarlar Təşkilatına göndərdiyi təqdimata baxılması zamanı iddiaçı iclasa dəvət olunmamış, ona görə də o, öz hüquqlarını müdafiə etmək üçün təşkilatın iclasında iştirak etmək imkanı olmamışdır. Həmkarlar Təşkilatı nın sədri məhkəmə iclasında verdiyi izahatında iclasın vaxtı barədə Z. Löymanovaya məlumat verildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sənədi təqdim etmədi. Təqdimata əsaslandırmış sənədlər əlavə edilməmiş, həmkarlar təşkilatında tam araşdırma aparılmadan dərhal iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “ə” bəndi ilə ləğv olunmasına razılıq vermişdir.
18. Həmçinin, məhkəmə müəyyən etmişdir ki, əməyin ödənişinin işəmuzd sisteminə keçirilməsi barədə İdarənin əmri ilə işçilərin, eləcə də iddiaçının həmin əmrlə tanış olması, yeni əmək şəraitinə razılıq vermələri iş materialları ilə müəyyən edilməmiş və cavabdehin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında iddianı həmin hissədə etiraf etdiyini, cavabdehin ödənilməm iş əmək haqqını ödəməkdən imtina etmədiyini, ödənilməmiş əmək haqqını ödəyəcəyini bildirmişdir. Cavabdeh tərəf əmək haqqı borcunun yaranmasını isə işçilərin şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş idarənin ştat cədvəlində büdcədənkənar maliyyələşməyə salınması, büdcədənkənar maliyyələşən MİS işçilərinin ştat cədvəlində nəzərdə tutulan əmək haqlarının ödənilməsi üçün idarənin gəlir və xərclər smetasında maliyyə vəsaitinin nəzərdə tutulmaması, MİS işçilərinin əhalidən xidmət haqqı yığımını zəif təşkil etməsi ilə əlaqədar olduğunu bildirmişdir.
19. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddia əvvəlki illər üçün ödənilməmiş 2361,87 manat əmək haqqının ödənilməsi hissəsində də təmin olunmalıdır.
20. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 14, 56.1, 56.2, 57.1, 71.2, 71.3, 72 (ə), 80.1, 80.2, 156.1, 294.1, 297 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 9.3, 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin işə bərpa, əmrin ləğv edilməsi və məcburi işburaxma üçün iddiaçıya əmək haqqı ödənilməsinin təmin edilməsi hissəsinin ləğv edilməsini, iddiaçıya ödənilməli olan 2361.87 manat pulun, 2157.62 manat kimi müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin mahiyyətindən də göründüyü kimi bu işə baxılarkən və qətnamə qəbul edilərk ən məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Məhkəmənin adı gedən qətnaməsinin 6-cı səhifəsinin 3-cü abzasında yazılır; “İş materialları ilə müəyyən edildi ki, iddiaçıya 19 fevral 2021-ci il tarixli 12 №-li əmrlə töhmət verilməsinə əsas onun əmək funksiyasını yerinə yetirməməsi deyil, 17 fevral 2021-ci il tarixdə işə gec gəlməsi olmuşdur. İddiaçı həmin gün səhhətində yaranmış problemlə əlaqədar 10 dəqiqə işə gec gəldiyini bildirmiş, iş materialları ilə də iddiaçının işə neçə dəqiqə və neçə saat gec gəlməsi müəyyən edilmir”.
23. Bundan başqa, qətnamənin 6-cı səhifəsinin 4-cü abzasında Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə istinad edilir və 5-ci abzasında qeyd edilir ki, əmək funksiyasını lazımınca yerinə yetirməyən işçi İddiaçı tərəfind ən yaşayışçılardan xidmət haqqlarının müntəzəm olaraq az yığılması işəgötürən idarənin mənafelərinə ziyan vurmur.
24. Şikayətin digər dəlilinə görə, məhkəmə iclasında müəyyən edilmişdir ki, işəgötürənin (cavabdehin) idarənin Həmkarlar Təşkilatına göndərdiyi təqdimata baxılması zamanı iddiaçı iclasa dəvət edilməmiş ona görə də o, öz hüquqlarını müdafiə etmək üçün təşkilatın iclasında iştirak etmək imkanı olmamışdır.” Bu yazılanlar tamamilə həqiqətə uyğun deyildir, çünki iddiaçı HİK-nin sədrinin dəvətini iddiaçının işlədiyi 9 №-li MİS-in rəisi olan Əhməd Məmmədov şəxsən iş yerində ona çatdırmışdır. İş yerində İddiaçı rəisi Ə.Məmmədova HİK-nın iclasında iştirak etməkdən imtina etdiyini bildirmiş, bu müvafiq qaydada aktlaşdırılmışdır.
25. Həmçinin, apelyator qeyd etmişdir ki, idarənin üzləşd iyi bütün maliyyə problemlərinə baxmayaraq idarə rəhbərliyi işçilərə olan əmək haqqı borclarının ödənilməsi məqsədilə lazımi tədbirlər görməkdə davam edir. Odur ki, İdarə məhkəmə qətnaməsində qeyd edilən, idarənin iddiaçıya 2361.87 manat əmək haqqı borcunun olmasını, 1-ci instansiya məhkəmə proseslərində də qeyd etdiyi kimi etiraf edir və həmin borcun maliyyə imkanları olduqca birinci növbədə ödəniləcəyini təmin edəcəkdir. Onu da qeyd edir ki, xx.xx.2021-ci il tarixdə idarə iddiaçıya, xx.xx.2021-ci il tarixə olan cəmi 2634,64 manat məbləğində olan əmək haqqı borcundan (bu məbləğ iddia ərizəsində 2391,87 manat, qətnamədə isə 2361,87 manat kimi göstərilir) iddiaçının kart hesabına 477,02 manat ödəmişdir. Odur ki, xx.xx.2022-ci il tarixə idarənin iddiaçıya olan əmək haqqı borcu 2157,62 manat təşkil edir.
26. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-477/2022 nömrəli iş üzrə 12 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Ayaz Mahmudov) cavabdeh Mingəçevir şəhər MənzilTəsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 10 dekabr 2021-ci il tаrixli, 2(051)-2102/2021 saylı qətnaməsinin qismən yəni, Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin 70 №-li xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunması, İddiaçı Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 saylı MİS-də sahə nəzarətçisi işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqının ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin həmin hissələrdə təmin edilməməsi qət edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçıya 2021-ci ilin 6 ayı ərzində 2 dəfə töhmət verilməsinə baxmayaraq o, həmin intizam tənbehlərini mübahisələndirməmiş heç bir şikayət verməmiş, intizam tənbehi ilə razılaşmışdır. Həmçinin töhmət verilməsinə səbəb olan halların aradan qaldırılması üçün iddiaçı tərəfindən hər hansı bir tədbir görülməmişdir. Belə ki, yuxarıda qeyd edilmiş aylıq pul vəsaitlərinin yığılmasına dair arayışlardan da göründüyü kimi, iddiaçı digər əməkdaşlara nisbətdə qat-qat aşağı məbləğdə pul yığmışdır. Bu isə onun işə olan qe yri-ciddi münasibətindən irəli gəlmişdir. Çünki bununla bağlı ona dəfələrlə xəbərlıqlar edilmiş və hətta töhmət verilmişdir. Lakin iddiaçı barədə görülmüş tədbirlər heç bir nəticə verməmişdir. Yəni, iddiaçı əmək qanunvericiliyi üzrə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməmişdir.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı işə gec gəlməsi ilə bağlı izahat yazaraq səbəbini izah etsə də, buna dair, yəni səhhətində yaranmış problemlə əlaqəli olduğunu və problemin nə olduğunu göstərəcək hər hansı sənədi təqdim edə bilməmişdir. İşin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin “c” bəndindən göründüyü kimi İddiaçı əsas əmək funksiyası xidməti ərazisini yaşayışçılardan xidmət haqlarının yığımını təşkil və təmin etməkdir. İdarənin 2020-ci ilin ştat cədvəlinə əsasən əmək haqqları büdcədən kənar maliyyələşmədə olan Mİ işçilərinin əmək haqlarının maliyyə mənbəyi yığılmış xidmət haqlarında formalaşır. Əgər işçi bu funksiyasını tam yerinə yetirmirsə deməli idarə Mİ işçilərinin (o cümlədən iddiaçının da) əmək haqqlarını ödəyə bilmir, verg i və sosial sığorta öhdəliklərini yerinə yetirə bilmir və s. xərcləri qarşılaya bilmir.
30. Eyni zamanda məhkəmə kollegiyası hesab etmişdir ki, apellyatorun da qeyd etdiyi kimi iş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı HİK-nın iclasına dəvət edilmiş, lakin o, heç bir güzəştli səbəb olmadan iclasda iştirak etməmişdir.
31. Məhkəmənin yekun mövqeyinə görə, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə, yəni Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin 70 №-li xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunması, İddiaçı Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 saylı MİS-də sahə nəzarətçisi işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqının ödənilməsi his səsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmişdir.
32. Məhkəmə kollegiyası gəldiyi nəticəni Əmək Məcəlləsinin 10, 12, 68, 71, 72, 80, 186, 187, 190, 300-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 372.1, 372.6, 372.7, 384, 402-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: 35. - İş materiallarında İddiaçı hansı məbləğdə xidmət haqqını toplanması bar ədə əmək funksiyası olması öz təsdiqini tapmır. Belə bir əmək funksiyasının olması əmək müqaviləsində də nəzərdə tutulmamışdır. İddiaçı xidmət haqqının bildirişlərinin paylanması vəzifəsi üzrə müdriyyət tərəfindən ona bildirişlər paylanılması üçün verilməmiş, məhz bu bildrişlərin paylanmasına uyğun olaraq iddiaçıdan həmin bildirişlərin ödənilməsi ilə bağlı vəzifə funksiyalarının yerinə yetirilməsi tələb oluna bilərdi. İddiaçı əmək funksiyasının və vəzifə borcunun qəsdən və ya səhlənkarlıqla yerinə yetirməməsi iş materialların da öz təsdiqini tapmır. Digər tərəfdən vəsaitlərin yığımında ən çox adı hallanan Əhməd Məmmədov MİS-in rəisi olmaqla ümumiyyətlə bu işlə məşğul olmur və yığımın böyük bir hissəsi onun adına yazılır. 36. - İddiaçı Həmkarlar Təşkilatının iclasına dəvət edilməmişdir. X4 vəzifəsi işçilərinin mənafeyini qorumaq olduğu halda hansı səbəbdən iddiaçı barədə intizam tənbehi seçilməsi barədə məlumat verən Əhməd Məmmədova bu tapşırığı verməli idi. Əgər doğrudan da iclas həmin vaxt keçirilirdisə ən aşağısı iddiaçı ilə bağlanmış əmək müqaviləsində qeyd etdikləri şəxsi telefonuna zəng etməklə onu iclasa dəvət edə bilərdilər. 37. - İşə baxan Apellyasiya Məhkəməsi xəstəliyinin nədən ibarət olduğunu təsdiqləyəcək sənəd təqdim etmədiyini göstərsədə bu xətanın hansı zaman kəsiyində baş verməsinə münasibət bildirmədiyindən normanın tövsifində səhvə yol vermişdir. 38. - İddiaçıya intizam tənbehi verilmişdir ki, yığımı az təşkil edir. İddiaçı həmin yığımın təşkilindən imtina etməmişdir. Məhkəmə isə cavabdehin yığımı az təşkil edir iradını, yığımı təşkil etmir kimi qəbul edər ək iş materiallarına uğun gəlməyən mövqe göstərmişdir. Halbuki, iddiaçının hansısa məbləğdən az olmayaraq yığım təşkil etməli olduğuna dair əmək funksiyası olmamışdır. Bununla da iddiaçı əmək funksiyalarına daxil olmayan işin yerinə yetirilməməsinə görə qanunsuz intizam məsuliyyətinə cəlb olunmuşdur. b)
39. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
40. Maddə
35. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək Məcəlləsi
41. Maddə 57.1. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.
42. Maddə 70, bənd “Ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
43. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
44. Maddə 72, bənd “Ə”. Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin k obud şəkildə pozulması hesab edilir.
45. Maddə 294.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
46. Maddə 187. 1-ci bənd. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir.
47. Maddə 189. 1-ci bənd. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Mülki Prosessual Məcəllə
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəf li və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
53. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hall arının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 417.1.4. apellyasiya instansiyası məhkəməsin in qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
58. Maddə 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.
59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində qətnamə kassator tərəfindən tam mübahisələndirilsə də, apellyasiya instansiyası məhkəməsinin aktı yalnız, əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə mübahisə ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, işin halları apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iş üzrə yeni qərar qəbul edilməsini zəruri edir.
63. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəsinin xx.xx.2021-ci il tarixli 12 nömrəli əmri ilə İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” hissəsinə əsasən töhmət elan edilmişdir. Həmçinin, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi xx.xx.2021-ci il tarixli 55 nömrəli əmr ilə idarənin 7 nəfər işçisinə, o cümlədən İddiaçı əmək funksiyasının yerinə yetirmədiklərinə görə Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən töhmət elan edilmişdir. xx.xx.2021-ci il tarixdə isə Mingəçevir şəhər Mənz il-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi tərəfindən yuxarıda qeyd edilən əmrlər əsas götürülməklə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsnin “ç” və 72-ci maddəsinin “ə” bəndlərinə əsasən ləğv edilmişdir. Həmin əmrin verilməsinə əsas iddiaçının intizam məsuliyyətinə cəlb edilməsinə dair yuxarıda qeyd olunan iki əmr olmuşdur (mülki iş, 1-ci cild.səhifə 5).
64. Cavabdeh təşkilatın iddiaçının işdən azad olunmasına dair bütün sənədləşmələri əvvəllər onun barəsində iki dəfə töhmət barədə əmrin verilməsi olmuşdur. Əmrin nəticə hissəsində də bu barədə aydın göstəriş var. Yəni, cavabdeh təşkilat iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “Ə” bəndinə əsasən işdən azad etmişdir. Həmin normaya görə əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
65. Qeyd olunan normanın dispozisiya şərtlərinin mövcudluğu halında işəgötürən işçini Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndi ilə işdən azad etməkdə haqlıdır.
66. Lakin, hazırkı vəziyətdə işəgötürən istinad olunan normanı düzgün tətbiq etməmiş, nəticə etibarı ilə bir intizam xətasına görə işçiyə iki dəfə intizam tənbehi vermişdir.
67. Beləki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “Ə” bəndində nəzərdə tutulan halın mövcudluğu işəgötürənə Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndini ikinci dəfə intizam xətası baş verəndə tətbiq etməyə imkan verir. Hazırkı işdə işəgötürən işçiyə bir dəfə işə gec ikməsi ilə bağlı töhmət vermiş, 2-ci dəfə əmək funksiyalarını yerinə yetirmədiyi üçün yenə də töhmət vermiş və sonradan hər iki töhməti nəzərə alaraq onu işdən azad etməklə Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci bəndinin tələblərini pozmuşdur.
68. Əmək məcəlləsinin 189-cu maddəsinin 1-ci bəndinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
69. İşə 1-ci instansiya məhkəməsində baxılarkən iddiaçının ona iki dəfə intizam təhbehi verildikdən sonra əmək funksiyalarını pozmaqda davam etməsi ilə bağlı işdən çıxarılmasına dair sənədləşmə aparılmasına dəlillər irəli sürülməmiş, hər dəfə onun əvvəllər iki dəfə intizam təhbehi alması əsası ilə işdən çıxarıldığı qeyd edilmişdir. 70. 1-ci instansiya məhkəməsinin müvafiq qətnaməsi ilə iddia təmin edildikdən sonra cavabdehin apellyasiya şikayəti əsasında işə baxan Apellyasiya Məhkəməsi iddiaçının iki dəfə töhmət aldıqdan sonra əmək funksiyalarını pozmaqda davam etməsi ilə bağlı halları (onun kommunal xidmət haqlarının yığılmasındakı fəaliyyətini) yoxlamağa başlamış, bununla bağlı yeni sübutlar toplamış, cavabdehin həmin məsələ ilə bağlı təqdim etdiyi sübutları qəbul etmiş və həmin sübutları mötəbər sübutlar kimi dəyərləndirərək onlara istinad etməklə iddianı rədd etmişdir.
71. Kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.
72. Əvvəla, iddiaçının işdən çıxarılma əsası yuxarıda qeyd olunduğu kimi əvvəllər iki d əfə barəsində intizam tənbehi tədbiri görülməsi olmuş, həmin təbehlərdən sonra əmək funksiyalarını pozmaqda davam etməsinə dair dəlil olmamışdır. Yuxarıda qeyd olunduğu kimi işəgötürən tərəf işçini işdən azad edərkən onun iki intizam tənbehindən sonra əmək funksiyalarını pozmaqda davam etməsinə dair sənədləşmə aparmamışdır. Ona görə işə baxan apellyasiya məhkəməsi həmin istiqamətdə yoxlama aparmağa, sübutlar toplamağa və yeni əsaslarla iddiaçının işdən azad olunmasını əsaslandırmağa haqlı deyildi.
73. Bundan başqa, işə apellyasiya icraatında baxan məhkəmənin həmin icraatda yeni sübutlar toplamaq üçün əsasların mövcudluğuna dair əsaslandırılmış qərarı olmamışdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin apellyasiya icraatının hədlərini nizama salan normalarının tələblərini pozmuşdur. Belək i, MPM-nin 372.1-372.2. maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
74. Qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apell yasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər (L.İ.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarı). 75. 1-ci instansiya məhkəməsində işə baxılarkən cavabdeh təşkilat onun sübutları təqdim etməklə bağlı hüquqlarının məhdudlaşdırılmasına dair heç bir sübut və vəsatət təqdim etməmişdir. Ona g örə apellyasiya məhkəməsi həmin icraatda yeni sübutlar toplamaq və yeni əsaslara istinad etməklə iddianı rədd etməkdə haqlı olmamışdır.
76. Məhkəmə kollegiyası iddiaçının işdən azad olunmasının əsasını təşkil edən əvvəlki intizam tənbehləri ilə bağlı da fikir bildirməyi zəruri hesab edir. 77. 1-ci tənbeh işçiyə işə bir neçə dəqiqə gecikməsi ilə bağlı verilmişdir. İddiaçı uzun müddətdir ki, cavabdeh təşkilatda çalışır, öhdəsində üç yetkinlik yaşına çatmayan uşağı var (mülki iş səhifə 12). Eyni zamanda məhkəmələr tərəfindən işin müəyən edilən mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya 2015-ci ilin fevral ayından 06 iyul 2021-ci il tarixə kimi müddətdə əmək haqqı tam olaraq ödənilməmiş, cavabdeh təşkilatın ona 2361,87 (iki min üç yüz altmış bir manat səksən yeddi qəpik) manat borcu yara nmışdır. Həmin məbləğ iddiaçının aylıq əmək haqqısının əhəmiyyətli hissəsini təşkil edir. Cavabdeh təşkilat işçiyə verilməli olan əmək haqqını illərlə ödəmədiyi təqdirdə, İddiaçı işə 10 dəqiqə gecikməsi nəticəsində ona birbaşa intizam tənbehi kimi töhmət vermişdir.
78. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər.
79. Bundan başqa, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı onun əmək haqqısının verilməməsi ilə bağlı əmək müfəttişliyinə şikayət etd ikdən sonra onunla bağlı müvafiq intizam tənbeh tədbirləri ilə əlaqədar sənədləşmələr aparılmışdır.
80. Beləki, X8 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin İddiaçı 06 avqust 2021-ci il tarixli cavab məktubunda onun xx.xx.2021-ci il tarixli müraciətinin araşdırıldığı və xx.xx.2015-xx.xx.2021-ci il tarixləri üçün müəssisənin İddiaçı 2361,87 manat əmək haqqı borcu qalması müəyyən edildiyi göstərilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən 55 №-li əmr verilmiş və iddiaçıya 2-ci töhmət verilmişdir.
81. Bundan başqa, iddiaçının işdən azad olunması onunla əsaslandırılmışdır ki, o, mənzil xidmət haqlarının yığılmasında aşağı göstəricilərə malikdir.
82. İşçilərin vəzifə təlimatlarında onların vəzifələri mənzillərdə yaşayış çıların, mənzilin dövlət mənzil fonduna aid olması və özəl olması barədə qeydiyyat aparmaq, mənzillərdə yaşayanların ailə üzvlərinin tərkibini yazmaq, seçkiyə hazırlıq dövründə məntəqə seçki komissiyasının üzvləri ilə birlikdə seçicilərin siyahılarını aparmaq, əhalinin siyahıya alınması zamanı şəhər statistika idarəsi ilə birlikdə siyahı hazırlamaq, mülkiyyətçilərdən və kirayəşinlərdən xidmət haqqının ödənilməsi üçün bildirişlərin paylanmasını təşkil etmək və poçt şöbələrinə keçirilməsinə nəzarət etməkdən ibarət olmuşdur. İddiaçının mənzil sahiblərindən xidlmət haqlarının yığılmasında (nağd qaydada) aşağı göstəricilərə malik olması onun əmək funksialarını lazımi qaydada icra etməməsi demək deyil. Xidmət haqlarının yığılmasına məsuliyyət daşımaq dedikdə (əmək müqaviləsində göstərildiyi kimi ) yuxarıda qeyd olunan təlimata uyğun olaraq mülkiyyətçilərdən və kirayəşinlərdən xidmət haqqının ödənilməsi üçün bildirişlərin paylanmasını təşkil etmək və poçt şöbələrinə keçirilməsinə nəzarət etmək başa düşülməlidir.
83. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, apellyasiya məhkəməsi işin müəyyən edilən hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)477/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq, MPM-nin 417.1.4-cü maddəsinə əsasən iddianın təmin olunması barədə yeni qərar qəbul edilməlidir.
84. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alı nıb iddiaçıya verilməlidir.
85. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Həmin iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-477/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbləri təmin edilsin. Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin 70 №-li xx.xx.2021-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Löymanova X3 şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 saylı MİS-də sahə nəzarətçisi işinə bərpa edilsin. Məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqı ödənilsin. 2015-ci ilin fevral ayından 06 iyul 2021-ci il tarixə kimi müddətdə əmək haqqının ödənilməmi ş hissəsi olan 2361,87 (iki min üç yüz altmış bir manat səksən yeddi qəpik) manat cavabdeh Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilsin. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.