Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-49/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçı Fərzullayev İsmayıl Rukaxan oğlunun və Cavabdeh4 vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhər Bələdiyyəsinə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh2, Sumqayıt şəhər 3 saylı X4, Sumqayıt şəhər 2 saylı X4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İda rəsinə qarşı “qərarın, əqdlərin etibarsız hesab edilməsi, tikililərin sökülməsi, torpaq sahəsininn boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Hüseynov) iddiaçı cavabdehlər Sumqayıt şəhər Bələdiyyəsinə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Sumqayıt şəhər 3 saylı X4, Sumqayıt şəhər 2 saylı X4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “qərarın, əqdlərin etibarsız hesab edilməsi, tikililərin sökülməsi, torpaq sahəsininn boşaldılaraq təhvil verilməsi” t ələbinə dair iddiası təmin edilmiş, Sumqayıt Bələdiyyəsinin bağ torpaq sahəsinin Cavabdeh3 mülkiyyətinə verilməsi haqqında xx xxxxxx 2013-cü il tarixli 11 saylı Qərarının, bunun əsasında AR DTXK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixdə 6505 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nün, bunun əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın, həmin çıxarış əsasında Cavabdeh3 ilə Cavabdeh4 Mirməhəmməd qızı arasında Sumqayıt şəhər 3 saylı Notariat Kontorunda bağlanmış xx xxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, Corat bağlar massivi,1650G saylı bağ sahəsində inşa edilmiş hasar və tikililərin Cavabdeh4 Mirməhəmməd qızının hesabına sökülərək torpaq sahəsinin iddiaçı Fərzullayev İsmayıl Rukaxan oğluna təhvi l verilməsi, AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən X5 adına tərtib edilmiş Sumqayıt şəhəri, Novxanı bağları, B-1645D saylı bağ evi üzrə tərtib edilmiş “daşınmaz əmlakın texniki pasportu”nun, bunun əsasında Bakı şəhəri 13 saylı Notariat Kontoru tərəfindən Cavabdeh8 adına verilmiş xx xxxxxxxx 2009-cu il tarixli 2V\1- 29 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin, bunun əsasında Cavabdeh8 adına verilmiş xx.xx.2009-cu il tarixli seriya MH ******* nömrəli çıxarışın, Cavabdeh8 ilə Cavabdeh2 arasında Sumqayıt şəhər 2 saylı X3 bağlanmış xx xxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsinin, bunun əsasında verilmiş xx.xx.2014-cü il tarixli seriya RX ******* saylı çıxarışın qismən, R.Fərzullayevə məxsus 0,05 ha hissədə etibarsız hesab edilməsi, həmin sahədə inşa edilmiş hasar və tikililərin Cavabdeh2 tərəfindən sökülərək iddiaçı Fərzullayev İsmayıl Rukaxan oğluna təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Abbasov, hakimlər A.Abbasov və T.Məmmədov) cavabdehlər Sumqayıt şəhər Bələdiyyəsi və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi, Bakı şəhəri 13 saylı Notariat Kontoru tərəfindən Cavabdeh8 adına verilmiş xx xxxxxxxx 2009-cu il tarixli, 2V/1-129 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin, bunun əsasında Cavabdeh8 adına verilmiş xx.xx.2009-cu il tarixli seriya MH ******* nömrəli çıxarışın, Cavabdeh8 il ə Cavabdeh2 arasında Sumqayıt şəhər 2 saylı X3 bağlanmış xx xxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsinin, bunun əsasında verilmiş xx.xx.2014-cü il tarixli seriya RX ******* saylı çıxarışın qismən, R.Fərzullayevə məxsus 0,05 ha hissədə etibarsız hesab edilməsi, həmin sahədə inşa edilmiş hasar və tikililərin Cavabdeh2 tərəfindən sökülərək iddiaçı təhvil verilməsi hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələ blərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Sumqayıt şəhər Bələdiyyəsinə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh2, Sumqayıt şəhər 3 saylı X4, Sumqayıt şəhər 2 saylı X4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “qərarın, əqdlərin etibarsız hesab edilməsi, tikililərin sökülməsi, torpaq sahəsininn boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia verərək, Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2 013-cü il tarixli, 11 saylı protokol- qərarının, bunun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsünün, bunun əsasında verilmiş xx.xx.2014-cü il tarixli Çıxarışın, Cavabdeh3 ilə Cavabdeh4 Mirməhəmməd qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və bunun əsasında verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın tam etibarsız hesab edilməsi, mərhum X6 adına tərtib edilmiş B-1645d bağ evinə dair daşınmaz əmlakın texniki pasportunun, bunun əsasında mərhumun adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünün və bunun əsasında Cavabdeh8 adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin, bunun əsasında sonuncunun adına verilmiş xx.xx.2009-cu il tarixli çıxarışın, Cavabdeh8 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsin in və bunun əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın qismən, onların torpaq sahəsinə düşən hissədə etibarsız hesab edilməsinə, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş hasar və tikililərin cavabdehlərin hesabına sökülərək ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər XDS-nin Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının mərhum atası arasında bağlanmış xx.xx.1989-cu il tarixli icarə müqaviləsinə əsasən «Novxanı» bağlar massivində yerləşən, sahəsi 0,12 ha olan 1650j saylı bağ sahəsi atasının icarəsinə verilmişdir. Həmin bağ sahəsi “Torpaq islahatı haqqında” Qanuna əsasən icarəçi olan atasının mülkiyyətinə keçmişdir. Atası xx.xx.2005ci il tarixdə vəfat etmişdir. Bundan sonra on lardan xəbərsiz Sumqayıt şəhər Bələdiyyəsi 2008-ci il tarixdə həmin bağ sahəsinə dair müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırmış, iddia təmin olunmuş, lakin iddiaçının apelyasiya şikayətindən sonra bu qərar ləğv, iddia rədd edilmişdir. Beləliklə, sözügedən bağ sahəsinə dair icarə müqaviləsi ləğv edilməmidir və bu günə qədər də qüvvədədir. Bundan sonra atasının vərəsəsi kimi torpağı özəlləşdirmək üçün Reyestr Xidmətinə müraciət etmiş və həmin vaxt məlum olmuşdur ki, torpaq sahəsindən 2 nəfər kənar şəxs artıq istifadə edirlər. Belə ki, yuxarıda qeyd edilən iddia təmin edildikdən sonra, Bələdiyyə torpağın 6 sotunu qanunsuz olaraq vətəndaş Cavabdeh3 vermiş, o da həmin torpaq sahəsini mülkiyyətinə keçirərək, 2014-cü il tarixdə Cavabdeh4 Mirməhəmməd qızına satmışdır. Qalan 6 sot isə X5 adına qeydə alınmış və vərəsəlik hüququ əsasında qızı Cavabdeh8 mülkiyyətinə keçmiş, o da öz növbəsində həmin bağ sahəsini 2014-cü il tarixdə Cavabdeh2 satmışdır. Göstərilənlərə əsasən, iddiaçının atasına məxsus torpağın kənar şəxslərin mülkiyyətinə keçməsinə səbəb olmuş bütün əməliyyatlar və əqdlər etibarsız hesab edilməli, həmin ərazidə inşa edilmiş tikililər sökülməli və torpaq sahəsi iddiaçıya təhvil verilməlidir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş mater iallarından görünür ki, Novxanı bağlar massivində yerləşən sahəsi 0.17 ha olan torpaq sahəsi xx.xx.1994-cü il tarixli, 13219 nömrəli bağ sahəsinin icarə müqaviləsinə və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2009-cu il tarixli, 2695 nömrə ilə uçota aldığı Torpaq sahəsinin planı və ölçüsünə əsasən vətəndaş X5 adına qeydə alınmış və onun vəfatından sonra vərəsəlik hüququ əsasında qızı Cavabdeh8 mülkiyyətinə keçmiş, o da öz növbəsində həmin bağ sahəsini 2014-cü il tarixdə Cavabdeh2 satmışdır. Bağ sahəsi hal-hazırda Cavabdeh2 xüsusi mülkiyyətindədir. İddiaçı Fərzullayev İsmayıl Rukaxan oğlu iddiasının əsası kimi həmin torpağın icarə müqaviləsi əsasında mərhum atasına bağ sahəsi kimi verildiyini, torpaq islahatı zamanı həmin bağ sahəsinin əvəzsiz olaraq atasının mülkiyyətinə veri ldiyini və cavabdehlər tərəfindən qanunsuz əldə edildiyini əsas gətirir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. AR Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlak a digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1 və 139-1.1.1-ci maddələrinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 146.1 və 146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəlləsinin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi müddəaları haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2003-cü il tarixli qərarının 6-cı bəndin də göstərilir ki, Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair şəhadətnamə, torpağın müvəqqəti istifadəsi haqqında şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. AR Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı q anunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İstinad olunan hüquq normaların ın dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Göstərilən hüquq normalarını daha geniş təsvir edən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsb it olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi məhz iddiaçının atasının dövlət reyestrində qeydiyyata alınmamışdır. Göstərilənlərin əksinə Cavabdeh2 hazırda sahiblik etdiyi mübahisəli torpaq sahəsinə dair hüquqla rı dövlət qeydiyyatına aldıraraq müvafiq çıxarış əldə edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Cavabdeh2 mübahisəli torpaq sahəsdini daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamlığı prüzumpsiyasına əsaslanmaqla notarial qaydada bağladığı alqı-satqı müqaviləsi əsasında mülkiyyətçi Cavabdeh8 almışdır. AR Mülki Məcəllənin 140-cı maddəsinə görə də reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, Mülki Məcəllənin 140-cı m addəsində də əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vax həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun. Hazırki işdə isə əqdin həqiqi olmaması üçün Mülki Məcəllənin 140-cı maddəsində müəyyən edilən hallar yuxarıda qeyd edildiyi kimi mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, sadalanan digər əsaslarla yanaşı, iddiaçının mübahisəli torpaq sahəsinə dair ehtimal olunan hüquqları lazımi qaydada dövlət qeydiyyatına alınmadığından hazırki halda onun belə bir iddia ilə çıxış etməsi üçün əsaslar yaranmamışdır. İşdən görünür ki, id diaçı mərhum X6 adına tərtib edilmiş B-1645d bağ evinə dair daşınmaz əmlakın texniki pasportunun, bunun əsasında mərhumun adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünün və bunun əsasında Cavabdeh8 adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin, bunun əsasında sonuncunun adına verilmiş xx.xx.2009-cu il tarixli, ******* saylı çıxarışın, Cavabdeh8 ilə Cavabdeh2 arasında Sumqayıt şəhəri 2 saylı notariat Kontorunda bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və bunun əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışın qismən, onların torpaq sahəsinə düşən hissədə etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına y önəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. İşin tədqiq olunan faktiki hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi əqdlər və alğı satqı müqaviləsi bağlanarkən Mülki Məcəllədə əksini tapmış həmin əqdin etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmamışdır. Apellyasiya instansiya sı məhkəməsi hesab etmişdir ki, hazırki halda qanunauyğun olaraq alğı satqı müqaviləsi bağlanmış və mübahisəli əmlak Cavabdeh2 mülkiyyətinə keçmişdir. Belə olan halda iddiada qeyd edilənlər əqdin etibarsızlığına əsas ola bilməz. İddiaçı bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş, iddia ərizələrində də bunu əsaslandıra bilməmiş, əqdin etibarsızlığını tələb etsə də Mülki Məcəllənin daha öncə istinad olunan əqdlərin etibarsızlığını tənzimləyən maddələrinin heç birinə istinad edə bilməmişdir. Şərh olunanlarla yanaşı, hazırki mübahisə üzrə Cavabdeh2 vicdanlı alıcıdır. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir neçə qərarlarında ifadə olunmuş mövqeyinə görə vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiya tlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarar. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxx 2004-cü il tarixli Qərarında qeyd etmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun işt irakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-nin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Yenə həmin qərarda qeyd edilmişdir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınm az əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublik ası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-49/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-49/2020
14.01.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver