Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-49/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 Müseyib qızına və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sübutetmə yükünün bölüşdürülməsi) 09.02.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh1 və onun vəkili Məmmədov Mübariz Hümbət oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi” barədə ilk, Cavabdeh1 İddiaçı Filippinovnaya qarşı “əmlak tələbi” barədə qarşılıqlı iddia tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3169/2020 nömrəli, xx xx xx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Tərəflər arasında şifahi borc münasibətləri olmuşdur. İlk iddiaçı tanışı olan cavabdehə ona əlavə faiz ödəmək şərti ilə borc pul vermiş, qarşı tərəf borcun təminatı olaraq qızıl-zinət əşyalarını girov qoymuşdur. Borc verən pullarının qaytarılmamasına, qarşı tərəf isə aldığı pulu tam qaytarmasına baxmayaraq verdiyi qiymətli əşyalarının qaytarılmadığına istinad edərək hazırkı mübahisəni başlatmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 4.500 manat və Cavabdeh2 1.400 manat alınar aq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və onun tanışı Cavabdeh2 birlikdə iddiaçının etibarını qazanaraq ona aid olan 4.500 manat və 1.400 manat pulu mənimsəmişlər. Əvvəllər Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Cavabdeh2 ilə birlikdə iddiaçıdan borc pul almışlar. İddiaçı onlara sadə yazılı şəkildə borc vermişdir. Zamanla onlar iddiaçıya götürdükləri pulun bir miqdarını qaytarmışlar, yerdə qalan məbləği isə qaytarmamışlar. Cavabdeh1 4.500 manat, Cavabdeh2 isə 1.440 manat olmaqla, cəmi 5.900 manat borcları qalmışdır. İddiaçı onlardan borcunu qaytarmağı tələb etsə də, onlar imtina etmişlər. Daha sonra ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikasının MP M-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2.472+1.500+600+300+400=5.272-700=4.572manat, 4572-2.565 (15x171=2565)=2.007 manat, eyni zamanda borcun təminatı kimi verilmiş üzük (200 manat) və sırğanın (220 manat) dəyəri olan cəmi 420 manatı (200+220=420) borcun ödənilməsinə yönəlməsi, 2007-420=1587 manatın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı borc tələbinin rədd edilməsi, qarşılıqlı tələb olan Cavabdeh1 borc pul üçün İddiaçı girov qoyduğu bir ədəd brilyant qaşlı, 6.2 qramlıq qızıl sırğanın və bir ədəd “obodok” adlanan brilyant qaşlı, 4.8 qramlıq qızıl üzüyün İddiaçı alınıb ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Q arşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Cavabdeh1 heç bir aidiyyəti yoxdur və onun harada yaşaması Cavabdeh1 məlum deyildir. O, xxi İddiaçı vasitəsilə tanımışdır. x XXXə ilk dəfə 2017-ci ilin sentyabrında 2.472 manat vermiş, əvəzində təqaüd kartını ayda 173 manat pulu götürmək üçün qəbul etmişdir. Bundan əlavə ayda 200 manat, yəni Cavabdeh1 fərdi qaydada işlədiyi işin maaşının yarısını gah özü, gah da kürəkəni X götürmüşdür. Cavabdeh1 təqaüd kartını ümumi borcu bitdiyinə görə bağlatmışdır. 2-ci dəfə xx xxxxxx 2018-ci il tarixdə ona 1.500 manat qəbz yazdırmış, 1.350 manat pul vermişdir. 3-cü dəfə xx xxxxxx 2018-ci il tarixdə pul götürəndə ona 600 manat yazdırmış, 540 manat pul vermişdir. Pulu isə 660 manatdan çıxmağa başlamışdır. 4-cü dəfə xx xxxxxxxx 2018-ci ildə X X 400 manat almaq üçün gəlmiş, XX yenə də 10 faizini götürmüş, ona 360 manat vermiş, borcu çıxanda isə 440 manatdan hesablamışdır. Məhkəmənin gedişində İddiaçı məhkəməyə təqdim etdiyi qəbzləri öyrənəndə ona məlum olmuşdur ki, İddiaçı Xyə 1500 manat əvəzinə, 1350 manatı verəndə bunun üçün bir ədəd brilyant qaşlı qədimi qızıl sırğasını, 6,2 qram olmaqla girov saxlamışdır. Daha sonra 600 manat əvəzinə ona 540 manat verəndə təqaüd kartı və maaşdan əlavə girov kimi “obodok” adlanan brilyant qaşlı 4,8 qram ölçüdə qızıl üzüyünü və evinin texpasportunun surətini götürmüşdür. Cavabdeh1 hazırda İddiaçı borcu yoxdur. Lakin o, Cavabdeh1 bir ədəd brilyant qaşlı 6,2 qramlıq qızıl sırğasını və bir ədəd “obodok” adlanan brilyant qaşlı 4,8 qramlıq qızıl üzüyü, eləcə də evinin texniki pasportunun surətini ö zündə saxlamışdır. Bakı şəhəri Xətai rayon Мəhkəməsinin 2(011)-7492/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.Həsənova) ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi isə təmin edilərək, İddiaçı Cavabdeh1 məxsus 4.8 qram çəkisi olan “obodok” üzüyün və 6.2 qram çəkisi olan şəbəkə sırğanın alınaraq cavabdehə geri qaytarılması, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun onun özünə aid edilməsi, İddiaçı 30 (otuz) manat dövlət rüsumunun tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Məhkəmə ilk iddianı rədd, qarşılıqlı iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 294, 385, 442, 739, 740-cı maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməs inin (hakimlər- Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və E.Şamayev) xx xxxx 2020-ci il tarixli, 2(103)-3169/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Мəhkəməsinin 2(011)-7492/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilkin iddia tələbinin “pulun tutulmaması” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul qəbul edilərək, Cavabdeh1 2007 manat məbləğində borc tutularaq İddiaçının xeyrinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmidir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq ilkin iddia tələbinin pulun tutulmaması hissəsində ləğv edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 385, 739.1-ci maddələrinə istinad etmiş dir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti məhkəməyə təqdim etdiyi faktiki hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, aldığı pulu iddiaçıya tam olaraq qaytarmasına baxmayaraq işə baxan məhkəmə sübutlara düzgün qiymət verməmiş, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 və onun vəkili Məmmədov Mübariz Hüm bət oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı və digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurul ması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülkihüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göst ərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda o lan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən ir əli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Müəyyən edilmişdir ki, tərəflər arasında 5.272 manat məbləğində borcla bağlı münasibətlər yaranmışdır. Belə ki iddiaçı cavabdehə müxtəlif vaxtlarda pul verməklə verdiyi pulları qəbzlərdə qeyd etmişdir. Borc kimi verilmiş pulların təminatı olaraq cavabdehə məxsus təqaüd kartı və qızıl-zinət əşyaları çıxış etmişdir. İddiaçı 2017-ci ilin oktyabr ayından 2019-cu ilin yanvar ayı da daxil olmaqla cavabdehin təqaüd kartından aylıq təqaüdünü çıxarmışdır. Cavabdeh məhk əməyə əlyazma ilə tərtib edilmiş hesabat əks olunan vərəqi təqdim edərək iddiaçının özünə məxsus xətlə yazılan yazıya istinad etmiş və göstərmişdir ki, 2018-ci ilin onuncu ayından etibarən iddiaçı ilə razılaşmalarına əsasən, o 200 manatı ödəməkdən azad olmuşdur. İddiaçı ona məxsus kartdan 172 manat pulun alacağını qeyd etmişdir. Məhz bu razılaşmaya əsasən o 2019-cu ilin fevral ayında iddiaçıya olan borcunu tam ödədiyi qənaətinə gələrək kartını bağlatdırmışdır. İddiaçı qeyd edilən məsələyə münasibətdə bildirmişdir ki, istinad edilən yazı onun tərəfindən yazılıb, lakin bu cavabdehlə aralarında olan gələcəkdə icra edilməsi nəzərdə tutulan bir şərt olmasını göstərmişdir. Əks halda cavabdehin ödəmələri həyata keçirməsi ilə bağlı hər hansı qəbzi olardı. Tərəflərin verdikləri izahatlarla təsdiq e dilmişdir ki, Cavabdeh1 özünə məxsus 6.2 qramlıq qızıl sırğasını və bir ədəd “obodok” adlanan brilyant qaşlı 4,8 qramlıq qızıl üzüyünügötürdüyü borcun təminatı kimi girov qoymuşdur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin borc məbləğinin tam ödənilməsi barədə gəldiyi nəticəni haqlı olaraq əsaslı hesab etməmiş, belə qənaətə gəlmişdir ki, 200 manatla əlaqədar cavabdeh tərəfindən təqdim edilmiş sübut mötəbər hesab oluna bilməz. Tərəflər arasında borc münasibətlərinin yarandığı və ilkin iddia üzrə iddiaçı tərəfindən cavabdehə 5272 manat məbləğində borc pul verildiyi işin mübahisəsiz halıdır. İddiaçı özü etiraf etmişdir ki, cavabdehə məxsus kartdan 15 ay müddətində 171 manat olmaqla ümumilikdə 2565 manat pul çıxarmış, həmçinin etiraf etmişdir ki, cavabdeh tərəfindən əl avə olaraq ona borc məbləğindən 700 manat məbləğində ödəniş edilmişdir. Beləliklə apelyasiya instaniyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, mübahisəli olmayan 5272 manat məbləğində borcdan cavabdeh tərəfindən ümumilikdə 3265 (2565+700=3265) manat ödənildiyindən, cavabdehdən iddiaçının xeyrinə 2007 (5272-3265=2007) manat tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3169/2020 nömrəli iş üzrə xxxxxx 2020-ci il tarixli qətnaməs i dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.