Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-49/2025 10.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa, əmək haqqının ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3847/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş k assasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh İB-nin tabeliyində olan müxtəlif şöbələrdə müxtəlif vəzifələrdə, son olaraq Bakı Regional Qazın Satışı Departamenti şöbəsində şöbə rəisinin müavini vəzifəsində işləmişdir.
2. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdehin xx.xx.2023-cü il tarixli 14-22/3-1K-408/2023 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (AR ƏM-nin 72-ci maddəsinin “a” bəndinə əsasən heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrini kobud şəkildə pozuqda), xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir.
3. İddiaçı orqanizmin funksiyalarının 50% pozulması ilə əlaqədar müddətli əlildir (əlillik hərbi xidmət dövrü ilə bağlı yaranmışdır) və ona yüngül işlərdə işləməsi ilə əlaqədar əmək zəmanəti verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1K-408/2023 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, onun Birliyin Bakı Regional Qazın Satışı Departamentinin ərizə və şikayətlərin qəbulu və araşdırılması şöbəsinin rəis müavini vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq q eyd edilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə cavabdehin xx.xx.2023-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (AR ƏM-nin 72-ci maddəsinin “a” bəndinə əsasən heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrini kobud şəkildə pozuqda), xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. İddiaçı orqanizmin funksiyalarının 50% pozulması ilə əlaqədar müddətli əlildir (əlillik hərbi xidmət dövrü ilə bağlı yaranmışdır) və ona yüngül işlərdə işləməsi ilə əlaqədar əmək zəmanəti verilmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6433/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim P. Zamanlı)
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən iddiaçının həqiqətən də 2023-cü ilin aprel ayında üzrsüz səbəbdən işdə olmaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının heç bir üzrsüz səbəb olmadan bir gündən artıq müddətdə işdə olmaması, hələ onunla bağlanmış əmək müqaviləsinin ƏMnin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə əsas vermir, çünki qanunvericilik tələb edir ki, bunun üçün ƏM-nin 71-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş nəticələr baş versin (işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş ol sun). Lakin cavabdeh iddiaçının 2023-cü ilin aprel ayında işə gəlməməsi nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, yaxud hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, ƏM-nin 187-ci maddəsinin 2-ci hissəsində intizam tənbehinin aşkar edilməsindən sonra onun tətbiq edilməsi üçün konkret müddət-1 ay müəyyən edilmişdir. Cavabdeh isə intizam tənbehinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Belə ki, iş materialları əsasında müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli əmrin verilməsi əsasları kimi X1 xx.xx.2023-cü il tarixli məktubu, cava bdehin Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyevin xx.xx.2023-cü il tarixli xidməti məruzəsi və 2023-cü ilin aprel ayı üzrə işçilərin işə davamiyyəti tabeli göstərilmişdir. Əmrin də məzmununa əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin əsas səbəbi onun 2023-cü ilin aprel ayında (yaxud hər hansı bir günüdə) üzrsüz səbəbdən işə gəlməməsi olmuşdur. Eyni zamanda, Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyevin xidməti məruzəsi xx.xx.2023-cü il tarixdə belə təqdim edilməsinə baxmayaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə verilmişdir. Halbuki, iddiaçı barəsində müvafiq əmələ görə intizam tənbehinin tətbiq edilməsi 2023-cü ilin may ayının sonunadək verilə bilərdi. Cavabdeh isə pozuntu aşkar olunduqdan azı 2 ay sonra iddiaçı barədə inzibati tənbehi tətbiq edərək onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə xitam vermişdir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, digər bir tərəfdən qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə xitam verilərkən ondan izahat alınmamış, onun X1 iclasında iştirakı təmin edilməmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 70 “ç”, 71.2, 71.3, 72 (a), 187.1, 187.2, 189.1, 300.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh qətnamədən apellyasiya şi kayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin şərtlərini pozaraq 2023-cü ilin aprel ayı ərzində xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə işə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Aprel ayı ərzində 19 günə yaxın iş buraxan və bununla bağlı hər hansı üzrlü səbəb gətirməyən və ya özünün dediyi səbəbləri hər hansı sübutla təsdiq edə bilməyən iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini uzun müddət yerinə yetirmədiyindən iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur. İddiaçının 19 günə yaxın hə r hansı üzrlü səbəb gətirmədən iş buraxması əmək funksiyalarının yerinə yetirilməməsinə səbəb olmuş və təbii ki, bu da işin normal ahənginin və icra intizamının pozulmasına gətirib çıxarmışdır. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanunun göstərilən normaları ilə ziddiyyət təşkil edir. Belə ki, iddiaçının 19 iş günü işdə olmaması və həmin müddətlərdə öz əmək funksiyalarını yerinə yetirməməsi, bununla da həm əmək intizamına və əmək müqaviləsi üzrə vəzifələrini icra etməməsi kobud pozuntu olduğundan işəgötürənin hüququdur ki, həmin işçini ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə işdən azad etsin. Əmək qanunvericiliyi intizam tənbehinin verilməsinin müddətini 6 aya qədər müəyyən etmişdir. Belə olduğu halda məhkəmənin qətnamədə intizam tənbehinin verilməsi üçün bir ay müddətinin keçməsini əsas gətirməsini əsassız və qanunsuz hesab edir. Həmçinin işçinin bir gündən artıq işdə olmamasını əmək müqaviləsinin 70-ci maddənin “ç” bəndi ilə ləğv edilməsi üçün əsas olmadığı qənaətini də əsassız hesab edir. Məhkəmə həm də çəkişmə prinsipinə əməl etməyərək cavabdeh tərəfin iştirakını təmin etmədən sübutlara birtərəfli qiymət vermişdir ki, bu da məhkəmənin qəbul etdiyi qətnaməsinin işin faktiki hallarına uyğun gəlmədiyinə dəlalət edir. Halbuki işçi 19 günə yaxın iş buraxmış və bunun da müəssisənin iş prosesində hansı ağır nəticələrə gətirib çıxardığına izah verməyə ehtiyac yoxdur. Hazırkı iş üzrə qəbul edilmiş qətnamədə məhkəmə dəfələrlə vurğulamışdır ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəm əyə məlumat verməmişdir. Bununla da məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə elektron kabinet vasitəsilə təqdim etdiyi sənədlərdən də görünür ki, məhkəmə iclaslarında iştirak etməməyinin üzrlü səbəbləri vardır, lakin bunu görməzdən gələn məhkəmə qərəzli olaraq qeyd etmişdir ki, cavabdeh tərəf məhkəməyə heç bir məlumat verməmişdir.
13. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr və hazırkı işlə bağlı görülən tədbirlər qanuni olmuşdur. Apellyasiya şikayətində qeyd edilmiş 6 ay ərzində intizam tənbehi verilə bilər dəlili ilə bağlı bildirmişdir ki, cavabdeh tərəfindən araşdırma aparılmış, xidməti yazılar aparılmış, hüquq departamentinə müraciət olunmuş, daha sonra ara şdırma aparılmış, cavabdehin direktoruna müraciət olunmuş, Həmkarlar İttifaqına müraciət olunmuşdur. Araşdırmanın nəticəsi olaraq mövcud əmr verilmişdir və həqiqətən müəyyən olunmuşdur ki, iddiaçı heç bir üzrlü səbəb olmadan 20 günə yaxın müddətdə işə gəlməmişdir. 11 mayda iddiaçının izahatı alınmışdır. Bundan sonra qaz satış departamentinin rəisi işçi barəsində tədbir görülməsi ilə bağlı müraciət etmişdir, bunun tarixi barədə dəqiq məlumat verə bilmir. 12 mayda həmin müraciətə baxılmışdır.
14. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, ƏM-nin 79-cu maddəsində qeyd edilmişdir ki, işçinin öhdəliyində şəkərli diabet xəstəsi varsa nəzərə alınmalıdır. Anası şəkərli diabet xəstəsidir, xərçəng xəstəliyi də vardır, atası 2022-ci il tarixində vəfat etmiş, sosial vəziyyəti yaxşı deyildir. O, anasının səhhəti ilə əlaqədar bir neçə gün işdə olmamış, həmin vaxtda işə gəlib ərizə yazaraq anasının vəziyyəti barədə məlumat vermişdir. O, işə gedib-gəlirdi, hazırda həmin ərizəni cavabdeh tərəf itiribdir. O, əvvəlcə cavabdeh tərəfi məlumatlandırmışdır, rəhbərin xidməti otağında ərizə də yazmışdır. O, anasına xidmət edirdi, vaxtı-vaxtında qulluğunda dururdu, işə də gedib-gəlmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3847/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər C.Musayeva (sədrlik edən və məruzəçi), F.Babayev və G.Axundova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmiş dir ki, cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi arqumenti əsassızdır. Belə ki, iş materiallarında olan bildirişlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər cavabdehin, həmçinin hüquqlarını müdafiə edən vəkilinin elektron kabinetinə yerləşdirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etmədiyi müəyyən edilmişdir.
17. Məhkəmə kollegiyası cavabdehin şikayətində intizam xətasına görə işçiyə intizam tənbehinin 6 aya qədər verilə bilməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, mübahisənin ƏM-nin 187-ci maddəsinin 2-ci hissəsi baxımından araşdırılmalıdır. Belə ki, ƏM-in 187-ci m addəsinin ikinci və üçüncü bəndlərindən göründüyü kimi, intizam tənbehinin verilə bilmə imkanı işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək mövcud olur. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Üzrsüz səbəbdən işburaxma zamanı intizam tənbehinin verilə bildiyi bir aylıq müddətin axımı işburaxmanın axrıncı günündən başlayır və işçinin yalnız xəstə olduğu, yaxud ezamiyyətdə, məzuniyyətdə olduğu vaxt bu müddətin axımının dayandırılmasına səbəb olur. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir.
18. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.1, 70 “ç”, 71.2, 71.3, 72(a), 187.1, 187.2, 189.1, 300.1-ci, MPM-in 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yenidən apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
22. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
23. Maddə 70 “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
24. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
25. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri il ə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
26. Maddə 72 “a”. İşçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
27. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.
28. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
29. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədə k verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
30. Maddə 189.1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
31. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəz ifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apell yasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2024-cü il tarixli 2(103)3847/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.