Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-490/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı ASC Cavabdeh: Cavabdeh İddia tələbi: kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi Açar sözlər: faiz məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-645/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2014cü il tarixli kredit müqaviləsinə əsasən, bank borcluya illik 16% olmaqla, 48 ay müddətinə 520000 manat məbləğində kredit vermişdir. Həmin borcun təminatı olaraq həmin tarixdə Cavabdeh məxsus qeyri yaşayışsahəsinin bankın xeyrinə yüklü edilməsi ilə barədə ipoteka müqaviləsi bağlanılmışdır. Birinci və apellyasiya instansiyası məhkəmələrində icraat xx xxxxxx 2018-ci il tarixdə İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh kredit müqaviləsi üzrə əsas borc üzrə 450.259 manat, əsas borca hesablanmış faiz borcu üzrə 84127 manat olmaqla, cəmi 534387 manat məbləğində borcun tutularaq onun xeyrinə ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə cavabdehə məxsus olan qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehin həmin qeyri-yaşayış binasından çıxarılması və həmin qeyri-yaşayış binasının boşaldılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(004)-270/2019 nömrəli iş üzə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia tələbi təmin edilmiş, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehdən əsas borc üzrə 450259 manat, faiz borcu 84127 manat olmaqla, cəmi 534387 manat məbləğində borc pulun iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehə tam mülkiyyət hüququ üzrə məxsus qeyri-yaşayış binasına yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 500000 manat dəyərində qiymətləndirilməklə, açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehin həmin qeyri-yaşayış binasından çıxarılması və binanın boşaldılması, əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada cavabdehdən tutulması, ipoteka predmetinin satışından artıq qalan məbləğin cavabdehə qaytarılması qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şika yətində qətnamənin ləğv edilməsi, borcun tutulması hissəsində iddianın qismən təmin edilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində isə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, müqavilə üzrə etdiyi bütün ödənişlər nəzərə alınmamışdır, halbuki onun tərəfindən borcun xeyli hissəsi ödənilmişdir. Buna baxmayarq, şişirdilmiş məbləğdə əsas və faiz borcu tələb edilmişdir. Digər tərəfdən, ipoteka müqaviləsi tam qanuni prosedur əsasında rəsmiləşdirilməmiş, ipoteka müqaviləsi müvafiq icra hakimiyyətində qeydiyyata alınmamışdır. Həmçinin, ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tar ixli rəyi ilə Cavabdeh xx xxxx 2018-ci il tarixə banka olan əsas borcu 450.259 manat, faiz borcu 68.611 manat olmaqla, cəmi 518.871manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış xx xxxxxx 2020-ci il tarixli qiymətləndirmə rəyi ilə müəyyən olunmuşdur ki, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsində istifadədə olan 0.05603 ha torpaq sahəsində yerləşən 15 c nömrəli binada 484 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin dəyəri 550 000 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-645/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.K.Xəlilov, X.A.Cəmilova, İ.Ə.Kərimli) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ipoteka predmetinin ilkin s atış qiyməti və faiz borcu hissəsində dəyişdirilmiş, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə tutulan faiz borcunun məbləği 68.611 manat və ipoteka predmetinin ilkin satış qiymətinin 550.000 manat müəyyən edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni məhkəmə-mühasibatlıq ekspertizasının rəyi və qiymətləndirmə rəyi ilə əsaslandırmış və göstərmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı əsasında əsas borcu 450 259,78 manat, faiz borcu 84 12739 manat olmaqla, cəmi 534 387,17 manat məbləğində borc pulun tutulmalı olması qənaətinə gəlmişdir. Halbuki, həmin maliyyə arayışı yekun nəticəyə gəlmək üçün kifayət deyil, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməli, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin və xx xxxx 2017-ci il tarixli 01 nömrəli razılaşmanın şərtləri nəzərə alınmaqla, cavabdehin xx.xx.2018-ci il tarixə (iddiaçının tələb etdiyi tarixə) olan əsas və faiz borcu hesablanmalıdır. İş üzrə alınmış ekspert rəyindən görünür ki, faiz borcu qətnamə ilə müəyyən edilən məbləğdən azdır, bu halda faiz borcu ekpert rəyində göstərilən məbləğdə dəyişdirilməldir. Həmçinin müəyyən edilmişdir ki, ipoteka müqaviləsi qanunvericliyin tələblərinə uyğun bağlanmış və ipoteka ilə yüklü edilməsinə dair bildiriş dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsində istifadədə olan 0.05603 ha torpaq sahəsində yerləşən 15 c nömr əli binada 484 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyr-iyaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh həmin müqavilə şərtləri ilə razılaşaraq, müqaviləni imzalamışdır. Bundan başqa, iş materiallarında olan xx.xx.2014-cü il tarixli çıxarışdan görünür ki, həmin əmlaka dair ipoteka ilə yüklülük "İddiaçı" ASC-nin xeyrinə qeydiyyata alınmışdır. Apellyasiya məhkəməsi tərəflər arasında ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mübahisə olduğunu nəzərə alaraq qiymətləndirmə ekspertizası keçirmiş və həmin rəydə göstərilmiş qiymətə uyğun olaraq ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etmişdir. Kassasiya şikayətlərinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin faiz borcunun tutulması hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olumasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Ekspert cərimə borcu üzrə hesablama aparmamış, bununla da əsas və faiz borcunun hesablanmasında yanlışlığa yol vermiş, məhkəmə isə ekspert rəyini iddiaçının təqdim etdiyi sübutlarla yanaşı qiymətləndirməmiş, iş üzrə səhv hüquqi nəticəyə gəlmişdir. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və borcun tutulması hissəsində iddianın qismən təmin edilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində isə iddianın rəd d edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və şikayətini apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və cavabdehin kassasiya şikayətləri üzrə yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan suallar ı izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının kassasiya şikayətinin dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətb iqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan iş üzrə iddiaçı işdə olan rəylə bağlı bu cür hallara istinad etməmiş, işə baxarkən belə pozuntular aşkar edilməmişdir. Cavabdehin hazırda da mübahisələndirdiyi, məzmunca apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən dəlillərinə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Proessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-490/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-490/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver