Məhkəmə qərarları › İş №2(102)-490/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-490/2025

07.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-490/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-95/2024 nömrəli 24 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 7 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh2 mərhum atası X1 mülkiyyətində olmuşdur.

2. X8 11 dekabr 2015-ci il tarixdə ölmüşdür. Bundan sonra, 08 iyun 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X1 vərəsəsi kimi arvadı Cavabdeh1 tanınmış və sonuncunun miras əmlaka mülkiyyət hüququ 16 sentyabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 3. 16 dekabr 2017-ci il tarixdə Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanda 0,072 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini qızı X2 bağışlamış, həmin bağışlama müqaviləsi əsasında da sözügedən əmlak üzərində Günay Məmmədovanın mülkiyyət hüququ 29 avqust 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qe ydə alınmışdır.

4. Cavabdeh2 ilə Cavabdeh3 26 yanvar 2018-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar və Cavabdeh3 həmin vaxtdan mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 5. 25 yanvar 2020-ci il tarixdə bağlanmış 4Ə-162 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə X7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.072 ha torpaq sahəsini və üzərində yerləşən 136.7 kv.m fərdi yaşayış evini əri İddiaçı1 bağışlamışdır. 6. xx.xx.2020-ci il tarixli, **********71-10301 reyestr, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında həmin əmlak İddiaçı1 Mədəd oğlunun adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və onun himayəsində olan uşaqları X9 və X11 ilə birlikdə və əşyaları ilə bərabər onun mülkiyyətində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli, **********7110301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsindəki icraat zamanı İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsində texniki səhv olaraq cavabdehlər siyahısında Cavabdeh1 adını da qeyd etdiyini və Cavabdeh1 cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırmışdır ki, mübahisəli mənzil onun mülkiyyətindədir. Cavabdehlər hər hansı qanuni əsas olmadan həmin evə daxil olmuşlar və oradan çıxmırlar. Cavabdehlərin həmin evdə yaşamaq hüquqları yoxdur. Onlar başqa ünvanda pasport qeydiyyatındadırlar.

10. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və bildirmişdir ki, sözügedən ev Cavabdeh1 məxsusdur. Ev iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında iddiaçının mülkiyyətində olmasına baxmayaraq həmin evdən çıxarılmasına razı deyil. Onun ailə üzvləri ilə birlikdə yaşaması üçün başqa yaşayış sahəsi yoxdur.

11. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməmiş və bildirmişdir ki, sözügedən evə Cavabdeh2 ilə evlənərək, gəlin köçmüşdür. Hazırkı vaxtadək həmin evdə yaşayır. Qeyd olunan ev iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında iddiaçının mülkiyyətində olmasına baxmayaraq həmin evdən çıxarılmasına razı deyil. Onun ailə üzvləri ilə birlikdə yaşaması üçün başqa yaşayış sahəsi yoxdur.

12. Qazax Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(023)-22/2023 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev) iddia təmin edilərək, Cavabdeh2 və Cavabdeh3 uşaqları X9, X11 ilə birlikdə İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir.

13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, X7 öz şəxsi mülkiyyətində olan həmin fərdi yaşayış evini 25 yanvar 2020-ci il tarixdə əri İddiaçı1 bağışlamış, ev İddiaçı1 adına rəsmi qeydə alınmışdır. Cavabdehlər Cavabdeh2 və Zeynəb Osmanova ad lı uşaqları ilə birlikdə mübahisəli evdə qeyri-qanuni olaraq yaşayırlar. Cavabdehlərin sözügedən evdə yaşaması nəticəsində iddiaçının sözügedən ev üzərində mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh3 və onun himayəsində olan uşaqları X9, X11 ilə birlikdə və əşyaları ilə bərabər onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış evindən çıxarılmalıdırlar.

14. Məhkəmə mövqeyinin hüquqi əsası kim Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin ol unmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ünvan 4 ünvanında yerləşən 0,072 ha torpaq sahəsi və ümumi sahəsi 136.7 kv.m-dən ibarət olan fərdi yaşayış evi anası Cavabdeh1 mülkiyyətində olmuşdur. Həmin fərdi yaşayış evi anası Mehriban, o və qardaşı Vüqarın xəbəri və məlumatı olmadan xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən qızı X2 bağışlanmışdır. Evin bağışlanması barədə anası Mehriban məhkəməyə müraciət etdikdən sonra məlumatları olmuşdur. Anası Mehriba n bildirmişdir ki, ona məxsus fərdi yaşayış evini qızı Günaya bağışlamışdır. Günay Məmmədova anası Cavabdeh1 notariat kontoruna apararaq bildirmişdir ki, guya evi banka girov qoyub kredit alıb ev inşa etdirəcək. Anası da qızı olduğu üçün Günaya inanmışdır. Beləliklə, bağışlanma müqaviləsi anasının şəxsi iradə ifadəsi ilə bağlanmamışdır. Anası Mehriban evi Günaya bağışlayarkən onun və qardaşı Vüqarın həmin evdə qeydiyyatda olmağına və həmin evdə yaşamasına baxmayaraq, Günay notariat ofisinə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli xx-xx/3234 nömrəli arayış təqdim etmişdir ki, guya anası Mehriban həmin evdə tək qeydiyyatdadır. Buna görə də bağışlama müqaviləsi bağlanarkən onun və qardaşı Vüqarın razılığı alınmamış və həmin bağışlama müqaviləsi nəticəsində onların mübah isə predmeti olan evə istifadə hüquqları pozulmuşdur. Həmin müqavilə bağlandıqdan 2 il sonra bacısı Günay Məmmədova həmin fərdi yaşayış evini öz mülkiyyətinə keçirmiş və sonra İddiaçı1 bağışlamışdır. Hazırda isə İddiaçı1 onlara qarşı evdən çıxarılma tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, guya onlar mübahisəli evdə qeyri-qanuni olaraq yaşayırlar. Hesab edir ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlməkdə haqlı olmamışdır. Bu ev əvvəllər babasının, sonra atasının, sonra isə anasının adına olmuş, Cavabdeh2 xx.xx.1980-ci il tarixdə doğulmuş, ailə üzvü kimi həmişə, yəni 43 ildir ki, həmin mübahisəli evdə yaşamış və daimi yaşayış yeri olaraq həmin ünvanı seçmişdir. Onun başqa yerdə evi, mülkiyyəti yoxdur. O, həmin vaxtdan həmin evə istifadə hüququ əldə etmişdir. Baxılan iş üzrə mübahisəli ev xx.xx.2020-ci il tarixdə İddiaçı1 adına tam mülkiyyət üzrə qeydiyyata alınmışdır. Bu halda həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından həmin evə onun tərəfindən istifadə hüququ əldə edilmişdir. 2020-ci ildə evin hüquqi vəziyyəti dəyişərək isə tərəflər arasında yeni hüquq münasibətləri yaranmış, lakin onun əldə etmiş olduğu istifadə hüququ heç bir halda məhdudlaşdırılmamışdır. Bu halda isə onun istifadə hüququ Mülki Məcəllənin 228-ci maddəsi baxımından saxlanılır. Tərəflər arasında 2020-ci ildə evin mülkiyyətçisinin dəyişməsi ilə onun ev üzərində istifadə hüququna xitam verilməsi üçün əsas kimi qəbul oluna bilməz. Cavabdeh3 ilə 2017-ci ildə ailə qurmuş, sonuncu da həmin evə gəlin kimi köçmüş, cehiz əşya ları həmin evə yerləşdirilmiş və hazırda iki uşağı ilə birlikdə həmin evdə yaşayır. Belə olan halda hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə hüquqi mövqeyi əsassız olmuşdur. Onun mübahisəli evdə istifadə hüququ vardır və bu hüquq itirilməmişdir. Çünki 43 ildir mübahisəli evdə yaşamış və daimi yaşayış yeri olaraq həmin ünvanı seçmiş, başqa yerdə evi, mülkiyyəti isə yoxdur. Mübahisəli ev 29 yanvar 2020-ci il tarixdə İddiaçı1 adına tam mülkiyyət üzrə qeydiyyata alınmışdır, bu halda həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından evə artıq onun tərəfindən istifadə hüququ əldə edilmişdir. 2020-ci ildə evin hüquqi vəziyyəti dəyişərək isə tərəflər arasında yeni hüquq münasibətləri yaranmış ola da, bu hal onun evə dair istifadə hüquqlarını məhdudlaşdıran hal kimi qiy mətləndirilə bilməz. Çünki mənzil qanunvericiliyinin tələbinə görə istifadə hüququna xitam verilməsi barədə razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi yolu ilə xitam verilə bilər.

17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-95/2024 nömrəli 24 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X10 (sədrlik edən və məruzəçi), X4 və X5) apellyasiya şikayəti qismən təmin edilmiş, Qazax Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(023)-22/2023 nömrəli qətnaməsi “Cavabdeh2 uşaqları X9 və X11 ilə birlikdə İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları” hissəsində ləğv edilməklə həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həm in hissədə təmin edilməmişdir. Apellyasiya şikayəti qalan hissədə təmin edilməmiş, Qətnamə “Cavabdeh3 İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması” hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyinə dair qeyd etmişdir ki, iddia tələbi iki cavabdehə qarşı yönəlib və onların mübahisə predmeti olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması tələb edilir. Belə olan halda, iddia tələbi üzrə cavabdehlərə münasibətdə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmalı və ilk növbədə iddia tələbinin Cavabdeh2 münasibətdə əsaslığı araşdırılmalıdır.

19. İşin hallarından göründüyü kimi, Cavabdeh2 doğulduğu vaxtdan, yəni 1980-ci ildən mübahisəli fərdi yaşayış evində yaşamağa başladığından iddia tə ləbi həmin dövrdə qüvvədə olan 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Çünki MPM-nin 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin müəyyən olunan hallarından göründüyü kimi, Cavabdeh2 1980-ci ildə mübahisəli evdə doğulub boya-başa çatmış, hətta evləndikdən sonra da arvadı (digər cavabdeh) və uşaqları ilə birlikdə hazırkı vaxtadək həmin evdə yaşamağa davam edir. Cavabdehin uşaqları da həmin evdə doğulmuşdur. Cavabdeh2 mübahisəli yaşayış sahəsindən 1980-ci ildən hazırkı vaxtadək fasiləsi z yaşaması ona dəlalət edir ki, onun fərdi yaşayış evindən istifadə hüququ yaranmışdır.

20. Cavabdeh2 mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yarandığı təsdiq olunduğuna görə, indi iddianın, yəni adı qeyd olunan cavabdehin həmin evdən çıxarılması məsələsinin həlli üçün, onun yaşayış sahəsindən istifadə hüququnun itirilməsi məsələsi araşdırılmalıdır. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır. Həmin Məcəllənin 87- ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini k irayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 21. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktları nda nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.

22. Bu baxımdan, işin halları təhlil olunduqda görünür ki, Cavabdeh2 mübahisəli yaşayış sahəsindən çıxması və daimi yaşamaq üçün başqa yerə getməsi sübut olunmur.

23. Həmçinin mübahisəli evin xx.xx.2020-ci ildə iddiaçıya bağışlanması, həmin evdən Cavabdeh2 yaranmış istifadə hüququnun xitamına səbəb olmur. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyün olmasına münasibətdə vicdanlı olsun. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş mənzil qanunvericiliyi yaşayış sahəsinin mülkiyyətçisinin dəyişməsinin evdən istifadə hüququ olan şəxsin həmin hüququnun aradan qalxmasının əsası kimi müəyyən etməmişdir.

24. Cavabdeh2 mübahisəli yaşayış sahəsindən istifadə hüququ yaranmış və itirilməmişdir. Həmçinin onun mübahisəli mənzildən istifadə hüquqlarının olması yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının qanuni əsaslarından biridir. Ona görə ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 azyaşlı uşaqları X3 və X6 da mübahisəli evdən çıxarılmaları yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, o n dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. İşə baxan birinci instansiya məhkəməsi isə Cavabdeh2 azyaşlı uşaqları ilə birlikdə mübahisəli evdən çıxarılması hissədə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmiş, eləcə də maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi göstərilən hissədə ləğv olunmalı və həmin hissədə iddia təmin edilməməlidir.

26. Cavabdeh2 mübahisəli evə istifadə hüququ olduğundan, onun iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxarılması ancaq iddiaçı tərəfindən müvafiq kompensasiya ödəməklə mümkün ola bilər.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinin Cavabdeh3 mübahisəli evdən çıxarılması hissədə təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, işin hallarından göründüyü Cavabdeh2 ilə Cavabdeh3 26 yanvar 2018-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar və Cavabdeh3 həmin vaxtdan mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh Zeynab Məmmədovanın mübahisəli evə gəlin köçdüyü zaman qüvvədə olan mənzil qanunvericiliyin tələbləri baxımından cavabdeh yaşayış sahəsindən istifadə hüququ əldə etmiş sayılmır. Eləcə də, cavabdeh Zeynab Məmmədova yaşayış sahəsinin hazırkı mülkiyyətçisinin ailə üzvü də hesab edilmir. İşin göstərilən halları isə onu deməyə əsas verir ki, cavabdeh Zeynab Məmmədova hər hansı hüquqi əsas olmadan İddiaçı1 mülkiyyətində olan yaşayış sahəsində yaşayır.

28. Apellyas iya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33, 43, 71, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 158.3, 228.2, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 60, 87, 123, 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1 30.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999cu il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci i l tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelərə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinin tələbləri işin hallarına münasibətdə düzgün şərh edilməmişdir. Mənzil iddiaçıya bağışlanarkən yükü olmamış və notariat ofisində hər hansı bir şəxs qeydiyyatda belə görünməmişdir. İddiaçı bu evdə kiminsə yaşamaq hüququ olduğunu bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli evdə cavabdehin istifadə hüququnun hansı əsasla yarandığını və mübahisəli ev iddiaçının mülkiyyətinə keçdikdən sonra bu hüququn saxlanılmasını əsaslandırmamışdır.

31. İddiaçının mülkiyyətində olan evlə cavabdehin qeydiyyatda olduğu ev fərqli ünvanlardır. Məhkəmə bu hallara da qiymət verməmişdir. Cavabdehlə isə iddiaçının heç bir qohumluq əlaqəsi yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı Cavabdeh2 etiraz ərizəsi daxil olmuşdur.

33. Etiraz onunla əsaslandırılmışdır ki, atasının ölümündən sonra vərəsəlik işi düzgün araşdırılmamışdır. Bacısı saxta yolla bağışlamanı həyata keçirmişdir. Hazırda məsələ ilə bağlı istintaq aparılır. İddiaçının qeyd etdiyi ünvan fərqinin səbəbi notarius tərəfindən yol verilən yanlışdır. Mərhum atasının ailə üzvünün tərkibinə dair arayış materiala əlavə edilmişdir. Tətbiq edilən hüq uq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 35. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarı “...2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir...”. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi:

36. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

37. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş ol mamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

38. Maddə

60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.

39. Maddə

87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

40. Maddə

123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

41. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

42. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış s ahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Ma ddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı iddianın rədd edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsa slandırılma ilə razılaşır.

56. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

57. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-95/2024 nömrəli 24 may 2024-cü il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar