Məhkəmə qərarları › İş №2(102)-4900/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4900/2022

18.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4900/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Əməliyyat Şirkətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işdən azad edilmə barədə əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Əməliyyat Şirkətinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3740/2022 nömr əli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əmək kitabçasının notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə "xxxx" Əməliyyat Şirkətinin texniki təmir üzrə mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə tikinti şöbəsində tikinti və boru kəməri üzrə nəzarətçi vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci il tarixdə Tikinti quraşdırma sexində Tikinti-quraşdırma sexinin rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.2010-cu il tarixdə tikintiquraşdırma sexinin rəisi vəzifəsinə keçirilmişdir. 2. "xxxx" Operating Company» şirkəti tərəfindən verilmiş 27 noyabr 2020-ci il tarixli 32XOK nöm rəli əmrin surətindən görünür ki, qəsdən və ya səhlənkarlıqla özünün əmək funksiyasının yerinə yetirməyərək istehsalın, əmək və icra intizamının normal ahəngini pozduğuna görə Təmirquraşdırma sexinin rəisi İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən 27 noyabr 2020-ci il tarixdən xitam verilmişdir. Əsas: F.Əliyev, Ə.Vəliyev və N.Mikayılovun xx.xx.2020-ci il tarixli xidməti yazısı, İddiaçı izahat verməkdən imtina etməsi barədə akt.

3. X4, X2, X3 və qeyrilərinin yazılı izahatlardan görünür ki, xx.xx.2020-ci il tarixdə «X10» Şirkətinin təmir-quraşdırma sexinin bir qrup işçinin əmək funksiyalarını icra etmək əvəzində Mişovdağ yatağında qeyri-qanuni toplantı keçirmiş, işçilərin toplanmasında səbəblər iş qrafiklərinin bə zilərini qane etməməsidir. İşçilərlə maarifləndirici söhbətlər aparıldıqdan sonra bu cür əsassız toplanışların qanunvericiliyə zidd olduğu və ağır fəsadlar verə biləcəyi xəbərdarlıqdan sonra işçilər sakitləşmişlər. Bundan sonra şirkətin təmir-quraşdırma sexinin rəisi İddiaçı emosional şəkildə söhbətə qoşularaq qarışıq fikirlər səsləndirməyə başlamış, işçiləri qızışdırmağa davam etmişdir. İşçilərlə özlərinin əmək funksiyalarını icra etmək təklif olunmuş və bir müddət sonra işçilər toplaşdıqları yerdən dağılışmağa başlamışlar. 4. xx.xx.2020-ci il tarixdə müəssisənin kadrlar şöbəsinin rəisi F.Əliyev, əməyin təşkili və planlaşdırma şöbəsinin rəisi Ə.Əliyev və təhlükəsizlik xidmətinin rəis müavini M.Mikayılov xidməti yazı ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə bir qrup işçinin əmək funksi yalarını icra etmək əvəzinə Mişovdağ yatağında qeyri-qanuni toplantı keçirmələri barədə məlumat vermişlər. Xidməti yazıda göstərilir ki, işçilərlə yerində aparılan söhbətdən məlum olmuşdur ki, işçilərin toplanmasında səbəblər hal-hazırki iş qrafiklərinin bəzilərini qane etməməsidir. Onlar tərəfindən işçilərlə maarifləndirici söhbətlər aparıldıqdan sonra bu cür əsassız toplanışların qanunvericiliyə zidd olduğu və ağır fəsadlar verə biləcəyi barədə xəbərdarlıqdan sonra işçilər sakitləşmişlər. Xidməti yazıda göstərilir ki, İddiaçı emosional şəkildə söhbətə qoşulmuş və müxtəlif fikirlər söyləmişdir.

5. «X10 Ltd» şirkətinin Kadrlar şöbəsinin rəisi X9, Əməyin təşkili və planlaşdırılması şöbəsinin rəisi X5, təhlükəsizlik xidmətinin rəis müavini X6 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixl i aktdan görünür ki, Tikinti-quraşdırma sexinin rəisi İddiaçı Cilovdan oğlu barəsində yazılmış xx.xx.2020-ci il tarixli xidməti məktubun araşdırılması məqsədilə əlaqədar İddiaçı xx.xx.2020-ci il tarixdə Şirkətin ünvan 1 ünvanda yerləşən idarəsinə dəvət olunmuş, İddiaçı xidməti məktubla tanış olmuş, lakin izahat verməkdən imtina etmişdir. 6. "xxxx" Əməliyyat Şirkətinin 78 nəfər işçisi tərəfindən Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış ərizədən görünür ki, şirkətin Tikinti-quraşdırma sexinin rəisi İddiaçı qanunsuz və qərəzli işdən azad olunmuşdur.

7. X11 Xidmətinin MN seriya ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, «X10» Azərbaycan Respublikasındakı filialının rəhbəri X7 tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə düzgün xitam verilməyib və son haqq-hesab və əmək haqqından tutulması düzgün aparılmayıb. Nəticədə X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin cavabdehin nümayəndəsi tərəfindən verilən izahata görə, qeyd olunan inzibati xəta haqqında protokoldan işəgötürən tərəfindən şikayət verilərək mübahisələndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdeh "xxxx" Əməliyyat Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Operating Company "xxxx" Əməliyyat Şirkətinin xx.xx.2020-ci il tarixli 32 X-0k nömrəli əmrinin ləğv edilməsi, "xxxx" Operating Company-də «Tikinti Quraşdırma sexində «Tikinti quraşdırma sexin rəisi» vəzifəsinə bərpa olunması və işə bərpa olunduğu günə qədər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işlədiyi müddət ərzində heç bir intizam tənbehi tədbirinə məruz qalmamışdır. Hesab edir ki, əmr qanunsuz və əsassızdır. Belə ki, onun işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan tələblərə riayət olunmadan verilmişdir. Belə ki, əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə verilsə də, əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə uyğun olmamışdır. Əmək müqaviləsinin ləğv olunması üçün X1 (Komissiya) iclası, həmin iclasda müqaviləsi ləğv edilən şəxsin iştirakı müzakirəsi və s. kimi əsasları özündə ehtiva edir. Əmrdə yazılan hallar həqiqəti əks etdirmir. O, heç bir qanun pozuntusuna yol verməmişdir. Toplaşmaq və ya işəgötürəndən müəyyən tələblər etmək isə Əmək Məcəlləsində işçinin təsbit edilmiş hüquqlarıdır. Buna baxmayaraq, o, orada 2 dəqiqədən çox dayanmamışdır və işçilərin də bununla bağlı müraciətləri var.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiyini bildirərək izahatında qeyd etmişdir ki, iddiaçı əvvəlcədən aksiyanın keçiriləcəyi barədə məlumatlı olmuş, lakin bu barədə rəhbərliyinə heç bir rəsmi məlumat verməyərək askiyada iştirak etmişdir. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. Şahid qismində dindirilmiş X14 öz ifadəsində göstərmişdir ki, o, həmin şirkətdə çalışır. Pandemiya ilə əlaqədar növbə ilə işləmək üçün işçilərlə etiraz edirdilər. Əvvəldə dəfələr lə şifahi surətdə müraciət etsələr də, faydası olmamışdır. Onlar, işçilər olaraq, İddiaçı toplaşmaq istəməsi barədə müraciət etmişlər. Şaiq buna icazə verməmiş, mövzunu rəhbərliyə çatdıracağını bildirmişdir. Lakin aksiya baş tutmuş, aksiyanın sonunda Şaiq gəlmiş və onlara müraciətləri yazılı etməli olduqlarını və artıq iş başına qayıtmalı olduqlarını bildirmişdir. Həmin aksiya ilə əlaqədar ona da şiddətli töhmət verilmişdir.

12. Şahid qismində dindirilmiş X15 öz ifadəsində göstərmişdir ki, Şaiq onun müdiri olub. Aksiya zamanı Şaiqi axırda görmüşdür. Aksiya təxminən səhər saat 09 radəlrində baş tutmuşdur. Şaiq axırda aksiya olan yerə gəlmişdir. O, Şaiqə işçilərin aksiya üçün yığışdığını bildirmişdir. Ona aksiya üçün yığışan işçiləri çağırmasını bildirmişdir. Şaiq aksiya olan yerə gəldikdə o nlara iş başına qayıtmalı olduqlarını bildirmiş və aksiyanı «dağıtmışdır».

13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiyini bildirərək izahatında qeyd etmişdir ki, iddiaçı əvvəlcədən aksiyanın keçiriləcəyi barədə məlumatlı olmuş, lakin bu barədə rəhbərliyinə heç bir rəsmi məlumat verməyərək askiyada iştirak etmişdir. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1705/2021 nömrəli, 29 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia rədd edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, əmək qanunvericiliyi işçilərin tətil etmək hüququnu həyata keçirmək üçün prosedurlar müəyyən etmişdir. Qeyd olunan prosedurların əsas məqsədi işçilərin tətili zamanı işəgötürəni n məlumatlı olması və dolayısıyla onun da maraqlarının müdafiəsidir. Həmçinin nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsində tətillə nəzərdə tutulmuş tələblərin pozulması müəssisədə işin normal ahənginin pozulmasına səbəb ola bilər. Hazırkı işin halları və sübutlar ona dəlalət edir ki, şirkətin Təmirquraşdırma sexinin bəzi işçilərin əmək funksiyalarını icra etmək əvəzində iş qrafiklərinin qane etməməsi ilə əlaqədar toplantı keçirilmiş, onların etirazları isə əmək qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməmiş və işəgötürənin maraqlarına və işin normal ahənginə mane olmaqla keçirilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə keçirilmiş toplantıda tabeliyində olan işçiləri əmək və icra intizamına riayət etməyə dəvət etməyə əvəzinə özü daxil olmaqla rəhbərlik etdiyi sexinin işçilərinin 2 saata yaxın bir müddət ərzində əmək funksiyalarının yerinə yetirilməsinə mane olan əsassız və icazəsiz keçirilməsinə şərait yaratmışdır. Bu hal isə özü-özlüyündə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan əmək və icra intizamının normal ahənginin pozulmasına dəlalət edir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş və apellyasiya şikayətini iddia tələbinin məzmununa uyğun olaraq belə əsaslandırmışdır ki, sözügedən əmrdə əsas kimi F.Əliyev, Ə.Vəliyev və N.Mikayılovun xx.xx.2020- ci il tarixli xidməti yazısına və izahat verməkdən imtina barədə akta istinad edilib. Lakin birincisi, iddiaçının aksiyanın keçirilməsi və ya təşkil etməsi barədə heç b ir sübut yoxdur. Yəni işçilərin toplanmağı ilə əlaqədar onun bağlılığı yoxdur. Bu barədə hər hansı bir rəsmi məlumat yoxdur. ikincisi, cavabdeh təşkilat tərəfindən belə bir aksiyanın keçirilməsi barədə video kameralar vasitəsilə qeydə alınmamışdır. Bu barədə məhkəməyə iddiaçı tərəfindən vəsatət verilmişdir. Lakin, cavabdeh məhkəmənin sorğusuna cavab verməmişdir. üçüncüsü, işçilərin əmək funksiyalarını icra etməməkləri nəticəsində normal iş ahəngini pozulmasının nədən ibarət olması xidməti yazıda öz əksini tapmamışdır. Cavabdeh təşkilat bir cümlə yazmaqla normal iş ahənginin pozulmasına yalnız sözlər şəklində istinad etmişdir. Halbuki həmin normal iş ahənginin pozulması zamanı işəgötürənə hansı şəkildə ziyan dəymişdir və ya işəgötürən hansı formada gözləntilərdən məhrum olduğunu əsaslandırı lmamışdır. Yalnız söz şəkilində normal iş ahənginin pozulmasına istinad edən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə də təsdiq olunur ki, iddiaçı əksinə aksiyanın keçirilməsinə qəti şəkildə etiraz etmiş və aksiyaya yığışan işçilərin iş başına qayıtmalı olduqlarını vacibliyini bildirmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6463/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi) N.Cəfərov və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, işçilərin əmək funksiyalarını icra etməməkləri nəticəsində normal iş ahəngini pozulmasının nədən ibarət olması heç bir təsdiqedici sənədlə öz əksini tapmamışdır. Cavabdeh təşkilat bir cümlə yazmaqla normal iş ahənginin pozulmasına yalnız sözlər şəklində istinad etmişdir. Halbuki həmin normal iş ahənginin pozulması zamanı işəgötürənə hansı şəkildə ziyan dəymişdir və ya işəgötürən hansı formada gözləntil ərdən məhrum olmuşdur, əsaslandırılmamışdır. Yalnız söz şəkilində normal iş ahənginin pozulmasına istinad edən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə də təsdiq olunur ki, əksinə iddiaçı aksiyanın keçirilməsinə qəti şəkildə etiraz etmiş və aksiyaya yığışan işçilərin iş başına qayıtmalı olduqlarının vacibliyini bildirmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-742/2022 nömrəli, 28 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər – E.Vəliyeva (məruzəçi), E.Şamayev və A.Abbasov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, nə əmrdə, nə də həmin əmri qanuni hesab edən məhkəmə qətnaməsində məhz iddiaçının özünün hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, həmçinin bunun məhz qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla baş verməsi göstərilməmiş və əsaslandırılmamışdır. Apellyasiya məhkəməsi Cavabdehın Təmirquraşdırma sexinin rəisi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq, xx.xx.2020-ci il tarixdə keçirilmiş toplantıda tabeliyində olan işçiləri əmək və icra intizamına riayət etməyə dəvət etməyə əvəzinə, özü daxil olmaqla rəhbərlik etdiyi sexinin işçilərinin 2 saata yaxın bir müddət ərzində əmək funksiyalarının yerinə yetirilməsinə mane olan əsassız və icazəsiz toplantı keçirilməsinə şərait yaradaraq istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına və qanunsuz tətilin baş tutmasında iştirak və səbəb olması qənaətinə gələrkən hansı sübutlara əsaslandığını qətnamədə göstərməmişdir. Bundan başqa, apellyasiya məhkəməsi hesab etmişdir ki, şirkətin Təmir-quraşdırma sexinin bəzi işçilərin əmək funksiyalarını icra etmək əvəzində iş qrafiklərinin qane etməməsi ilə əlaqədar toplantı keçirilmiş, onların etirazları isə əmək qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməmiş və işəgötürənin maraqlarına və işin normal ahənginə mane olmaqla keçirilmişdir. Lakin, başqa işçilərin hərəkətlərinə görə iddiaçının məsuliyyət daşımasının əsasları qətnamədə müəyyən edilməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3740/2022 nömrəli, xx.x x.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi) Q.Əsgərov və F.Talışinski) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsi, "xxxx" Əməliyyat Şirkətinin ("xxxx" Operating Company) xx.xx.2020-ci il tarixli 32 X-Ok nömrəli əmri ləğv edilməsi, İddiaçı "xxxx" Əməliyyat Şirkətində ("xxxx" Operating Company) Tikinti Quraşdırma sexində “tikinti quraşdırma sexinin rəisi” vəzifəsinə bərpa olunması və işə bərpa olunduğu günə qədər məcburi iş buraxmaya görə əmək haqqı hesablamaqla ödənilməsi qət edilmişdir.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı əmək və icra intizamının normal ahənginin pozması iş materialları ilə sübut olunmadığından "xxxx" Operating Company» şirkəti tərəfindən verilmiş 27 noyabr 2020-ci il tarixli 32XOK nömrəli əmri qanunvericiliyin pozulması ilə qəbul edilmişdir. Ona görə də, qeyd edilən əmr əsaslı deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

1. Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdeh tərəfindən etirazda göstərilən məqamları və sübutları nəyə görə sübut qismində qəbul etmədiyini əsaslandırmamışdır və onları görməməzlikdən gəlmişdir. Cavabdeh işçinin nəyə görə həmin maddə ilə işdən azad edilməsinə dair kifayət qədər sübut təqdim etməsinə baxmayaraq, məhkəmə tərəfindən həmin sübutlar qiymətləndirilməm işdir. Aparıcı vəzifələrin xüsusiyyətlərindən biri də məhz ondan ibarətdir ki, tabeliyində olan işçiləri iş fəaliyyəti dövründə idarə etsin, onları yönəltsin, işi öyrətsin, problemlərini həll etsin, onların təhlükəsizliyini təmin etsin və s. Əks halda, bu cür vəzifələrə ehtiyac olmazdı və işçilər yalnız bilik və bacarıqlarına əsasən yalnız aldıqları əmək haqqı ilə fərqlənərdilər, hamısının vəzifələri isə eyni olardı. Bundan əlavə, Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri sırasına yalnız vəzifə təlimatlarında qeyd olunanlar deyil, həmçinin əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək aid edilmişdir. Əgər iddiaçı sex rəisi kimi vəzifələrini düzgün icra etsə idi, işçilərin kütləvi şəkildə tətil etmək ehtiyacları da olmazdı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 26. 70-ci maddə “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər. 27. 71-ci maddənin 2-ci hissəsi. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 28. 72-ci maddə. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (h ərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məc əlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instans iyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

36. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxı şının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin göstərişlərinə riayət etməklə, müvafiq araşdırma aparmış, iş üzrə gəldiyi nəticəni qanunvericiliyin tələblərinə müvafiq əsaslandırmışdır.

41. Ali Məhkəmənin göstərişinə əsasən apellyasiya instansiyası məhkəməsinin baxış predmeti bundan ibarət idi ki, iddiaçının hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyən olunsun.

42. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar araşdırma zamanı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə göstərildiyi kimi iddiaçının qəsdən və ya səhlənkarlıqla özünü n əmək funksiyasının yerinə yetirməyərək istehsalın, əmək və icra intizamının normal ahəngini pozması iş materialları ilə müəyyən olunmamışdır.

43. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassızdır.

44. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla, apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 45. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesa b edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3740/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar